Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7091/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı X8, X3 və onun vəkili X1 iştirakları ilə, İddiaçı Rəsulova Məhri (İddiaçı) Kamal qızının cavabdehlər X6, Cavabdeh2, X7, Cavabdeh3 və Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “alğı-satqı əqdinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 1219/2002 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsindən iş üzrə qətnamə ilə maraqlarına toxunan şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Rəsulova Məhri (İddiaçı) Kamal qızı cavabdehlər X6, Cavabdeh2, X7, Cavabdeh3 və Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “alğı-satqı əqdinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31a saylı evin alğı-satqı əqdinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1219/2002 saylı, xx.xx.2002-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Rəsulova (Rəcəbova) Mehri Kamal qızı ilə cavabdeh X6 arasında Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31a saylı evin alğısatqı müqaviləsi bağlanmış hesab edilmişdir. Qətnamədən X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6702/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1219/2002 saylı, xx.xx.2002-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir (Sədrlik edən: Xumar Mərdanova). Həmin qətnamədən narazı qalan iddiaçı Rəsulova (Rəcəbova) Mehri Kamal qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-2724/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(103)-6702/2020 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (sədrlik edən: Əhməd Əhmədov). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının M.Rəsulova şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən B.Qasımov və onun vəkili P.Ağakişiyeva şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, maraqlarına toxunan şəxs kimi X3 tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X3 apellyasiya şikayəti verərək, bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31 saylı ev ona məxsusdur. Kollegiya qeyd edir ki, hazırki mülki mübahsiənin predmeti Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31a saylı evdir. Məhkəmə araşdırması zamanı məlum oldu ki, X2 faktiki olaraq mübahisələndirdiyi ev hazırki mübahsiənin predmeti olan 31a saylı ev deyildir və onun nə həmin evə, nə də həmin evin mülkiyyətçisinə qarşı hər hansı tələbi yoxdur. Belə ki, işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman mübahisəli əraziyə yerli baxış keçirilmiş, yerli baxışda iştirak edən X3 bildirmişdir ki, hazırda mübahisələndirilən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31 saylı ev kimi bildiyi evə dair hər hansı bir tələbi yoxdur. Onun tələbi əslində qonşuluqda (hasarın digər tərəfində) olan başqa bir tikili ilə bağlıdır. Belə olduğu təqdirdə Kollegiya qeyd edilənlərə əsasən vurğulayır ki, hazırki iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31a saylı evlə əlaqədar olduğundan və apellyatorun şikayəti həmin evlə əlaqədar olmadığından qətnamə X2 maraqlarına toxunmur. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, X3 mübahisələndirmək istədiyi evlə (hasarın obiri tərəfində olan) bağlı məhkəmədə iddia qaldıra, həmçinin mübahisələndirdiyi evin nömrəsinin dövlət reyestrində düzgün qeyd edilməməsi və reyestrdə düzəlişin aparılmasını inzibati qaydada müvafiq olaraq Bakı İnzibati Məhkəməsinə müraciət edərək mübahisələndirə bilər. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1219/2002 saylı, xx.xx.2002-cu il tarixli qətnaməsi X2 maraqlarına toxunmadığından apellyasiya şikayəti qeyri-mümkün sayılmalı və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 01 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 403, 405, 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1219/2002 saylı, xx.xx.2002-cu il tarixli qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7091/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7091/2022
13.12.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver