Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-693/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 59 000 (əlli doqquz min) manatın və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlərlə arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış alqı-satqı barədə razılaşmaya görə, cavabdehlər ünvan 1 ünvanında yerləşən 120 kv.m-lik evi ona satmaq niyyəti ilə əvvəlcədən ondan 59 000 manat pul almış, evin sənədlərində olan problemi 25 dekabr 2020-ci il tarixinə kimi həll edib evi ona təhvil verməyi öhdələrinə götürmüşlər. Lakin bu günə kimi onlar nə pulu qaytarır, nə də evi təhvil verirlər. Dəfələrlə onlardan pulu və ya evi tələb etdikdə onlar müxtəlif bəhanələr gətirərək öhdəliklərini icra etmirlər. Belə olan halda pozulmuş hüquqlarının bərpası və pulun cavabdehlərdən məcburi qaydada alınması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər özləri də iddia tələbində haqlı olduğunu etiraf etmək məcburiyyətindədirlər. Belə ki, alqı-satqı niyyəti ilə bağlanmış yazılı razılaşmada olan imzalar cavabdehlərə məxsusdur və qəbzin məzmununda yazılmış sözlər də onların iradə ifadəsidir. Birinci instansiya məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qərardadı ilə mümkün hesab olunmuşdur. Apellyasiya şikayəti üzrə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında müəyyən olunmuşdur ki, müvafiq apellyasiya şikayəti üzrə şikayət vermə müddətinin bərpa edilməsinə dair birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən şikayət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən şikayətə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-693/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-693/2024
11.01.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver