Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7061/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1497/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək övladı xx.xx.2019-cu il təvəllüdlü X3 himayəsinə verilməsinə, cavabdeh Maraqlı şəxs gələcəkdə daşınar və daşınmaz əşyalarında heç bir iddiası olmayacağına və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 500 (beş yüz) AZN məbləğində müəyyən edilmiş alimentin cavabdeh Maraqlı şəxs məcburi qaydada tutulub ona verilməsi barədə xx.xx.2023-ci il tarixli Barışıq sazişini təsdiq edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1497/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə vəsatət ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1497/2024 nömrəli 2 iyul 2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün MPM-nin 233.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddətin Maraqlı şəxs tərəfindən buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddət bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1497/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan maraqlı şəxs tərəfindən verilmiş şikayət rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 130.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Mübahisələndirilən qətnamə xx.xx.2024-cü il tarixdə “Azemis” X2 yaradılan cavabdeh Y.Bayramova məxsus elektron kabinetə yerləşdirilmişdir. Buna baxmayaraq, apellyasiya şikayəti isə elektron qaydada xx.xx.2024-cü il tarixdə verilmişdir. Maraqlı şəxs prosesessual müddətin ötürülməsini onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə əlaqələndirmişdir. Rayon məhkəməsi qeyd etmişdir ki, maraqlı şəxsin onkoloji xəstəlikdən əziyyət çəkməsi onun tərəfindən qətnamədən şikayət verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz. Maraqlı şəxs məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli son məhkəmə iclasında) iştirak etmiş, elektron kabinet də qeydiyyatda olmaqla mülki işdən və məhkəmə iclasında elan edilən qətnamədən məlumatlı olmuş, xx.xx.2024-cü il tarixdə qətnaməni rəsmi qaydada almış və həmin tarixdən etibarən qanunvericiliklə nəzərdə tutulmuş qaydada 1 ay müddətində (xx.xx.2024cü il tarixədək) şikayət vermək hüququna malik olmuşdur. Bununla belə bu müddət ərzində onun tərəfindən apellyasiya şikayəti verilməmişdir. Ərizəyə əlavə edilmiş sənədlərlə maraqlı şəxsin bu müddət ərzində elektron kabinet vasitəsilə şikayət vermək imkanına malik olmaması, stasionar müalicədə olması s. halları müəyyən olunmur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə (qətnamədən məlumatlı olduqdan 3 ay sonra) onu müdafiə etməsi üçün vəkillə müqavilə bağlamış, vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək elektron kabinetə əlavə olunmasını xahiş etmiş, eyni gündə elektron kabinetə əlavə olunmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin-cavabdehin prosessual müddətin ötürülməsi barədə dəlilləri məhkəmə tərəfindən üzürlü səbəb kimi nəzərə alına bilməz. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, ötürülmüş prosessual müddətin bərpasından imtina əsaslıdır, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1497/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(103)-7061/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7061/2024
20.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver