Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7000/2025 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxxx MMC cəlb edilməklə “ərazinin boşaldılaraq mülkiyyətə qaytarılması və ya torpaq sahəsinin əvəzinin və əldə edilmiş gəlirin cavabdehlərdən tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçılar iddiaçı1 və iddiaçı2 nümayəndəsi və vəkili vəkil1, Cavabdeh cavabdeh2 və cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsindən iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.2009-cu il tarixli *** nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ##.##.2009cu il tarixli, **-**/** saylı razılıq məktubu, cavabdeh1 MMC-nin ##.##.2008-ci il tarixli, ***/** saylı müraciəti, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin ##.##.2009-cu il tarixli, **/*** saylı və Mədəniyyət və Turizm Nazirliyinin ##.##.2009-cu il tarixli, ****/** saylı rəyləri nəzərə alınaraq, Nəsimi rayonu, R.Rza və H.Aslanov küçələrinin kəsişməsində 346-ci məhəllədə R.Rza küçəsi, ** saylı ünvanda yerləşən, 2000-ci ilin noyabr ayında baş vermiş zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş və hal-hazırda sökülü vəziyyətdə olan yaşayış və qeyri-yaşayış evlərinin yerləşdiyi 2.320 kv.m torpaq sahəsi icarə əsasında yüksəkmərtəbəli bir girişli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-nin istifadəsinə verilmiş və ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə vəsaitin ödənilməsi və sakinlərin mövcud qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında köçürülməsi cavabdeh1 MMC-yə tapşırılmışdır.
2. Azərbaycan Respublikası Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 başçısının * nömrəli Sahə Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ##.##.2024-cü il tarixli məktubunun surətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 başçısının *** nömrəli, ##.##.2009-cu il tarixli Sərəncamı ilə Nəsimi rayonu, R.Rza və H.Aslanov küçələrinin kəsişməsində, 346-cı məhəllədə, R.Rza küçəsi ** saylı ünvanda yerləşən yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsi icarə əsasında yüksəkmərtəbəli, birgirişli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün cavabdeh1 MMC-nin istifadəsinə verilmişdir. Hal-hazırda həmin yerdən torpaq sahəsinin icarədarı (cavabdeh1 MMC) tərəfindən avtodayanacaq kimi istifadə olunur.
3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin ##.##.2007-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli *** nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi (inv.№****, t/t 1911-ci il) kimi mühafizə olunan ünvan 1 ünvanında yerləşən binanın təqdim olunan eskiz layihəsi əsasında bərpa olunmasına etiraz edilməmişdir.
4. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2005-ci il tarixli ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 10 kv.m. olan ** saylı mənzili iddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
5. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 40 kv.m. olan ** saylı mənzili iddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
6. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2004-cü il ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 37 kv.m. olan ** saylı mənzili iddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
7. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2005-ci il tarixli ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 48 kv.m. olan ** saylı mənzili iddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
8. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2005-ci il tarixli ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 50 kv.m. olan */* saylı mənzili iddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
9. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2005-ci il tarixli ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 107 kv.m. olan 35,19, 20, 21 və ** saylı mənzili iddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
10. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2005-ci il tarixli ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 38 kv.m. olan * saylı mənzili iddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
11. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli FM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, H.Aslanov küçəsində yerləşən ümumi sahəsi 146,55 kv.m. olan ** saylı fərdi yaşayış evi iddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
12. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 11 kv.m. olan * saylı mənzili iddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
13. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 43,5 kv.m. olan - saylı mənzili iddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
14. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 42 kv.m. olan **/** saylı mənzili iddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
15. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2005-ci il tarixli ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 11,5 kv.m. olan ** saylı mənzili iddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
16. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2005-ci il tarixli FM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ümumi sahəsi 131,5 kv.m. olan * saylı fərdi yaşayış evi iddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
17. Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2005-ci il tarixli FM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən ümumi sahəsi 140 kv.m. olan * saylı fərdi yaşayış evi iddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2006-cı il tarixli MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində istifadədə olan 0,8133 ha torpaq sahəsində yerləşən ** nömrəli, 3 mərtəbəli binada 23 m2 ümumi, 19 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı */* nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmışdır.
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2006-cı il tarixli MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində istifadədə olan 0,8153 ha torpaq sahəsində yerləşən ** nömrəli, 3 mərtəbəli binada 65,7 m2 ümumi, 42,5 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmışdır.
20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2006-cı il tarixli MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsində istifadədə olan 0,019821 ha torpaq sahəsində yerləşən ** nömrəli, 3 mərtəbəli binada 65,7 m2 ümumi, 42,5 m2 yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 11 otaqlı, 146,55 m2 yaşayış, 38,1 m2 köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçı2-8 otaq-98,95 iddiaçı1-3 otaq-47,6 adlarına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınmışdır.
21. Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından görünür ki, iddiaçı iddiaçı1 cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) «cavabdehin # #### 2009-cu il tarixli *** saylı sərəncamının etibarsız sayılması və ərazinin boşaldılması»na dair iddiası mümkün sayılmamışdır.
22. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.2009-cu il tarixli *** nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza və Həzi Aslanov küçələrinin kəsişməsində, 346- cı məhəllədə, Rəsul Rza küçəsi, 39 ünvanında qəzalı vəziyyətə düşmüş, sökülü vəziyyətdə olan yaşayış və qeyri-yaşayış evlərinin yerləşdiyi 2320 m2 torpaq sahəsi icarə əsasında yüksəkmərtəbəli 1 girişli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Həmin sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə vəsaitin ödənilməsi və sakinlərin mövcud qanunvericiliyə uyğun olaraq razılaşma əsasında köçürülməsi cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. Eyni zamanda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli *** nömrəli Qərarı ilə ünvan 4 ünvanında yerləşən bina yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələrinin siyahısından çıxarılmışdır.
23. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən torpaq sahəsinin 1 sotunun bazar dəyəri 1.000.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən torpaq sahəsinin duracaq (parkinq) kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin bir aylıq kirayə haqqı 25.000 manat təşkil edir.
24. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli **/**** saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında iddiaçı1 və iddiaçı2 məxsus olmuş mənzillərin yerləşdiyi torpaq sahəsinin hazırki ## #### 2015-ci il tarixinə bazar dəyəri 16.240.000 manat, icarə dəyəri aylıq 20.000 manat təşkil edir. Aparılmış tədqiqatların dəyəri 600 manat təşkil etmişdir.
25. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC ilə cavabdeh2 arasında bağlanmış *GC-**-*** nömrəli ##.##.2025-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC Bakı şəhəri, Nəsimi rayonu, R.Rza və H.Aslanov küçələrinin kəsişməsi, R.Rza 29 ünvanında yerləşən 1.820 m2 torpaq sahəsini icarəçi cavabdeh2 icarəsinə verməyi, icarəçi cavabdeh2 isə icarə obyektini icarəyə qəbul edərək, müqavilə ilə razılaşdırılmış icarə haqqını (4.000 manat) həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəməyi öz öhdəsinə götürmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
26. Iddiaçılar iddiaçı1 və iddiaçı2 nümayəndəsi və vəkili vəkil1 “Elektron Məhkəmə” Informasiya Sistemi vasitəsi ilə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, mülkiyyət hüquqları ilə iddiaçı1 və iddiaçı2 məxsus olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin qanunsuz boşaldılaraq iddiaçıya təhvil verilməsi və ya həmin binanın və binanın tərkib hissələri nəzərə alınmaqla yerləşdiyi torpaq sahəsinin həcmində torpaq sahəsinin bazar qiymətinə uyğun əvəzinin cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi və 5 il ərzində torpaq sahəsindən qanunsuz istifadə nəticəsində əldə edilmiş 1.500 000 manat gəlirin cavabdehlərdən tutularaq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi ** saylı bina əhəmiyyətli bina kimi dövlət tərəfindən qorunan abidələr siyahısına salınmaqla “Inventar 2998” qeydiyyat nömrəsi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən da əvvəl qeydiyyata alınmışdır. Həmin bina 3 mərtəbədən ibarət olmuş və binada xüsusi mülkiyyət hüquqları ilə iddiaçı1 məxsus 8 mənzil mövcud olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin ## ### 2008-ci il tarixli aktı ilə ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli yaşayış evinin qəza vəziyyətində olduğunu nəzərə alınaraq sökülməsinin məqsədəuyğunluğu, lakin binanın memarlıq abidələri siyahılarında olduğu üçün müəyyən olunmuş qaydada uyğun olaraq söküntü işləri müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olduğu qeyd edilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 *** nömrəli ##.##.2009-cu il tarixli sərəncamı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ##.##.2009- cu il tarixli **-**/** saylı razılıq məktubu, cavabdeh1 MMC-nin ##.##.2008-ci il tarixli, ***/** saylı müraciəti, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin ##.##.2009- cu il tarixli, **/*** saylı və Mədəniyyət və Turizm Nazirliyinin ##.##.2009-cu il tarixli, ****/** saylı rəyləri nəzərə alaraq, ünvan * saylı ünvanda yerləşən, 2000-ci ilin noyabr ayında baş vermiş zəlzələdən sonra qəzalı vəziyyətdə düşmüş və hal-hazırda da sökülü vəziyyətdə olan yaşayış və qeyri-yaşayış evlərinin yerləşdiyi 2320 m2 torpaq sahəsi yüksəkmərtəbəli bir girişli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün cavabdeh1 MMC-nin istifadəsinə verilməsi, həmin sərəncamın 1.1-ci bəndinə əsasən isə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə vəsaitin ödənilməsi və sakinlərinin mövcud qanunvericliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında köçürülməsinin icrası cavabdeh1 MMC-yə həvalə edilmişdir. Həmin sərəncamın 6-cı bəndinə əsasən ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına tapşırılmışdır. Lakin buna baxmayaraq hazırda ərazi qanunsuz olaraq zəbt olunmaqla qanunsuz fəaliyyət göstərir, mülkiyyət hüququ ilə iddiaçı1 məxsus ərazidən qanunsuz gəlirlər əldə edilir. Hazırkı gündə həmin ərazi ünvan 2 ünvanında yerləşən torpaq sahəsi qanunsuz zəbt olunmaqla avtodayanacaq xidməti kimi fəaliyyət göstərilir. Bu hal mülkiyyətçi olaraq iddiaçı1 hüquqlarının kobudcasına pozulmasına səbəb olur. Faktla bağlı dəfərlərlə müraciət olunmasına baxmayaq bu günə qədər ərazi qanunsuz fəaliyyət göstərən avtodayanacaq xidməti kimi qazanc əldə olunur, lakin bununla bağlı mülkiyyətçinin nə razılığı vardır, nə də həmin gəlirlər barədə mülkiyyətçiyə məlumat verilmir. Yaranmış zərurət ilə əlaqədar hazırda torpağın zəbt olunmasının aradan qaldırılması üçün dəfələrlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və cavabdeh1 MMC-yə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən həmin müraciətlərə cavab olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2015-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi ** saylı bina əhəmiyyətli bina kimi Dövlət tərəfindən qorunan abidələr siyahısından çıxarılmışdır. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 olunmuş müraciətlərə cavab olaraq həmin müraciətin aidiyyatı üzrə Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 göndərilməsi qeyd olunmuşdur. Eyni zamanda Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 olunmuş müraciətlərə cavab olaraq məsələ ilə bağlı məhkəməyə müraciət olunması qeyd edilmişdir. Eyni zamanda Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 olunmuş təkrar müraciət Azərbaycan Respublikası Bakı şəhəri Nərimi rayon Icra Hakimiyyəti başçısının * nömrəli Sahə Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə ünvanlanmışdır. Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 başçısının * nömrəli Sahə Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi həmin müraciətə baxaraq, iddiaçı iddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələrinin hazırda cavabdeh1 MMC tərəfindən avtodayanacaq kimi istifadə olunmasını qeyd etmiş, eyni zamanda məsələ ilə aidiyyatı məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Göründüyü kimi məhkəməyə müraciət etməmişdən əvvəl aidiyyatı orqanlara müraciətlər olunmuş, lakin məsələ həllini tapmamışdır.
28. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili vəkil1 iddia tələbini müdafiə etdi və öz izahatında bildirdi ki, qarşı tərəf ötən iclasda iddia tələbini qismən qəbul etmişdir. Torpaq sahəsinin öz istifadəsində olmadığını və başqa şəxslərin istifadəsinə verildiyini söyləmişdir. Mülkiyyətçilərin mənzilləri əllərindən alınmış və bununla bağlı heç bir kompensasiya ödənilməmişdir və ödənilmiş olması ilə bağlı hər hansı bir sübut yoxdur. Cavabdeh tərəf razılaşma ilə bağlı sübut təqdim edəcəyini bildirmişdi, lakin bir sübut təqdim etməyib. Eyni zamanda iclasların cavabdeh tərəfindən ləngidilməsi də mülkiyyət hüququnun pozulmasının davam etməsinə gətirib çıxarırdı. Cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş etiraza münasibətdə bildirmək istəyir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.2009-cu il tarixli, *** nömrəli sərəncamı ilə torpaq sahəsi cavabdeh1 MMC-yə ayrılmamışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.2009-cu il tarixli *** nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza və Həzi Aslanov küçələrinin kəsişməsində, 346-cı məhəllədə, Rəsul Rza küçəsi, 39 ünvanında qəzalı vəziyyətə düşmüş, sökülü vəziyyətdə olan yaşayış və qeyriyaşayış evlərinin yerləşdiyi 2320 m2 torpaq sahəsi icarə əsasında yüksəkmərtəbəli 1 girişli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Həmin sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə vəsaitin ödənilməsi və sakinlərin mövcud qanunvericiliyə uyğun olaraq razılaşma əsasında köçürülməsi cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. Lakin, həmin sərəncamın verilməsindən 15 il müddəti keçməsinə baxmayaraq nə mülkiyyətçilərlə razılıq əldə edilmədiyindən, nə də binasının tikintisinin layihələndirilməsi həyata keçirilmədiyindən iddiaçılara məxsus torpaq sahəsi qanunsuz olaraq cavabdehlər tərəfindən zəbt edilməkdədir. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin e-**(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadının icrası zamanı cavabdeh2 şəxsən mübahisəli torpaq sahəsinə gələrək, orada həmin fəaliyyətin ona məxsus olmasını bildirməkdə icra məmuru tərəfindən tərtib edilmiş akta imza etmişlər. Bundan başqa hazırkı günə qədər mülki iş üzrə hər iki mülkiyyətçinin mülkiyyət hüquqları pozulmağa davam edir və iş üzrə cavabdehlər hazırkı mülki iş üzrə icraatı uzatmaqla qanunsuz zəbt olunmuş torpaq sahəsindən gəlir əldə etməyə maraqlıdırlar. Bundan başqa AR Mülki Məcəlləsinin 227.1ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. AR Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
29. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili vəkil2 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddianı qəbul etmir. Həmin iş üzrə ilkin iddialar verilərkən müvəqqəti təminat tədbiri ilə bağlı da ərizələr verilmişdir və bunların biri birinci məhkəmə instansiyası tərəfindən qəbul edilmişdir. “xxxx Holding”in şikayəti ilə Bakı Apellyasiya Məhkəməsi qərardadı ləğv etmişdir. Qərardadda kollegiya qeyd etmişdir ki, iş üzrə ərizəçi verdiyi ərizəyə hər hansı torpaq sahəsinin iddiaçılara məxsus olması ilə bağlı yalnız mülkiyyətnamə olan mənzil çıxarışlarını əlavə edərək bu nəticəyə gələ bilər. Torpaq sahəsində cavabdeh tərəfindən hər hansı qanunsuz və ya əsassız hərəkət olunmamışdır. Həmin torpaq sahəsinə iddiaçıların hər hansı subyektiv hüquqlarının olub olmaması ilə bağlı sübut yoxdur. Hazırlıq iclasları da onlar tərəfindən tərəfindən ləngidilməmişdir. Iddiaçı tərəf bu qədər müddət ərzində torpaq mülkiyyətini təsdiq edən bir sənəd də gətirməmişdir. Yalnız binanın mənzillərinin iddiaçılara aidliyi və onların kvadratmetri ilə bağlı sənədlər təqdim olunub. cavabdeh1 MMC tərəfindən qanunsuz olaraq torpaq sahəsindən istifadə olunması kimi bir hal yoxdur və qəbuledilməzdir. Torpaq sahəsi üzrə həyata keçirilən işlər icra hakimiyyətinin sərəncamına uyğundur. Torpaq sahəsi, zirzəmi, pilləkən sadəcə istifadəsinə verilir, mülkiyyətə yox. Kompensasiya ayrılması da dövlətə aiddir, onların səlahiyyətində deyil. Iddia əsassızdır və sübut yoxdur. Kompensasiya mənzilə görə olur, lakin iddiaçı torpaq üzrə istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
30. Cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) vəkil2 “Elektron Məhkəmə” Informasiya Sistemi vasitəsi ilə ##.##.2024-cü il tarixdə idda tələbinə etirazla müraciət edərək göstərmişdir ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*-(**)- ****/**** nömrəli qəradadı ilə iddiaçı1 cavabdeh1 MMC-yə qarşı “yaşayış binasının lahiyələndirilməsi haqqında sərəncamının etibarsız hesab edilməsi tələbinə dair” qaldırdığı iddia məhkəmə tərəfindən əsassız hesab edilərək təmin olunmamışdır. Belə ki, işin hallarından müəyyən olunmuşdur ki, X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 qarşı müəyyən etmə və tanınma barədə iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaq deyil, birbaşa sərəncamın etibarsız hesab edilməsidir. Beləliklə də, inzibati aktın “Inzibati icraat haqqında” etibarsızlığının tanınması haqqında iddianın mümkün hesab edilməsi üçün həmin aktın Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunduğundan, iddia mümkün sayılmamalı olmasına dair qərar verilmişdir. Bundan əlavə olaraq, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadında da iddiaçı X2 iddiası mümkünsüz sayılmışdır. Belə ki, qaldırılmış iddianın “sərəncamın etibarsız sayılması” ilə bağlı olan hissəsində məhkəmədəki işlərə yenidən baxılmasında analogiya tətbiq olunmadığından həmin məsələ baxılmadan saxlanılmış, digər bir məsələ, yəni “ərazinin dərhal boşaldılması” isə Bakı ŞIH-ə deyil, mülki məhkəməyə müraciət edilərək baxılmalı olan məsələ olduğu üçün iddiaçının bu işi də mümkünsüz sayılaraq iddiası təmin olunmamışdır. Həmçinin, yuxarıda qeyd olunan qərardadlarda iddiaçının qeyd olunan məsələ ilə bağlı subyektiv hüququ olmadığını da məhkəmə öz qərarında qeyd etmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin torpaq sahəsi göründüyü kimi dövlətə məxsus icra hakimiyyəti tərəfindən sərəncam ilə cavabdeh1 MMC-nin istifadəsinə verilmişdir. Bu torpağın heç kəsə xüsusi mülkiyyətlə hüquqi bağlılığı yoxdur. Yəni nə cavabdeh1 MMC, nə də iddiaçının bu torpaqla bağlı xüsusi mükiyyəti olmadığı üçün sərəncam vermək hüququ yoxdur. Belə ki, iddiaçı iddiaçı1 ərazinin boşaldılmasına dair iddia tələbi irəli sürsə də, sözügedən torpaq üzərində onun xüsusi mülkiyyətinin olmasını təsdiq edən hər hansı hüquqi sənədi və ya dəlili məhkəməyə təqdim etməmişdir. Bu cür sübutları da mövcud deyil. Hal-hazırda məsələnin əsas predmeti olan daşınmaz əmlak–torpaq üzərində iddiaçının subyektiv hüquqlarının olmamasını nəzərə alaraq iddianın əsassızlığını təmin edə biləcək faktlar daxilində bu halın da qeydə alınmasını məhkəmədən xahiş edir. Eyni zamanda bu məsələ ilə bağlı iddiaçı tərəfindən verilmiş müvəqqəti təmin tədbirlərindən biri təmin olunmamış, digərində isə əsassız dəlillər və qeyrimüəyyənliklər olduğundan onunla bağlı apellyasiya şikayəti vermişlər. Ərizənin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Cavabdehlərin nümayəndəsi (vəkili) vəkil2 “Elektron Məhkəmə” Informasiya Sistemi vasitəsi ilə ##.##.2025-ci il tarixdə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində iddiaçıların mülkiyyətində olan mənzillərin yerləşdiyi yaşayış binası qəzalı vəziyyətə düşmüş və bina sakinlərinin orada yaşaması təhlükə yaratmışdır. Bu səbəbdən bütün sakinlərə kompensasiya verilmiş və onlar müvafiq kompensasiyanı aldıqdan sonra mənzildən bütün əşyalarını da götürüb köçüb getmişlər. Iddiaçıların mübahisəli torpaq sahəsində yerləşən və qəzalı vəziyyətdə olan yaşayış binasında mənzilləri olmuş və bu səbəbdən də mənzillər müvafiq kompensasiya verildikdən sonra sökülmüşdür. Iddiaçılar cavabdeh1 MMC-yə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 sərəncamına əsasən ayrılmış torpaq sahəsinin onların mülkiyyətində olmasını iddia edirlər. Lakin torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişlər. Iddiaçılar hesab edirlər ki, yaşayış binasının yerləşdiyi torpaq sahəsi həmin binanın ayrılmaz tərkib hissəsi olmaqla, bu ərazi üzərində də onların ümumi birgə mülkiyyət hüququ mövcuddur. Göründüyü kimi iddiaçıların irəli sürdüyü tələbləri çoxmənzilli yaşayış binası söküldükdən sonra onun yerləşdiyi torpaq sahəsi üzərində əvvəlki mənzil mülkiyyətçilərinin hüquqlarının davam edib-etməməsi məsələsinə aiddir. Tələbin qanuni əsasına hüquqi qiymət verilməsi üçün AR Mülki Məcəlləsi, Torpaq Məcəlləsi, habelə əmlak hüququnun prinsipləri əsasında hüquqi təhlil aparılmalıdır. Irəli sürülmüş iddia tələbindən göründüyü kimi işin mübahisələndirilməyən halları aşağıdakılardır:
1. Iddiaçılar qəzalı vəziyyətdə olan və sökülmüş binada mənzil mülkiyyətçiləri olmuşlar. 2. Yaşayış binası 2000-ci ildə baş verən zəlzələ nəticəsində yaşayış üçün yarasız olduğu üçün sökülmüşdür. 3. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 sərəncamı ilə binanın altında yerləşən torpaq sahəsi yüksəkmərtəbəli bir girişli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün cavabdeh1 MMC-nin istifadəsinə verilmişdir. 4. Iddiaçıların torpaq sahəsi üzərində hər hansı hüquqları dövlət qeydiyyatına alınmamışdır. Iddiaçılar sökülmüş binanın mənzil mülkiyyətçiləri kimi torpaq sahəsinin onlara məxsus olduğunu iddia edir və tələblərinin qanuni əsası kimi AR Mülki Məcəllənin 227.1-ci maddəsinə istinad edirlər. Mülki Məcəllənin 227.1-ci və Torpaq Məcəlləsinin 88.3-cü maddələrinə əsasən əgər mübahisəli bina hazırda mövcud olsaydı, onun altındakı torpaq sahəsi mənzil mülkiyyətçilərinə ümumi mülkiyyətdə məxsus olardı. Mülki Məcəllənin və Torpaq Məcəlləsinin tələblərinə əsasən torpaq sahəsi müstəqil daşınmaz əmlak obyektidir və Mülki Məcəllənin 166.3-cü maddəsinə əsasən, torpaq sahəsinə sahiblik yalnız onun daşınmaz əmlak reyestrində qeydə alınmasından doğur. Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə görə qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qanunun bu tələblərinə əsasən mənzil sahiblərinin torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlak reyestrində qeydiyyatdan keçməyibsə, dövlət həmin hüquqların müdafiəsinə təminat vermir. Iddiaçıların hazırda torpaq sahəsi üzərində hər hansı hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, onların hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqları yoxdur. Iddiaçıların istinad etdikləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsi, eləcə də Torpaq Məcəlləsinin 88.3-cü maddəsinin müddəaları, yalnız mübahisəli torpaq sahəsi üzərində onların hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmək hüququnu verə bilər. Həmin normalar iddiaçılara birbaşa olaraq torpaq sahəsinə mülkiyyət hüququ tanımır, əksinə belə hüququn yaranması üçün ilkin şərt kimi dövlət qeydiyyatını nəzərdə tutur. Yəni, qeyd olunan normalar iddiaçılara yalnız bu torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək üçün hüquqi əsaslar verir. Nəticə etibarilə, iddiaçılar tərəfindən irəli sürülən tələblərin hüquqi əsaslılığının tanınması və həmin tələblə çıxış etmək hüququ yalnız torpaq sahəsi üzərində hüquqların qüvvədə olan qanunvericiliyə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması halında mümkün ola bilər. Digər tərəfdən, mübahisəyə səbəb olan torpaq sahəsi dövlət mülkiyyətindədir və qanunvericiliyə uyğun olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 sərəncamı əsasında cavabdeh1 MMC-nin istifadəsinə verildiyindən, həmin hüquqi şəxsin bu torpaq sahəsindən istifadəsi tam qanuni xarakter daşıyır və heç bir hüquqi əsas olmadan hər hansı məhdudiyyətə məruz qala bilməz. Beləliklə, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində qeydiyyata alınmış hüquqları olmadığı üçün və torpaq sahəsi qanuni əsaslarla cavabdehin istifadəsində olduğu üçün, iddiaçıların hazırki tələbləri həm subyektiv hüquqların olmaması, həm irəli sürülmüş tələbin əsassız olması əsası ilə rədd edilməlidir.
32. Cavabdehlərin nümayəndəsi (vəkili) vəkil2 “Elektron Məhkəmə” Informasiya Sistemi vasitəsi ilə ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçı tərəf AR MM-də nəzərdə tutulmuş ümumi 10 illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən məhkəmədən mülki iş üzrə cavabdeh tərəfindən verilən “iddia müddətinin tətbiq edilməsi barədə” bu rəsmi ərizəsini nəzərə almasını xahiş edir. Qeyd: 2006-cı ildən 2019-cu ilədək iddiaçılar hansı üzürlü səbəbdən bu iddia ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etməmələri barədə hər hansı bir fakt və sənəd təqdim edə bilmirlər.
33. Cavabdehlərin nümayəndəsi (vəkili) vəkil2 “Elektron Məhkəmə” Informasiya Sistemi vasitəsi ilə ##.##.2025-ci il tarixdə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Ilk növbədə qeyd olunmalıdır ki, məhkəməyə təqdim edilmiş əvvəlki etirazda iddiaçıların hazırki tələblə çıxış etmək üçün subyektiv hüquq sahibi olmaması ilə ətraflı əsaslandırma təqdim edilmişdir. Buna baxmayaraq iddiaçılar iddia tələbinin həcmini artıraraq yenidən əsassız və hüquqi əsası olmayan dəlillərlə dolu bir ərizə yazaraq məhkəməyə təqdim etmişlər. Həmin ərizədə qeyd olunanlar həm əvvəlki ərizədə qeyd olunan dəlillərə, həm də aşağıdakılara əsasən hüquqi əsasdan məhrumdur. Belə ki, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə mübahisələndirilən torpaq sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.2009-cu il tarixli, *** nömrəli sərəncamı ilə rəsmi olaraq ayrılmışdır. Bu sərəncam qüvvədədir və onun ləğvi və ya etibarsızlığı barədə məhkəmə aktı yoxdur. Belə olan halda, cavabdeh1 MMC-nin həmin ərazidə torpaqdan istifadə etməsi qanuni əsaslara söykənir və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiq olunmuşdur. Iddiaçılar tərəfindən irəli sürülən "qanunsuz zəbt" iddiaları isə, hüquqi baxımdan əsassızdır, çünki torpağa dair istifadə hüququnun dövlət orqanı tərəfindən verilməsi, bu hüququ “qanuni” edir və “qanunsuzluq” yalnız hüquqi əsasın olmaması halında mümkündür. Digər tərəfdən iddiaçılar torpaq sahəsinin guya çoxmənzilli binanın ümumi mülkiyyətinə aid olduğu və bu səbəbdən onlara ümumi paylı mülkiyyət hüququ çatdığı iddiasını irəli sürmüş və bu iddianı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsaslandırmağa çalışmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçıların istinad etdikləri Mənzil Məcəlləsi yalnız ## ####### 2009-cu il tarixindən qüvvəyə minmişdir. cavabdeh1 MMC-yə isə torpaq sahəsi bundan əvvəl – ## #### 2009-cu il tarixli sərəncam əsasında ayrılmışdır. Hüququn ümumi prinsiplərinə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən, qanunlar geriyə qüvvə etmir və şəxslərin əvvəllər qazanılmış hüquqlarını dəyişə bilməz. Deməli, Mənzil Məcəlləsinin müddəaları ilə torpaq üzərində sonradan mülkiyyət hüququnun iddia olunması hüquqi baxımdan əsassızdır və cavabdeh1 MMC-nin hüquqi vəziyyətinə təsir etmir. Bu səbəbdən, Mənzil Məcəlləsinin qeyd olunan müddəasına istinad etməklə irəli sürülən tələblər hüquqi nəticə doğura və həmin müddəalar hazırki mübahisəyə tətbiq edilə bilməz. AR MPM-nin 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bundan başqa, cavabdeh1 MMC ilə iddiaçılar – iddiaçı1 və iddiaçı2 arasında torpaqdan istifadə və ya kompensasiya ödənilməsi ilə bağlı hər hansı mülkihüquqi müqavilə, razılaşma, icarə, satınalma və ya digər öhdəlik münasibəti mövcud olmamışdır. Bu şəxslər heç bir əsasla cavabdeh1 MMC-yə qarşı kompensasiya və ya gəlirin qaytarılması ilə bağlı tələb irəli sürə bilməzlər, çünki ortada onları cavabdeh1 MMC qarşısında kreditor mövqeyində tanıyan hüquqi sənəd yoxdur. Əgər hər hansı zərərin və ya hüququn pozulmasının baş verdiyi iddia edilirsə, bu halda tələb aidiyyəti üzrə torpaq sahəsini verən dövlət orqanına – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 və ya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 qarşı yönəldilməlidir. Çünki torpaq sahəsinin ayrılması dövlət sərəncamı ilə baş verdiyindən, bu münasibət inzibati-hüquqi xarakter daşıyır və mübahisə mülki-hüquqi deyil, inzibati-hüquqi müstəvidə həll olunmalıdır. Eyni zamanda, iddiaçılar cavabdeh tərəfin guya mübahisəli torpaq sahəsindən 5 il ərzində qanunsuz istifadə etməklə 1.500.000 manat gəlir əldə etdiyini irəli sürmüş, lakin bu məbləğin mənbəyi, hesablanma üsulu və əldə olunmuş gəlirin konkret kimə aid olduğu barədə heç bir müstəqil sübut təqdim etməmişlər. Iddiaçılar yalnız bir şəxs – cavabdeh2 adı olan qəbzi təqdim etməklə bu şəxsin torpaq sahəsindən istifadə etdiyini göstərmişlər, lakin onun cavabdeh1 MMC ilə hər hansı əlaqəsi, əmək müqaviləsi, icarə razılaşması və ya nümayəndəlik statusu sübuta yetirilməmişdir. Bundan əlavə, torpaqdan əldə olunmuş gəlirin cavabdeh1 MMC-yə məxsus olduğu da sübuta yetirilməmişdir. Bu səbəbdən, irəli sürülən tələb yalnız subyektiv fərziyyəyə əsaslanır və hüquqi nəticə doğuracaq dərəcədə müəyyən və əsaslandırılmış sübutlarla təsdiq olunmur. Əlavə olaraq bildirir ki, iddiaçılar tərəfindən torpaq sahəsinin guya “qanunsuz zəbt edilməsi” və bu sahədən “qanunsuz gəlir əldə edilməsi” iddia olunsa da, hüquqi qiymətləndirmə baxımından bu yanaşma yanlışdır. Çünki torpaq sahəsi cavabdeh1 MMC-yə dövlət orqanının – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 rəsmiləşdirilmiş sərəncamı ilə verildiyindən, bu sahənin zəbt edilməsi deyil, hüquqi əsasla istifadəsi baş vermişdir. “Qanunsuz zəbt” anlayışı yalnız hüquqi əsas olmadan mülkiyyətçinin mülkiyyətində, istifadəsində və ya sahibkarlıq subyektinin hüququnda olan sahəyə müdaxilə edildikdə tətbiq oluna bilər. cavabdeh1 MMC isə bu torpağa dövlət sərəncamı ilə daxil olmuş, hərəkətlərini normativ hüquqi akta uyğun həyata keçirmişdir. Belə olduğu halda bu fəaliyyətin “qanunsuz” adlandırılması hüquqi və faktiki baxımdan əsassızdır. Yuxarıda qeyd olunanlara, əvvəlki etirazda göstərilən dəlillərə əsaslanaraq hesab edir ki, irəli sürülmüş iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir.
34. Cavabdeh cavabdeh1 MMC “Elektron Məhkəmə” Informasiya Sistemi vasitəsi ilə ##.##.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizəyə etirazla müraciət edərək göstərmişdir ki, cavabdeh1 MMC-yə mübahisəli torpaq sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.2009-cu il tarixli, *** nömrəli sərəncamı ilə rəsmi olaraq ayrılmışdır. Torpağa dair istifadə hüququnun dövlət orqanı tərəfindən verilməsi bu hüququ “qanuni” edir və bu səbəbdən “qanunsuz zəbt” iddiası əsassızdır Belə ki, “qanunsuzluq” yalnız hüquqi əsasın olmaması halında mümkündür cavabdeh1 MMC torpağa dövlət sərəncamı ilə daxil olmuş və hərəkətlərini normativ hüquqi akta uyğun həyata keçirmişdir. Iddiaçılar torpaq sahəsi üzərində öz mülkiyyət hüquqlarını müvafiq dövlət qeydiyyatı sənədləri ilə təsdiq etməyiblər. Torpaq sahəsinə dair mülkiyyət şəhadətnaməsi və ya daşınmaz əmlakın dövlət reyetsrindən müvafiq sənədlər təqdim edilməmişdir. AR Torpaq Məcəlləsinə əsasən, torpaq sahələri üzərində mülkiyyət hüququ yalnız müvafiq qeydiyyat proseduru keçirildikdən sonra yaranır. Iddiaçılar tərəfindən irəli sürülən torpağa ümumi paylı mülkiyyət hüququ iddiası da hər hansı sənədlə təsdiqlənməmişdir mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.2009-cu il tarixli *** nömrəli sərəncamı inzibati aktdır. Bu akt dövlət hakimiyyəti orqanının torpaq sahələrinin ayrılması sahəsində səlahiyyətlərindən istifadə etməsi nəticəsində qəbul edilmişdir. Inzibati aktla yaradılmış hüquqi münasibət imperativ xarakter daşıyır və dövlət iradəsinin ifadəsidir. Mülki-hüquqi münasibətlər isə dispozitiv xarakter daşıyır və tərəflərin sərbəst iradəsi əsasında formalaşır. Torpaq münasibətləri xüsusi hüquqi nizamlamaya malikdir (AR Torpaq Məcəlləsi, torpaq hüququ normalarının məcmusu). Yəni, torpaq sahələrinin ayrılması və istifadəsi məsələləri xüsusi qanunvericiliklə tənzimlənir, iddiaçılar torpaq sahəsi üzərində mülkiyyət hüququ olduğu sübuta yetirə bilməmişlər. Bu səbəbdən torpaq sahəsinin boşaldılması ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilə bilməz. Mülki Məcəllənin 227.1-ci maddəsi aydın şəkildə müəyyən edir ki, yaşayış binasının avadanlığı ilə yanaşı “yerləşdiyi torpaq sahəsi” də həmin binanın sahibi tərəfindən istifadə olunan və tabe olan əşya hesab edilir. Lakin, bu hüququn tanınması üçün həmin torpaq sahəsinə dair mülkiyyət və ya istifadə hüququnun dövlət qeydiyyatına daxil edilməsi zəruridir. Mənzil Məcəlləsinin 35.1-ci maddəsi normal olaraq mənzillərin istifadəçilərinə onların təsisçisi olduğu məhdud xidmət obyektlərinə və ya əlavə sahələrə (məsələn, kommunal avadanlıqlar, qarajlar və s.) münasibətdə müəyyən hüquqlar verir; lakin bu müddəa yalnız qanunda nəzərdə tutulmuş obyekt və hallara şamil edilir və həmin sahələrin istifadəsinə dair hüquqlar həmişə dövlət qeydiyyatına əsaslanmalıdır. Iddiaçılar öz iddia tələblərində Mülki Məcəllənin 227.1-ci maddəsinə və Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad etməklə, qəzalı vəziyyətdə olmuş və sonradan sökülmüş binada yerləşən mənzillərin onların mülkiyyətində olduğunu, buna görə də həmin binanın yerləşdiyi torpaq sahəsinin də onların mülkiyyətinə aid olduğunu bildirmiş və torpağa görə pul kompensasiyası tələb etmişlər. Lakin, bu mövqe hüquqi əsasa malik deyil və aşağıdakı dəlillər bunu təsdiq edir. Daşınmaz əmlaka hüquqların yaranma əsası - dövlət qeydiyyatıdır. Mülki Məcəllənin 142.1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1 və 8.1-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları yalnız dövlət qeydiyyatına alınmaqla yaranır. Hüququn dövlət qeydiyyatı aparılmadıqda, həmin hüquq mövcud hesab edilmir və müdafiə edilə bilməz. Hazırkı iş üzrə iddiaçıların mənzil mülkiyyəti hüququnun mövcudluğu təsdiqlənsə də, torpaq sahəsinə dair mülkiyyət və ya digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması faktı sübuta yetirilməmişdir. Deməli, iddiaçıların torpağa münasibətdə hər hansı subyektiv hüquqları qanuni qüvvədə deyildir. Mənzil mülkiyyəti torpaq üzərində mülkiyyət hüququ yaratmır. Iddiaçılar Mülki Məcəllənin 227.1-ci maddəsinə istinad edərək torpaq üzərində mülkiyyət hüquqlarının olduğunu iddia edirlər. Halbuki, həmin maddə yalnız binanın torpaq sahəsi ilə bağlı “tabe əşya” prinsipini nəzərdə tutur. Yəni, torpaq sahəsi binanın sahibinin istifadəsində ola bilər. Lakin bu istifadə hüququnun mülkiyyət hüququ kimi tanınması üçün mütləq qaydada dövlət qeydiyyatı tələb olunur. Qeydiyyat olmadıqda mülkiyyət hüququ yaranmır. Mənzil Məcəlləsinin 35.1-ci maddəsi də sadəcə ümumi mülkiyyətə aid obyektlərin (pilləkənlər, bloklar, dam, zirzəmilər və s.) bina sakinlərinə məxsusluğunu nəzərdə tutur. Bu norma torpaq sahəsinə münasibətdə ayrıca mülkiyyət hüququ yaratmır. Yuxarıda göstərilənlərə əsasən, iddiaçıların torpaq sahəsinə dair mülkiyyət və ya istifadə hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, torpaq sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 qanuni sərəncamı ilə cavabdehin qanuni istifadəsində və sahibliyində olduğu üçün, iddiaçıların torpağa görə kompensasiya tələbi əsassız sayılmalı və rədd edilməlidir. Digər tərəfdən sərəncama əsasən, Nərimi rayonu, R.Rza küçəsi ** saylı ünvanda yerləşən, 2000-ci ilin noyabr ayında baş vermiş zəlzələdən sonra qəzalı vəziyyətdə düşmüş bina, sərəncam verilən vaxt artıq sökülü vəziyyətdə olmuşdur. Binanın sökülü vəziyyətdə olması, iddiaçıların 14 ildən sonra torpaqla bağlı kompensasiya tələbi irəli sürməsi bir daha onu təsdiq edir ki, iddiaçılar yaranmış vəziyyətdən sui-istifadə etmək istəyirlər. Beləliklə, torpağa görə kompensasiya iddiası qanunla müdafiə olunan subyektiv hüquqdan irəli gəlmədiyindən rədd olunmalıdır. Iddiaçılar 1.500 000 manat məbləği tələb etsələr də, həmin pulun mənbəyini, onun hesablama üsulunu təqdim etməmişlər. Əldə olunmuş gəlirin konkret kimə aid olduğu barədə heç bir müstəqil sübut yoxdur, iddiaçılar yalnız cavabdeh2 adı olan qəbzi təqdim etmişlər. Həmin qəbzin isə cavabdeh1 MMC ilə hər hansı əlaqəsi sübuta yetirilməmişdir. Digər tərəfdən tələb yalnız subyektiv fərziyyələrə əsaslanmışdır. Iddiaçıların isə təqdim etdiyi sübutlar hüquqi nəticə doğuracaq dərəcədə müəyyən və əsaslandırılmış deyil. Yuxarıda qeyd olunanlara, əvvəlki etirazlarda göstərilən dəlillərə əsaslanaraq hesab edir ki, irəli sürülmüş iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir.
35. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, 600 (altı yüz) manat məbləğində qiymətləndirmə xərcinin müştərək qaydada iddiaçılar iddiaçı1 və iddiaçı2 tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir.
36. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçılar iddiaçı1 və iddiaçı2 Nəsimi rayonu, R.Rza və H.Aslanov küçələrinin kəsişməsində 346-ci məhəllədə R.Rza küçəsi, ** saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasında mənzil mülkiyyətçiləri olmuşlar. Iddiaçıların həmin binada yerləşən bir neçə mənzilə mülkiyyət hüquqları qeydə alınmışdır. Lakin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.2009cu il tarixli *** nömrəli sərəncamına əsasən Nəsimi rayonu, R.Rza və H.Aslanov küçələrinin kəsişməsində 346-ci məhəllədə R.Rza küçəsi, ** saylı ünvanda yerləşən yaşayış və qeyriyaşayış evlərinin yerləşdiyi 2.320 kv.m torpaq sahəsi icarə əsasında yüksəkmərtəbəli bir girişli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-nin istifadəsinə verilmiş və ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə vəsaitin ödənilməsi və sakinlərin mövcud qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında köçürülməsi cavabdeh1 MMC-yə tapşırılmışdır. Müəyyən edilir ki, artıq 2009-cu ildə verilmiş sərəncam əsasında qeyd edilən ünvanda yerləşən tikililər sökülmüşdür. Bundan sonra həmin ünvanda yerləşən mənzillərin mülkiyyətçilərindən olan hazırki iş üzrə iddiaçı iddiaçı1 adıçəkilən sərəncamı inzibati icraatda mübahisələndirsə də, müsbət nəticə əldə edilməmişdir. Yəni hazırda iddiaçının iddia tələbi 2009-cu il tarixdə qəbul edilmiş inzibati akt əsasında hazırki iş üzrə cavabdeh cavabdeh1 MMC-yə verilmiş torpaq sahəsinin həmin torpaq sahəsində olan mənzillərə mülkiyyət hüquqları baxımından onlara geri qaytarılması və ya həmin torpaq həcmində torpaq sahəsinin verilməsi, habelə 5 il ərzində əldə çıxmış faydanın ödənilməsindən ibarətdir. Iddiaçıların onlara geri qaytarılmasını tələb etdikləri torpaq sahəsinə mülkiyyət hüquqları olmadığından həmin torpaq sahəsinin, habelə həmin torpaq sahəsi həcmində digər torpaq sahəsinin və əldən çıxmış faydanın ödənilməsini tələb etmələri - torpaq sahəsinin mülkiyyətçiləri olmamaları baxımından maddi hüquq normasının dispozisiya şərtlərini ödəmədiyindən, bununla da iddiaçıların subyektiv hüquqları mövcud olmadığından iddia əsassız hesab edilməlidir. Iddia tələbi cavabdeh1 MMC-yə qarşı əsassız olduğu kimi digər cavabdehə münasibətdə də əsassızdır o baxımdan ki, iddiaçıların onlara verilməsini tələb etdikləri torpaq sahəsinə hüquqları müəyyən edilmir. Iddiaçıların həmin torpaq sahəsində əvvəllər mövcud olmuş binada yerləşən mənzillərinin olması və sonradan həmin mənzillərin sökülməsi nəticəsində həmin daşınmaz əmlakın məhv edilməsi ilə bağlı zərər vurulmasından irəli gələn tələbləri irəli sürməklə iddiaçıların pozulmuş hesab etdikləri hüquqlarının bərpası işin faktiki hallarına daha uyğun görünür.
37. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi; «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, 7.2, 21.2, 146.1, 150.1, 152.1, 152.5, 157.2, 157.4-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarı; Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 124.2, 9.1, 9.3, 14.2, 88, 217.1-217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
38. Qətnamədən iddiaçılar iddiaçı1 və iddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
39. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2025-ci il tarixli icarə müqaviləsini təsvir etsə də, həmin müqavilə üzrə tərəflərin mübahisəli torpaq sahəsinə dair hansı hüquqlara malik olduğunu araşdırmamış, torpaq sahəsi üzərində bu şəxslərin hüquqi əsaslarının mövcud olub-olmadığını müəyyən etməmişdir. Məhkəmə iddiaçıların əvvəllər çoxmənzilli yaşayış binasında mənzil mülkiyyətçiləri olmasını və binanın 2009-cu ildə söküldüyünü qeyd etsə də, icra zamanı cavabdeh2 mübahisəli torpaq sahəsində fəaliyyətin ona məxsus olduğunu bildirməsi faktına lazımi hüquqi qiymət verməmişdir. Iddiaçılar bildirirlər ki, mülkiyyət hüquqlarının pozulması davam edir, cavabdehlər torpaq sahəsini qanunsuz zəbt etməklə gəlir əldə edirlər və yaşayış binasının yerləşdiyi torpaq sahəsi Mülki Məcəllənin 227.1-ci və Mənzil Məcəlləsinin 35.1-ci maddələrinə əsasən mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid olduğundan, məhkəmə bu halları yetərincə sübutlu və hərtərəfli qiymətləndirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Cavabdehlərin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, şikayət təmin edilməməli və 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər iş materialları, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar və tətbiq edilmiş maddi hüquq normaları ilə ziddiyyət təşkil edir və bu baxımdan əsassızdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki işin məhkəmə baxışı zamanı iddiaçılar 3 dəfə AR MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə vermişlər. Bu hal onu göstərir ki, iddiaçılar irəli sürdükləri tələblərin əsassız olacağını əvvəlcədən bilirdilər və onların əsas məqsədi hüquqlarının bərpasına nail olmaq deyil, cavabdehdən əlavə pul vəsaiti əldə etmək olmuşdur. Belə ki, apellyasiya şikayətində irəli sürülən bütün dəlillər, həmçinin iddiaçının irəli sürdüyü dəlillər birinci instansiya məhkəməsində cavabdeh tərəf tərəfindən təqdim edilmiş etirazlarda ətraflı, sistemli və hüquqi əsaslarla təkzib edilmişdir. Mübahisəli torpaq sahəsinin cavabdeh1 MMC-yə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.2009-cu il tarixli *** nömrəli sərəncamı ilə ayrıldığı, həmin sərəncamın qüvvədə olduğu və ləğv edilmədiyi şəraitdə cavabdehin torpaq sahəsindən istifadəsinin qanuni olduğu açıqdır və bu hal “qanunsuz zəbt” anlayışının hüquqi mahiyyətini istisna edir. Dövlət orqanının inzibati aktı əsasında yaranmış torpaqdan istifadə hüququ imperativ xarakter daşıyır və bu hüquq ləğv edilmədiyi müddətdə mülki qaydada şübhə altına alına bilməz. Iddiaçıların torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi barədə tələbi maddi hüquq baxımından əsassızdır, çünki iddiaçılar torpaq sahəsinə dair mülkiyyət və ya digər əşya hüquqlarının mövcudluğunu təsdiq edən heç bir dövlət qeydiyyatı sənədi təqdim etməmişlər. Torpaq üzərində mülkiyyət hüququ yalnız dövlət qeydiyyatından sonra yaranır və iddiaçıların bu hüquqa malik olmaması onların torpaq sahəsinin qaytarılmasını tələb etmək imkanını istisna edir. Bu şəraitdə torpaq sahəsinin boşaldılması tələbi hüquqi əsasdan məhrumdur və təmin edilə bilməz. Apellyasiya şikayətində irəli sürülən torpaq sahəsinin bazar qiymətinə uyğun kompensasiya tələbi də subyektiv hüququn mövcud olmaması səbəbindən əsassızdır. Iddiaçıların əvvəlki dövrdə sökülmüş binada mənzil mülkiyyətinə malik olmaları avtomatik olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması demək deyildir. Mülki Məcəllənin 227.1-ci və Mənzil Məcəlləsinin 35.1- ci maddələri torpaq sahəsinə dair müstəqil mülkiyyət hüququ yaratmır və bu normalar yalnız mövcud bina və dövlət qeydiyyatında olan ümumi əmlak münasibətlərinə şamil oluna bilər. Bundan əlavə, Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən əvvəl cavabdehin torpaq üzərində hüququnun yaranması nəzərə alındıqda, həmin normaya istinad etməklə cavabdehin əvvəlcədən əldə etdiyi hüquqların məhdudlaşdırılması mümkün deyildir. Iddiaçıların torpaq sahəsinə görə kompensasiya tələb etməsi həm də hüquqi münasibətin yanlış subyektə yönəldilməsi ilə xarakterizə olunur, çünki torpaq sahəsi dövlət orqanının sərəncamı ilə ayrılmış və bu münasibət inzibati-hüquqi xarakter daşımışdır. Əgər iddiaçılar hər hansı hüquq pozuntusunun mövcud olduğunu iddia edirlərsə, bu halda tələb cavabdeh cavabdeh1 MMC-yə deyil, torpaq sahəsini ayırmış müvafiq icra hakimiyyəti orqanına yönəldilməli idi. Apellyasiya şikayətində irəli sürülən 5 il ərzində 1.500.000 manat məbləğində gəlirin qaytarılması tələbi də sübut edilməmişdir, çünki iddiaçılar həmin məbləğin hesablanma üsulunu, mənbəyini və cavabdehə aid olduğunu təsdiq edən heç bir mötəbər və müstəqil sübut təqdim etməmişlər. Təqdim edilmiş qəbzlərdə göstərilən şəxsin cavabdeh cavabdeh1 MMC ilə hüquqi əlaqəsinin mövcudluğu sübuta yetirilməmiş, əldə edildiyi iddia olunan gəlirin məhz cavabdeh tərəfindən əldə olunduğu müəyyən edilməmişdir. Sübutetmə yükü iddiaçıların üzərində olduğu halda bu yük yerinə yetirilməmişdir və tələb yalnız ehtimallara əsaslanmışdır. Beləliklə, apellyasiya şikayətində göstərilən bütün dəlillər cavabdehin birinci instansiyada təqdim etdiyi etirazlarla hüquqi və faktiki baxımdan təkzib olunur, iddiaçıların torpaq sahəsinə dair hər hansı subyektiv hüququnun mövcudluğu sübuta yetirilmir və irəli sürülən tələblər maddi hüquq normalarının dispozisiya şərtlərini ödəmədiyindən əsassız hesab edilməlidir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün hüquqi əsas yoxdur və apellyasiya şikayəti təmin edilməməlidir.
Proses iştirakçılarının izahatı
41. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında qeyd etdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qarşı tərəf məhkəməyə müqavilə təqdim etmişdir. Həmin müqavilədən görünür ki, iddiaçılara aidiyyəti olmayan bir MMC onlara aid torpaq sahəsini cavabdeh2 icarəyə vermişdir. Onlar hesab edir ki, torpağın mülkiyyətçisi iddiaçılardır və torpağın boşaldılmasını xahiş edir. Qarşı tərəf bildirir ki, onlar mülkiyyətçi deyil. Lakin onların həmin torpaq sahəsinin üzərində olan əmlakın mülkiyyətçiləri iddiaçılar olmuşdur. Onlara heç bir aidiyyatı olmayan bir MMC həmin torpağı cavabdeh2 icarəyə verib. Sərəncam zəlzələdən sonra binaların sökülməsi, mülkiyyətçilərin yeni mənzillə təmin edilməsi və ya pul verilməsi ilə bağlıdır. Iddiaçıların adına olan ləğv edilməmiş çıxarışlar var, bugünədək də həmin çıxarışlar qüvvədədir. Iddiaçıların mülkiyyət hüququ pozulur. Tərəf bildirir ki, ona məxsus torpaq sahəsini alıb, müvafiq qurumlara müraciət edərək icazə alıb, sökülmüş binanın yerində yeni bina tikmək istəyir. Faktiki olaraq sərəncama əsasən bu cavabdeh1 MMC-nin vəzifəsi idi, lakin sərəncam icra edilməmişdir. Onlara nə pul, nə də mənzil verilməyib. Dəfələrlə tərəflər arasında mübahisələr olub.
42. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini qəbul etmədi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, qarşı tərəf hesab edir ki, torpağın mülkiyyətçisi onlardı. Lakin bununla bağlı sübut təqdim edə bilmirlər. Iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Çünkü torpaq üzrə mülkiyyətçi deyillər və iddia bu hissədə ümumilikdə rədd edilmişdir. cavabdeh2 ilkin olaraq cavabdeh1 MMC ilə müqavilə bağlamışdır. cavabdeh1 MMC törəmə şirkəti olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-yə həmin torpağı icarəyə verir, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC isə cavabdeh2 verib. Niyə həmin ərazidə hələ də bina tikilməməsinin səbəbini bilmir. Hal-hazırda həmin torpaqla bağlı iddiaçıların mülkiyyət hüququ yoxdur. cavabdeh2 ona müqavilə təqdim etdi və o, onu birinci instansiya məhkəməsinə təqdim etmişdir. cavabdeh2 sonuncu müqaviləsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC ilə olub. Tələb torpaqla bağlıdır, iddiaçılara məxsus çıxarışlar isə mənzillə bağlıdır.
Tətbiq edilən hüquq normaları:
43. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddələr 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
46. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Məhkəmə kollegiyasının mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci isntansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçılar iddiaçı1 və iddiaçı2 Nəsimi rayonu, R.Rza və H.Aslanov küçələrinin kəsişməsində 346-ci məhəllədə R.Rza küçəsi, ** saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasında mənzil mülkiyyətçiləri olmuşlar. Iddiaçıların həmin binada yerləşən mənzillərə mülkiyyət hüquqları qeydə alınmışdır.
49. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.2009cu il tarixli *** nömrəli sərəncamına əsasən Nəsimi rayonu, R.Rza və H.Aslanov küçələrinin kəsişməsində 346-ci məhəllədə R.Rza küçəsi, ** saylı ünvanda yerləşən yaşayış və qeyriyaşayış evlərinin yerləşdiyi 2.320 kv.m torpaq sahəsi icarə əsasında yüksəkmərtəbəli bir girişli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-nin istifadəsinə verilmiş və ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə vəsaitin ödənilməsi və sakinlərin mövcud qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında köçürülməsi cavabdeh1 MMC-yə tapşırılmışdır.
50. Iddiaçılar ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin qanunsuz boşaldılaraq iddiaçıya təhvil verilməsi və ya həmin binanın və binanın tərkib hissələri nəzərə alınmaqla yerləşdiyi torpaq sahəsinin həcmində torpaq sahəsinin bazar qiymətinə uyğun əvəzinin cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi və 5 il ərzində torpaq sahəsindən qanunsuz istifadə nəticəsində əldə edilmiş 1.500 000 manat gəlirin cavabdehlərdən tutularaq iddiaçılara qaytarılması növündə tələbini belə əsaslandırmışdır ki, ərazi qanunsuz olaraq zəbt olunmaqla oradaqanunsuz fəaliyyət göstərilir, mülkiyyət hüququ ilə iddiaçı1 məxsus ərazidən qanunsuz gəlirlər əldə edilir. Hazırkı gündə torpaq sahəsi qanunsuz zəbt olunmaqla orada avtodayanacaq xidməti göstərilir.
51. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi üzrə gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.2009-cu il tarixli *** nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ##.##.2009-cu il tarixli, **-**/** saylı razılıq məktubu, cavabdeh1 MMC-nin ##.##.2008-ci il tarixli, ***/** saylı müraciəti, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin ##.##.2009-cu il tarixli, **/*** saylı və Mədəniyyət və Turizm Nazirliyinin ##.##.2009-cu il tarixli, ****/** saylı rəyləri nəzərə alınaraq, Nəsimi rayonu, R.Rza və H.Aslanov küçələrinin kəsişməsində 346-ci məhəllədə R.Rza küçəsi, ** saylı ünvanda yerləşən, 2000-ci ilin noyabr ayında baş vermiş zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş və hal-hazırda sökülü vəziyyətdə olan yaşayış və qeyri-yaşayış evlərinin yerləşdiyi 2.320 kv.m torpaq sahəsi icarə əsasında yüksəkmərtəbəli bir girişli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-nin istifadəsinə verilmiş və ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə vəsaitin ödənilməsi və sakinlərin mövcud qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında köçürülməsi cavabdeh1 MMC-yə tapşırılmışdır.
52. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd edilir ki, “...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”
53. Iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, Sərəncamın icrası üzrə artıq 2009-cu ildə verilmiş sərəncam əsasında qeyd edilən ünvanda yerləşən qəzalı vəziyyətə düşmüş və sökülü vəziyyətdə olan tikililər sökülmüşdür.
54. Həmin ünvanda yerləşən mənzillərin mülkiyyətçilərindən olan hazırki iş üzrə iddiaçı iddiaçı1 adıçəkilən sərəncamı inzibati icraat qaydasında mübahisələndirsə də, müsbət nəticə əldə edilməmişdir. 55.Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından görünür ki, iddiaçı iddiaçı1 cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) «cavabdehin # #### 2009-cu il tarixli *** saylı sərəncamının etibarsız sayılması və ərazinin boşaldılması»na dair iddiası mümkün sayılmamışdır.
56. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi – cavabdehlər tərəfindən iddiaçıya qaytarılmasını və ya torpaq sahəsinin bazar dəyərinə uyğun kompensasiyanın ödənilməsini və torpaqdan qanunsuz istifadə nəticəsində 5 il ərzində əldə çıxmış faydanın ödənilməsini tələb etdiyi topraq sahəsi 2009-cu il tarixdə qəbul edilmiş inzibati akt əsasında hazırki iş üzrə cavabdeh cavabdeh1 MMC-nin istifadəsinə verilmişdir. Sərəncamda sakinlərin mövcud qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında köçürülməsi cavabdeh1 MMC-yə tapşırılmışdır. Artıq uzun müddətdir ki, sakinlər həmin ərazidən köçürülmüşdür. 57.Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 58.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir.
59. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, rüsum tərəfin özünə aid edilməlidir.
60. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.