Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7054/2025 09.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), X1 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyaları” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2(010)-322/2025 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyaları” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi dəyəri 6975 manat olan 1 ədəd 30 qram çəkidə 2700 manat dəyərində İtaliya istehsalı qızıl boyunbağı, 1 ədəd 17 qram çəkidə 1350 manat dəyərində İtaliya istehsalı qızıl qolbağı, 1 ədəd 6 qram çəkidə 540 manat dəyərində Rusiya istehsalı qızıl qolbağı, 1 dəst 16 qram çəkidə 1440 manat dəyərində Rusiya istehsalı qızıl üzük-sırğa dəsti, 1 ədəd 10 qram çəkidə 900 manat dəyərində brilyant qaşlı nişan üzüyü, 1 ədəd 5 qram çəkidə 45 manat dəyərində sadə qaşlı qızıl üzüyün, həmin əşyalar mövcud olmadıqda isə dəyərinin və ümumi dəyəri 5230 manat olan dəyəri 3550 manat yataq dəsti və qonaq dəsti, dəyəri 300 manat olan ağ-qara rəngli mətbəx mebeli, dəyəri 300 manat olan 1 ədəd mətbəx stolu və 6 ədəd stul, dəyəri 350 manat olan 1 ədəd divan-kreslo, dəyəri 40 manat olan 1 ədəd güldan (küpə), dəyəri 70 manat olan 1 ədəd 3x4 ölçüdə qəhvəyi rəngli xalça, dəyəri 50 manat olan 1 ədəd 2x3 ölçüdə qara-qırmızı rəngli xalça, dəyəri 270 manat olan 1 ədəd İndesit markalı ağ rənglisoyuducu və dəyəri 300 manat olan 1 ədəd Vester markalı ağ rəngli paltaryuyan maşının, həmin əşyaların mövcud olmadıqda isə dəyərinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-322/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 01 ədəd sep İtaliya istehsalı 750 əyarlı çəkisi 28 qram – dəyəri 2700 manat, 01 ədəd bilərzik İtaliya istehsalı 750 əyarlı, çəkisi 15 qram – dəyəri 1350 manat, 01 ədəd bilərzik Rusiya istehsalı 585 əyarlı, çəkisi 6 qram - dəyəri 540 manat, 01 ədəd dəst gül formalı (üzük-sırğa) 585 əyarlı, 1,05 karatlı, çəkisi 14.8 qram - dəyəri 1250 manat, 01 ədəd nişan körpü formalı brilyant 750 əyarlı, 0,65 karatlı, çəkisi 3,9 qram - dəyəri 650 manat, 01 ədəd üzük sadə qaşlı 585 əyarlı, çəkisi 4,5 qram - 45 manat, həmin əşyalar mövcud olmadıqda isə ümumi dəyərinin, 01 ədəd istifadədə olmuş vəziyyətdə qonaq otağı üçün mebel dəsti (01 ədəd tək qapılı şüşəli şkaf, 01 ədəd iki qapılı şüşəli şkaf, 01 ədəd stol və 06 ədəd parça materialından stul və 01 ədəd televizor altlığı) - dəyəri 800 manat, 01 ədəd istifadədə olmuş vəziyyətdə yataq otağı (01 ədəd 180x130 sm ölçülü yataq, 02 ədəd trumba, 01 ədəd 280x220 sm ölçülü şkaf və 01 ədəd yataq önü üçün sandıq oturacaq, 01 ədəd güzgülü şkaf oturacağı ilə birlikdə) - dəyəri 1000 manat, 01 ədəd istifadədə olmuş qara-ağ rəngli divan və 02 ədəd kreslo dəsti - dəyəri 150 manat, 1 ədəd istifadədə olmuş 3x4 ölçüdə qəhvəyi rəngli xalça – dəyəri 70 manat, 1 ədəd istifadədə olmuş 2x3 ölçüdə qaraqırmızı rəngli xalça – 50 manat, 01 ədəd istifadədə olmamış Rusiya istehsalı "İndesit” markalı,ağ rəngli, 173x66x68 ölçülü soyuducu – dəyəri 250 manat, 01 ədəd istifadədə olmuş “Vestel” markalı, ağ rəngli, “NİX 0860” model, 6 kq tutuma malik paltaryuyan – 150 manat, ağ-qara rəngli mətbəx mebeli, həmin əşyalar mövcud olmadıqda isə dəyəri alınaraq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-322/2024 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-322/2025 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-322/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh2 şikayətlə məhkəməyə müraciət edərək, şikayətin təmin edilməsi, Mülki Prosessual Məcəllənin 267-269-cu maddələrinin tələblərinə müvafiq olaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-322/2024 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-322/2024 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmənin qeyd olunan qərardadı ilə şikayətin geri qaytarılmasına əsas kimi göstərilmişdir ki, “iş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, 26 avqust 2024-cü il tarixli 2(010)-322/2024 saylı qətnamə rəsmi olaraq cavabdehlər qeydiyyatda olduğu Bakı, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsıev 67\2a ünvanına 17 sentyabr 2024-cü il tarixdə çatdırılmışdır və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Nəzərə alınır ki, Cavabdeh1 Cavabdeh2 yetkinlik yaşına çatan oğludur və onlar bir ünvanda qeydiyyatdadırlar. Belə olan halda, Cavabdeh2 qətnaməni məhkəməyə müraciət etməklə xx.xx.2025-ci il tarixində deyil, xx.xx.2024-cü il tarixində almışdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay ərzində şikayət verildiyi üçün 17 oktyabr 2024-cü il tarixində şikayət verilməsi müddəti bitmişdir”. Odur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-322/2024 qərardadı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, 2(010)- 322/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 128.1, 130.3, 360, 362 və 363cü maddələrini nəzərə alaraq, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş xəbərnamə ilə 26 avqust 2024-cü il tarixli 2(010)-322/2024 saylı qətnamə rəsmi olaraq cavabdehlərin qeydiyyatda olduğu ünvan 2 ünvanına 17 sentyabr 2024-cü il tarixdə çatdırılmışdır və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Həmçinin müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə icra məmuru tərəfindən “İcraata başlamaq haqqında Qərar” qəbul edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsindən rəsmi qaydada verildiyi gündən 1 ay ərzində apellyasiya şikayəti verildiyi üçün Cavabdeh2 qətnamədən apellyasiya şikayət verilməsi üçün müddəti bitmişdir. Həmçinin qeyd olunmalıdır ki, MPM-nin : -133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. -133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). -133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırki iş materiallarından aydın olur ki, Cavabdeh2 tərəfindən həmin qaydalara əməl edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün müddətin üzürlü səbəbdən ötürülməsinə görə müddətin bərpası barədə və ya müddətin ötürülməmiş hesab edilməsinə dair hər-hansı ərizə (bu hallaraı təsdiq edən sübutlar) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Kollegiyası vurğulayır ki, məhkəmələrdə gedən çəkişmələr uzun müddətdir davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Belə ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Əks yanaşma digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2(010)- 322/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Məhəmməd Rüstəmli Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-7054/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7054/2025
09.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver