Məhkəmə qərarları › İş №2(103)-694/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-694/2020

14.01.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-694/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağ torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin, darvazanın sökülməsi və cavabdehin həmin sahədən çıxarılması tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı bağ sahəsinə dair protokolun etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(010)-3531/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan bağ torpaq sahəsində Cavabdeh inşa etdirdiyi tikililərin və darvazının onun hesabına sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və bağ torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia belə əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1998-ci ildə “Kondisioner” bağçılıq yoldaşlığına üzv qəbul olunmuş və ona Bakı şəhəri Hövsan qəsəbəsi ərazisində 487 kv.m sahəsi olan 1408 saylı bağ torpaq sahəsi verilmişdir. Həmin bağ torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, Cavabdeh ona məxsus olan bağ torpaq sahəsini özbaşına zəbt edərək darvaza qoydurmuşdur. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan bağ torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı 1408 nömrəli bağ sahəsinin ayrılması barədə “Bakı Kondisionerləri” bağçılıq yoldaşlığının xx xxxxxx 1998-ci il tarixli 01 saylı protokolunun etibarsız hesab edilməsi, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Kondisioner” bağçılıq yoldaşlığının 1408 saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və həmin torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 1979-cu ildə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Arvadı X3 xx xxxx 1987-ci ildə vəfat etmişdir. Xoşqədəm Ələkbərova xx xxxxxx 1983-cü ildən vəfat edən günədək keçmiş “Bakı Məişət Kondisionerləri” zavodunda işləmiş və işlədiyi dövrdə ona “Bakı Kondisionerləri” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Hövsan qəsəbəsində 1408 saylı (keçmiş 325 saylı) bağ sahəsi ayrılmışdır. Mərhum arvadı həmin zavodun bağçılıq yoldaşlıq birlinə üzv qəbul olunduqdan sonra xx xxxxxx 1986-cı ildə bağçılıq yoldaşlığına 150 rubl ödəmişdir. Bu barədə qəbzin kötüyü də mövcuddur. Bundan sonra “Bakı Kondisionerləri” bağçılıq yoldaşlığı tərəfindən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 1408 saylı (kecmiş 325 saylı) bağ sahəsinin ayrılmasına dair müvafiq qaydada imzalanmış və təsdiq edilmiş plan-sxem verilmişdir.“Bakı Kondisionerləri” zavodunun işçilərinin “Bakı məişət kondisionerləri” bağçılıq yoldaşlıq birliyinə üzv qəbul edilməsi ilə bağlı siyahı tərtib edilmiş və həmin siyahıda 45-ci sırada zavodda mühəndis işləyən X1 325 saylı bağ sahəsinin ayrılması və bağ sahəsinin ayrılmasına görə 229 saylı ödəniş qəbzi ilə ödəniş olması əks edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 1408 saylı, yəni keçmis 325 saylı bağ sahəsinə dair ödəniş edildiyi gündən, yəni xx xxxxxx 1986-cı il tarixdən bağ sahəsi onların istifadəsinə verildiyindən, bağ sahəsinin kənarlarına məftildən, 1988-ci ildən isə mişar daşlardan hasar çəkdirmişlər. Bağ sahəsi onlara verildiyi vaxtdan hər hansı bir şəxs tərəfindən, eləcə də “Bakı Kondisionerləri” bağçılıq yoldaşlığının əməkdaşları tərəfindən onlara hər hansı formada verilmiş bağ sahəsinin başqa yerdə yerləşməsi və bağ sahəsinin basqasının istifadəsinə verilməsi ilə bağlı müraciət edilməmişdir. Maddi imkansızlıq səbəbindən onların istifadəsinə verilmiş bağ sahəsini özəlləşdirərək, həmin bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış ala bilməmişlər. Lakin bağ sahəsindən istifadə etmələrinə heç kim maneçilik törətməmişdir. 2018-ci ildə ona məlum olmuşdur ki, həmin bağ sahəsi İddiaçı adına rəsmiləşdirilmiş, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədi verilmişdir. Bu hadisədən sonra bağ sahəsinə darvaza qoydurmuşdur. Hesab edir ki, həmin bağ torpaq sahəsi onun istifadəsində olduğundan, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnaməyə əsasən əvəzsiz olaraq onun mülkiyyətinə verilməli idi. “Bakı Kondisionerləri” bağçılıq yoldaşlığının rəhbərliyi qanunsuzluğa yol verərək İddiaçı cəmiyyətə üzv qəbul etmiş və sonradan həmin bağ torpaq sahəsinin onun mülkiyyətinə keçməsinə şərait yaratmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(010)- 3531/2019 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Kondisioner” bağçılıq yoldaşlığının 1408 nömrəli bağ sahəsində inşa etdirdiyi tikililər və darvazanın cavabdehin hesabına sökülərək cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması, iş üçün əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması, məhkəmənin qətnamədə göstərdiyi nəticələrin işin hallarına uyğun gəlməməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını, İddiaçı nümayəndəsi Vəkil1 isə apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(010)- 3531/2019 saylı qətnaməsi X4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Kondisioner bağçılıq yoldaşlığının 1408 saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair plan və ölçü sənədi verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, arxiv qovluğunda mövcud olan “Kondisioner” bağçılıq birliyinin müşavirəsinin xx xxxxxx 1998-ci il tarixli 01 №-li protokoluna əsasən X8 ayrılmış 1408 nömrəli bağ sahəsindən iki ildən artıq istifadə etmədiyindən sözügedən bağçılıq birliyindən xaric edilmişdir. Ümumi sahəsi 500 mx xxxx 1408 nömrəli bağ sahəsi X6 verilmiş və onun adına xx xxxxxx 1998-ci il tarixli üzvlük kitabçası verilmişdir. Daha sonra həmin üzvlük kitabçası əsasında Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Kondisioner” bağçılıq yoldaşlığının 1408 nömrəli bağ sahəsi (0,0487 hektar torpaq sahəsi) xx xxxx 2018-ci ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Apelyasiya icraatı zamanı işə baxılarkən Bakı Apelyasiya Məhkəməsinin sorğusuna əsasən, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubunda istinad olunan sənədlərin surəti məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan İV-JQ seriyalı 372470 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X3 xx xxxxxx 1979-cu il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx xxxx 1987-ci ildə vəfat etmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, X3 xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək Bakı Məişət Kondisionerləri Zavodunda işləmişdir. İş materiallarında olan plan-sxemdən, “xxxxxxxxxxxxxxxxx” bağçılıq yoldaşlığından torpaq sahəsi almaq üçün müraciət etmiş Bakı Məişət Kondisionerləri Zavodu işçilərinin sıyahısından və mədaxil qəbzinin surətindən görünür ki, X2 “xxxxxxxxxxxxxxxxx” bağçılıq yoldaşlığından 325 nömrəli bağ torpaq sahəsi ayrılmış və xx.xx.1986-cı ildə 150 rubl pul ödənilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” bağçılıq yoldaşlığının sədri X7 Suraxanı Rayon Məhkəməsinə verdiyi izahatdan görünür ki, Cavabdeh adına həmin bağçılıq yoldaşlıqda heç bir torpaq sahəsi verilməmiş, Cavabdeh mərhum arvadı X3 1986-cı ildə bağçılıq yoldaşlıq siyahısına adını yazdırsa da, sonradan bağçılığa üzvlüyə qəbul olunmamış və heç vaxt ona bağçılıq kitabçası verilməmişdir. Xoşqədəm Ələkbərova 1987-ci ildə vəfat etdikdən sonra onun ailə üzvləri heç vaxt bağçılıq yoldaşlığa üzv kimi qəbul olunmaq barədə müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. İş materiallarından görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Kondisioner” bağıçılıq yoldaşlığının 1408 saylı bağ sahəsi X5 xüsusi mülkiyyətindədir. Lakin Cavabdeh iddiaçının mülkiyyətində olan həmin bağ sahəsini zəbt edib darvaza qoydurmaqla iddiaçının həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarını pozur. İddiaçı öz tələbində haqlıdır. Buna görə də birinci instansiya məhkəməsi ilk iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh mübahisəli bağ torpaq sahəsinə dair hər hansı subyektiv hüququnun olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh qarşlıqlı iddia ərizəsində onun məhhum arvadı Xoşqədəm Ələkbərovaya 325 saylı (indiki 1408 saylı) bağ sahəsi ayrılması göstərilsə də, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı verilmiş torpaq sahəsi vaxtilə Günnadiy Şvedov adlı vətəndaşa verilmiş və iki ildən artıq müddətdə istifadə etmədiyi üçün geri alınmış 1408 saylı bağ torpaq sahəsi olmuşdur. İş materiallarında olan “Kondisioner” bağçılıq birliyi üzvlərinin sıyahısından görünür ki, 1408 saylı torpaq sahəsi X13 məxsus olmuşdur. Bundan əlavə, Cavabdeh özü və ya ailə üzvləri həmin bağçılıq yoldaşlığına üzv qəbul olunmaq barədə müraciət etməmiş, bağ torpaq sahəsinin onun qanuni sahibliyində və istifadəsində olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin, qarşılıqlı iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(010)- 3531/2019 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar