Məhkəmə qərarları › İş №2(103)-7045/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7045/2021

17.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7045/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil4 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-368/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Volkswagen Tiguan” markalı, ** RZ *** dovlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Volkswagen Tiguan” markalı, ** RZ *** dovlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Bir müddət bundan əvvəl həmin avtomobili müvəqqəti idarə etmək üçün Cavabdeh vermişdir. Daha sonra geri tələb etdikdə cavabdeh avtomobili qaytarmaqdan imtina etmişdir. O, bununla əlaqədar polisə müraciət etdikdə isə onlar rəsmi məktubla məhkəməyə getməli olduğunu bildirdilər. Xüsusi mülkiyyətində olan avtomobil cavabdehdədir, qaytarmaqdan imtina edir və avtomobili qanunsuz şəkildə etibarnaməsiz idarə edir. Mülkiyyət hüququnun qorunması üçün məhkəməyə müraciət edir və iddianın hüquqi əsasları kimi aşağıdakı hüquq normalarına istinad edir. AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə gorə isə miilkiyyətçi ozgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz oldugunu bildiyi və ya bilməli oldugu halda (vicdansız sahib), əmlakın onda oldugu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli oldugu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Mülki Məcəllənin 21-ci maddəsinə gorə zərərin əvəzinin odənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam odənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dovriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 28.09.2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi tam əsassız və qanunsuz olması səbəblərindən təmin olunmayaraq, rədd olunması və İddiaçı sonuncunun Cavabdeh etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirdiyi 30.000 (otuz min) manat məbləğində olan pulun İddiaçı tutularaq, Cavabdeh ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 22 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsindən aldıqları məhkəmə bildirişindən (iddia ərizəsinin nüsxəsi və ya surəti bildirişə əlavə olunmayıbdır) görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsində ona, yəni Cavabdeh qarşı vətəndaş: İddiaçı əmlakla bağlı iddia tələblərinə dair 2(005)-3406-2020 saylı mülki işə baxılır. İddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə ona görə müraciət etmişdir ki, bu hərəkətləri ilə o, faktiki olaraq, əslində ona qarşı dələduzluq etməsi, yəni onun etibarından sui-istifadə və aldatma yolu ilə onun 30.000 (otuz min) manat məbləğində olan pulunu əmlakını ələ keçirməsini ört-basdır etməyə çalışmışdır. O, 30 iyul 2020-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. İstintaq şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı tərəflərin izahatları alınmış və fakt üzrə yekun qərar qəbul olunmuşdur. Belə ki, İstintaq orqanında araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh təxminən 2018-ci ilin əvvəllərindən tanıyır, belə ki, həmin ərəfələrdə o, Bakı şəhərində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, Anar da müştərisi kimi tanımış və bir neçə dəfə müştəri kimi istədiyi ünvanlara çatdırmışdır. Bu minvalla onların münasibətləri yaranmış, tanışlığı zamanı o, Anara 10.000 (on min) ABŞ dolları pulu olduğunu, həmin pulla avtomobil almaq istədiyini demiş, Anar da həmin pulla Gürcüstan Respublikasından avtomobil almalarını, həmin avtomobil ilə Anar üçün sürücü işləməsini və ona aylıq əmək haqqı verəcəyini bildirmişdir. O, Anara etiraz etməmiş və Anarla birlikdə Gürcüstan Respublikasına gedərək oradan 9.500 (doqquz min beş yüz) ABŞ dollarına “Volkswagen Tiguan minik" markalı ** RZ *** dövlət nömrə nişanlı avtomobil almışlar. Lakin avtomobili gömrük rəsmiləşdirməsindən keçirmək üçün pulu olmadığı üçün Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Gömrük baş idarəsinin qarşısında Anarın qayınatası Sədrəddin İsmayıl adlı şəxs onunla birgə gömrüyə gedərək orada təxminən 8500 (səkkiz min beş yüz) manat gömrük rüsumu ödəmiş, avtomobil onun adına keçirilsə də, Anar gələcəkdə onun avtomobil üçün verdiyi 9.500 (doqquz min beş yüz) ABŞ dolları pulunu geri qaytaracağına və avtomobili ondan alacağına söz vermişdir. O, Anarın özünə də avtomobili idarə etmək üçün etibarnamə vermiş, onlar birlikdə təxminən 2 ilə yaxın işləmişlər. Anar ona aylıq 450 (dörd yüz əlli) manat əmək haqqı vermiş və o, Anarın tikinti işlərində gedib-gəlmək proseslərində köməklik etmişdir. 2020-ci ilin mart ayında Anar Gürcüstan Respublikasında şəxsi işləri olduğu üçün avtomobili həmin ölkəyə keçirməsi məqsədilə baş etibarnamə verməsini xahiş etmiş, o da, Anara inanaraq avtomobilə dair baş etibarnamə vermişdir. Anar Gürcüstan Respublikasına getmiş və təxminən dörd ay içində onun avtomobilə görə verdiyi 9.500 (doqquz min beş) ABŞ dolları pulu qaytarmadığını görüb Anardan tələb etməyə başlamışdır. Anar müxtəlif bəhanələr gətirmiş və onun pulunu qaytarmamış, o da, sonradan Anara verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Daha sonra isə məlum olmuşdur ki, o, etibarnaməni ləğv etdirdikdən sonra Anar saxta yolla avtomobili Kürdəmir rayonu sakininin adına qeydiyyata salmışdır. Anar onun bunu bildiyini gördükdən sonra pulunu qaytaracağını bildirmiş, lakin sonradan özünə vəkil tutduğunu bildirib ona heç nə qaytarmayacağını bildirmişdir. O, Türkiyə Respublikasında işlədiyi vaxtlar özünə 10000 (on min) ABŞ dolları pul yığmış, həmin pulu Cavabdeh vermiş, bundan başqa əvvəldən Anarın yanında işlədiyi zaman Anarın ona 17000 manat borcu olmuşdur. O, Cavabdeh avtomobil satmağı vədi verib 30.000 (otuz min) manat pulunu ələ keçirməmiş, Anar ona şər və böhtan atmışdır. Sədrəddin İsmayıl onun pulu çatmadığı üçün 8.500 ABŞ dolları pulu Gömrük Komitəsində ona vermiş, Gürcüstan Respublikasında avtomobil almaq üçün bütün pulları o ödəmiş, Anarı Tovuz rayonuna aparıb qohumunun evində düşürdükdən sonra özü Oğuz rayonuna gedərək oradan 10.000 ABŞ dolları pulunu götürmüş və yenidən Tovuz rayonuna qayıdıb Anargillə birlikdə avtomobil almaq üçün sərhəddən Gürcüstan Respublikasına keçmişlər. Material üzrə izahatı alınmış X4 izahatında göstərmişdir ki, Cavabdeh onun kürəkənidir. 24.12.2018-ci il tarixdə kürəkəni Anar şəxsi işləri ilə əlaqədar Türkiyə Respublikasına getmiş, səhəri gün, yəni 25.12.2018-ci il tarixdə Anar ona zəng vuraraq Türkiyə Respublikasında olduğuna görə özünə məxsus, Gürcüstan Respublikasından gətirdiyi “Wolkswagen Tiguan" markalı avtomobilin gömrük rəsmiləşdirilməsindən keçirilməsi üçün 10.000 manat pul lazım olduğunu, 1.500 manat pulu yaşadığı evdən götürməsini, özündən isə 8.500 manat qoyub ümumilikdə 10.000 manat pulu sürücüsü Vüsal ilə görüşüb Vüsala verməyi xahiş etmişdir. O, etiraz etməyərək Anarın yaşadığı evə gedib qızından, yəni Anarın arvadından 1.500 manat pulu götürüb özündə olan 8.500 manat pul ilə birlikdə əlaqə saxlayıb görüşərək Vüsala vermişdir. Onlar birlikdə Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı" adlanan yerin yanında fəaliyyət göstərən gömrük idarəsinə getmişlər, orada növbə olduğu üçün o, içəriyə daxil olmamış, ümumilikdə 10.000 manat pulu Vüsal götürərək gömrüyə daxil olmuş və bir neçə dəqiqə sonra çıxaraq avtomobili gömrük rəsmiləşdirməsindən keçirdiyini bildirdi. Kürəkəni Anarın dediyinə görə həmin avtomobili Gürcüstan Respublikasından özü şəxsən 9.500 ABŞ dolları pul ödəməklə almış, Bakı şəhərinə gəldikdən sonra gömrük rüsumu 10.000 manat tələb olunmuş və həmin pulu da o özü, şəxsən Vüsala vermişdir. Ona görə də, Vüsalın həmin avtomobilə sahiblik hüququ olmasını zənn etməmişdir. Anarın deməsinə görə, həmin vaxt Türkiyə Respublikasında olduğu və avtomobilin gömrük rəsmiləşdirilməsi gecikdiyinə avtomobili Vüsalın adına qeydiyyata alınmışdır. O, pulu Vüsala ona görə vermişdir ki, içəriyə buraxılmamış, tək Vüsal buraxıldığı üçün o, məcbur olub pulu Vüsala vermişdir. Araşdırma zamanı izahatı alınmış X6 izahatında göstərmişdir ki, Cavabdeh uzun müddətdir ki, qohumu Sərxanın vasitəsilə tanıyır. Belə ki, Anar Sərxanla xalaoğludurlar. 23.12.2018-ci il tarixdə Anar ona zəng vuraraq özünə avtomobil almaq istədiyini və onunla birlikdə avtomobil almaq üçün Gürcüstan Respublikasına getmələrini xahiş etmiş, çünki o, bir neçə dəfə Gürcüstanda avtomobil bazarında olduğu üçün orada satışda olan avtomobillərlə bağlı məlumatlı olmuşdur. Anar da yaxşı avtomobil axtardığı üçün onu özü ilə aparmaq istəmişdir ki, aldanıb qəzalı və yaxud problemli avtomobil almasın. Anar həmin gün onun yaşadığı Tovuz rayonu Düz Qırıqlı kəndinə getmiş, ertəsi günü Türkiyə Respublikasına gedəcəyin və öz adına Gürcüstandan avtomobil alacaqları halda problem çıxıb-çıxmayacağını soruşmuşdur. O, Anara demişdir ki, avtomobili gömrük rəsmiləşdirməsindən keçirmədən Türkiyəyə buraxılmayacaq, avtomobili başqa bir adamın adına almağı təklif etmişdir. Avtomobil onun adına alınardısa, o, bu halda Bakı şəhərinə gəlməli olmuş və gömrükdə növbə olduğu üçün bir neçə gün Bakı şəhərində qalmalı olmuş, ona görə də Anara demişdir ki, elə bir adam lazımdır ki, daimi Bakı şəhərində qalsın və gömrükdə növbə gözləyə bilsin Anar taksi sürücüsü tanışı olduğunu və avtomobili həmin tanışının adına ala biləcəyi təklif etmiş, o, etiraz etməmiş, lakin bildirmişdir ki, yaxşı tanıdığı adam olsun ki, səhəri gün problem yaşatmasın. Anar isə həmin şəxslə birlikdə işlədiyini və pis insan olmadığını demişdir. Anar Vüsal kimi qeyd etdiyi şəxsə zəng vuraraq Vüsala Tovuz rayonuna getməsini bildirmiş, Vüsal Tovuza getdikdən sonra onlar Anarın xalası oğlu Sərxanın avtomobili ilə “Sınıq Körpü" sərhəd keçid məntəqəsinin qarşısına gəlib piyada Gürcüstan Respublikasına keçmişlər. Sərxan da avtomobili Azərbaycan tərəfdə saxlayaraq onlarla birlikdə Gürcüstana seçmişdir. Sərxan daimi olaraq Tovuzda yaşadığı üçün avtomobil Sərxanın adına olduğu halda Bakı şəhərinə getməli və orada uzunmüdətli növbə gözləməli olmuş, ona görə, məsləhətləşmişlər ki, daimi Bakı şəhərində yaşayan adam olsun. Onlar birlikdə Gürcüstan Respublikasına keçid edərək Rustavi şəhərinə getmişlər, orada Anar '‘Volkswagen Tiguan minik" markalı ** RZ *** dövlət nömrə nişanlı avtomobili bəyəndiyi üçün avtomobilin sahibi ilə danışıb 9.200 ABŞ dollarına razılaşmışlar, 300 ABŞ dolları isə orada sənəd işlərinə xərclənmişdir. Həmin vaxtı Anarın pulu çatmadığı üçün o, əvvəlcədən evdən götürdüyü 2.000 ABŞ dolları pulu orada borc kimi Anara vermiş, avtomobili aldıqdan sonra Vüsalın adına qeydiyyata saldırıb Azərbaycana keçmişlər. Daha sonra Anar və Vüsal Bakı şəhərinə, Sərxanla o isə, yaşadıqları Tovuz rayonuna getmişlər. İddiaçı həmin avtomobilin alışında heç bir maddi öhdəliyi olmamış, o, avtomobilin pulundan 2.000 ABŞ dolları və qalan 7.500 ABŞ dolları pulu Anar özü vermişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış X14 da Cavabdeh və X6 ilə eyni məzmunlu izahat verərək onların göstərdiklərini tam təsdiq etmişdir. Sonda istintaq belə nəticəyə gəlmişdir ki, «Cavabdeh Gürcüslan Respublikası ərazisindən “Volkswagen Tiguan minik" markalı ** RZ *** dövlət nömrə nişanlı avtomobili özünə məxsus vəsaitlə və məhz öz istifadəsi üçün alması tam sübuta yetirilmişdir. Eyni zamanda, İddiaçı tərəfindən materiala əlavə edilmiş «Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında» Etibarnamənin surətindən görünür ki, “Volkswagen Tiguan minik" markalı ** RZ *** dövlət nömrə nişanlı avtomobil 10 mart 2020-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh etibar edilmişdir. Bununla yanaşı, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı əməlində cinayət tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, araşdırma zamanı Cavabdeh ilə İddiaçı arasında avtomobil alqı-satqısı ilə əlaqədar olaraq, avtomobil almaq üçün ödənilmiş pulun yerdə qalan hissəsinin ödənilməməsi, bununla da, İddiaçı tərəfindən avtomobilin idarə olunmasına görə verilmiş etibarnamənin ləğv edilməsi, yəni əməldə cinayət tərkibinin olmaması və hər iki şəxs arasında mülki mübahisə zamanı yaranmış hüquqpozmalar mövcud olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarının 27-ci bəndində izah edilmiş və nəzərdə tutulmuşdur ki, əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Baş Prokurorunun 02 apel 2019-cu il tarixli 05/76 saylı bütün dövlət orqanlarına ünvanlanmış məktubundan görünür ki, araşdırma nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslə zərərçəkmiş kimi tanınmış şəxs arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə olması müəyyən edildikdə süründürməçilik hallarına yol verilmədən dərhal cinayət təqibinə xitam verilməli və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ barədə məlumat verilməlidir.» Yuxarıda qeyd olunanlardan belə təbii nəticəyə gəlinməlidir ki, 25 dekabr 2018-ci il tarixdə İddiaçı mənim 30.000 manat məbləğdə puluna ** RZ *** Dövlət qeydiyyat nişanlı X22 Universal tipli avtomobili onun üçün alınmış, yuxarıda göstərilən səbəblərdən, avtomobil İddiaçı adına müvəqqəti olaraq alınmış, mənim əlavə xərcim çıxmasın deyə, avtomobil onun tərəfindən satılan vaxta kimi onun adında qalmış, ona isə İddiaçı tərəfindən avtomobili satmaq, idarə etmək və digər hüquqlar yaradan 10 mart 2020-ci il tarixli Baş etibarnamə verilmişdir. Lakin İddiaçı etibarından sui-istifadə etmə və aldatma yolu ilə ona məxsus avtomobili ələ keçirmək məqsədi ilə, ondan xəbərsiz, ona verdiyi Baş etibarnaməni ləğv etdirmiş və bunun nəticəsində 30.000 manat məbləğdə maddi ziyan vurmuşdur. Lakin istintaq işin hallarına, 10 avqust 2020-ci il tarixdə İddiaçı dələduzluq etməsi faktını mülki iş kimi qiymətləndirərək, «Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilsin. İddiaçı illə arasında olan mülki hüquq münasibətlərinin pozulması ilə bağlı mülki müstəvidə məhkəməyə müraciət etmək hüququnun olması ərizəçi Cavabdeh izah edilsin.» cinayət işinin başlanılmasının rədd olunması qərarını qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi tam əsassız və qanunsuz olması səbəblərindən, təmin olunmayaraq, rədd olunmaqla, İddiaçı sonuncunun Cavabdeh etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirdiyi 30.000 (otuz min) manat məbləğində olan pulun İddiaçı tutularaq, Cavabdeh ödənilməsi haqqında müvafiq yekun məhkəmə qərarı qəbul olunmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələblərinə dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi tam əsassız və qanunsuz olması səbəblərindən, təmin olunmayaraq, tam rədd olunması və İddiaçı sonuncunun Cavabdeh etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirdiyi 59.000 (əlli doqquz min) manat məbləğində olan pulun İddiaçı tutularaq, Cavabdeh ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, 25 dekabr 2018-ci il tarixdə İddiaçı onun 30.000 manat məbləğdə puluna 99RZ 926 Dövlət qeydiyyat nişanlı X18 Universal tipli avtomobili onun üçün alınmış, qarşılıqlı iddia ərizəsində göstərilən səbəblərdən, avtomobil İddiaçı adına müvəqqəti olaraq alınmış, onun əlavə xərci çıxmasın deyə, avtomobil onun tərəfindən satılan vaxta kimi onun adında qalmış, ona isə İddiaçı tərəfindən avtomobili satmaq, idarə etmək və digər hüquqlar yaradan 10 mart 2020-ci il tarixli Baş etibarnamə verilmişdir. Lakin İddiaçı etibarından suiistifadə etmə və aldatma yolu ilə ona məxsus avtomobili ələ keçirmək məqsədi ilə, ondan xəbərsiz, ona verdiyi Baş etibarnaməni ləğv etdirmiş və bunun nəticəsində, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh 30.000 manat məbləğdə maddi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müracət edərək, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi tam əsassız və qanunsuz olması səbəblərindən, təmin olunmayaraq, rədd olunmaqla, İddiaçı sonuncunun, yəni ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirdiyi 30.000 (otuz min) manat məbləğində olan pulun İddiaçı tutularaq, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh ödənilməsi haqqında müvafiq yekun məhkəmə qərarı qəbul olunmasını xahiş etmişdir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh ilkin iddia üzrə iddiaçı: İddiaçı iddia ərizəsinin surətini 22 oktyabr 2020-ci il tarixdə məhkəmədən aldıqdan sonra, Cavabdeh məlum olmuşdur ki, İddiaçı Cavabdeh məxsus 99RZ 926 Dövlət qeydiyyat nişanlı X18 Universal tipli avtomobili mənimsədiyinə görə özü Cavabdeh borclu olduğu və adına müvəqqəti alınmış avtomaşını özününkü kimi qələmə verərək onu açıqaçığına mənimsəmişdir. Odur ki, Cavabdeh məcbur olur ki, İddiaçı ona qeyd edilənlərdən də əlavə, çoxlu sayda xırda-xırda borca verdiyi pul məbləğlərini nəzərə almadan belə, borclu olduğu aşağıda qeyd olunacaq əlavə borca verilmiş pulların bir hissəsinin də qaytarılmasını məhkəmə qaydasında ondan tələb etsin. Belə ki, İddiaçı ilə 2018-ci il iyul ayından *5000 taksi (zakaz) sifariş verib, Şəki şəhəri Asan xidmətinə iş yerinə gedərkən tanış olmuşdur. Tanış olduğu zaman İddiaçı Cavabdeh bildirmişdir ki, o, 7 aydır ki, Oğuz rayonunda olan evinə pulunun olmaması səbəblərindən ailəsininin üzünə görünməkdən utandığından, getmir. Bu səbəbdən də, Cavabdeh İddiaçı çox yazığı gəlmişdir. Bir neçə dəfə Cavabdeh İddiaçı idarə etdiyi taksi avtomaşında qəsdən Şəki şəhərinə və Oğuz rayonuna getmişdir ki, onun cibində pulu olsun ki, evlərinə gedə bilsin. Cavabdeh açıqaçığına pul verməyə utandığından, taksi pulunu bir neçə qat artıq verirdi. Cavabdeh İddiaçı ilə aralarında yaxın münasibətlər yarandıqdan sonra, 2018-ci ilin avqust ayında İddiaçı Cavabdeh bildirdi ki, onun həyat yoldaşının ağır xəstə olması səbəblərindən, iynə və dərmana ehtiyacı vardır, ancaq onları almağa və həyat yoldaşını müalicə etdirməyə maddi imkanı yoxdur. Cavabdeh İddiaçı ailəsinin çox böyük ehtiyacına acıyıb, ona həyat yoldaşını müalicə etdirməsi üçün 500 manat məbləğində pulu vermişdir. Sonradan İddiaçı Cavabdeh ilə yaxın münasibətlərindən istifadə edib, *5000 taksi fəaliyyətindən pul qazana bilmədiyini ona bildirmişdir ki, ailəsini dolandırmaq üçün ona başqa bir iş tapmaqda ona kömək etməsini ondan xahiş etmişdir. Cavabdeh da ona söz vermişdir ki, öz imkanlarından istifadə etmişdir, onun üçün bir münasib iş yeri axtarıb tapacaqdır. Bir müddətdən sonra, Cavabdeh öyrənmişdir ki, İddiaçı tanımadıqları adamlarla birlikdə 28 May deyilən ərazidə Bozbaş restoranının yanında yerləşən zirzəmidə ailəsi ilə birlikdə kirayədə qalır. Bu hal Cavabdeh daha da ağır təsir bağışlamış və Cavabdeh onun ailəsinin maddi vəziyyətinin bir az düzəlməsi üçün öz şəxsi puluna iki ədəd hər birinin dəyəri 2500 manat olmaqla iki baş inəyi satın almışdır, İddiaçı vermişdir. Ürəyi sıxılmasın deyə, Cavabdeh ona demişdir ki, zərurət, yəni ehtiyacı aradan qalxdıqdan sonra inəkləri satıb, pulunu ona qaytarar. Sonradan İddiaçı Cavabdeh ilə özünün acınacaqlı vəziyyəti adlı altında yaratdığı daha yaxın münasibətlərindən istifadə edib, həyat yoldaşının xəstəliklərdən müalicəsi və taksinin arendası adı altında Cavabdeh daha xırda məbləğlərlə az-az 2000 manat məbləğində borca pul almışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya ki, o, Cavabdeh Türkiyədən gətirdiyi 10.000 ABŞ dolları məbləğində pul vermişdir ki, Cavabdeh avtomaşın alsın. Cavabdeh bunun tam ağ yalan olmasını qeyd edərək bildirmişdir ki, əslində İddiaçı Türkiyədə olarkən, nəinki heç bir pul qazanmamış, hətta cinayət əməli törətdiyinə görə tutulub, həbsə alınmışdır Bundan sonra isə, Türkiyə Respublikasından Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Bu halı İddiaçı Cavabdeh dəfələrlə demişdir və bunun həqiqətən də, belə olmasını çox sadə yolla yoxlamaq da olar. İddiaçı işinin olmamasını əsas gətirərək, Cavabdeh onun yanında işləmək üçün xahiş emiş və Cavabdeh da ona inanmış hər ay ona 250-450 manat aralığında pul verərək, sabit iş olanda onu işlə təmin edəcəcəyini ona bildirmişdir. 2019-cu ilin yanvar ayında Cavabdeh onu yanında sürücü kimi işə götürmüşdür və ona rəsmi olaraq mühasib kimi əmək haqqı vermişdir(əmək haqqı kartı ilə). Həmin ərəfədə İddiaçı onun üçün heç bir iş görmədiyi halda, ona əmək haqqı olaraq, ümumilikdə, rəsmi 4.500 manat vermişdir. 2019-cu ildə İddiaçı özünün oğlunun Türkiyədə təhsil alması üçün Cavabdehdan borc kimi 2000 manat məbləğində pul istəmiş, Cavabdeh da həmin pulu borc kimi ona vermişdir. Cavabdeh bundan əlavə, İddiaçı hər ay 400 manat olmaqla sonuncunun oğlunun Türkiyədəki məsrəflərinə görə 4 ay müddətində olmaqla, cəmi 1600 manat pul ödəmişdir (borc vermişdir). 2019-cu ilin sonlarında Mustafayev Vüsal Tahir oğlu həyat yoldaşının vəziyyətinin daha da pis olduğunu və təcili müalicəyə ehtiyacı olduğunu Cavabdeh demişdir. İddiaçı həyat yoldaşının X25 Respublikasına müayinəyə getməsinin lazım olduğunu dəfələrlə ona bildirdikdən sonra, Cavabdeh ona borc kimi 2000 manat məbləğində pul vermişdir. İddiaçı da həmin pula həyat yoldaşını müalicə olunması üçün İran islam Respublikasına yola salmışdır. Anardan aldığı borc pulla onun həyat yoldaşının müalicəsi İran İslam Respublikasında əməliyyatı uğurla başa çatmışdır. 2019-cu ilin son aylarında İddiaçı evinin tikilməsi üçün Anardan material alması üçün borca 3700 manat məbləğində pul istəmişdir. Anar həmin pulu ona vermişdir , lakin sonradan İddiaçı Anardan borc kimi 1200 manat məbləğdə pulu almış, evində işləyən ustalara vermişdir. Bundan əlavə, 2018-ci ilin sonlarından 2020-ci ilin fevral ayına kimi İddiaçı daim Anarın yanında yeyib-içmış və Anarın yanında qalmış, onun tam maddi təminatında olmuşdur, yəni onun bütün bu xərclərini Anar ödəmişdir. Bundan əlavə, Mustafayev X3 və digər cib xərcliyi kimi borc adı ilə əlavə 4000 manat borca pul da almışdır. 2019-cu ilin may və iyul ayında İddiaçı Anara evində işləyən ustalara pul borclu olduğunu söyləmiş və Anar da onun evində işləyən Xəyal adlı ustaya 1900 manat vermişdir. Anar onun, yəni İddiaçı Oğuzdakı evində işləyən digər ustasına isə 1000 manat məbləğ pul göndərmişdir. 2019-cu ildə noyabr ayında İddiaçı Gürcüstan Respublikasına gedərkən, ordakı xərclərini qarşılamaq üçün Anardan borc kimi 2000 AZN məbləğində pul almışdır. Ümumilikdə, Anarın İddiaçı çoxlu sayda balaca məbləğlərdə verdiyi xırda borclar nəzərə alınmasalar yuxarıda qeyd olunan borcların ümumi məbləği 29000 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-368/2021 saylı, 07.04.2021ci il qətnaməsi ilə ilkin iddia təmin edilərək, Cavabdeh “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması və İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi qət edilmişdir. ( sədrlik edən: Solmaz Ədilova). Apellyasiya şikayəti və dəlilləri: Qətnamədən Cavabdeh Adil oğlu apellyasiya şikayəti verərək ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilərək ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram vuraraq xəstə olduğunu bildirmiş və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin xəstəliyin olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Sübutların tədqiqi: Birinci instansiya məhkəməsi icraatı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçının dostudur. Onlar iddiaçı ilə görüşəndə danışırdı ki, bir az pulu var, həmin pula özünə avtomobil almaq istəyir. Qeyd etmişdir ki, avtomobil həqiqətən də İddiaçı məxsusdur. Anar ilə Vüsal arasındakı mübahisə Kürdəmirdə yaranmışdır. Anar Vüsala 10000 manat verib həmin avtomobili öz adına keçirməsini bildirmişdir. Lakin sonra razı olmadığını bildirərək onunla görüşməyə gəlməmişdir. Anar iddiaçıya avtomobili onun adına qeydiyyatdan keçirsin deyə 10000 manat pul verməli idi. Belə ki, Anar avtomobilin dəyərini ödəyərək onu almalı idi. Lakin Anar avtomobili almaq üçün gəlməmişdir. Digər şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə mal alışverişi zamanı tanış olmuşdur. Həmin alış-verişdən tanışlıqları yaranmışdır. Dəqiq xatırlamasam da, 2018-ci ildə iddiaçı ilə cavabdeh arasında alqı-satqı həyata keçirilmişdir. Vüsalla o görüşəndə, iddiaçı 10000 ABŞ dolları pulunun olduğunu və avtomobil almaq istədiyini bildirmişdir. Bir neçə müddət sonra iddiaçı ilə görüşəndə o, avtomobil barəsində soruşduqda iddiaçı avtomobili aldığını bildirmişdir. Hazırda avtomobilin harada olması barədə hər hansı bir məlumatı yoxdur. Avtomobili hansı qiymətə aldığını soruşmadığı üçün dəyəri barədə heç nə deyə bilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi icraatı zamanı şahid X6 ifadəsində bildirmişdir ki, o, Anarın xalası oğlu Sərxanın qonşusudur. Anar Sərxana avtomobil almaq istədiyini bildirmiş və onun da bu işlə məşğul olduğunu bildiyi üçün Sərxan onu evlərinə dəvət etmişdir. Onlar bu barədə danışarkən Anar bir neçə gün sonra Türkiyə Respublikasına gedəcəyini bildirmişdir. O isə belə olan halda avtomobili gömrükdə onun adına bəyan etməyin mümkün olmayacağını bildirmişdir. Anar isə sürücüsü olduğunu və onun adına bəyan etmək istədiyini bildirmişdir. Hətta o, ona güvənmədiyin şəxsin adına bəyan etməyin təhlükəli olduğunu dedikdə sürücüsünə güvəndiyini və heç bir problem olmayacağını bildirmişdir. Sürücüsünün onu burda qoyaraq Oğuza getdiyini və hazırda zəng edərək sabah üçün çağıracağını bildirmişdir. Həmin günün sabahı o, Sərxan və Anar birlikdə Sərxanın avtomobili ilə yola düşmüşlər. Onlar Vüsal ilə yolda görüşüb birlikdə avtomobil almaq üçün Gürcüstan Respublikasına getmişlər. Avtomobil Anar tərəfindən alınmışdır. Hətta Anarın almaq istədiyi avtomobil üçün pulu çatmadıqda o, 2000 ABŞ doları borc pul vermişdir. Digər X5 ifadəsində bildirmişdir ki, Anar onun xalası oğludur. İddiaçı onların evində olarkən avtomobil almaq istədiyini deyərək ona kömək etməyini xahiş etmişdir. O isə avtomobillər barəsində məlumatı olmadığından onlara kömək etməsi üçün qonşuları olan Qara dayını evə dəvət etmişdir. Qara dayı ilə avtomobil barəsində söhbət edərkən Anar Türkiyə Respublikasına gedəcəyini dedikdə isə Qara dayı avtomobili gömrükdə bəyan etməyin mümkün olmayacağını bildirmişdir. Bu zaman Anar sürücüsünün onu burda qoyaraq Oğuza getdiyini və avtomobili onun adına almaq istədiyini demişdir. Onlar təhlükəli olduğunu desələr də o, sürücüsünü uzun illərdir tanıdığını və ona güvəndiyini bildirmişdir. Onlar birlikdə onun avtomobili ilə yola düşmüşlər və Vüsal ilə yolda görüşmüşlər. Birlikdə Gürcüstan Respublikasına gedərək Anarın bəyəndiyi avtomobili almışdırlar. X1 ifadəsində bildirmişdir ki, o, Anarın qayınatasıdır. Anar Türkiyə Respublikasında olarkən ona zəng edərək onların evlərindən pul götürərək avtomobili ya özünün ya da Vüsalın adına gömrükdə bəyan etməyi xahiş etmişdir. O, pulu götürərək yola düşmüşdür. Vüsal ilə birlikdə avtomobili bəyan etmək üçün sıra gözləmişlər. Lakin sıra çox uzun çəkdiyindən o yorulmuşdur. Vüsal ona yorulduğu üçün evə getməyini və onun sıranı gözləyərək avtomobili öz adına bəyan edəcəyini təklif etmişdir. O, ona güvəndiyi üçün təklifini qəbul etmişdir və pulu ona verərək evə geri qayıtmışdır. Onlar birlikdə getsələr də o, yaşlı olduğundan sıranı gözləyə bilməmişdir. Həmin gün avtomobilin gömrükdə bəyan edilməsi üçün lazım olan pulu ona verərək geri qayıtmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİnin 15 sentyabr 2020-ci il tarixli 835529-1220 nömrəli məktubdan görünür ki, Sizin, 14 sentyabr 2019-cu il tarixli 07/20 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə sorğu etdiyiniz "VOLKSWAGEN JETTA" markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil 05.01.2019cu il tarixdən Oğuz rayonu, Kərimli kəndində qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü İddiaçı adında qeydiyyatdadır. “Volkswagen Tiguan” markalı, ** RZ *** dovlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmiş, etibarnamə ilə Cavabdeh verilmiş, xüsusi qeydə əsasən Oğuz İPŞ e234952/29 saylı 12.04.2019-cu il məktubuna əsasən etibarnamələr ləğv edilimişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 14.09.2020-ci il tarixli 86296-1120 saylı məktubunun surətindən görünür ki, mülkiyyətinizdə olan “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ağsu regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində qanunsuz olaraq digər şəxsin adına sənədləşdirilməsi barədə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar Xətt” əlaqə mərkəzinə etdiyiniz müraciətə baxılmışdır. Eyni məzmunlu əvvəlki müraciətlərinizin araşdırılması zamanı əməkdaşlar tərəfindən nöqsanlara yol verildiyi aşkar olunduğundan Baş dövlət Yol Polis İdarəsinin 06.08.2020-ci il tarixli müvafiq əmri ilə Ağsu regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin bir qrup əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir. Bununla bağlı göstərilən avtomobillə bağlı 10.07.2020-ci il tarixdə aparılmış qeydiyyat hərəkətləri ləğv edilmiş və nəqliyyat vasitəsi İddiaçı mülkiyyətinə qaytarılmışdır. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında 10.03.2020-ci il tarixli ƏN-Vİİ seriyalı 229174 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibarnamə əsasında vermişdir. AD seriyalı 422441 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Hüquqi dəyərləndirmə: İş materiallarında olan 10.08.2020-ci il tarixli Nərimanov RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, AD seriyalı 422441 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 15 sentyabr 2020-ci il tarixli 835529-1220 nömrəli məktubdan görünür ki, “Volkswagen Tiguan” markalı, ** RZ *** dovlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmiş, etibarnamə ilə Cavabdeh verilmiş, xüsusi qeydə əsasən Oğuz İPŞ e234952/29 saylı 12.04.2019-cu il məktubuna əsasən etibarnamələr ləğv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 14.09.2020-ci il tarixli 86296-1120 saylı məktubunun surətindən görünür ki, mülkiyyətinizdə olan “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ağsu regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində qanunsuz olaraq digər şəxsin adına sənədləşdirilməsi barədə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar Xətt” əlaqə mərkəzinə edilmiş müraciətə baxılmışdır. Eyni məzmunlu əvvəlki müraciətlərin araşdırılması zamanı əməkdaşlar tərəfindən nöqsanlara yol verildiyi aşkar olunduğundan Baş dövlət Yol Polis İdarəsinin 06.08.2020-ci il tarixli müvafiq əmri ilə Ağsu regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin bir qrup əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir. Bununla bağlı göstərilən avtomobillə bağlı 10.07.2020-ci il tarixdə aparılmış qeydiyyat hərəkətləri ləğv edilmiş və nəqliyyat vasitəsi mülkiyyətinizə qaytarılmışdır. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında 10.03.2020-ci il tarixli ƏN-Vİİ seriyalı 229174 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibarnamə əsasında vermişdir. 10.08.2020-ci il tarixli Nərimanov RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinin tələbinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.2-ci maddəsinin tələbinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-ci il tarixli qərarında göstərilmişdir ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. AD seriyalı 422441 saylı nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, ** RZ *** qeydiyyat nişanlı “Volkswagen Tiguan” markalı, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 15 sentyabr 2020-ci il tarixli 835529-1220 nömrəli məktubdan görünür ki, etibarnamələr ləğv edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş sübutlarla mübahisəsiz qaydada təsdiq olunur ki, “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilk iddia üzrə İddiaçı mülkiyyətindədir. Həmin avtomobilə dair verilmiş etibarnamələr ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələb olunan pula dair hər hansı bir sübut təqdim etmədiyindən, iddia tələbi 59.000 (əlli doqquz min) manat məbləğində olan pulun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı gömrük rüsumuna görə sonuncunun maddi vəsaiti olmadığından onun əvəzinə 8500 (səkkiz min beş yüz) manat ödəniş etdiyindən, avtomobil isə cavabdeh İddiaçı qaytarılmalı olduğundan sonuncu həmin məbləğdə əsassız varlanmış olur. Apellyasiya instansiya məhkəməsində məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil4 izahatında bildirmişdir ki, maşın hal-hazırda yoxdur, harada olması barədə məlumatları yoxdur. Həmçinin maşının saz vəziyyətdə qaytarılmasından əmin olmadıqlarını söyləmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki,mülki iş materiallarından, habelə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından mübahisəli avtomobilə görə gömrüyə ödənilmiş 8500 (səkkiz min beş yüz) gömrük rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəsaiti hesabına ödənilməsi sübuta yetirilmişdir. Bu səbəbdən qarşılıqlı iddia ərizəsi həmin məbləğin cavabdeh İddiaçı tutulması hissəsində əsaslıdır. Bununla belə, məhkəmə araşdırması zamanı pul tələbi digər hissələrdə sübuta yetmədiyindən təmin edilə bilməz. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia etdiyi hallar birinci instansiya məhkəməsinin iclası zamanı dindirilmiş şahid ifadələri ilə belə sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, AR MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçı avtomobilə görə 30000 manat məbləğində pul vəsaiti ödəməsinə, habelə ayrı-ayrı vaxtlarda cavabdeh İddiaçı 29000 manat pul borc verməsinə istinad edirsə bu zaman mülki qanunvericiliyin tələblərinə əsasən rəsmi hüquqmüəyyənedici sənədləri, o cümlədən borc pul tələb etməsi üçün öhdəliyə əsas verən müvafiq sübutları təqdim etməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, həmin sənəd hazırki mülki mübahisə üzrə şahid ifadələri ilə əvəz oluna bilməz. (AR MPM 529.3-cü maddəsi) Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının qeyd etdikləri ilə bağlı sübutetmə yükü onun üzərinə düşür. Belə olan halda isə qarşılıqlı iddia üzrə iddiaçının izahatlara istinad edərək, cavabdehin ona borclu olduğunu və bu səbəbdən də cavabdehdən pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilməmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən müəyyən edilir ki, hazırda ilkin iddia üzrə iddiaçının iddia tələbi MPM-in 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyindən yəni mübahisəli avtomobilin qanunsuz sahiblikdə olması faktı sübuta yetdiyindən, ilk iddia tələbi əsaslıdır, bu səbəbdən də ilk iddia tələbi təmin edilməli, “Volkswagen Tiguan” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalı, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, cavabdeh İddiaçı 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmaldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-368/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar