Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7084/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Anatoliyevnanın maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının təsdiq edilməsi barədə ərizəsi üzrə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X9 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə, Ərizəçi Anatoliyevnanın maraqlı şəxslər Maraqlı şəxs1 və X5 Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının təsdiq edilməsi barədə ərizəsinə dair iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3*.1*.2*25-ci il tarixli, 2(**6)-5731/2*25 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Anatoliyevna maraqlı şəxslər Maraqlı şəxs1 və X5 Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum anası X3 (16 iyul 1947ci il təvəllüdlü, 27 mart 2*25-ci ildə vəfat etmiş) mirası üzrə notariusa müraciət etmişdir. Mirasın predmeti mərhumun mülkiyyətində olmuş ünvan 1 ünvanındakı mənzildir. Notarius miras işini rəsmiləşdirmək üçün mərhumun valideynləri - X8 və X2 ölüm haqqında şəhadətnamələrinin təqdim edilməsini tələb etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan şəxslər (X8 və X4) heç vaxt Azərbaycan Respublikasında yaşamamış, X5 Stansiya Luqansk qəsəbəsində yaşayaraq vəfat etmişlər. Tərəfindən Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinə bu şəxslərin yaşayıb-yaşamamaları barədə *3/374 №-li 15 sentyabr 2*25-ci il tarixli rəsmi sorğu göndərilmiş, lakin bu günə qədər səfirlik tərəfindən hər hansı cavab təqdim edilməmişdir. X11 Gerasimovna öz ailə üzvlərinə dəfələrlə bildirmişdir ki, anası - X1 dünyaya gətirərkən vəfat etmiş, atası X8 isə daha sonralar dünyasını dəyişmişdir. Beləliklə, onların ölüm faktının rəsmi qaydada təsdiqlənməsi mümkün olmadığından, miras hüququnun həyata keçirilməsi üçün hüquqi maneə yaranmışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3*.1*.2*25-ci il tarixli, 2(**6)- 5731/2*25 nömrəli qərardadı ilə (hakim H.Miriyeva) ölüm faktının müəyyən edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmış, ərizəçiyə göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
4. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, ərizəçinin müvafiq orqana “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ilə bağlı müraciət edib-etməməsi, etdiyi təqdirdə imtina olunması ilə bağlı sübutlar ərizəyə əlavə edilməmişdir ki, bu da xüsusi icraat qaydasında irəli sürülən məsələyə baxılmasını istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Məhkəmə ərizəyə əlavə olunmuş Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinə ünvanlanmış 15.*9.2*25-ci il tarixli məktubuna münasibətdə qeyd edir ki, məktubun məzmunundan görünür ki, həmin şəxslərin vəfat edib-etməməsi belə, hələ məlum deyil və həmin məktubun məzmunu, onun göstərilən şəxslərin “Ölüm haqqında tibbi şəhadətnamə”lərinin alınması üçün müraciət edilməsi kimi qiymətləndirilməsini istisna edir. Bununla yanaşı qeyd olunur ki, ərizədə X8 və X2 vəfat etməsi faktının müəyyən olunması xahiş olunsa da, konkret olaraq nə vaxt və harada vəfat etmələri qeyd olunmamışdır ki, bu da irəli sürülmüş tələbi qeyri-müəyyən etməklə məhkəmə icraatını mümkünsüz edir. Məhkəmə onu da qeyd edir ki, verilmiş ərizədən görünür ki, Ərizəçi Anatoliyevna X8 və X2 vəfat etməsi faktının müəyyən edilməsinə dair bir-biri ilə əlaqəli olmayan müstəqil tələbləri bir iddiada birləşdirmişdir. Hazırkı işdə vəfat etməsi faktının müəyyən olunması tələb olunan şəxslərin eyni vaxtda və ya eyni şəraitdə vəfat etmələri isə müəyyən edilmir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar hazırki işin məhkəmə icraatını qeyri-mümkün edir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Ərizəçi qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması mümkün olmadığından Azərbaycan Respublikası Mülki-Prsosessual Məcəlləsinin 31*-cu maddəsinin tələbləri yerinə yetirilmişdir. Hakimin əsas mövqeyi budur ki, guya ərizəçi ölüm haqqında tibbi şəhadətnamə almağa müraciət etməyib. Lakin barələrində ölüm faktının təsdiq edilməsi üçün müraciət edilmiş şəxslər - X8 və X4 heç vaxt Azərbaycan Respublikası ərazisində yaşamayıblar və burada vəfat etməyiblər. Onların ölüm faktının qeydiyyatı Ukrayna rəsmi orqanlarının kompetensiyasındadır. Tərəfindən Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinə adları qeyd edilən şəxslərin sağ olmaları və ya vəfat etmələri barədə məlumatların əldə edilməsi üçün rəsmi sorğu göndərilib və ərizəyə əlavə edilmiş 15.*9.2*25-ci il tarixli *3/374 saylı rəsmi sorğu sübut edir ki, sənədin alınması üçün müraciət olunub, lakin cavab verilməyib. Bu, MPM-in 3*8-ci maddəsinin tələbinə tam uyğundur: belə ki həmin maddənin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, hakimin "müraciət edilməyib" nəticəsi - faktiki və hüquqi baxımdan əsassızdır. Əlavə olaraq, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli qərarının 9.2-ci bəndi Azərbaycan ərazisində baş vermiş ölümlərə aiddir. Xarici ölkədə baş vermiş ölümlə bağlı tibbi şəhadətnamə Azərbaycan səhiyyə orqanları tərəfindən verilə bilməz, buna görə həmin normanın tətbiqi yanlış olmuşdur. Azərbaycan Respublikasının səhiyyə orqanlarından xarici ölkədə yaşamış və vafat etmiş xarici ölkənin vətəndaşının ölümü haqqında sənəd tələb edilməsi hüquqi və tibbi baxımdan absurddur. Mərhumlar (X8 və X4) Ukrayna vətəndaşları olublar, Ukraynada yaşayıblar, Ukraynada vəfat ediblər. Belə olduğu halda Azərbaycan ərazisində yerləşən poliklinikanın həmin şəxslər barədə ölüm qeydi tərtib etməsi tibbi protokollara, Səhiyyə Nazirliyinin normativ aktlarına, həmçinin beynəlxalq tibbi qeydiyyat qaydalarına tamamilə ziddir. Azərbaycan Respublikasında fəaliyyət göstərən poliklinikanın xarici ölkədə vəfat etmiş şəxsin ölüm faktı barədə sənəd tərtib etməsi mümkün deyil və bu tələb hüquqi baxımdan əsassızdır. Bu tələb, əslində, ərizənin heç vaxt təmin olunmasına imkan verməyən tələblərdən biridir ki, MPM-in 31-ci fəslinin məqsədi də məhz belə hallarda məhkəmənin faktı özü müəyyən etməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 456.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici ölkələrin məhkəmələrinə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqla müraciət edə bilər. Həmin Məcəllənin 456.5-ci maddəsinə əsasən isə əgər lazım olan hərəkətləri Azərbaycan Respublikasının diplomatik və ya konsul nümayəndələrində bilərlərsə, bu barədə onlara müraciət edilə bilər. Məhkəməyə təqdim etdiyi Ukrayna səfirliyinə ünvanlanmış sorğuya cavab verilməməsi onu göstərir ki, xarici ölkəyə edilmiş müraciət cavabsız qalmış, müvafiq sorğuların isə yalnız məhkəmnə tərəfindən veriləcək müvafiq tapşırıqlar nəticəsində cavablandırılması mümkündür. Bundan başqa, qərardadda yanlış olaraq qeyd olunmuşdur ki, guya ərizəçi ”nənəsi və babası olan X8 və X2 nə vaxt və harada vəfat etmələri barədə məlumat təqdim etməmişdir”. Halbuki, bu irad ərizənin mahiyyətinə ziddir və faktın müəyyən edilməsi institutunun təyinatını düzgün qiymətləndirməməkdən irəli gəlir. Ərizənin məhz məhkəməyə verilməsinin səbəbi həmin şəxslərin ölüm faktının, eləcə də bu ölümün vaxtı, yeri və şəraiti barəsində məlumatın mövcud olmamasıdır. Ərizəçinin bu bilgilərə malik olmaması hüquqi baxımdan təbiidir və bu hal faktın müəyyən edilməsi barədə işlərin ümumi xarakterinə tam uyğundur. Məhz buna görə də məhkəmə bu məlumatları araşdıraraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-ci fəsli məhz faktın müəyyən edilməsi haqqında işlər tərəflərin təqdim edə bilmədiyi, lakin hüquqi əhəmiyyət kəsb edən halların məhz məhkəmə tərəfindən araşdırılıb müəyyən olunmasını nəzərdə tutur. Lakin birinci instansiya məhkəməsinin hakimi bunu müddəanı nəzərə almadan, faktın müəyyən edilməsini istisna edən, hüquq normalarına uyğun olmayan tələblər irəlisürmüşdür.” Belə olan halda məhkəmənin göstərdiyi qeyri-müəyyənliklər icraata mane olmur – bunlar sübutlar əsasında məhkəmədə araşdırılmalı idi. Hakim mahiyyət üzrə araşdırmalı olduğu məqamları forma səbəbindən geri qaytarıb. Halbuki, Azərbaycan Respublikasının MPM-in sistematik təhlili göstərir ki, belə işlərdə: ərizə işə qəbul edilməli, zəruri hallarda izahat tələb edilməli, aidiyyəti orqanlardan sorğular göndərilməli, sonra mahiyyəti üzrə qərar verilməlidir. Ölüm yeri və vaxtı barədə məlumatlar ərizədə mövcuddur; dəqiq sənədlərin olmaması ərizənin geri qaytarılmasına yox, işin mahiyyəti üzrə araşdırılmasına əsasdır. Ərizədə göstərilib ki, hər iki şəxs Ukraynanın Luqansk vilayətində yaşayaraq vəfat edib, dəqiq tarix naməlum olduğundan məhz buna görə məhkəməyə müraciət edilib. Bu, MPMin 3*7 və 3*8-ci maddələrinin mahiyyətinə uyğundur. Məhkəmə naməlum faktı dəqiqləşdirmək üçün mövcuddur, məhkəmənin “ölüm vaxtı və yerinin dəqiq göstərilməməsi” barədə iradı əsassızdır. Ərizə məhz ona görə təqdim olunmuşdur ki, ölümün dəqiq vaxtı məlum deyil, orqanlarından sənəd almaq mümkün olmamışdır. Bu, xüsusi icraatın məhz mahiyyətidir. Əks halda belə çıxır ki, fakt bilinirsə məhkəməyə ehtiyac yoxdur, bilinmirsə məhkəməyə müraciət etmək olmaz - bu hüquqi məntiqə ziddir. Ölüm faktının xarici dövlətdə baş verməsi, sənədlərin əldə edilməsinin çətinliyi xüsusi icraat məhkəməsinə müraciəti zəruri edir. Hazırda Ukraynada davam edən hərbi vəziyyət, arxiv və qeydiyyat qurumlarının fəaliyyətində yaranmış obyektiv çətinliklər səbəbilə rəsmi ölüm qeydlərinin əldə edilməsi real olaraq mümkün deyil. Məhkəmə bu hüquqi və faktiki vəziyyəti qiymətləndirmədən ərizəni qaytarmışdır. Təqdim edilə bilməyən sənədin tələb olunması prosessual hüquq deyil, faktiki olaraq təqsirli nöqsan yaratmadır və bu, ərizənin qaytarılması üçün əsas ola bilməz. Məhkəmə sanki işi başından etmək üçün icraatında olmuş anoloji, lakin Azərbaycan Respublikasının vətəndaşlarına aid tələbləri (yəni, poliklinikadan sənəd alınmaması) qərardada yerləşdirib, işin mahiyyətini – xarici ölkədə vəfat edən şəxslərə dair xüsusi icraatı Azərbaycan vətəndaşlarına aid prosedurlarla qarışdırıb. Yəni hakim uyğun olmayan normativ tələbləri tətbiq edərək işi geri qaytarıb, mahiyyəti araşdırmayıb. Qohumluq dairəsinə görə hər iki ölüm faktı eyni miras işinə aiddir – ona görə bir ərizədə birləşdirilməsi mümkündür. Hakim yazır ki, iki ölüm faktı“müstəqil və əlaqəsiz tələblərdir”. Bu əsassızdır. Hər iki ölüm faktı eyni hüquqi nəticəyə xidmət edir – ərizəçinin anasının miras işinin rəsmiləşdirilməsi. Miras hüququ bir zəncirvari tərkibdə formalaşır və hər iki valideynin ölümü eyni miras işinin ayrılmaz hissəsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi belə işlərdə iddiaların ayrılmasını tələb etmir. Əksinə – bir məqsədlə bağlı olduqda bir icraat çərçivəsində baxılır. İki ölüm faktının bir ərizədə göstərilməsi tam qanunidir MPM-də bu tələblərin ayrı icraatlara bölünməsi barədə heç bir tələb yoxdur.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *5.12.2*25-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Qərardad onunla əsaslandırılmışdır ki, MPM-in “Məhkəmələrin beynəlxalq səlahiyyətləri” adlı 46-cı fəslində yer almış 445-ci maddəsində AR məhkəmələrinin baxdığı xüsusi icraat işləri sadalanmış, barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olduğu və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olduğu təqdirdə, məhkəmə tərəfindən işə baxılmasının mümkün olduğu təsbit edilmişdir. Məhkəmə MPM-in 445.*.1-ci maddəsini hazırkı işə analogiya üzrə tətbiq edərək qeyd etmişdir ki, hazırda nümayəndənin özünün də bildirdiyinə görə Azərbaycan Respublikasında heç vaxt yaşamayan və Azərbaycan Respublikası ilə hər hansı bağlılığı olmayan Ukrayna vətəndaşları olan şəxslərin ölüm faktının müəyyən edilməsi üçün məhkəmə beynəlxalq səlahiyyətə malik deyildir. Əlavə olaraq qeyd olunmuşdur ki, iddia tələbinin qeyri-müəyyənliyi də aşkardır. Belə ki, ərizəçi yalnız ad, soyad və ata adlarını qeyd etməklə Ukrayna rəsmi orqanlarının kompetensiyasında olduğunu bildirdiyi şəxslərin vəfat etmələri faktının məhkəmə tərəfindən müəyyən edilməli olduğunu iddia edir. Halbuki ərizəçinin özünün fərdi məlumatlarını (ən azından təvəllüdlərini) bilmədiyi qeyri-müəyyən şəxslər barəsində məhkəmə adından sorğuların verilməsi və ya məhkəmə tapşırıqlarının göndərilməsi mövcud təcrübəyə uyğun olmamaqla, onların icrasını qeyri-mümkün edir. Vəkilə izah olunur ki, məhkəmə sorğularının icra olunması üçün barəsində sorğu edilən şəxslərə dair məlumatlarının (təvəllüd, doğum yeri, yaşayış yeri və s.) göstərilməsi mütləqdir.
9. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
11. Ərizəçinin vəkili məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, 3*.1*.2*25-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsi ərizəçiyə ərizədəki nöqsan aradan qaldırıldıqdan sonra (“Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməsi) yenidən məhkəməyə müraciət edilə biləcəyini bildirmişdir. Lakin birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından, maddi və prosessual normaların düzgün tətbiq olunmaması və qanunsuz qərardad çıxarılması ətraflı əsaslandırılmaqla, şikayətlə müraciət edildikdə, Nəsimi Rayon Məhkəməsinin hakimi şikayətdə göstərdiyi halların qərardadın əsassızlığını ortaya çıxardığını müəyyən etdiyindən bu dəfə artıq tamamilə başqa hüquq normalarına istinad edərək (MPM-in “Məhkəmələrin beynəlxalq səlahiyyətləri” adlı 46-cı fəslində yer almış 445-ci maddəsinə hazırkı işə analogiya üzrə tətbiq edərək) qanunsuz qərardad qəbul etmiş, bu dəfə isə qeyd edilən xarakterli ərizələrə birinci instansiya məhkəmələrində baxılmasının mümkün olmamasını göstərmişdir (halbuki, birinci qərardadda nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun mövcud olması təsbit edilmişdir). Yəni, məhkəmə 1-ci qərardadla əgər ərizənin tibb müəssisəsindən ölüm haqqında şəhadətnamənin alınmamasına istinad etməklə ərizəni geri qaytarmışdırsa, 2-ci qərardadda şikayətlə qarşısına qoyulmuş faktlardan çıxış yolu tapmaq məqsədi ilə artıq başqa əsaslar göstərməklə, tamamilə başqa prosessual normalara istinad etməklə ümumiyyətlə bu xarakterli işlərə baxılmasının mümkün olmamasını göstərmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 151.1. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 15*.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 153.2.1. İddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Maddə 264.*. Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir: 264.*.5. məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi; Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 4*3-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 3*8. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 398.*.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3*.1*.2*25-ci il tarixli, 2(**6)-5731/2*25 nömrəli qərardadı ləğv edilməli və iş materialları Ərizəçi ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
14. MPM-in yuxarıda istinad olunan müddəalarından göründüyü kimi, 152.1.1-ci maddənin tələblərinə əməl edilmədiyi təqdirdə iddia ərizəsi hakim tərəfindən geri qaytarılır. Bu halda göstərilən nöqsan aradan qaldırılmaqla iddiaçı tərəfindən yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər.
15. MPM-in 153.2.1-ci maddəsinə görə iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu halda isə iddiaçının hansı orqana müraciət etməli olması göstərilir.
16. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin 3*.1*.2*25-ci il tarixli qərardadında mövqeyi ərizənin geri qaytarılması, *5.12.2*25-ci il tarixli qərardadında isə iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina edilməsi istiqamətində olmuşdur.
17. Beləliklə, birinci instansiya məhkəməsi öz mövqeyini dəqiq əsaslandırmamış, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-4*2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3*.1*.2*25-ci il tarixli, 2(**6)-5731/2*25 nömrəli qərardadı ləğv edilsin və iş materialları Ərizəçi ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: