Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6925/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı X1 verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair Cavabdeh İddiaçı ASC-yə olan 11479.29 (on bir min dörd yüz yetmiş doqquz dollar 29 sent) ABŞ dolları əsas, 4105.87 (dörd min yüz beş dollar, 87 sent) ABŞ dolları faiz, 4291.98 (dörd niıı iki yüz doxsan bir dollar, 98 sent) ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 19877.14 (on doqquz min səkkiz yüz yetmiş yeddi dollar, 14 sent) ABŞ dolları boreun, eləcə də tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması; Həmin məbləğlərin girov qoyulmuş, cavabdehə məxsus olan TOYOTA FJ-CRUİSER markalı, qara rəngli, Ban №-si JTEBİJ11F19KÖ61313, buraxılış ili 2008-ci il olan ** TR *** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək, həmin əmlak hesabına İddiaçı ASC- yə ödənilməsi; İpoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı X3 iddianın təmini tədbiri olaraq, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Cavabdeh məxsus TOYOTA FJCRUİSERmarkalı, qara rəngli BanJTEBU11F19K061313, buraxılış ili 2008-ci il olan ** TR *** dövlət nömrə nişanlı avtomobilin cavabdehə və üçüncü şəxslərə istismarının qadağan edilməsi və İddiaçı ASCyə məxsus cərimə meydançasında saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 2709/2020 nömrəli qərardadı ilə İddiaçı X2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə İddiaçı X3 tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizə təmin edilməmişdir. İddiaçı X3 tərəfindən həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və müvafiq əmlak üzərinə həbs qoyulmasına dair vəsatətin təmin edilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-2709/2020 nömrəli qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin, gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası hesab edir ki, TOYOTA FJ-CRUİSER markalı, ** TR *** dövlət nömrə nişanlı avtomobil cavabdehin mülkiyyətində oldugundan və onun istismarının qadağan edilməsi, cərimə meydançasında saxlanılması mülkiyyət hüquqlarının pozulması ilə nəticələ biləcəyindən iddianı təmin etmə tədbirini tətbiq etməməkdi birinci instansiya məhkəməsi tam haqlı olmuşdur. Kollegiya eləcə də qeyd edir ki, TOYOTA FJ-CRUİSER markalı, ** TR *** dövlət nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edildiyindən, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsi üzrə hər hansı maneə və ya mümkünsüz ola biləcək hallar istisna olunur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6925/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6925/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver