Məhkəmə qərarları › İş №2(103)-6928/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6928/2022

14.10.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6928/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(005)-525/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verdiyi şikayətə Bakı Apellyasiya məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-301/2021 saylı ddiaçı İddiaçı Cavabdeh qarşı «əmlak kirayə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin, əşya və avadanlıqların təhvil verilməsi və kirayə haqqı tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(005)-525/2022 nömrəli qətnaməsindən Cavabdeh 17 may 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda, vəsatət verərək buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(005)-525/2022 nömrəli qərardadı ilə Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(005)-525/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməyərək müddətin bərpasından imtina edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(005)- 525/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(005)- 525/2022 nömrəli qərardadından Cavabdeh şikayət vermiş və qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(005)-525/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Kollegiya, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 may 2022-ci il tarixli 2(103)- 525/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(005)-525/2022 nömrəli qətnaməsini Cavabdeh xx.xx.2022-ci il tarixdə qəbzə imza etməklə almış, 17 may 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda, vəsatət verərək buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir.Cavabdeh müddətin bərpa olunması barədə ərizəsini onunla əsaslandırmışdır ki, qətnaməni Cavabdeh xx.xx.2022-ci il tarixdə qəbzə imza etməklə almış, lakin qətnamə onun vəkilinin “Elektron Kabinet”inə yerləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(005)-525/2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar