Məhkəmə qərarları › İş №2(103)-7059/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7059/2023

28.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7059/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz və qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(002)-92/2023 saylı qətnaməsindən iş üzrə cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «cehiz və qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində sadalanan cehiz əşyalarının, geyimlərinin və qızıl-zinət əşyalarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(002)- 92/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ümumi dəyəri 4.244 manat olmaqla - 1). Rusiya istehsalı olan 583 əyyarlı, çəkisi 6 qram, adi qaşlı qızıl üzük-sırğa dəsti, 480 manat; 2). Rusiya istehsalı olan 583 əyyarlı, brilyant qaşlı 4,3 qram çəkisi olan qızıl üzük, 344 manat; 3). İtaliya istehsalı olan brilyant qaşlı, ümumi 6,80 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı), 680 manat; 4). İtaliya istehsalı olan, brilyant qaşlı ümumi 21 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı), 2.100 manat; 5). Rusiya istehsalı olan 8 qram çəkidə, 583 əyyarlı qızıl qolbaq, 640 manat dəyərində olan qızıl-zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı qaytarılması, yuxarıda göstərilən qızıl-zinət əşyalarından hər hansı biri mövcud olmadıqda onların qeyd edilən dəyərlərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iş üzrə ödənilmiş 134 manat dövlət rüsumunun 34 manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2(103)-7059/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən xx.xx.2023-cü il tarixdə iş üzrə İddiaçı tərəfindən də apellyasiya şikayəti verildiyi göstərilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı mülki işin baxışdan çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh mülki işin baxışdan çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(002)-92/2023 saylı qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(002)- 92/2023 saylı qətnaməsindən iş üzrə cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin qətnamədən iddiaçının verdiyi şikayətin mümkünlüyünün yoxlanılması və ya şikayətə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar