Məhkəmə qərarları › İş №2(103)-7022/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7022/2025

23.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7022/2025 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 12 saylı notariat ofisi, Bakı şəhəri 22 saylı notariat ofisi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə Açar sözlər: (“alğı-satqı və dəyişmə müqavilələrinin etibarsız hesab edilməsi”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh4 nümayəndəsi Vəkil2, Cavabdeh2 nümayəndəsi Vəkil3, Cavabdeh1, onun nümayəndəsi Vəkil4 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 (Azrəbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinə, Bakı şəhəri 12 saylı notariat ofisi, Bakı şəhəri 22 saylı notariat ofisi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “alğı-satqı və dəyişmə müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2090/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan ona məxsus əmlakın alğı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilənin, həmçinin Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 1 ünvanında 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan ona məxsus əmlakın dəyişməsinə dair xx.xx.2025-ci il tarixli dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan əmlak üzərində onun mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun tərəfindən 2014-cü ildə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi alınmış, lakin həmin yaşayış sahəsi xarici ölkədə yaşaması səbəbindən formal olaraq qohumu Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Qaçqın, o cümlədən qohum olması səbəbindən Müslüm ailəsi ilə birlikdə həmin tikiliyə nəzarət etməsi, təmizlik işlərinə baxması ilə əlaqədar daim onun himayəsində olmuşdur. 2023-cü il tarixdə həyat yoldaşı X5 ilə nikahlarına xitam verilmişdir. Nikaha xitam verildikdən sonra Nailə və Müslüm onun Moskva şəhərində olması, əmlakının formal olaraq Müslümün adında olmasından sui-istifadə edərək uydurma əqdlə həmin əmlakı Nailənin adına rəsmiləşdirmişlər. Belə ki, əqd üçün pul vəsaiti lazım olduğu və real alğı-satqı deyil, görünüş üçün əqd bağlamaq məqsədilə onlar Bakı şəhəri 22 saylı notariat ofisində çalışan Cavid adlı şəxsə müraciət etmişlər. Cavid onlara pul qarşılığında bu əqdi həyata keçirə biləcəyini, bunu atası Cavabdeh3 vasitəsilə edə biləcəyini bildirmiş, buna görə sonuncuya etibarnamə verilməli olduğunu, Əkrəmin əqd görüntüsü yaranması üçün şəxsi vəsaitini müvəqqəti olaraq yerləşdirə biləcəyini bildirmişdir. Əkrəm müəyyən edilmiş miqdardan artıq valyuta olan ABŞ dolları ala bilməsi üçün, o cümlədən oğlu Cavidin pul alması qarşılığında notariusa gələrək etibarnamə əsasında faktiki olaraq ona məxsus əmlakın keçmiş həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Bu hərəkətlər xx.xx.2023-cü il tarixdə edilsə də, o, bu barədə təxminən 1 ay öncə təsadüf nəticəsində bilmişdir. Beləliklə uydurma əqd təşkil etməklə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ona məxsus yaşayış sahəsini uydurma əqd şəklində Nailənin adına rəsmiləşdirərək etibarından sui-istifadə edərək dələduzluqla əmlakını ələ keçirmişlər. Bu məqsədlə onlar 14 dekabr 2023-cü il tarixdə AN- İ0595893 saylı alğı-satqı müqaviləsi bağlamış, həmin müqavilə satıcı adından xx.xx.2023-cü il tarxili ƏN-İ857972 saylı etibarnamə ilə iştirak edən Cavabdeh3 tərəfindən imzalanmışdır. Tərəflərin bu uydurma əqddə iştirakı alğı-satqı niyyətini ifadə etmir, sadəcə olaraq qeyd edilən müqavilə ilə ona məxsus əmlakın Cavabdeh2 adına keçirilməsini pərdələmək məqsədi daşımışdır. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi faktiki olaraq ona məxsus olmuş, formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir və Cavabdeh2 alıcı, Cavabdeh1 satıcı, Cavabdeh3 Məhəmmdə oğlunun satıcının etibarnamə üzrə səlahiyyətli şəxs qismində iştirak etdiyi əqd real deyil, uydurma əqd olmuş və bir- birinə qohum olan şəxslərin niyyəti alğı-satqı müqaviləsi bağlamaq deyil, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsini Cavabdeh2 adına rəsmiləşdirmək olmuşdur. Beləliklə, tərəflər alğı-satqı müqaviləsi ilə niyyətlərini pərdələyərək, üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını, o cümlədən yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaq olmuşdur. Bundan əlavə, o, Əmlak Xidmətləri məkanına müraciət etmişdir. Lakin tələb olunan müvafiq sənədlər təqdim edə bilmədiyindən sənədlərini qəbul etməkdən imtina etmişlər, məhkəməyə müraciət ediləndən sonra Cavabdeh2 hərəkətlərinin hüquqi nəticəsini bildiyindən, öhdəlikdən yayınmaq məqsədilə yeni bir əqd bağlamış və mübahisəli əmlakı üzərində pul almaqla dəyişmə yolu ilə başqa bir şəxsin, Cavabdeh4 adına rəsmiləşdirmişdir. Belə ki, tərəf qismində çıxış edən Cavabdeh2 və Cavabdeh4, işin mübahislə olduğunu, məhkəmə baxışının olduğunu bilərəkdən xx.xx.2025-ci il tarixdə dəyişmə müqaviləsi bağlamış, hazırda mübahisəsi olan əmlakı, yəni Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi 6, yeni qaydalarla AZ1021, ünvan 5 ünvanında yerləşən ona məxsus əmlakı Cavabdeh4 məxsus Bakı ş., Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17, mənzil 65, yeni qaydalarla ünvan 7 ünvanında yerləşən sahəsi 127,2 kv.m olan mənzillə dəyişmiş, o cümlədən Cavabdeh2 dəyişdirilən mənzilin dəyər fərqi olan 400000 manat məbləğində pul almışdır. Beləliklə, tərəflərin məqsədi məhkəmə mübahisəsindən mübahisəli əmlakı öz düşüncələri ilə uzaqlaşdırmaq, əqdə hüquqi don geyindirmək olmuşdur. Cavabdehlərin əməlini dələduzluq kimi qəbul edərək o, polisə müvafiq ərizə ilə müraciət etsə də, orada münasibətlərin mülki xarakter daşıdığını əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir.

2. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2090/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2, 157.5, 157.6, 182, 567, 334.1, 359.1, 362.1, 362.2, 337.1, 354.2, 354.1; Mülki Prosessual Məcəllənin 2.1, 2.2, 3.1, 9.1, 14.2, 77.1, 217.3, 218.3; “Notariat haqqında” Qanunun 11, 35; "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisələndirilən ilkin alğı-satqı müqaviləsi üzrə iddiaçı müqavilənin tərəfi deyil. Belə ki, əmlakın mülkiyyətçisi X13 olmuşdur. İddiaçının mübahisələndirdiyi əmlak üzərində mülkiyyət hüquqları olmadığından, bununla da bağlanılmış alğı-satqı müqaviləsinin də tərəfi olmadığından, onun həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Mübahisəli daşınmaz əmlak hətta formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilsə də, iddiaçı X4 həmin əmlakın faktiki sahibi kimi qəbul edilsə də, qaldırılan tələb aşağıdakı əsaslara görə də təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 arasında Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində yerləşən 6 saylı ev üzrə xx.xx.2023-cü il tarixdə bağlanılmış alğı-satqı müqaviləsinin mövcudluğundan iddiaçının həmin tarixdən məlumatı olmuşdur. İddiaçı həmin müqavilənin etibarsız hesab edilməsinin hüquqi əsası kimi əmlakın faktiki sahibi kimi evin boşanmış keçmiş həyat yoldaşı Cavabdeh2 adına keçirilməsinə razılığının olmaması və bununla da evin onun iradə ifadəsinə zidd olaraq özgəninkiləşdirildiyini göstərmişdir. Qeyd edilməlidir ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin öz imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin notariat qaydasında təsdiqlənməsi tələb olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 4 (Yeni qaydalarla: AZ1021 ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 281,1 kv.m. olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 tərəfindən həmin daşınmaz əmlakı üzərində sərəncam vermək hüququ (satmaq, bağışlamaq və s.) da daxil olmaqla xx.xx.2023cü il tarixdə digər Cavabdeh3 adına etibarnamə verilmiş, həmin daşınmaz əmlakı Bakı şəhəri 22 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, müqavilə satıcının nümayəndəsi kimi Cavabdeh3 tərəfindən imzalanmışdır. İddiaçı evin keçmiş həyat yoldaşının adına keçirilməsinə iradə ifadəsinin olmamasını bildirsə də, məhkəmə iclasında həmin əmlakın mülkiyyətçisi Cavabdeh1 iddiaçı tərəfindən evin onun oğlunun adına keçirilməsi barədə tapşırıq verildiyini, lakin oğlu xarici ölkə vətəndaşı olduğu üçün evi anasının adına keçirilməli olduğu, bu barədə iddiaçının məlumatlandırdığı, bununla da alqı- satqı ərəfəsində iddiaçının baş tutacaq alğı-satqıdan məlumatlı olması və buna qarşı hər hansı etirazının bildirilməməsi müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən mübahisələndirilən əqd qanunvericiliyinin tələblərinə uyğun rəsmiləşdirilmişdir. Müqavilə əmlakın mülkiyyətçisi tərəfindən verilmiş notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında bağlanmışdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçı həmçinin məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. İddiaçı ərizəsində alğı-satqı müqaviləsinin mövcudluğu ilə bağlı məlumatın 2025-ci ilin yay ayında ona məlum olmasını qeyd etsə də, məhkəmə iclasında həmin alğı-satqı müqaviləsindən onun bağlandığı ərəfədə məlumatlı olması müəyyən edilmişdir. Evin oğlunun adına keçirilməsinə ifadə ifadəsi olduğu üçün həmin evin özgəninkiləşdirilməsindən iddiaçının məlumatsız olması məntiqli hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisələndirilən əqdin etibarsızlığına dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə məhkəmə iddiaçını mübahisəli daşınmaz əmlakın faktiki sahibi kimi qəbul edilməsi halında alğı-satqı müqaviləsinin iddiaçının iradəsinə zidd bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilməməsini, müqavilə bağlandıqdan təxminən 1 ildən artıq müddət keçdikdən sonra hazırki tələbin irəli sürülməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış Bakı şəhəri, Səbail rnu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6 əmlakın dəyişməsinə dair xx.xx.2025-ci il tarixli dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Məhkəmə iclasında Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 4Ə-2130 nömrəli dəyişmə müqaviləsinə dair notariat işindən müqavilənin bağlanılmasına dair proseduru üzrə pozuntu müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, aparılan araşdırma nəticəsində əmlakı əldə edən Cavabdeh4 vicdanlı alıcı olması şübhə doğurmayan əsaslar da (şübhələrdən kənar sübutetmə vasitələri ilə) müəyyən edilməmişdir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində, 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 281.1 kv.m. olan 6 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır; - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-82/2023 saylı qətnaməsi ilə İddiaçı ilə cavabdeh X5 arasında xx.xx.1985-ci il tarixdə bağlanmış və 11 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir; - Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsi ilə Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 70 No ilə qeyd edilmişdir. - Bakı şəhəri 22 saylı notariat ofisi tərəfindən verilmiş notariat icraatının təsdiq olunmuş surətindən görünür ki: xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən Cavabdeh1 tərəfindən bütün dövlət və qeyri dövlət orqan, idarə və təşkilatlarında notariat ofislərində, ASAN Xidmət mərkəzlərində, banklarda təmsil edərək AR ƏMDK DƏDRX Əİ verdiyi **********20¬10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 281,10 kv.m. olan fərdi yaşayış evinə dair dövlət reyestrindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış aldıqdan sonra sərəncam verməyi, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı buna dair müqavilə imzalamağı, pulu almağı, adından ərizə verməyi, imza etməyi və tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək səlahiyyəti 6 gün müddətinə - xx.xx.2023-cü il tarixədək Cavabdeh3 etibarnamə verilmişdir; - X14 tərəfindən notarial qaydada yazılmış xx.xx.2023-cü il tarixli ərizəsi ilə birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 281,10 kv.m. olan fərdi yaşayış evinin satılmasına etiraz etmir; Cavabdeh2 tərəfindən notarial qaydada yazılmış xx.xx.2023-cü il tarixli ərizəsi ilə Cavabdeh1 tərəfindən ona satılan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evində mülkiyyətçisinin ailə üzvü olmayan X8 qeydiyyatda olmadığından məlumatlıdır, fərdi yaşayış evinin onun razılığı olmadan satılmasına razıdır və bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürür; Bakı şəhəri 22 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 (etibarnamə əsasında Cavabdeh3 tərəfindən imza etmiş) mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində yerləşən yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 281,1 kv.m. olan 7 otaqlı 6 saylı fərdi yaşayış evini Cavabdeh2 295000 manata satmışdır; Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu tərəfindən "Bank Respublika” ASC-nin Memar Əcəmi filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh2 tərəfindən notariat qaydasında təsdiq ediləcək alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 295000 manat məbləğində pulun müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra yaranmış 1080 manat vergi öhdəliklərini (borcu) ödəniş tapşırığı əsasında əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalıq 293920 manat pulu onun məktubu əsasında Cavabdeh3 verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir; xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə xx.xx.2023-cü il tarixli 4Ə/89 reyestrdə rəsmiləşdirilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 1080 manat vergisi ödənilmişdir; - Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən verilmiş notariat icraatının təsdiq olunmuş surətindən görünür ki: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023- cü il tarixli çıxarışına əsasən ünvan 4 (Yeni qaydalarla: AZ1021, ünvan 8 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 281.10 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 64 (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 127,20 kv.m. olan mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına qeydiyyata alınmışdır; - Bakı şəhəri 12 saylı notariat ofisinin notariusu tərəfindən "Kapital Bank” ASC-nin 12 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın dəyişmə müqaviləsi üzrə Cavabdeh4 tərəfindən ödəməli olduğu 20.000 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında həmin məbləği Cavabdeh2 ödənilməsi üçün bankda olan dnpozit hesabına qəbul olunmasını xahiş etmişdir; - Bakı şəhəri 12 saylı notariat ofisinin notariusu tərəfindən "Kapital Bank” ASC-nin 12 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın dəyişmə müqaviləsi üzrə Cavabdeh4 tərəfindən ödəməli olduğu 380.000 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında 372.140,30 manat Cavabdeh2 ödənilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını, eyni zamanda həmin daşınmaz əmlakın alğısatqı müqaviləsi üzrə Cavabdeh2 tərəfindən ödəniləcək 7859,70 manat vergi məbləğinin ödəniş tapşırığı əsasında ona məxsus VÖEN ********** ilə X1 köçürülməsini təmin etməsini xahiş etmişdir; - Bakı şəhəri 12 saylı notariat ofisinin notariusu tərəfindən "Kapital Bank” ASCnin 12 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh4 notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlak dəyişmə müqaviləsi üzrə əlavə yaranmış 2624,40 manat vergi öhdəliklərini (borcu) dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir; - Bakı şəhəri 12 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli dəyişmə müqaviləsinə əsasən Cavabdeh2 tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 4 (Yeni qaydalarla: AZ1021 ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 281,1 kv.m. olan fərdi yaşayış evini Cavabdeh4 mülkiyyətinə vermiş, Cavabdeh4 tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzi 64 (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 127.2 kv.m. olan mənzili Cavabdeh2 mülkiyyətinə vermişdir; - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 281.1 kv.m. olan 7 otaqlı 6 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2014- cü il tarixdən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir; - Bakı şəhəri 22 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AN-İ №0595893 saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 281.1 kv.m. olan 7 otaqlı 6 saylı fərdi yaşayış evini Cavabdeh2 295.000 manata satmışdır; - Bakı şəhəri 12 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli dəyişmə müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2023- cü il tarixdən tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 4 (Yeni qaydalarla: AZ1021 ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 281,1 kv.m. olan fərdi yaşayış evini Cavabdeh4 mülkiyyətinə vermiş, Cavabdeh4 tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzi 64 (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 127.2 kv.m. olan mənzili Cavabdeh2 mülkiyyətinə vermişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Bakı şəhər Səbail rayon məhkəməsinin e-2(009)-2090/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.1, 157.2, 157.8, 337.1, 337.3, 337.4, 340.1, 340.2; Mülki Prosessual Məcəllənin 80, 88, 106.1, 199, 218.1, 385-ci maddələrinə istinadən belə əsaslandırılmışdır ki, onun tərəfindən 2014-cü ildə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi alınmış, lakin həmin yaşayış sahəsi xarici ölkədə yaşamağı səbəbindən formal olaraq qohumu Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Qaçqın, o cümlədən qohum olması səbəbindən Müslüm ailəsi ilə birlikdə həmin tikiliyə nəzarət etməsi, təmizlik işlərinə baxması ilə əlaqədar daim himayəsində olmuşdur. 2023-cü il tarixdə həyat yoldaşı X7 ilə nikaha xitam verildikdən sonra Nailə və Müslüm Moskva şəhərində olmağı, əmlakın formal olaraq Müslümün adında olmasından sui-istifadə edərək uydurma əqdlə həmin əmlakı Nailənin adına rəsmiləşdiriblər. Belə ki, əqd üçün pul vəsaiti lazım olduğu və real alğısatqı deyil, görünüş üçün əqd bağlamaq məqsədilə onlar Bakı şəhəri 22 saylı notariat ofisində çalışan Cavid adlı şəxsə müraciət ediblər. Cavid onlara pul qarşılığında bu əqdi həyata keçirə biləcəyini, bunu atası Cavabdeh3 vasitəsilə edə biləcəyini bildirmiş, buna görə sonuncuya etibarnamə verilməli olduğunu, Əkrəmin əqd görüntüsü yaranması üçün şəxsi vəsaitini müvəqqəti olaraq yerləşdirə biləcəyini bildirmişdir. Əkrəm müəyyən edilmiş miqdardan artıq valyuta olan ABŞ dolları ala bilməsi üçün, o cümlədən oğlu Cavidin pul alma qarşılığında notariusa gələrək etibarnamə əsasında faktiki olaraq ona məxsus əmlakın keçmiş həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Bu hərəkətlər xx.xx.2023-cü il tarixdə edilsə də o, bu barədə təxminən 1 ay öncə təsadüf nəticəsində bilmişdir. Beləliklə uydurma əqd təşkil etməklə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ona məxsus yaşayış sahəsini uydurma əqd şəklində Nailənin adına rəsmiləşdirərək etibardan sui-istifadə edərək dələduzluqla əmlakını ələ keçirmişlər. Bu məqsədlə onlar 14 dekabr 2023-cü il tarixdə AN-İ0595893 saylı alğı-satqı müqaviləsi bağlamış, həmin müqavilə satıcı adından xx.xx.2023cü il tarxili ƏN-İ857972 saylı etibarnamə ilə iştirak edən Cavabdeh3 tərəfindən imzalanmışdır. Tərəflərin bu uydurma əqddə iştirakı alğı-satqı niyyətini ifadə etmir, sadəcə olaraq qeyd edilən müqavilə ilə ona məxsus əmlakın Cavabdeh2 adına keçirilməsini pərdələmək məqsədi daşımışdır. ünvan 12 ünvanında yerləşən yaşayış sahəsi faktiki olaraq ona məxsus olmuş, formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir və Cavabdeh2 alıcı, Cavabdeh1 satıcı, Cavabdeh3 Məhəmmdə oğlunun satıcının etibarnamə üzrə səlahiyyətli şəxs qismində iştirak etdiyi əqd real deyil, uydurma əqd olmuş və bir-birinə qohum olan şəxslərin niyyəti alğı-satqı müqaviləsi bağlamaq deyil, ünvan 12 ünvanında yerləşən yaşayış sahəsini Cavabdeh2 adına rəsmiləşdirmək olmuşdur. Beləliklə tərəflər alğı-satqı müqaviləsi ilə niyyətlərini pərdələyərək, üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını, o cümlədən yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaq olmuşdur. Bir daha bildirmək istəyir ki, sahənin mülkiyyətçisi, sahibi odur. Bundan əlavə, o, Əmlak Xidmətləri Məkanına müraciət etmişdir. Lakin tələb olunan müvafiq sənədləri təqdim edə bilmədiyindən sənədlərini qəbul etməkdən imtina etdilər. Bundan əlavə, tərəflərindən məhkəməyə müraciət ediləndən sonra, Cavabdeh2 hərəkətlərinin hüquqi nəticəsini bildiyindən, öhdəlikdən yayınmaq məqsədilə yeni bir əqd bağlamış və mübahisəli əmlakı üzərində pul almaqla dəyişmə yolu ilə başqa bir şəxsin, Cavabdeh4 adına rəsmiləşdirmişdir. Belə ki, tərəf qismində çıxış edən Cavabdeh2 və Cavabdeh4, işin mübahislə olduğunu, məhkəmə baxışının olduğunu bilərəkdən xx.xx.2025-ci il tarixdə dəyişmə müqaviləsi bağlamış, hazırda mübahisəsi olan əmlakı, yəni Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi 6, yeni qaydalarla AZ 1021, ünvan 5 ünvanında yerləşən ona məxsus əmlakı Cavabdeh4 məxsus Bakı ş., Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi 17,mənzil 65, yeni qaydalarla Bakı ş., Badamdar qəsəbəsi Abbasqulu Ağazadəküçəsi, giriş 61, M 18, m4 ünvanında yerləşən sahəsi 127,2 m2 olan mənzillə dəyişmiş, o cümlədən Cavabdeh2 dəyişdirilən mənzilin dəyər fərqi olan 400000 manat məbləğində pul almışdır. Beləliklə, tərəflərin məqsədi məhkəmə mübahisəsindən mübahisəli əmlakı öz düçüncələri ilə uzaqlaşdırmaq, əqdə hüquqi don geyindirmək olmuşdur. Cavabdehlərin əməlini dələduzluq kimi qəbul edərək o, polisə müvafiq ərizə ilə müraciət etsə də, orada münasibətlərin mülki xarakter daşıdığını əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Tərəflərindən yuxarıda qeyd edilən hallar əsasında Səbail rayon məhkəməsinə iddia ərizəsi verilmiş, lakin məhkəmə əsassız və qanunsuz olaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarmışdır. Məhkəmə qətnamə çıxararkən əsas etibarilə iddiasının iradə ifadəsinin zədələnməməsi və iddia müddətinin ötürülməsinə istinad etmişdir. Hesab edir ki, hər iki istinad halı əsassızıdır. Yuxarıda qeyd etdiyi kimi tərəfindən ilkin olaraq cavabdehlərin əməlini dələduzluq kimi qəbul edərək polisə müvafiq ərizə ilə müraciət etsə də, orada münasibətlərin mülki xarakter daşıdığını əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Səbail RPİ 41-ci PB- də təhqiqat aparılmış, Cavabdeh1, Cavabdeh3, X6 izahatları alınmışdır. Həmin izahatlar bu şəxslər işin halları, əqdin uydurma olması, əmlakın əsl sahibi, əqdin bağlanmasının xüsusiyyətləri haqda ətraflı izahat vermişlər. Lakin əməllərində cinayət deyil, mülki məsuliyyətin olması əsası ilə cinayət işinin başlanmasından imtina edilmiş, buna dair qərar çıxarılmışdır. Qeyd etmək istəyir ki, polisin bu qərarı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Daha sonra məhkəmə sorğu əsasında Səbail RPİ 41-ci PB-nə müraciət edərək həmin şəxslərin izahatlarını oradan rəsmi qaydada sübut olaraq götürmüşdür. Həmin qərar və izahatlar iş materiallarında vardır. Buna baxmayaraq məhkəmə sübutları tədqiq edərkən nə həmin qərara, nə də izahatlara hər hansı bir hüquqi qiymət verməmiş, onları qiymətləndirməmişdir. Halbuki, əqdin bağlanması, əmlakın əsl sahibi, əqdin uydurma olması, əqd bağlanarkən tərəflərin qarşılıqlı münasibəti həmin izahatlarda, yekun olaraq qərarda öz əksini tapmışdır. Bundan əlavə, əhəmiyyətli izahat verə biləcək Cavabdeh3 Məhəmmdə oğlu hazırlıq iclasında iştirak etsə də, məhkəmə onu dindirməmiş, izahatını almamış, sonradan onu məhkəmə baxışına cəlb etməmişdir. Bütün bu qeyd edilənlər işin faktiki hallarıdır və məhkəmə tərəfindən əsaslı və qanuni qətnamə çıxarılması üçün mütləq araşdırılmalı idi. Cavabdehlərin əməlini dələduzluq kimi qəbul edərək o, polisə müvafiq ərizə ilə müraciət etsə də, orada münasibətlərin mülki xarakter daşıdığını əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Tərəfimizdən yuxarıda qeyd edilən hallar əsasında Səbail rayon məhkəməsinə iddia ərizəsi verilmiş, lakin məhkəmə əsassız və qanunsuz olaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarmışdır. Məhkəmə qətnamə çıxararkən əsas etibarilə iddiasının iradə ifadəsinin zədələnməməsi və iddia müddətinin ötürülməsinə istinad etmişdir. Hesab edir ki, hər iki istinad halı əsassızdır. Yuxarıda qeyd etdiyi kimi ilkin olaraq cavabdehlərin əməlini dələduzluq kimi qəbul edərək o, polisə müvafiq ərizə ilə müraciət etsə də, orada münasibətlərin mülki xarakter daşıdığını əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Səbail RPİ 41-ci PB- də təhqiqat aparılmış, Cavabdeh1, Cavabdeh3, X6 izahatları alınmışdır. Həmin izahatlar bu şəxslər işin halları, əqdin uydurma olması, əmlakın əsl sahibi, əqdin bağlanmasının xüsusiyyətləri haqda ətraflı izahat vermişlər. Lakin əməllərində cinayət deyil, mülki məsuliyyətin olması əsası ilə cinayət işinin başlanmasından imtina edilmiş, buna dair qərar çıxarılmışdır. Qeyd etmək istəyir ki, polisin bu qərarı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Daha sonra məhkəmə sorğu əsasında Səbail RPİ 41-ci PB-nə müraciət edərək həmin şəxslərin izahatlarını oradan rəsmi qaydada sübut olaraq götürmüşdür. Həmin qərar və izahatlar iş materiallarında vardır. Buna baxmayaraq məhkəmə sübutları tədqiq edərkən nə həmin qərara, nə də izahatlara hər hansı bir hüquqi qiymət verməmiş, onları qiymətləndirməmişdir. Halbuki, əqdin bağlanması, əmlakın əsl sahibi, əqdin uydurma olması, əqd bağlanarkən tərəflərin qarşılıqlı münasibəti həmin izahatlarda, yekun olaraq qərarda öz əksini tapmışdır. Bundan əlavə, əhəmiyyətli izahat verə biləcək Cavabdeh3 Məhəmmdə oğlu hazırlıq iclasında iştirak etsə də, məhkəmə onu dindirməmiş, izahatını almamış, sonradan onu məhkəmə baxışına cəlb etməmişdir. Bütün bu qeyd edilənlər işin faktiki hallarıdır və məhkəmə tərəfindən əsaslı və qanuni qətnamə çıxarılması üçün mütləq araşdırılmalı idi. 1. İradə ifadəsi: İddiaçı əmlakının satılması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsinə dair Cavabdeh1 hər hansı bir göstəriş verməmişdir. İş materiallarında buna dair hər hansı bir sübut yoxdur. 2. İddia müddəti: Cavabdeh1 əmlakın faktiki sahibi X2 əmlakın özgəninkiləşdirilməsibarədə hər hansı bir məlumat verməmişdir. O cümlədən məhkəmə baxışı zamanı verdiyi izahatda belə bir məlumatı vermədiyini etiraf etmiş və bildirmişdir ki, Müsdəqiblə danışmadığım üçün ona bu barədə heç nə demədi. Məhkəmə qətnamə çıxararkən əsas etibarilə iki hala istinad etmişdir. Bu iddiaçının iradəsinin dələnməməsi və 1 (bir) illik iddia müddətinin buraxılmasıdır. Hesab edir ki, məhkəmənin istinad etdiyi hər iki hal əsassızdır. Cavabdeh Orucov X12 rayon məhkəməsində sərbəst izahat erərkən, o cümlədən hakimin sualına cavab verərkən konkret olaraq Müsdəqibin iradə ifadəsini mübahisəli əmlakın satılmasına dair göstərişi barədə hər hansı bir sübut təqdim etmir. Hətta hakimin "nə kimi sübutlarınız var" sualına watsapp yazışmalarının ola biləcəyini bildirsə də, nə hazırlıq iclasında, nə də sonrakı məhkəmə baxışlarında həmin yazışmalar məhkəməyə təqdim dilməmişdir. Hətta bundan əvvəl, yəni Səbail RPİ 41-ci PB-də izahat verərkən də bu barədə əsaslı sübut təqdim etməmişdir. Cavabdeh1 hüquqlarını peşəkar vəkil müdafiə etmişdir. Öncədən, polis şöbəsində, daha sonra məhkəmə hazırlıq iclasında sübutların, yəni konkret olaraq İddiaçı mübahisəli əmlakı satmağı Cavabdeh1 bildirməsi barədə sübutların olub-olmaması, həmin sübutların təqdim edilməsinin zəruriliyi barədə həm təhqiqatçı, həm də hakim tərəfindən onlara bildirilsə də, bu sübutlar təqdim edilməmişdir. Belə olan halda, yəni İddiaçı iradə ifadəsinin necə, hansı üsulla bildirməsi haqda sübutun olmadığı təqdiqdə məhkəmənin guya belə bir iradə ifadəsi olması haqqında qənaətə gəlməsi əsassız, o cümlədən qanunsuzdur. AR MPM-nin 80-ci maddəsinə əsasən, Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən dilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən 106.1. İşdə iştirak edən xslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə oplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin məhkəmə bu hala əhəmiyyət vermədən cavabdehdən daha çox cavabdeh olaraq mövcud olmayan iradə ifadəsinin mövcud olması haqda əsassız nəticəyə gəlir. Halbuki, buna dair nə iş materiallarında, nə də cavabdehin izahatında hər hansı bir sübut yoxdur. İddia müddətləri isə bir qayda olaraq, tələb hüquqları üçün xarakterikdir. Bu müddətin keçməsi tələb hüququnun özünü deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllə, maddə 375.2), kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. İddia müddəti dayandırıla (Mülki Məcəllə, maddə 379), kəsilə (Mülki Məcəllə, maddə 380) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllə, maddə 382) bilər. Kəsici müddətlənsə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsinin2021-ci il 2 aprel tarixli qərarı ilə Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələri əlaqəli şəkildə şərh edilmişdir. Lakin məhkəmə bu hala əhəmiyyət vermədən cavabdehdən daha çox cavabdeh olaraq mövcud olmayan iradə ifadəsinin mövcud olması haqda əsassız nəticəyə gəlir. Halbuki, buna dair nə iş materiallarında, nə də cavabdehin izahatında hər hansı bir sübut yoxdur. Belə ki, etibarsızlıq, özlüyündə əqdin etibarlılıq şərtlərinə bağlı bir anlayışdır. Etibarlılıq şərtləri, bir müqavilənin hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun məcburi hüquq qaydalarına zidd olmaması, müvafiq formada bağlanması, iradə ifadələrinin zədələnməmiş olması, müvafiq razılığın olması və s.). Odur ki, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Bu baxımdan etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. İddiaçı mübahisələndirilən əqdlər üzrə tərəf olmamışdır. Onun bu əqdləri nə zaman, necə, hansı üsulla bağlanması haqda məlumatı ola bilməzdi. Belə ki, notarial hərəkətlərinin iştirakçısı, o cümlədən faktiki sahib olsa da, hüquqi sahib olmaması əmlakın satılması, əqdlərin bağlanması və bu kimi hallar barədə onun məlumatının olmasını istisna edir. Lakin məhkəmə bu hala da əhəmiyyət verməmişdir.

Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və şikayətlə eynilik təşkil edən məzmunda izahat verməklə, iddia tələbinin Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə Cavabdeh4 vicdanlı alıcı olduğunu qəbul etdiyini bildirmiş, şikayətin və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirmişdir ki, 2011-ci ildə 60000 manat ödənişlə iddiaçı ilə birlikdə mübahisəli evi onun adına alıblar, 12 sotdan ibarət torpaq sahəsində iki ev olub, biri iki mərtəbə ev olub, digəri isə 55 kv.m sahədən ibarət taxta ev olub. 2014-cü ildə isə həm torpaq sahəsinə, həm də evlərə çıxarış alınıb. Evlərin təmirində onun əməyi olmuşdur. Adına mülkiyyət qeydiyyata alındıqdan, 2014-2015-ci illərdə Zəngilan rayonundan olan şəxslərə ev verildiyi zaman ona ev verilməsindən imtina edilmişdir, eyni zamanda 2017-ci ildə isə dövlət tərəfindən verilən pul da kəsilmişdir. İddiaçı da həmin dövrdə onun adına kredit götürdüyü üçün girovda olduğundan evlərin onun adından çıxarılmasının mümkün olmadığını və ona 3 otaqlı ev alıb verəcəyini bildirmişdir. 2016-cı ilə qədər iddiaçının anası onun qayınanası ilə birlikdə həmin evdə yaşayıb, onun qayınanası iddiaçının anasına qulluq edib. 2021-2022-ci ildə iddiaçının oğlu ailəsi ilə birlikdə Rusiyadan qayıdıb gəlmiş və iki mərtəbəli həmin evə yığışıb orda yaşamağa başlamışlar, 2023-cü ildə isə oğlu ona demişdir ki, atası bildirir ki, adında nə var keçirsin onun adına, dəfələrlə də iddiaçı onun yoldaşına əmlakları oğlunun adına keçirilməsini bildirmişdir.. İddiaçının oğlu ona demişdir ki, ev məsələsindən məlumatı var, lakin ona 3 otaqlı ev alıb verə bilməyəcəklər, yalnız 1 otaqlı evin pulunu verə bilərlər. Asan Xidmətdə qohumluğu olmayan xarici vətəndaşla bağışlama və alğı-satqı edilməsinin mümkün olmadığı bildirilmiş, bundan sonra iddiaçının oğlu Müşfiq anası Nailə xanımla birlikdə notariat ofisinə yaxınlaşmışdır. Notariat ofisində Müşfiqin yanında Əkrəm adlı şəxs də olmuşdur. O, Əkrəm adlı şəxsi tanımamışdır. Müşfiq ona demişdir ki, bundan sonra məsələ onluqdur, Əkrəm adlı şəxsə evə dair etibarnamə ver, səbəbini soruşduqda bildirmişdir ki, evin onun adına keçirilməsi üçün pul qoyulmalıdır, pul da Əkrəmindir, buna görə alğı-satqını o aparacaq və sonra əmlakı Müşfiqin adına keçirəcək. Müşfiq “cavabdeh odur” dediyi üçün o da, yoldaşı da imzalamaqla Əkrəmin adına etibarnamə vermişlər. Bundan sonra Müşfiq, Nailə və Əkrəm gedib pulu banka qoymuş, ondan sonra Müşfiq gəlib ona demişdir ki, evi anası Nailənin adına keçirib, səbəbini soruşanda bildirib ki, çünki o rus vətəndaşı olduğundan torpaq sahəsinin onun adına keçirilməsi mümkün deyil. Səhəri gün iddiaçı onun yoldaşına zəng etdikdə yoldaşı iddiaçıya bildirmişdir ki, evi gedib Nailə xanımın adına keçiriblər. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Rusiya vətəndaşı olduğundan mübahisəli daşınmaz əmlakı iddiaçının oğlunun adına keçirməyin mümkün olmamasını və əmlakın Nailənin adına keçirilməsi barədə iddiaçıya məlumat verməmişdir, 295000 manata alğı-satqı olmuş, onun 220000 manatı Əkrəm adlı şəxsə aid olmuş, alğı-satqıdan sonra Müşfiq ona 75000 manat pul vermişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil4 apellyasiya şikayətinə etiraz etmiş, iddiaçının evi oğlunun adına keçirməsi ilə bağlı Müslümə tapşırıq verdiyini, bu göstərişlə bağlı səs yazısı olduğunu qeyd etmiş, həmin səs yazısının tədqiq edilməsini və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil3 birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdıqlarını qeyd etmiş, iddiaçının iddia tələbi irəli sürməkdə subyektiv hüququnun olmadığını və iddia müddətini ötürdüyünü bildirmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi Vəkil2 bildirmişdir ki, mənzili Nailə xanımdan alıblar, digər tərəflərin heç birini tanımırlar, vicdanlı alıcıdılar, 127 kv.m sahədən ibarət mənzil və əlavə olaraq 400000 manat pul verməklə mübahisəli mənzili alıblar və təmir ediblər.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, Müşfiq, Nailə və Müslümü tanımamışdır, onları notariat ofisində görmüşdür, əmlakın Müşfiqin adına keçirilməsinə kömək etmək məqsədilə bu məsələdə iştirak etmişdir, heç kəsə etibar etmədiyindən, gələcəkdə nəsə problem yarana biləcəyindən ehtiyat edərək alğı-satqı üçün onun adına etibarnamə verilməsini istəmiş, bu səbəbdən onunla formal etibarnamə bağlanmış və əlində olan 220000 manat pulu formal olaraq banka köçürmüş, daha sonra isə özü də qoyduğu həmin pulu geri götürmüşdür, alğı-satqı müqaviləsi üzrə yerdə qalan məbləğ isə onun olmamışdır.

11. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən 3-cü şəxslər Bakı şəhəri 22 saylı Notariat ofisi, Bakı şəhəri 12 saylı Notariat ofisi və Azrəbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

15. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 135.11. Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şamil edilir. 135.12. Əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. 136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 182. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1- 339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 350. Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - Hüquqdan sui-istifadənin xüsusi halıdır.

16. Notariat haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən: Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən: 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: “O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.”

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları qismən pozulmuş, bu da iş üzrə qismən qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İlk olaraq qeyd edilməlidir ki, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli qərarlar).

21. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan ona məxsus əmlakın alğı-satqısına dair xx.xx.2023-cü il tarixli müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, qeyd edilən müqavilə üzrə əmlakın faktiki (əsl) sahibi kimi iddiaçının evin boşanmış keçmiş arvadı Cavabdeh2 adına keçirilməsinə razılığının olması və evin onun iradə ifadəsinə uyğun olaraq özgəninkiləşdirildiyi müəyyən edilmir. Məhkəmə iclasında həmin əmlakın formal mülkiyyətçisi Cavabdeh1 iddiaçı tərəfindən evin onun oğlunun adına keçirilməsi barədə tapşırıq verildiyini, lakin oğlu xarici ölkə vətəndaşı olduğu üçün evi anasının adına keçirilməli olduğunu qeyd etsə də, alğı-satqı ərəfəsində iddiaçının baş tutacaq alğı-satqı (oğlunun adına rəsmiləşdirilməsi mümkünsüzlüyü) barədə əlavə məlumat vermədiyini, habelə digər qaydada iddiaçının məlumatlı olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 illik müddəti də ötürməsi, məhkəmə iclasında həmin alğı-satqı müqaviləsindən onun bağlandığı ərəfədə məlumatlı olmasının müəyyən edilmiş olması, evin oğlunun adına keçirilməsinə iradə ifadəsi olduğu üçün həmin evin özgəninkiləşdirilməsindən iddiaçının məlumatsız olmasının məntiqli hesab edilə bilməzliyi barədə ehtimallar əsasında sübuta yetirilməyən əsassız nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, birgə nikah dövründə əldə edilmiş əmlak mübahisəsi müstəvisində Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən iddiaçının məlumatı olmadan etibarından sui-istifadə edərək onun əmlak hüquqların pozmuşlar.Bunu cavabdehlər Cavabdeh3 və Cavabdeh1 öz ifadələrində təsdiq etmiş, eyni zamanda rəsmi olaraq mülkiyyətçi olan Cavabdeh1 iddiaçının əsl sahibin iddiaçı olduğunu və onun niyyətini ifadə etməyən hərəkətlərə yol verdiyini etiraf etmişdir. Diqqətə çatdırılmalıdır ki, subyektiv hüquqla və kəsici müddətinin ötməsi bağlı birinci instansiya məhkəməsinin əsaslandırılması əsaslı sayıla bilməz. Belə ki, mübahisə edilməyən hal ondan ibarətdir ki, qeyd edilən əmlak birgə nikah dövründə rəsmi olaraq Cavabdeh1 adına alınmış olsa da, faktiki olaraq iddiaçının əmlak hüquqları mövcud olduğundan əqdi mübahisələndirmək hüququ da mövcud olmuşdur. Məhz ailə qanunvericiliyi prizmasından bu münasibətlərə yanaşma məhkəmənin diqqətindən yayınmışdır. İddiaçının oğluna və Cavabdeh1 güvəndiyi, lakin onların bu etibardan sui-istifadə etməsi nəticəsində iddiaçı ilə razılaşdırılmamış əqdin bağlanması nəticədə birgə nikah dövrünə aid əmlak hüquqlarının qəsdinə yönəlmişdir. Kəsici müddətlə bağlı isə məhkəmə iddiaçının əmlak hüquqlarının nə zaman pozulduğunu bildiyi və ya bilməli olması barədə əsasları müəyyən etmədən, bunları yalnız təxmin etmişdir. Kollegiya hesab edir ki, ehtimal əsasında münasibətlərin səciyyəsinə qiymət verilməsi birbaşa maddi və prosessual hüquq normalarının təməl tələblərinə zidd olduğundan müddətin ötməsi halı müəyyən edilməmiş hesab edilməlidir. Etibarsızlığın nəticələrinin aradan qaldırılmasına gəldikdə isə qeyd edilməlidir ki, alğı-satqı müqaviləsi üzrə əmlakın dəyəri formal olaraq az qeyd edildiyindən, habelə bu münasibətlər ailə qanunvericiliyinə müvafiq əsas iştirakçı olan Cavabdeh2 ilə iddiaçı arasında tənzimlənməli olduğundan hazırki mülki icraat çərçivəsində həll edilə bilməz və iddiaçının Cavabdeh2 və Cavabdeh1 qarşı ayrıca iddia icraatı qaydasında tələb irəli sürmək hüququ vardır.

22. İddia tələbinin Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6 əmlakın dəyişməsinə dair xx.xx.2025-ci il tarixli dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, əldə etmə zamanı Cavabdeh4 vicdanlı əldə edən olmasını istisna edən hallar sübuta yetirilmir, habelə iddiaçı (nümayəndəsi) Cavabdeh4 vicdanlılıq prinsiplərinə zidd davranışını əsas gətirməmiş və bu hissədə iddianı müdafiə etməmişdir.

23. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan ona məxsus əmlakın alğısatqısına dair xx.xx.2023-cü il tarixli müqaviləsinin etibarsızlığını hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməli,digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

24. Kollegiya hesab edir ki, tələb olmadığından apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onları ödəyən şəxsə aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2090/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi qismən - Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 14 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan ona məxsus əmlakın alğısatqısına dair xx.xx.2023-cü il tarixli müqavilə hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan ona məxsus əmlakın alğı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar