Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6957/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qeyri-yaşayış sahəsinə dair müqavilənin və qeydiyyatın ləğv olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri X2 tərəfindən verilmiş öz-özünə etiraza baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qeyri-yaşayış sahəsinə dair müqavilənin və qeydiyyatın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İşə hakim Şahid Abdullayevin sədrliyi ilə baxılarkən iddiaçı ona etiraz etmiş və həmin etiraza məhkəmənin sədri tərəfindən baxılaraq, xx xxxxxx 2020-ci il tarixli qərardadla etiraz təmin edilmiş və mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri X1 icraatına verilmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qeyri-yaşayış sahəsinə dair müqavilənin və qeydiyyatın ləğv olunması tələbinə dair 2(009)-1365/2020 saylı mülki iş öz-özünə verilmiş etiraza baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardadda göstərilmişdir ki, iş üzrə tərəflərlə qohumluq əlaqələri olduğu üçün qanunla onun işə baxmağına yol verilmir və bu səbəbdən qanunun tələbinə əsasən özü-özünə etiraz edir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, özü-özünə etiraz əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsində hakim tərəfindən işə baxılmasının yol verilməzliyi və hakimə etiraz etmək üçün əsaslar müəyyən olunmuşdur. Məcəllənin 19.3-cü maddəsinə əsasən bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. Məcəllənin 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri X2 hazırki iş üzrə tərəflərlə qohumluq əlaqələri olduğununa görə qanunvericiliyin tələbinə əsasən öz-özünə etiraz etmişdir. Məcəllənin 22.5-ci maddəsində göstərilmişdir ki, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 23.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Beləliklə, Kollegiya qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri X2 tərəfindən verilmiş özü-özünə təmin edilərək, hazırk mülki iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-23-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qeyri-yaşayış sahəsinə dair müqavilənin və qeydiyyatın ləğv olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri X2 tərəfindən verilmiş özü-özünə etiraz təmin edilsin və 2(009)-1365/2020 saylı mülki iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6957/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6957/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver