Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6913/2025 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul tələbi, əsassız varlanma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2371/2024 saylı, 07 iyun 2024-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin "xxxx" ASC-də girovda qalmaq şərti ilə Cavabdeh adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdir.
2. Eyni zamanda İddiaçı xx.xx.2017-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizə ilə "xxxx" MTK-ya müraciət edərək, xx.xx.2014-cü il tarixli “Mənzil inşaatı müqaviləsi” əsasında istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin Cavabdeh satılmasına etiraz etmədiyini bildirmişdir.
3. İddiaçı əri X33 da "xxxx" MTK-nın rəhbərliyinə xx.xx.2017-ci ildə notariat qaydada təsdiqlənmiş ərizə yazaraq, 140 sayl mənzilin Cavabdeh satılmasına razı olduğunu bildirmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmir xərci olaraq 639.057,5 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdehlərdən təmir xərci qismində müştərək qaydada 595.985 manatın tutularaq Loğman Məmmədova ödənilməsi, iddiaçının “140 saylı mənzilin alınması üçün İddiaçı "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, İddiaçı Loğman Məmmədovun xeyrinə 510.000 manat tutulması qət edilmişdir.
5. Birləşmiş digər mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2638/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçının birinci tələbi 2018-ci ilin fevral ayının 15-də verdiyi 300.000 ABŞ dolları borcdan qalan 200.000 ABŞ dolları, digəri isə 2018-ci ilin dekabr ayında mənzilin alğısatqısı üçün verilmiş 300.000 manat pul məbləği ilə bağlıdır. İddiaçının dediyi kimi əgər tərəfindən cavabdeh Qurban Sadıqova 300.000 ABŞ dolları borc verilmişdirsə belə, qanunvericiliyə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğu hallarda yazılı formada bağlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının dediyi kimi 300.000 ABŞ dolları pul vəsaitinin borc verilməsi təsdiq olunduğu təqdirdə belə, tərəflər arasında yazılı əqd bağlanmalı olduğu halda, belə əqd bağlanmamışdır. Yəni, əqdin forma tələbinə dair şərtinə əməl olunmamışdır. Həmin məbləğdə pulun borc verilməsi barədə şifahi razılaşma (əqd) isə qanunvericiliyin tələbinə əsasən etibarsız (əhəmiyyətsiz) hesab edilir Hazırki iddia ilə isə iddiaçı 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir, bununla da 1 illik iddia müddətini ötürmüşdür.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2638/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, оna məxsus olmuş, "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X12” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 140 saylı mənzilin mövcud bazar qiymətlərinə uyğun, dəyəri 1.950.000 (bir milyоn dоqquz yüz əlli min) manat olan mənzilə görə qalan 1.644.000 (bir milyon altı yüz qırx dörd min) manat, dövlət rüsumu üçün ödənilmiş 1612 (bir min altı yüz on iki) manat və hüquqi xidmət üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaitinin Cavabdeh tutularaq оna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin dayısı Loğman Məmmədov onun keçmiş qudasıdır. Övladının toy mərasimi və digər xərclərinə görə Loğman Məmmədovdan borc götürmüşdür. Ona məxsus Nərimanov rayоnu, Kazımzadə küçəsi, ev 30 ünvanında inşa edilmiş “X13” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili (bundan sonra - 140 saylı mənzil) satışa çıxarmışlar. Mənzilin satışı barədə sosial şəbəkə vasitəsi ilə əmlak bazarında elan vermişlər. Mənzilin satış qiymətini 1.750.000 manata təklif etmişlər. X38, həm də оnların tərəfindən mənzilin tez satılması üçün əmlak alğı-satqısı ilə məşğul olan şəxslərlə görüşlər keçirilmişdir. Həmin ərəfələrdə Loğman Məmmədov təklif etmişdir ki, qiyməti razılaşaraq, borcun qarşılığında mənzili ona versinlər. Оnlar ailələrində bu barədə danışaraq razılığa gəlmişlər. Həmin vaxta Loğmanla aralarında olan borc məbləği 200.000 ABŞ dоlları və 500.000 manat оlmuşdur. Mənzilə görə "xxxx" ASC-yə 816.000 manat borc da qalmışdı. Loğman ərinə bildirmişdir ki, mənzilin "xxxx" ASC-yə olan 816.000 manat borcunu da özü ödəyəcək. Beləliklə, ailələrinin Loğman Məmmədova olan 200.000 ABŞ dolları və 500.000 manat borcu ilə birlikdə "xxxx" ASC-yə ödənilməli olan 816.000 manat vəsait də daxil olmaqla mənzilin dəyərini 1.656.000 manata razılaşmaqla (974.000 doqquz yüz yetmiş dörd min ABŞ dolları) Loğman Məmmədova təhvil verməyə razılaşmışlar. Loğman Məmmədov ərinə bildirmişdir ki, mənzilin bacısı oğlu Cavabdeh adına rəsmiləşdirilməsi üçün müvafiq sənədlər Bakı Dəmiryol Vağzalında fəaliyyət göstərən 2 saylı Bakı “Asan Kommunal “mərkəzində notariat ofisində hazırdır, gedib həyat yoldaşı ilə imzalamaq lazımdır. Loğman Məmmədovun təklifi əsasında 140 saylı mənzilin qiymətini 974.000 ABŞ dollarına qiymətləndirməklə, 2017-ci ilin oktyabr ayında qeyd edilən mənzili Loğman Məmmədovun təklifi ilə 2 saylı Bakı “Asan Kommunal” mərkəzində onun bacısı оğlu və biznes şəriki Cavabdeh tərəfindən mənzilə görə heç bir vəsait ödənilmədən onun adına sənədləşdirmişlər. Loğman Məmmədovla quda olduqları üçün Cavabdehlə aralarında hər hansı sənədləşmə işi aparmamışlar. Elə həmin vaxt ailələrinə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 4 оtaqlı mənzili sataraq bütün banklara olan borclarını da bağlamışlar. Cavabdeh qeyd edilən mənzil üzərində mülkiyyət hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alındıqdan sonra mənzili 2019-cu ilin iyul ayında Loğman Məmmədovun biznes şəriki, Rusiya Federasiyası vətəndaşı X16 borcunun əvəzində Yasamal rayonu ərazisində fəaliyyət göstərən 3 saylı Bakı “Asan xidmət” mərkəzində müvafiq rəsmiləşdirmə aparmaqla ona vermişdir. Sonradan həmin mənzil başqa şəxsə satılmışdır. 2019-cu ilin avqust ayından etibarən, övladları arasında ailə münasibətləri faktiki olaraq bitdikdən sonra, Loğman Məmmədov bildirmişdir ki, o zaman quda оlmuşlar, evin təmirinə xərclədiyi 430.000 ABŞ dollarını istəməmiş, artıq quda olmadıqları üçün evin təmirinə çəkdiyini qaytarsınlar. Bir də ki, mənzili borcla əvəzləşdirən zaman 200.000 manat baha hesablamışlar, o pulu da qaytarsınlar. X34 və ailəsinin şöhrətpərəstliyini, pula, var-dövlətə olan hərisliyini görüb, gənclərin ailəsinin dağılmaması və söz-söhbətin yaranmaması üçün, onunla razılaşaraq evin təmirinə çəkdiyi xərci, qızı üçün aldığı cehiz əşyalarının dəyərini və borclarının əvəzində verdikləri mənzildən əlavə 200.000 manat pul vəsaitini də ona qaytaracağını bildirmişdi. Bu zaman Loğman Məmmədov “Barışıq Sazişi” layihəsi hazırlayaraq оnlara göndərməyə başlamış, hər dəfə də də yeni tələblər artıran Loğman Məmmədov, son variant “Barışıq Sazişi”ndə оnun adına olan, "xxxx" MTK-nın inşa etdiyi ünvan 2 ünvanında yerləşən “X12” yaşayış kompleksinin “B” blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilə Loğman Məmmədovun 1/2 pay hüququnun tanınmasını tələb etdikdə onlar etiraz etmişlər. Bundan sonra, Loğman Məmmədov 2020-ci il 15 sentyabr tarixdə Nəsimi Rayоn Məhkəməsində əri Qurban Sadıqova və оna qarşı iddia qaldıraraq, "xxxx" MTK-nın inşa etdiyi ünvan 2 ünvanında yerləşən “X12” yaşayış kompleksinin “B” blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilin təmirinə çəkdiyi 850.000 manatın və məişət əşyalarına, yəni qızı üçün aldığı cehiz əşyalarına görə xərclədiyi 115.000 manat pulun məhkəmə qaydasında tutulmasını xahiş etmişdir. X23 iddia tələbinin həcmini artıraraq yuxarıda göstərilən pul vəsaitindən əlavə "xxxx" ASC-yə ödənilmiş olan 816.000 manat pul vəsaitindən 510.000 manat pulu da məhkəmə vasitəsilə оnlardan tələb etməyə başlamışdır. Məhkəmə çəkişmələri zamanı Loğman Məmmədov bildirmişdir ki, оnun adına olan 140 saylı mənzilin iş üzrə cavabdeh bacısı oğlu Cavabdeh adına sənədləşdirilməsinin ona heç bir aidiyyəti yoxdur, “həmin mənzilin pulunu Cavabdeh ödəyərək mənzili almışdır”. Övladları arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin 2(006)-1546/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rəsmi qaydada pozulmuşdur. X23 və Cavabdeh оnların qızları üçün aldıqları və borcla əvəzləşdirilmiş həmin mənzili sosial şəbəkədə aşağı qiymətə reklam etdirərək mənzilin qiymətini 850.000 ABŞ dollarına satılacağı barədə videosüjet paylaşmışlar və sonra оnlara bildirmişlər ki, “bəs biz mənzili 200000 manat baha qiymətə almışıq, görürsüz bu qiymətə satmaq istəyirik”. X24 əri Qurban Sadıqova qarşı Nəsimi Rayon Məhkəməsində əlavə iddia qaldıraraq mənzillə əvəzləşdirilmiş pul vəsaitindən qalan 200.000 ABŞ dolları və 300.000 manat pul vəsaitini də tələb etməyə başlamışdır. Qeyd edilən iş üzrə Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, guya mənzili оndan 950.000 manata almış, həmin puldan 306.000 manat hissəsini "xxxx" ASC-yə ödəmiş, qalan pulu isə оnlara nağd qaydada ödəmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi Cavabdeh tərəfindən mənzilə görə nə оna, nə də əri X40 оğluna, nə də Banka hər hansı bir məbləğdə heç bir pul vəsaiti ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1456/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək X14 və İddiaçı təmir Müzəffər oğluna ödənilməsi, X5 “140 saylı mənzilin alınması üçün İddiaçı "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada хeyrinə tutulması” tələbi qismən təmin edilərək, İddiaçı X5 xeyrinə 510000 (beş yüz оn min) manatın tutulması qət edilmişdir. X1 əri X21 qarşı mənzillə əvəzləşdirilmiş pul vəsaitindən qalan 300000 manat və 200.000 ABŞ dolları pul vəsaitinin tutulması tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsinin 2(006)-3774/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. İş üzrə Cavabdeh tərəfindən оna məxsus olmuş əmlak demək olar ki, əvəzsiz olaraq onun tərəfindən ələ keçirilmişdir. Mənzilin dəyərindən sadəcə olaraq 306.00 manat hissəsi razılaşmaya əsasən "xxxx" ASCyə Loğman Məmmədov tərəfindən ödənilmiş ödəniş qəbzlərini cavabdeh məhkəməyə təqdim edərək həmin vəsaitin onun tərəfindən ödənilməsini bildirmişdir. Hansı ki, həmin vəsait mənzillə əvəzləşdirilmiş məbləğə daxildir. Belə olan halda cavabdeh оna məxsus olmuş əmlakın qalan hissəsini ödəməyə borclu olsa da, bundan boyun qaçırır. Odur ki, məhrum olduğu əmlakının оna qaytarılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.
9. Cavabdeh nümayəndəsi Vəkil2 iddiaya etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, 2020-ci ildən başlayaraq, X5 iddiaçı və onun əri X21 qarşı ümumilikdə 2 000 000 manata yaxın borc pulun qaytarılması tələbinə dair bir neçə məhkəmə işləri olmuşdur. Həmin məhkəmə işlərinin hamısında iddiaçı və onun əri X4 Loğman Müzəffər oğlunun iddialarına etiraz edərək bildirmişlər ki, onlar X6 olan bütün borclarının əvəzinə hazırkı iddianın predmeti olan 140 saylı mənzili Loğman Məmmədova vermiş və həmin mənzili Loğman Məmmədovun tapşırığı ilə Cavabdeh adına rəsmiləşdirmişlər. Hazırkı iddiada isə artıq iddiaçı son 4 ildə digər məhkəmə işlərində nümayiş etdirdiyi mövqeyi tamamilə dəyişərək guya mübahisə predmeti olan mənzili 1.950.000 manata Cavabdeh satdığını bildirir, halbuki bununla bağlı nə müqavilə, nə də ki, digər sübut yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1456/2023 nömrəli, 16 mart 2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmir xərci olaraq 639.057,5 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdehlərdən təmir xərci qismində müştərək qaydada 595.985 manatın tutularaq iddiaçıya ödənilməsi, qətnamənin “cavabdehlərdən müştərək qaydada faiz borcu kimi 45.267 manatın, borc olaraq 510.000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7- ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manatın tutulması” hissələrində ləğv olunması və həmin hissələrdə yeni qətnamənin çıxarılması, iddiaçının “cavabdehlərdən müştərək qaydada Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın və 36.125 manatın tutulması” tələblərinin təmin edilməməsi, iddiaçının “140 saylı mənzilin alınması üçün İddiaçı "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, İddiaçının xeyrinə 510.000 manat tutulması qət edilmişdir. İşin halları isə ondan ibarət olmuşdur ki, X8, cavabdehlər X17 və İddiaçı xahişi ilə “ünvan 3 ünvanda yerləşən X12 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan İddiaçı məxsus 145 saylı mənzildə bütün təmir işlərini, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, rəngsaz, divar kağızı, emulsiya, boya, qapı, pəncərə, evin soyutma və havalanma sistemi, evin döşəməsi, parketi, hamam və sanitar qovşağında aparılmış kafel, metlağ və sair islərilə bağlı bütün təmir işlərini öz hesabına həyata keçirmişdir. Təmir xərclərinin dəyəri məhkəmələr tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizası rəyinə əsasən 595985 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, X8 145 saylı mənzilə görə cavabdehlərin əvəzinə, qaytarılması şərti ilə, "xxxx" ASC-yə 510000 manat pul ödəmişdir. Bu vəsaitlər X8 tərəfindən şəxsən və onun tapşırığı və vəsaiti hesabına onun işçiləri tərəfindən "xxxx" ASC-yə nağd ödənilmişdir. Həmin borcun bir hissəsinin ödənilməsini də X33 və İddiaçı X3 xahiş etmişlər, əks halda borc əvəzinə kreditə alınmış 2 mənzilə yönəldilərək "xxxx" ASC-nin mülkiyyətinə keçə bilərdi. Bununla bağlı olan, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)- 3736 saylı qətnaməsinə əsasən "xxxx" ASC-nin cavabdehlər İddiaçı və “Aral qrup" MMC-yə qarşı iddia tələbi qismən təmin edilərək, 740000 manat əsas borc, 7901,91 manat faiz borcu və 2031,59 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla, cəmi 749963,50 manat pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi qət edilmiş, eyni zamanda borcun tutulması üçün 145 və 140 saylı mənzillərə də həbs qoyulmuşdu. Həmçinin, həmin vaxt X33 və Məmmədova X15 Babək Əli oğlu ilə 140 saylı mənzilin 900000 manata ona satılması barədə razılığa gəlmişdilər. Mənzilin dəyərindən 306000 manat hissəsi "xxxx" ASC-yə qeyd edilmiş kreditin qalığının bağlanması üçün ödənilmiş, digər hissə isə nağd qaydada ödənilmişdir. Bunu şahid qismində X8, X11, X30, X18 da təsdiq edə bilərlər. X33 və İddiaçı X5 iddiasına qarşı etirazları isə əksinə həmişə ondan ibarət olmuşdur ki, onların ümumi borcları 974000 ABŞ dolları olmuşdur və həmin borcu guya 140 saylı mənzilin Loğman Məmmədovun göstərişi ilə Cavabdeh adına rəsmiləşdirərək əvəzləşdirmişlər. Birincisi, L.Məmmədovla Q.Sadıqov arasında borcun 140 saylı mənzil əvəzləşdirilməsi barəsində iş materiallarında heç bir sənəd, sübut yoxdur. Razılaşma olsaydı, mübahisə olmasaydı niyə X23 tərəfindən prokurorluğa şikayət yazılırdı və məhkəmədə iddia qaldırılırdı? İkincisi, X33 və İddiaçı, həm də onların nümayəndəsi və vəkili Vəkil1 dəfələrlə qeyd edirdi ki, 145 saylı mənzilin təmir pulu borcundan başqa, 2017-ci ildə Q.Sadıqovun L.Məmmədova 974000 ABŞ dolları borcları olub. Lakin 2017-ci ilin oktyabrına qədər, yəni XalqBank ASC-yə borcun ödənilməsinə qədər Q.Sadıqovun L.Məmmədova təmir pulundan başqa borcu olmamışdır. Əgər doğrudan da 974000 ABŞ dolları mələğində borc var idisə, nəyə görə Loğman Məmmədov daha az məbləğə iddia qaldırmışdır? Bundan başqa, 974000 ABŞ dolları həmin dövrün məzənnəsinə görə təxminən ******* manat edirdi. İş materiallarında olan müqaviləyə əsasən isə, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllə, V blok, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 140 nömrəli mənzili 625000 manata almışdır. Belə olan halda 625000 manat necə ******* manatla əvəzləşdirilə bilərdi və ya guya ******* manata Cavabdeh satıla bilərdi? Əslində isə, İddiaçı xx.xx.2017ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı 140 saylı mənzilin "xxxx" ASC-də girovda qalmaq şərti ilə Cavabdeh adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdi. Eyni zamanda İddiaçı xx.xx.2017-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizə ilə "xxxx" MTK-ya müraciət edərək, xx.xx.2014-cü il tarixli “Mənzil inşaatı müqaviləsi” əsasında istifadəsində olan 140 saylı mənzilin Cavabdeh satılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı əri X33 da "xxxx" MTK-nın rəhbərliyinə xx.xx.2017-ci ildə notariat qaydada təsdiqlənmiş ərizə yazaraq, 140 saylı mənzilin Cavabdeh satılmasına razı olduğunu bildirmişdir. X33 və İddiaçı şikayətlərinin dəlillərindən biri ondan ibarət idi ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin 23 iyun 2021-ci il tarixli, 02/2-157C-2) saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda X32 Məmmədovdan müxtəlif vaxtlarda 974000 ABŞ dolları məbləğdə borc almış və həmin borcun əvəzi olaraq 140 saylı mənzili sonuncunun razılığı ilə Cavabdeh adına rəsmiləşdirilmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2371/2024 saylı, 07 iyun 2024-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə 140 saylı mənzilin satılmasının Loğman Məmmədova bağlılığının оlmamasının məhkəmənin qanuni qüvvəyə minmiş yekun aktı ilə müəyyən edildiyini, müqavilə əsası ilə əmlakdan istifadə edən şəхsin isə bu hüququndan üçüncü şəхsin хeyrinə hər hansı qarşılıq оlmadan imtina etməsinin ağlabatan оlmadığını, 2017-ci ildən 2024-cü ilədək bu məsələnin mübahisələndirilmədiyini nəzərə alaraq, iddiaçının mənzilin dəyərinin оna ödənilmədiyinə dair bildirdiklərini ağlabatan saymır və mənzilin dəyərinin оna ödənildiyinə dair cavabdehin bildirdiklərini işin hallarına uyğun hesab edir. Bundan başqa, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, 140 saylı mənzili xx.xx.2014-cü il tariхli “Mənzil İnşaatı müqaviləsi”nə əsasən iddiaçının istifadəsində оlmuşdur. Sоnuncu xx.xx.2017-ci il tariхdə "xxxx" MTK-nın rəhbərliyinə müraciət edərək, həmin mənzilin Cavabdeh satımasına etiraz etmədiyini bildirmiş, X33 da eyni tariхli ərizə ilə "xxxx" MTKnın rəhbərliyinə müraciət edərək, iddiaçının istifadəsində оlan həmin mənzilin Cavabdeh satımasına razı оlduğunu bildirmişdir. İddiaçı tələbini borcun qarşılığında 140 saylı mənzili ona vermələrini təklif etmiş Loğman Məmmədova olan 200.000 ABŞ dоlları və 500.000 manat borc məbləğinin qarşılanması (əvəzlənməsi), mənzilə görə "xxxx" ASC-yə оlan 816.000 manat borcun da Loğman tərəfindən ödənilməsi də daxil olmaqla 1.656.000 (974.000 ABŞ dolları) manat dəyərində qiymətləndirdikləri mənzili Loğman Məmmədova təhvil verməyə razılaşmaları, Loğman Məmmədovun təklifi əsasında 2017-ci ilin oktyabr ayında qeyd edilən mənzili, tərəfindən mənzilə görə heç bir vəsait ödənilmədən Loğman Məmmədovun bacısı оğlu və biznes şəriki оlan cavabdehin adına sənədləşdirdiklərini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı mənzilin razılaşdırılmış dəyərinin qalan hissəsinin ödənilməsini tələb etsə də, "xxxx" MTK-nın rəhbərliyinə ünvanladığı xx.xx.2017-ci il tariхli ərizəsindən görünür ki, оnun mənzil üzərində sərəncam vermək hüququ əmələ gəlməmişdir. О, yalnız mənzilin Cavabdeh satılmasına etiraz etməmiş, "xxxx" MTK tərəfindən satılmış mənzilin dəyərinin isə оna ödənilməli оlmasını izah edə bilməmişdir. Bundan başqa pulu əsassız varlanan cavabdehdən tələb etdiyini iddia edən və hazırkı iddia ilə xx.xx.2024-cü il tariхdə müraciət edən iddiaçıya görə, cavabdeh mənzili müqavilə əsası olmadan 2017-ci ilin оktyabr ayında heç bir vəsait ödəmədən əldə etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin "xxxx" MTK tərəfindən оna satılmış mənzilin dəyərini iddiaçıya ödəməli оlması halı təsdiq edilmədiyindən, eləcə də iddiaçının xx.xx.2014-cü il tariхli “Mənzil İnşaatı müqaviləsi”nə əsasən istifadəsində оlmuş və xx.xx.2017-ci il tariхdən cavabdehin əldə etdiyi mənzilin dəyərinin ödənilməsini tələb etmək hüququ qüvvədən düşdüyündən iddia təmin edilə bilməz.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 9.3, 567, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1095-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 217.4, 233.3, 216- 220 və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-344/2025 saylı, 01 may 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2371/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəfin özünə aid edilməsi, məhkəmə xərci olaraq 100 manat Məhkəmə Ekspertiza Mərkəzinin, 600 manat Qiymətləndirmə və Consulting Mərkəzinin xeyrinə iddiaçıdan tutulması qət edilmişdir (hakimlər - Günay Axundova (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov).
15. Apellyasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən Maya X2 borcunun əvəzi olaraq 140 saylı mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi təsdiqini tapmamışdır. İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı 140 saylı mənzilin "xxxx" ASC-də girovda qalmaq şərti ilə Cavabdeh adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Cavabdeh 140 nömrəli mənzili 900000 manata aldığını, 600000 manatın nağd şəkildə verildiyini, 306000 manat pulu isə İddiaçı borcuna görə banka ödədiyini bildirmişdir. 306000 manat pulun Cavabdeh tərəfindən banka ödənilməsi işin mübahisəsiz halıdır. 600000 manat pulun isə İddiaçı ödənilməsini cavabdeh sübut edə bilmir. Lakin buna baxmayaraq, iddiaçının tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməlidir. Belə ki, elektron informasiya sistemindən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. Göründüyü kimi, iddia müddətinin tətbiqinə dair ərizə birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılanadək təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında payın alğı-satqısı müqaviləsi üzrə iddiaçının pul tələb etmək hüququ 2017-ci ildə yaranmışdır. İddiaçı pul tələbini xx.xx.2024-cü il tarixdə irəli sürməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamış, maddi hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 442, 646.1, 646.2, 651-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-344/2025 saylı iş üzrə 01 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2659/2025 saylı, 29 oktyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev – sədrlik edən və məruzəçi, Vüqar Həsənov və Əhməd Əhmədov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-344/2025 saylı, 01 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
19. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir. Belə ki, iddiaçı ona məxsus olmuş 140 nömrəli mənzilin Cavabdeh satıldığını, evin dəyərinin 1.656.000 manata (974.000 ABŞ dolları) razılaşdıqlarını, cavabdehin öhdəliyini icra etmədiyini bildirir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 140 nömrəli mənzili 900000 manata aldığını, 600000 manatın nağd şəkildə verildiyini, 306000 manat pulu isə İddiaçı borcuna görə banka ödədiyini bildirmişdir. 306000 manat pulun Cavabdeh tərəfindən banka ödənilməsi işin mübahisəsiz halıdır. 600000 manat pulun isə İddiaçı ödənilməsini cavabdeh sübut edə bilmir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən mənzilin dəyərinin tam ödənilmədiyi barədə nəticəyə gəlməsinə baxmayaraq, iddia müddətinin tətbiq edilməsi barədə gəldiyi nəticə və bununla bağlı əsaslandırması iş materiallarına uyğun gəlmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında payın alğı-satqısı müqaviləsi üzrə iddiaçının pul tələb etmək hüququnun 2017-ci ildə yarandığını və iddiaçının pul tələbini xx.xx.2024-cü il tarixdə irəli sürməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürdüyünü bildirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında göstərmişdir ki məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. ... Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). Göründüyü kimi iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Hazırda baxılan iddia tələbi də iddia müddətlərinə tabedir və iş üzrə iddia müddətinin axımı cavabdeh tərəfindən öhdəliyin pozulduğunu iddiaçının bildiyi və ya bilməli olduğu vaxtdan başlanır. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən (onun tapşırığı ilə) ödənilməsi bildirilən məbləğlər - hər biri 51.000 manat olmaqla, xx.xx.2017-ci il tarixdə X9; xx.xx.2018ci il tarixdə X10; xx.xx.2018-ci il tarixdə X30; xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə isə X19 tərəfindən ödənilmişdir (bu fakt tərəflər arasında olmuş əvvəlki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir). Göründüyü kimi Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə edilmişdir və ba halda apellyasiya instansiyası məhkəməsinin iddiaçının pulu tələb etmək hüququnun 2017-ci ildə yarandığı barədə gəldiyi nəticə əsassızdır. Həmçinin iş materiallarından görünür ki, 140 saylı mənzil üzrə Cavabdeh borcunun Loğman Məmmədova olan borcla əvəzləşdirilməsi ilə əlaqədar məsələ, iddiaçı X5 cavabdehlər X33 və İddiaçı qarşı “pulun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-101/2022 nömrəli mülki işdə, habelə iddiaçı X5 cavabdeh X33 və "xxxx" MMC-yə qarşı pul tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-3774/2023 nömrəli mülki işlərdə müzakirə predmeti olmuşdur. Belə ki, həmin işlərdə cavabdehin etiraz dəlilləri ondan ibarət olub ki, Qurban Sadıqov aldığı pulları qaytara bilmədiyindən 2017-ci ildə qızı üçün aldığı və arvadı İddiaçı adına olan 140 saylı mənzili 974.000 ABŞ dolları məbləğdə qiymətləndirməklə borcun əvəzinə Loğman Məmmədovun təklifi əsasında ona vermiş, həmin mənzil sonuncunun razılığı və təklifi əsasında bacısı oğlu Cavabdeh adına rəsmiləşdirilmişdir. Bu dəlil həmin iş üzrə uzun müddət davam edən məhkəmə prosesində qəti və ardıcıl olaraq irəli sürülmüş, məhkəmə araşdırmasının predmeti olmuşdur. Hətta Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2(006)-3774/2023 nömrəli qətnaməsi ilə (hakim N.Tağıyeva) Loğman Məmmədovun iddiası təmin edilməmiş və məhkəmənin iddianı rədd etməsinin əsası ondan ibarət olmuşdur ki, «işin araşdırılmış halları ilə tərəflər arasında borc münasibətlərinin 2015-2016-cı illər ərzində yaranması və 2017-ci ildə də bu münasibətlərin yuxarıda qeyd edilən mənzillə əvəzləşdirilməsi ilə başa çatması tam təsdiqini tapmışdır.» Sonradan qeyd olunan 2(006)-101/2022 nömrəli və 2(006)-3774/2023 nömrəli mülki işlər bir icraatda birləşdirilmiş, həmin mülki mübahisə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə sonlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-101/2022 nömrəli və 2(006)-3774/2023 nömrəli mülki işlərin baxılması zamanı 140 saylı mənzillə bağlı Cavabdeh tərəfindən ödənilməmiş borcun Loğman Məmmədova olan borcla əvəzləşdirilməsi barədə İddiaçı dəlillərinin məhkəmə araşdırmasının predmetini təşkil etməsi, hətta bu əsasla birinci instansiya məhkəməsində iddianın rədd olunması, hazırki tələb üzrə iddia müddətinin hesablanması zamanı xüsusi təhlilə ehtiyacı olan haldır. Çünki həmin 140 saylı mənzilin L.Məmmədovun borcu ilə əvəzləşdirilməsi barədə məhkəmə araşdırması, İddiaçı Cavabdeh qarşı iddia müddətini uzanan (davam edən, “sürünən”) vəziyyətə gətirmişdir. 140 saylı mənzilin borcla əvəzləşdirilməsi barədə mübahisə məhkəmədə sonlandıqdan sonra İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında 140 nömrəli mənzilin hansı qiymətə satılması və nə qədər borcun qalması barədə dəlillər üzrə araşdırma aparılması zəruri sayılmamışdır. Çünki son nəticədə 140 saylı mənzilin satılmasının Loğman Məmmədovla bağlılığı müəyyən edilməmişdir. Buna görə də mənzilin qiyməti barədə tərəflərin dəlilləri ətraflı araşdırılmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı apellyasiya şikayətində göstərib ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, hazırda mübahisələndirilən 140 və 145 nömrəli, hər biri ayrı-ayrılıqda 278 kv.m оlan 4 otaqlı, dubleks mənzillər İddiaçı mülkiyətində olmuşdur. Həmin mənzillərdən 145 saylı mənzili Loğman Məmmədov qızının yaşaması üçün 2015-ci ilin mart ayında öz vəsaiti hesabına hədiyyə kimi təmir etdirmiş, həmin təmirin pulunun ödənilməsi tələbi ilə 2020-ci ildə Nəsimi Rayon Məhkəməsində hazırkı iş üzrə iddiaçıya qarşı qaldırdığı iddia tələbi təmin edilərək, 595.985 (beş yüz doxsan beş min doqquz yüz səksən beş) manat məbləğində pul vəsaiti İddiaçı tutulmuşdur. Həmçinin məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, 140 saylı mənzilin alınması üçün İddiaçı tərəfindən "xxxx" MTK-ya 625.000 (altı yüz iyirmi beş min) manat pul ödənilmişdir və hər iki mənzil eyni ustalar tərəfindən təmir edilmişdir. Kooperativin tam hüquqlu üzvü kimi İddiaçı "xxxx" MTK-nın rəhbərliyinə ünvanladığı xx.xx.2017-ci il tariхli ərizəsində mübahisələndirilən mənzilin Cavabdeh adına sənədləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmçinin "xxxx" MTK-nın nizamnaməsinin 6.5-ci bəndinə əsasən kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış üzvə onun payının məbləği (dəyəri) koorperativ üzvünün çıxarılması haqqında qərar qəbul edildiyi gündən iki aydan çox olmayan müddətə qaytarılır. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçıya məxsus 140 saylı mənzilin dəyəri İddiaçı tərəfindən xx.xx.2014-cü il tariхdə "xxxx" MTK-ya tam olaraq ödənilməklə mənzil üzərində İddiaçı mülkiyyət hüquqları əldə etmişdir. Lakin həmin mənzilin Cavabdeh adına keçirilməsi ilə əlaqədar sonuncu tərəfindən hər-hansı bir məbləğdə pul vəsaiti nə payçı İddiaçı, nə onun həyat yoldaşı X21, nə Banka, nə də ”İnkom” MTK-ya ödənilməmişdir.
b) Hazırki apellyasiya icraatında apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
21. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 651.Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
26. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
28. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
29. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
30. Əvvəla, idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
31. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
32. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
33. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni iddianın rədd edilməsi ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
34. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
35. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
36. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu, tərəflərdən hansının hüquqdan sui-istifadə etdiyini düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq etdiyi normanı səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
37. Əvvəla, işin mübahisəsiz halı və qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq olunur ki, ünvan 5 ünvanında inşa edilmiş “X13” yaşayış kompleksinin “B” blokunda yerləşən 140 və 145 saylı İddiaçı məxsus olmuşdur. Hər iki mənzil eyni ustalar tərəfindən təmir edilmişdir. 145 saylı mənzili Loğman Məmmədov qızının yaşaması üçün 2015-ci ilin mart ayında öz vəsaiti hesabına təmir etdirmiş, sonradan aralarında yaranmış məhkəmə mübahisəsinin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və onun əri Qurban Sadıqovdan 145 saylı mənzilin təmir xərcinə görə müştərək qaydada 595.985 manatın tutularaq Loğman Məmmədova ödənilməsi, 140 saylı mənzilin alınması üçün İddiaçı "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın isə İddiaçı Loğman Məmmədovun xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2638/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə də X29 Sadıqova və "xxxx" MMC-yə qarşı olan iddiası üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilsə də iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 nömrəli, 16 mart 2023-cü il tarixli və 2(103)-2638/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır.
38. Hazırkı iş üzrə İddiaçı ona məxsus olmuş 140 nömrəli mənzilin Cavabdeh satıldığını, dəyərinin 1.656.000 manata (974.000 ABŞ dolları) razılaşdıqlarını, cavabdehin öhdəliyini icra etmədiyini bildirir. Cavabdeh isə 140 nömrəli mənzili 900000 manata aldığını, 600000 manatın nağd şəkildə verildiyini, 306000 manatı isə İddiaçı borcuna görə banka ödədiyini bildirib. Lakin 306000 manat ödənilməsi işin mübahisəsiz halı olsa da, 600000 manatın iddiaçıya ödənilməsinə dair cavabdeh məhkəməyə hər hansı bir sübut təqdim etməyib.
39. Əlbətdə ki, hazırkı iddia da iddia müddətlərinə tabedir və iş üzrə iddia müddətinin axımı cavabdeh tərəfindən öhdəliyin pozulduğunu iddiaçının bildiyi və ya bilməli olduğu vaxtdan başlanır. Yəni iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
40. Düzdü iş materialları ilə təsdiq olunur ki, 140 saylı mənzil üzrə Cavabdeh borcunun Loğman Məmmədova olan borcla əvəzləşdirilməsi ilə əlaqədar məsələ, iddiaçı X5 cavabdehlər X33 və İddiaçı qarşı pulun ödənilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-101/2022 nömrəli mülki işdə, habelə iddiaçı X5 cavabdeh X33 və "xxxx" MMC-yə qarşı pul tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-3774/2023 nömrəli mülki işlərdə müzakirə predmeti olmuşdur. Həmin işlərdə cavabdehin etiraz dəlilləri ondan ibarət olub ki, Qurban Sadıqov aldığı pulları qaytara bilmədiyindən 2017-ci ildə qızı üçün aldığı və arvadı İddiaçı adına olan 140 saylı mənzili 974.000 ABŞ dolları məbləğdə qiymətləndirməklə borcun əvəzinə Loğman Məmmədovun təklifi əsasında ona vermiş, həmin mənzil sonuncunun razılığı və təklifi əsasında bacısı oğlu Cavabdeh adına rəsmiləşdirilmişdir. Kassasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi bu dəlil həmin iş üzrə uzun müddət davam edən məhkəmə prosesində qəti və ardıcıl olaraq irəli sürülmüş, məhkəmə araşdırmasının predmeti olmuşdur. Hətta Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2(006)-3774/2023 nömrəli qətnaməsi ilə (hakim N.Tağıyeva) Loğman Məmmədovun iddiası təmin edilməmiş və məhkəmənin iddianı rədd etməsinin əsası ondan ibarət olmuşdur ki, «işin araşdırılmış halları ilə tərəflər arasında borc münasibətlərinin 2015-2016-cı illər ərzində yaranması və 2017-ci ildə də bu münasibətlərin yuxarıda qeyd edilən mənzillə əvəzləşdirilməsi ilə başa çatması tam təsdiqini tapmışdır.» Sonradan qeyd olunan 2(006)-101/2022 nömrəli və 2(006)-3774/2023 nömrəli mülki işlər bir icraatda birləşdirilmiş, həmin mülki mübahisə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə yekunlaşmışdır.
41. Məhkəmə tərkibi qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-101/2022 nömrəli və 2(006)-3774/2023 nömrəli mülki işlərin baxılması zamanı 140 saylı mənzillə bağlı Cavabdeh tərəfindən ödənilməmiş borcun Loğman Məmmədova olan borcla əvəzləşdirilməsi barədə İddiaçı dəlillərinin məhkəmə araşdırmasının predmetini təşkil etməsi, hətta bu əsasla birinci instansiya məhkəməsində iddianın rədd olunması, həm hazırkı tələbi əsaslı edir, həm də iddia müddətinin hansı tarixdə hesablanmalı olması zamanı əsas götürülməlidir. Çünki 140 saylı mənzilin borc ilə əvəzləşdirilməsi barədə məhkəmə araşdırması, İddiaçı Cavabdeh qarşı hazırkı iddia üzrə iddia müddətinin keçmədiyini labüd edir. Başqa sözlə, 140 saylı mənzilin borc ilə əvəzləşdirilməsi məsələsinə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə son qoyulmuşdur. Məhz bundan sonra İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir. Demək ki, İddiaçı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt, yəni iddia müddətinin axımının başlanğıcı Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının qəbul edildiyi vaxtdan hesablanmalıdır.
42. Göstərilənlərlə yanaşı, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında 140 nömrəli mənzilin hansı qiymətə satılması və nə qədər borcun qalması barədə dəlillər üzrə araşdırma aparılması zəruri sayılmamışdır. Çünki son nəticədə 140 saylı mənzilin satılmasının Loğman Məmmədovla bağlılığı müəyyən edilməmişdir. Buna görə də mənzilin qiyməti barədə hazırda ətraflı hüquqi dəyərləndirmə aparılmalıdır.
43. Belə ki, işdə mübahisə predmeti olmuş 140 nömrəli mənzilin və eyni ölçüdə və parametrdə olan 145 saylı mənzilin dəyəri barədə 4 qiymətləndirici və 1 ekspert rəyi mövcuddur. "xxxx" MMC-nin 05 sentyabr 2024-cü il tarixli rəyinə əsasən 140 nömrəli mənzilin 05 sentyabr 2024-cü il tarixə bazar dəyəri 1753000(bir milyon yeddi yüz əlli üç min) manat, 145 nömrəli mənzilin xx.xx.2024-cü il tarixinə bazar dəyəri isə 1704000(bir milyon yeddi yüz dörd min) manat, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən 145 nömrəli mənzilin bazar dəyəri 1 200 000(bir milyon iki yüz min) manat, “X37” MMC-nin 24 dekabr 2024-cü il tarixinə 145 nömrəli mənzilin bazar dəyəri 1740000(bir milyon yeddi yüz qırx min) manat, 2017-ci il tarixinə 1600800(bir milyon altı yüz min səkkiz yüz) manat, bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış "xxxx" MMC-nin 10 dekabr 2024-cü il tarixli rəyinə əsasən 140 nömrəli mənzilin bazar dəyəri 1 031 600(bir milyon otuz bir min altı yüz) manat, xx.xx.2017-ci il tarixinə 746000(yeddi yüz qırx altı min) manat, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2025-ci il tarixli rəyində isə Bakı şəhəri Nərimanov rayоnu, Kazımzadə küçəsindəki “X13” yaşayış kompleksində yerləşən təmirsiz mənzillərin 1 kv. metrinin hazırkı dövrə mövcud olan bazar qiyməti 4375 manat, təmirli mənzillərin 1 kv metrinin hazırki dövrə mövcud olan orta bazar qiyməti təqribən 5826 manat təşkil etdiyi qeyd olunmuşdur.
44. Göründüyü kimi, 2 qiymətləndirici və 1 ekspert rəyində ölçüsü və digər parametrləri eyni olan mənzillərin qiyməti demək olar ki, eyni, 4-cü rəydəki qiymət isə onlara nisbətən bir qədər az, sonuncu rəydəki qiymət isə bütün rəylərdəki qiymətdən fərqli olmuşdur. Ona görə də bu rəylərin əksəriyyəti ilə eyni olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi qiyməti məhkəmə tərkibi mötəbər sübut kimi qəbul edir. Əvvəla ona görə ki, ekspert rəyi rəsmi dövlət orqanı tərəfindən verilməklə, həm də xüsusi biliyə malik və bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyan, ekspert statusu olan şəxs tərəfindən verilib. İkincisi, ekspert rəyi mübahisəli mənzilin bazar dəyərinin həqiqi və real olduğunu daha dolğun əks etdirir. Çünki bu qiymət işin halları, o cümlədən mübahisəli mənzilə dair çoxsaylı məhkəmə aktları ilə təsdiq olunur. Ona görə də sahəsi 278 kv. metr olan mənzilin 1 kv. metrinin bazar dəyərinin 5826 manat olduğu nəzərə alındıqda, mənzilin ******* (bir milyon altı yüz on doqquz min, altı yüz iyirmi səkkiz) manat olduğu, həmin məbləğdən isə iddiaçının əvəzinə banka ödənilmiş 306000(üç yüz altı min) manat çıxıldıqda, qalan 1313628(bir milyon üç yüz on üç min, altı yüz iyirmi səkkiz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
45. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan əmələ gələn öhdəliklər, həmçinin hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
46. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2371/2024 saylı, 07 iyun 2024-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Cavabdeh 1.313.628 (bir milyon üç yüz on üç min altı yüz iyirmi səkkiz) manat alınaraq İddiaçı ödənilməli; iddia qismən təmin edildiyindən iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ümumilikdə ödənilmiş 3224 (üç min iki yüz iyirmi dörd) manat dövlət rüsumunun iddianın təmin olunduğu hissəyə münasibətdə 2.576,12 (iki min beş yüz yetmiş altı manat on iki qəpik) manat, eləcə də hüquqi xidmət üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaiti də Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2371/2024 saylı, 07 iyun 2024-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 1.313.628 (bir milyon üç yüz on üç min altı yüz iyirmi səkkiz) manat alınaraq İddiaçı ödənilsin. İddia qismən təmin edildiyindən iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ümumilikdə ödənilmiş 3224 (üç min iki yüz iyirmi dörd) manat dövlət rüsumunun iddianın təmin olunduğu hissəyə münasibətdə 2.576,12 (iki min beş yüz yetmiş altı manat on iki qəpik) manat, eləcə də hüquqi xidmət üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xərcin əvəzi də Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.