Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-693/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1114/2020 saylı, 21 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tapdıq oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tapdıq oğluna qarşı yaşayış sahəsindən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tapdıq oğlunun öz ailəsi ilə birlikdə iddiaçının istifadəsində olan Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmaları və onun bu mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 14.03.1956-cı ildə pasport qeydiyyatına alınmaqla onun nənəsi X6 verilmişdir. A.P.Martinova 23.08.1991-ci ildə vəfat etdikdən sonra onun ailə üzvləri oğlu X3, nəvəsi X1 və onun oğlu (nəticəsi) yəni o bu evdə qeydiyyatda olaraq yaşamışlar. A.V.Martinov və o, hal-hazırda da bu ünvanda qeydiyyatdadırlar. Bu mənzil əvvəllər sahəsi 23.kv.m olmaqla bir otaqdan ibarət olmuş, sonra isə mənzil sahəsini genişləndirmək məqsədi ilə daha 3 otaq inşa edilmişdir. 1993-cü ildən bu mənzilin 3 otağını Ağdam rayonundan olan məcburi köçkünlər X4 öz ailəsi ilə zəbt etmişlər və orada yaşayırlar. Sabunçu Rayon Məhkəməsi bu şəxslərin bu mənzildən çıxarılmaları barədə qətnamə qəbul etmişdir. 2001-ci ilin ortalarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona yaxınlaşaraq tələbə olduqları üçün onlara kirayə yaşamaq üçün mənzil lazım olduğunu bildirmişlər. O, bu mənzilin bir otağını onlara kirayəyə vermişdir. Cavabdehlər iki ay kirayə haqqını ödədikdən sonra, daha kirayə haqqını ödəməmişlər, onun mənzili tərk etmələri barədə tələblərinə məhəl qoymamışlar. Halhazırda cavabdehlər bu mənzildə yaşamırlar və bu mənzili kirayəyə verirlər. Onun daimi yaşayış yeri yoxdur, kirayədə yaşamaqla xəstə anasına və onkoloji xəstə olan həyat yoldaşına qulluq etmiş, həyat yoldaşı bu yaxınlarda vəfat etmişdir. Onun atası yaşamadıqları bu mənzilin kirayəsini uzun müddət vermişdir. Sabunçu rayonu 71 saylı MKİS-dən verilmiş arayışlardan görünür ki, Zabrat qəsəbəsi ünvan 1 dövlət mülkiyyətində olmaqla 14.03.1956-cı ildə pasport qeydiyyatına alınmaqla A.P.Martinovaya verilmişdir, hal-hazırda o, və onun atası bu mənzildə pasport qeydiyyatındadırlar. MKİS-dən verilmiş arayışdan görünür ki, cavabdehlər Ş.T.Şahmuradov və Cavabdeh2 Zabrat qəsəbəsi, Babək küçəsi 25 saylı evin 1 saylı mənzilini zəbt etmişlər, qonşular tərəfindən tərtib olunmuş akta əsasən onlar hal-hazırda bu ünvanda yaşamırlar. Verilmiş sorğuya əsasən Azərbaycan Respblikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsindən bildirilir ki, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, ADAU-6 ətrafında məskunlaşmışlar. Mövcud olan məlumata əsasən artıq bir neçə ildir ki, cavabdehlər nəinki bu mənzildə, hətta Bakı şəhərində yaşamırlar. Cavabdeh1 ailəsi ilə Göygöl rayonunda yaşayır və orada Regional Laboratoriyada işləyir. Bu mənzili isə onlar başqa şəxslərə kirayəyə vermişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1114/2020 saylı, 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tapdıq oğlunun əvvəllər məskunlaşdığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tapdıq oğlu apelyasiya şikayəti vermişlər və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1114/2020 saylı, 21 fevral 2020-ci il tarixli qətnaməsi qanunsuz və ədalətsizdir. Məhkəmə iclasının (iclaslarının) yeri və vaxtı barədə ona heç bir bildiriş gəlməmiş, eyni zamanda SMS xəbərdarlıq olmamışdır. Analoji iddia ilə Sabunçu Rayon Məhkəməsinin icraatında artıq bir dəfə mülki iş olmuş və məhkəmənin 2(008)-1092/2019 saylı, 18.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Belə olan halda iddiaçı məhkəməyə bu barədə məlumat verməmişdir və nəticə etibarı ilə iddiasının icraata götürülməsinə nail olmuşdur. Halbuki elektron məhkəmə sistemi ilə analoji iş üzrə qətnamənin olmasının müəyyən edilməsi hakimin səlahiyyətində olmuşdur ki, məhkəmə bunu etməmişdir. Məhkəmə bu halı müəyyən etsə idi, bu zaman MPM- nin 153.2.2-ci maddəsinə əsasən, icraata xitam verməli idi. Bundan başqa ən əsası odur ki, məhkəmə işin mahiyyətini düzgün araşdırmamışdır. İddiaçının mübahisəli mənzilə dair hansı hüquqlarının olmasını müəyyən etməmişdir. İş materiallarında olan sənədlərlə iddiaçının mübahisəli mənzilə dair iddia qaldırmaq üçün hansı hüquqlarının olması müəyyən edilmir. 19.09.2018-ci il tarixli arayışla müəyyən edilir ki, mübahisəli ev dövlətin balansmdadır. Belə olan halda ehtimal edilən iddiaçının mübahisəli mənzil ilə bağlı hansısa tələb irəli sürmək hüququ yoxdur. İddia əizəsinin məzmunundan da müəyyən olur ki, mənzil mərhum X6 ayrılmışdır. İddiaçı mərhumun nəvəsidir və bu mənzildə heç zaman yaşamamışdır. Mənzil ayrılan şəxs isə 1991-ci ildə vəfat etmişdir. Mənzil bu günə qədər dövlət balansmdadır və heç kəsə ayrılmamışdır. Belə olan halda iddiaçının Subyektiv hüququ yoxdur və o iddia verə bilməzdi. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1114/2020 saylı, 21 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tapdıq oğlu məhkəmə iclasına gəlməmişlər və Cavabdeh2 gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsədə səbəbi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1114/2020 saylı, 21 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam şəkildə yoxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu rayonu üzə sektorunun 212 saylı, 23.09.2019-cu il tarixli məktubun surətindən görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh1 2 nəhər ailə üzvi ilə birlikdə (X8 və Cavabdeh2 Tapdıq oğlu) Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır.(İ.vər. 7) İş materiallarında olan, Sabunçu rayon MKİS-nin 19.09.2018-ci il tarixli arayışının surətindən görünür ki, Zabrat qəsəbəsi, ünvan 1 dövlət mülkiyyətində olmaqla 14.03.1956cı ildə pasport qeydiyyatına alınmaqla X7 verilmişdir. 23.08.1991-ci il N 341541 saylı ölüm haqqında şəhadətnaməyə əsasən pasport qeydiyyatından çıxarılmışdır. 71 saylı MKİS-də olan məlumata əsasən göstərilən mənzildə Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə məskunlaşmış və həmin mənzildə X2 və İddiaçı pasport qeydiyyatındadırlar.(İ.vər. 9) İş materiallarında olan 09.06.2018-ci il tarixli aktın surətindən görünür ki, həqiqətən Zabrat qəsəbəsi, Babək küçəsi ev 25, mənzil 1-də Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh1 Taptıq oğlu öz ailəsi ilə birlikdə bu mənzildə yaşamırlar, hal-hazırda həmin mənzildə başqa adamlar yaşayır.(İ.vər. 12) İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 26 oktyabr 2018-ci il tarixli, 02/1514 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsində məktubda adı çəkilən məcburi köçkünlər Gəncə şəhəri, ADAU-6 ətrafında məskunlaşmışlar.(İ.vər. 13) İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 02/773 saylı, 30 aprel 2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təstiq edilmiş Dövlət Proqramına əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuş və hazırda bununla bağlı işlər davam etdirilir. Bu məqsədlə hazırlanmış siyahıya məcbur köçkün Cavabdeh1 Taptıq oğlu və onun ailə üzvlərinin adları daxil edilmişdir.(İ.vər. 14) Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “Əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir” “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 17 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 saylı, 24.12.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi Köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”na əsasən məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İcra Hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüquqlarını pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, hal-hazırda cavabdehlərin iddiaçının istifadəsinə verilmiş mənzildə yaşamaları üçün heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsisində yerləşən, 25 saylı evin 1 saylı mənzilini öz istifadələrində saxlamaları iş materialları ilə tam təsdiq olunur. Bu səbəbdən apelyasiya şikayətinin dəlilləri hər hansı mötəbər sübuta söykənmədiyindən, formal mülahizələrdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinin dəlillərini təsdiq edən hər hansı mötəbər sübutları təqdim etmədiklərindən həmin dəlillər qətnamənin ləğvi üçün əsaslı hesab edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmişlər və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kоllеgiyası, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apеlyasiya şikayətində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baхarkən maddi və prоsеssual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1114/2020 saylı, 21 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tapdıq oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1114/2020 saylı, 21 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-693/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-693/2022
10.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver