Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-71/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı “Bank "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı “Bank "xxxx" (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 MMC-nə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı “Bank "xxxx" (Azərbaycan) ASC və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 100475-1- 2404/4/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə banka borclu olduğu 1.320.683,36 (bir milyon üç yüz iyirmi min altı yüz səksən üç manat 36 qəpik) manat məbləğində əsas borc, 159.720,96 (bir yüz əlli doqquz min yeddi yüz iyirmi manat 96 qəpik) manat məbləğində faiz borcu, 311.284 (üç yüz on bir min iki yüz səksən dörd) manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.791.688,32 (bir milyon yeddi yüz doxsan bir min altı yüz səksən səkkiz manat 32 qəpik) manat məbləğində pulun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat və 120 (yüz iyirmi) manat ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vvaçeslavovnadan tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş "D”, 45 saylı mənzilə, ilkin satış qiymətinin 172.000 (bir yüz yetmiş iki min) manat məbləğində müəyyən edilməklə, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 giriş 'D", 48 saylı mənzilə, ilkin satış qiymətinin 124.500 (bir yüz iyirmi dörd min beş yüz) manat məbləğində müəyyən edilməklə, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiymətinin 552.000 (beş yüz əlli iki min) manat məbləğində müəyyən edilməklə, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinə ilkin satış qiymətinin 140.000 (bir yüz qırx min) manat müəyyən edilməklə yönəldilməsi, qeyd olunan daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin «Bank VTB (Azərbaycan)» ASC-nə ödənilməsi, mənzillərə tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun mənzillərdən məcburi qaydada çıxarılması və mənzillərin boşaldılması, qeyri-yaşayış sahələrinə tutma yönəldildikdən və əmlaklar satıldıqdan sonra əmlakların boşaldılması, cavabdehlərdən tutulmalı olan məbləğin “Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-3-175 saylı "dövriyvədəki malların girov müqaviləsi"nə əsasən Cavabdeh1 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mağazada və ambarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Bank VTB ( Azərbaycan)” ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşmasına əsasən bank H.X.Məhəmmodova 120 (yüz iyirmi) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Daha sonra bank ilə H.X.Məhəmmədəv arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2014-cü il tarixli 1 saylı razılaşmaya görə müəyyən olunmuş şərtlər əsasında bank Cavabdeh1 2.000.000 (iki milyon) ABŞ dolları və ya manat olan ekvivalenti məbləğində kredit xətti açmışdır. Bundan sonra bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 2 saylı razılaşmaya görə müəyyən olunmuş şərtlər əsasında bank Cavabdeh1 2.000.000 (iki milyon) ABŞ dolları və ya AZN/ EUR/RUB olan ekvivalenti məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış baş kredit razılaşmasının şərtlərinə uyğun olaraq aşağıdakı kredit müqavilələri bağlanmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 saylı kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 biznesin inkişafı məqsədi üçün illik 14,5 faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə (3 ay güzəşt müddəti olmaqla) 570.000 (beş yüz yetmiş min) ABŞ dolları məbləğində (birinci tranş üzrə 450.000 ABŞ dolları, ikinci tranş üzrə 120.000 ABŞ dolları) kredit verilmişdir. Daha sonra, bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cii il tarixli 100475-1-2404/4 saylı kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 1 saylı razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2015ci il tarixə banka mövcud olan borcu konvertasiva edilərək 32.741.951 rus rublu məbləğində müəyyən edilmiş və Cavabdeh1 illik 19 faiz hesablanması şərti ilə 41 ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Bundan sonra bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-1- 2404/4 saylı kommersiya krediti mıiqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixə banka mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh1 31.646.455,35 rus rublu məbləğində borcu illik 19 (on doqquz) faiz hesablanması şərli ilə 32 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 saylı bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 biznesin inkişafı məqsədi üçün istifadə edilmiş məbləğə illik 14.5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 300.000 manat məbləğində (birinci tranş üzrə 160.000 manat, ikinci tranş üzrə 140.000 manat) kredit xətti açılmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100475-1-2404/6 saylı kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 daşınmaz əmlakın təmiri məqsədi üçün illik hesablanması şərti ilə 60 ay müddətinə 99.900 manat və ya ABŞ dolları ekvivalenti məbləğində kredit verilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 saylı bərpa olunmayan kredit xətti müqaviləsinə; 30.01.201 5-ci il tarixli 100475-1-2404/6 saylı kommersiya krediti müqaviləsinə və xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 saylı kommersiya krediti müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalara dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli 3 saylı razılaşmaya əsasən xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixə banka mövcud olan borcu kapitallaşdırılaraq 36.074.237,89 rus rublu məbləğində müəyyən edilmiş və həmin məbləğ xx.xx.2017-ci il tarixə mövcud olan məzənnə ilə konvertasiya edilərək 1.064.190,02 manat; xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə mövcud olan 189.899,09 manat məbləğində borcu və xx.xx.2015-ci il tarixli 100475-1-2404/6 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə mövcud olan 75.256,28 manat məbləğində borcu müəyyən edilmiş və hər üç kredit müqaviləsi üzrə mövcud olan borcu kapitallaşdırılaraq cəmi 1.329.345,39 manat məbləğində müəyyən edilmiş və Cavabdeh1 illik 20 faiz hesablanması şərti ilə 48 ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Bank tərəfindən verilmiş və baş kredit razılaşmasına əsasən kredit müqavilələrinin təminatı kimi aşağıdakı müqavilələr bağlanmışdır. X2, Cavabdeh2 Vyayeslavovna və X13 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 39 saylı ipoteka müqaviləsinə əsasən Baş kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə E.İ.Mustafayeva yə Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0,06164 ha torpaq sahəsində yerləşən 10 saylı binanın zirzəmisində 107,8 kv.m ümumi, 95,3 kv.m əsas, 12,5 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi və O.F.İbrahimovaya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 25 saylı evin, ümumi sahəsi 58,27 kv.m, 38,27 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 85 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra, bankla E.İ.Mustafayeva və Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 39 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2012-ci il tarixli razılaşmaya əsasən Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ünvanında yerləşən 10 saylı binanın zirzəmisində 107.8 kv.m ümumi, 95,3 kv.m əsas, 12,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 202.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra bankla Cavabdeh2 arasında bağlanmş xx.xx.2010-cu il tarixli 39 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014cü il tarixli 1 saylı razılaşmaya əsasən ünvan 6 saylı binanın zirzəmisində 107.8 kv.m ümumi, 95,3 kv.m əsas, 12,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 230.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan əlavə, baş kredit razılaşmasına edilmiş dəyişikliklər və əlavələr barədə razılaşmalara uyğun olaraq, bankla Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixli 39 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014cü il tarixli 2 saylı və 24 noyabr 2015- ci il tarixli 3 saylı razılaşmalar bağlanmışdır. X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 124142-NEDVİJ-2683 saylı daşınmaz əmlakın ipoteka miiqavidəsinə əsasən baş kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Ü.R.Hacıyevə tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 11 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv.m ümumi, 1366.4 kv.m əsas, 32.1 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra bankla Ü.R.Hacıyev arasında bağlanmş xx.xx.2014-cü il tarixli 124142-NEDVİJ-2683 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 1 saylı razılaşmaya əsasən ünvan 11 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv.m ümumi, 1366,4 kv.m əsas, 32,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 850.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra bankla Cavabdeh1 arasında bağlanmş xx.xx.2014-cü il tarixli 124142- NEDVİJ-2683 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 2 saylı razılaşmaya əsasən ünvan 11 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv.m ümumi, 1366,4 kv.m əsas, 32.1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 850.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan əlavə baş kredit razılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmaya uyğun olaraq bankla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 124142-NEDVİJ-2683 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli 3 saylı razılaşma bağlanılmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475- NEDVİJ-3179 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 108 saylı evin "D” girişində 113.1 kv.m ümumi, 66,9 kv.m yaşayış, 46,2 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 48 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra, baş kredit razılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmaya uyğun olaraq, bankla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 100475-NEDVİJ-3179 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci ii tarixli 1 saylı razılaşma bağlanılmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cü il tarixli 100475-NEDVİJ-4342 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 9, 45 say mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, baş kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Daha sonra baş kredit razılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmalara uyğun olaraq bank ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 1 saylı və xx.xx.2015-ci il tarixli 2 saylı razılaşmalar bağlanılmışdır. Bundan əlavə, verilmiş kreditin təminatı üsulu kimi bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-3-175 saylı dövriyyədəki malların girov müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mağazada və ambarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallar (heyvanlar üçün yem) bankın xeyrinə girov qoyulmuşdur. Dana sonra baş kredit razılaşmasına edilmiş dəyişiklər və əlavələr barədə razılaşmaya uyğun olaraq bankla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 100475-3-175 saylı dövriyyədəki malların girov müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli 1 saylı razılaşma bağlanılmışdır. Lakin borclu Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2018ci il tarixdən icra elməmiş və nəticədə cavabdehin banka 1.320.683,36 manat məbləğində əsas, 159.720,96 manat məbləğində faiz, 311.284 manat məbləğində cərimə olmaqla, ümumilikdə isə 1.791.688,32 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı “Bank VTB (Azərbaycan)” ASC iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 100475-1-2404/4/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə banka borclu olduğu 1.320.683,36 (bir milyon üç yüz iyirmi min altı yüz səksən üç manat 36 qəpik) manat məbləğində əsas borc, 159.720,96 (bir yüz əlli doqquz min yeddi yüz iyirmi manat 96 qəpik) manat məbləğində faiz borcu, 311.284 (üç yüz on bir min iki yüz səksən dörd) manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.791.688,32 (bir milyon yeddi yüz doxsan bir min altı yüz səksən səkkiz manat 32 qəpik) manat məbləğində pulun, həmçinin, 30 (otuz) manat məbləğində məhkəmə üçün və 120 (yüz iyirmi) manat ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 150 (yüz əlli) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması; cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vvaçeslavovna, Cavabdeh4 MMC və Cavabdeh3 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş: - ipoteka predmetinin ilkin satış qiymətinin 172.000 (yüz yetmiş iki min) manat məbləğində müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 45 saylı mənzilə; ipoteka predmetinin ilkin satış qiymətinin 124.500 (yüz iyirmi dörd min beş yüz) manat məbləğində müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş “D”, 48 saylı mənzilə; - ipoteka predmetinin ilkin satış qiymətinin 552.000 (beş yüz əlli iki min) manat məbləğində müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 5 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasına; - ipoteka predmetinin ilkin satış qiymətinin 140.000 (yüz qırx min) manat məbləğində müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” ASC-nə ödənilməsi; mənzillərə tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun mənzillərdən məcburi qaydada çıxarılması və mənzillərin boşaldılması; qeyri-yaşayış sahələrinə tutma yönəldildikdən və əmlaklar satıldıqdan sonra əmlakların boşaldılması; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC və Cavabdeh3 tutulmalı olan məbləğin “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100475-3-175 saylı «Dövriyyədəki malların girov müqaviləsi»nə əsasən Cavabdeh1 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mağazada və ambarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” ASC- nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(005)- 1028/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC-dən və Cavabdeh3 müştərək qaydada xx.xx.2017-cı il tarixli, 100475-1-2404/4/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 1.320.683,36 (bir milyon üç yüz iyirmi min altı yüz səksən üç manat 36 qəpik) məbləğində əsas borc, 158.415,96 (yüz əlli səkkiz min dörd yüz on beş manat 96 qıpik) manat məbləğində faiz borcu, 5.000 (beş min) manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 1.489.099,32 (bir milyon dörd yüz səksən doqquz min doxsan doqquz manat 32 qəpik) manat məbləğində pul, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 120 (yüz iyirmi) manat ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 Vyaçevlavovnaya məxsus ünvan 6 ünvanında yerləşən binanın zizəmisində yerləşən qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat; Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən binanın 48 nömrəli mənzilinə ilkin satış qiyməti 226.000 (iki yüz iyirmi altı min) manat; Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən sahəsinə ilkin satış qiyməti 1.700.000 (bir milyon yeddi yüz min) manat; Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən binanın 45 nömrəli mənzilinin ilkin satış qiyməti 225.000 (iki yüz iyirmi beş min) manat müəyyən edilməklə və ünvan 3 ünvanında yerləşən mağazada və anbarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan dövriyyədə olan mallara (heyvanlar üçün yem) yönəldilməsi, qeyd olunan daşınar və daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, qeyd olunan daşınmaz əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər mənzillərdən və qeyri-yaşayış sahələrindən çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılmaları qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC-dən və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutulmuşdur. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(005)-1028/2019 saylı qətnaməsinin faiz və cərimə borcunun müəyyən edilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilməsini və Bankın iddia tələbinin həmin hissələrdə təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə faiz borcunu müəyyən edərkən, məhkəmə-mühasibatlıq ekspertizasının 29 oktyabr 20219-cu il tarixli 11472 saylı rəyini əsas götürmüş, lakin həmin rəydə cavabdeh H.X.Məmmədovun kredit borcunun hesablanması düzgün aparılmamış və nəticədə ekspert faiz borcu hissəsində yanlış nəticəyə gəlmişdir. Həmçinin, cərimə məbləğinin məhkəmə tərəfindən tənasübsüz surətdə azaldılması əsassızdır. Cavabdeh H.X.Məmmədov və Cavabdeh2 vəkil-nümayəndəsi T.N.Azayev məhkəmə baxışı zamanı iddia tələblərini qismən qəbul edərək, yalnız ipoteka predmetlərinin ilkin satış qiymətlərinə etiraz edərək məhkəmədə mübahisələndirmişlər, göründüyü kimi cavabdeh tərəf cərimənin azaldılması xahişi ilə məhkəməyə müraciət etməmiş və iddia tələblərinin cərimənin tutulması hissəsini məhkəmə baxışı zamanı mübahisələndirməmişdir. Həmçinin, ipoteka predmetlərinin dəyəri qiymətləndirici tərəfindən artıq dərəcədə yüksək müəyyən olunmuşdur və reallığı əks etdirmir, həmin hesabatlar qeyri-obyektiv və qərəzlidir. Qətnamədən həmçinin Cavabdeh2 apelyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(005)-1028/2019 saylı qətnaməsinin ləğv edilməsini, yeni muhasibatlıq ekspertizası təyin edilib, iddiaçıya olan borcun ədalətli olaraq müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tərəfindən tələb həddindən artıq şişirdilmiş, həqiqətə uyğun deyildir, məhkəmə iddianı qismən təmin etsə də, hesab edir ki, işin faktiki hallarına uyğun olmayaraq, ədalətsiz və qeyri-obyektiv olaraq iddiaçının tələbi faktiki olan borcun miqdarından artıq təmin edilmişdir. Məhkəməyə müraciət olunmasından bir qədər öncə təqribən 20.000 manat ödəniş etsələr də, bu ödənişlər iddiada və daha sonra keçirilən ekspertizalarda nəzərə alınmamışdır. Əsas borc məbləğində səhvlər olduğundan və sonuncu ödənişlər nəzərə alınmadığına görə mühasibatlıq ekspertizasının nəticələrində yanlışlıqlar olmuşdur. Eyni zamanda məhkəmə tərəfindən tutulan cərimə sanskiyası da ədalətsizdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Bank "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi X17 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin 06 avqust 2020-ci il tarixli iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin 06 avqust 2020-ci il tarixli iclasında Cavabdeh1 Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini qətnamənin qismən yoxlanılması təşkil edir, çünki iddiaçı qətnaməni faiz borcu və cərimənin, eyni zamanda ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinə dair hissəsində, Cavabdeh2 isə borcun məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, ünvan 9 ünvanında yerləşən 45 saylı və 48 saylı mənzillər, ümumi sahəsi 220,6 kv.m və yaşayış sahəsi kimi istifadədə olan əmlakın ilkin satış qiyməti onun likvid dəyəri əsasında 340.000 (üç yüz qırx min) manat, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 107,8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında 160.000 (bir yüz altmış min) manat, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında 850.000 (səkkiz yüz əlli min) manat müəyyən edilməli, qalan hissələrdə qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 100475-1-2404 nömrəli baş kredit razılaşmasından görünür ki, «Bank "xxxx" (Azərbaycan)» ASC tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli, 39 nömrəli ipoteka müqaviləsindən görünür ki, X5 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ ilə özlərinə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0,06164 ha torpaq sahəsində yerləşən 10 nömrəli binanın zirzəmisində 107.8 kv.m ümumi, 95.3 kv.m əsas, 12,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini və X13 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 25 nömrəli evin, 58,27 kv.m ümumi, 38,27 kv.m yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 85 nömrəli mənzilini banka ipotekaya qoymuşlar (tərəflərin razılığına əsasən ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin qiyməti 150.000 manat, mənzilin isə 80.000 manat məbləğində müəyyən edilmişdir). İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli 39 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2012-ci il tarixli razılaşmadan görünür ki, «ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0,06164 ha torpaq sahəsində yerləşən 10 nömrəli binanın zirzəmisində 107.8 kv.m ümumi, 95.3 kv.m əsas, 12,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 202.000 manat məbləğində qiymətləndirilmiş, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər bankla kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 60 nömrəli kredit müqaviləsindən və xx.xx.2012- ci il tarixli 100475-1-2404 nömrəli baş kredit razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələk bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. Yuxarıda göstərilən kredit müqaviləsinə əsasən kreditalan bank tərəfindən verilmiş 200.000 manat məbləğində krediti 24 ay müddətinə qaytarmağı və illik 20% ödəməyi və baş kredit razılaşmasına əsasən, kreditalana bank tərəfindən açılmış 500.000 ABŞ dolları məbləğində kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli, 39 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 01 saylı razılaşmadan görünür ki, «ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0,06164 ha torpaq sahəsində yerləşən 10 nömrəli binanın zirzəmisində 107.8 kv.m ümumi, 95.3 kv.m əsas, 12,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 230.000 manat məbləğində qiymətləndirilmişdir.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli, 100475-1-2404 nömrəli baş kredit razılaşmasına dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 nömrəli razılaşmadan görünür ki, «baş kredit razılaşmasının 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank kreditalana 2.000.000 ABŞ dolları və ya manat ekvivalenti məbləğində kredit xətti açır. Bu razılaşma bankın kreditalana kredit vermək öhdəliyini ifadə etmir və xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşmasının 2.6-cı bənd nəzərə alaraq kreditlər bu razılaşma əsasında tərəflər arasında kredit müqaviləsi və bank qarantiyasının verilməsinə dair razılaşma, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcək. Baş kredit razılaşmasının 2.2-ci bəndi aşağıdakı redaksiyada verilsin: bank bu baş kredit razılaşmasından və həmin razılaşmadan irəli gələn kredit müqavilələri əsasında kredit xəttini xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək açır və kreditalan yalnız qeyd olunan müddət ərzində kredit xəttindən istifadə edə bilər. xx.xx.2012-ci il tarixli 100475-1- 2404 nömrəli baş kredit razılaşmasının digər şərtləri dəyişdirilmədən qüvvədə qalır.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli, 39 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 02 saylı razılaşmadan görünür ki, «bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər bankla kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 nömrəli baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 nömrəli əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya manatda olan ekvivalenti məbləğində kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir. Müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır.» müəyyn edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinə dəyişikliklər edilməsi barədə 001 saylı əlavə razılaşmadan görünür ki, «xx.xx.2012- ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinin 2.2-ci bəndi aşağıdakı redeksiyada verilsin. Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmadan və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlana ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. «xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinin 2.5-ci bəndi aşağıdakı redeksiyada verilsin. Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 saylı əlavə razılaşmasının, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kreditalan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kreditalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə qalır.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 124142-NEDVİJ-2683 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsindən görünür ki, X19 özünə məxsus olan ünvan 11 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv.m ümumi, 1366,4 kv.m əsas, 32.1 kv.m köməkçi sahədən ibarət 1 (bir) mərtəbəli qeyri-yaşayış binasını banka ipotekaya qoymuşdur (tərəflərin razılığına əsasən ipoteka predmeti 600.000 manat məbləğində müəyyən edilmişdir). İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 100475-3-175 nömrəli dövriyyədəki malların girov müqaviləsindən görünür ki, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 qarşılıqlı razılığına əsasən sonuncuya məxsus və 127.486 ABŞ dolları məbləğində qiymətləndirilmiş dövriyyədəki mallar bankın xeyrinə girov qoyulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsindən görünür ki, «Bank “VTB (Azərbaycan)» ASC tərəfindən Cavabdeh1 illik 14,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1-ci tranş 450.000 ABŞ dolları, 2-ci tranş 120.000 ABŞ dolları olmaqla, ümumilikdə 570.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 100475-NEDVİJ-3179 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsindən görünür ki, X16 özünə məxsus olan ünvan 12 ünvanında yerləşən evin, D girişində 113,1 kv.m ümumi, 66,9 kv.m yaşayış, 46,2 kv.m yardımçı sahədən ibarət 3 (üç) otaqlı 48 nömrəli mənzilini banka ipotekaya qoymuşdur (tərəflərin razılığına əsasən ipoteka predmeti 200.000 manat məbləğində müəyyən edilmişdir). İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsindən görünür ki, «Bank “VTB (Azərbaycan)» ASC tərəfindən Cavabdeh1 illik 14,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1-ci tranş 160.000 manat, 2-ci tranş 140.000 manat olmaqla, ümumilikdə 300.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 124142-NEDVİJ-2683 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı əlavə razılaşmadan görünür ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********10-06301, qeydiyyat nömrəsi ********** OLAN, RX seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 11 ünvanında istifadədə olan 0,1481 ha torpaq sahəsində yerləşən 1398,5 kv.m ümumi, 1366,4 kv.m əsas, 32.1 kv.m köməkçi sahədən ibarət 1 (bir) mərtəbəli qeyri-yaşayış binasınıdır. İpotekanın predmeti 850.000 manat məbləğində qiymətləndirilmişdir.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 124142-NEDVİJ-2683 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 02 saylı əlavə razılaşmadan görünür ki, «Daışnmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********10-06301, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 11 ünvanında istifadədə olan 0,15189 ha torpaq sahəsində yerləşən 1227,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasınıdır. İpotekanın predmeti 850.000 manat məbləğində qiymətləndirilmişdir.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsindən görünür ki, «Bank “VTB (Azərbaycan)» ASC tərəfindən Cavabdeh1 illik 14,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 99.900 manat və ya ABŞ dolları ekvivalenti məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli 100475-1-2404 nömrəli baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 002 nömrəli razılaşmadan görünür ki, «xx.xx.2012-ci il tarixli 100475-1-2404 nömrəli baş kredit razılaşmasının 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: Bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsasındata və ya hissələrlə verilən kreditlər üçün bank kreditalana 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğində kredit xətti açır. Bu razılaşma bankın kreditalana kredit vermək öhdəliyini ifadə etmir və 2.6-cı bənd nəzərə alınaraq kreditlər bu razılaşma əsasında tərəflər arasında kredit müqaviləsi, və bank qarantiyasının vəerilməsinə air razılaş, o, cümlədən bərpa olunmayan kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcək. xx.xx.2012-ci il tarixli 100475-1-2404 nömrəli baş kredit razılaşmasının digər şərtləri dəyişdirlmədən qüvvədə qalır.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli, 39 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 03 saylı razılaşmadan görünür ki, «Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2014-cü il tarixli 001 saylı və xx.xx.2015-ci il tarixl 002 saylı əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğdə kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir. Müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 124142-NEDVİJ-2683 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 03 saylı razılaşmadan görünür ki, «Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2014-cü il tarixli 001 saylı və xx.xx.2015-ci il tarixl 002 saylı əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğdə kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir. Müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 100475-NEDVİJ-3179 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşmadan görünür ki, «Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2014-cü il tarixli 001 saylı və xx.xx.2015-ci il tarixl 002 saylı əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğdə kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir. Müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 100475-3-175 nömrəli dövriyyədəki malların girov müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşmadan görünür ki, «Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100475-1- 2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2014-cü il tarixli 001 saylı və xx.xx.2015-ci il tarixl 002 saylı əlavə razılaşmasından və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kreditalan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın kreditalana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti kreditalanla bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. Yuxarıda göstərilən baş kredit razılaşmasına və ona dəyişikliklər edilməsi barəsində əlavə razılaşmasına əsasən, kreditalan bank tərəfindən açılmış 2.000.000 ABŞ dolları və ya AZN/EUR/RUB ekvivalentində olan məbləğdə kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəlinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri baş kredit razılaşması və onun ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onun ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir. Müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinə dəyişikliklər edilməsi barədə xx.xx.2015-ci il tarixli, 002 saylı əlavə razılaşmadan görünür ki, «xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinin 2.2-ci bəndi aşağıdakı redeksiyada verilsin. Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1- 2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı, xx.xx.2015-ci il tarixli 002 əlavə razılaşmasından və qeyd olunan kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlana ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. «xx.xx.2012-ci il tarixli 100490-7-1771 saylı zaminlik müqaviləsinin 2.5-ci bəndi aşağıdakı redeksiyada verilsin: Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1- 2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 saylı, xx.xx.2015-ci il tarixli 002 saylı əlavə razılaşmasının, o, cümlədən cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kreditalan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kreditalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. xx.xx.2012-ci il tarixli 100490-7- 1771 saylı zaminlik müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə qalır.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 001 saylı razılaşmadan görünür ki, «kreditalanın banka xx.xx.2015-ci il tarixə mövcud olan borcu bankın xx.xx.2015-ci il tarixinə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 32.741.951,00 rus rubluməbləğində müəyyən edilir. Hazırki razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 41 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2019-cu il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 19 faiz ödəməyi öhdəsinə götürür. Bu razılaşmanın tərkib hissəsi sayılan əlavə imzalandığı tarixdən, xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsi üzrə imzalanmış əlavə 1 qüvvədən düşmüş hesab edilsin və həmin kommersiya krediti müqaviləsinin mətni üzrə Əlavə 1 Əlavə ilə əvəz olunsun. xx.xx.2014-cü il tarixli 100475-1- 2404/4 nömrəli kommersiya krediti müqaviləsinin 2.1-ci bəndləri qüvvədən düşmüş hesab edilsin. xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə qalır.» müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli, 100475-NEDVİJ-4342 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsindən görünür ki, X16 özünə məxsus olan ünvan 12 ünvanında yerləşən evin, D girişində olan 45 nömrəli mənzilini banka ipotekaya qoymuşdur (tərəflərin razılığına əsasən ipoteka predmeti 190.000 manat məbləğində müəyyən edilmişdir). İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinə və onun tərkib hissəsi olan 1 saylı razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 02 saylı razılaşmadan görünür ki, «kreditalanın banka xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 1.646.455,35 rus rublu məbləğində müəyyən edilir. Hazırki razılaşmanın imzalandığı tarixdən kreditalan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 32 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2019-cu il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 19faiz ödəməyi öhdəsinə götürür. Bu razılaşmanın tərkib hissəsi sayılan əlavə imzalandığı tarixdən xx.xx.2014- cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin ayrılmaz hissəsi olan 1saylı razılaşma üzrə imzalanmış əlavə qüvvədən düşmüş hesab edilsin və həmin kommersiya krediti müqaviləsinin mətni üzrə yeni əlavə ilə əvəz olunsun. xx.xx.2014-cü il tarixli 100475-1- 2404/4 nömrəli kommersiya krediti müqaviləsinin tərkib hissəsi olan 1 saylı razılaşmanın 1 və 2-ci bəndləri qüvvədən düşmüş hesab edilsin; xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin və onun tərkib hissəsi olan 1 saylı razılaşmanın digər şərtləri dəyişdirilmədən qüvvədə qalır.» müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinə, xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsinə və xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinə və onun ayrılmaz hissəsi olan əlavə razılaşmalara dəyişiklik və əlavə edilməsi barədə xx.xx.2017-ci il tarixli 03 saylı əlavə razılaşmadan görünür ki, «kreditalanın banka xx.xx.2014-cü il tarxli 100475-1-2404/4 nömrəli koomersiya krediti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə mövcud olan borcu kapitallşadırılaraq 36.074.237,89 rus rublu təşkil edir və bankın xx.xx.2017-ci il tarixinə movcud olan məzənnəsi (rus rublundan 0,295 məzənnə) ilə konvertasiya edilərək 1.064.190,02 manat məbləğində müəyyən edilir, xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə mövcud olan 189.899,09 manat və xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə mövcud olan 75.256,28 manat məbləği təşkil edir və hər üç kredit müqaviləsi üzrə mövcud olan borcu kapitallaşdırılaraq cəmi 1.329.345,39 manat məbləğində müəyyən edilir. Hazırki razılaşmanın imzalandığı tarixdən kreditalan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 48 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2021-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 20 faiz ödəməyi öhdəsinə götürür. Kreditalanın xx.xx.2017-ci il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 72.178,46 manat məbləğində cərimə borcu mövcuddur. Kreditalanın kredit müqavilələri üzrə hesablanmış cərimə borcları kredit müddətinin sonuna keçirilir. Kreditalan restrukturizasiya olunan kredit üzrə ödənişlərini vaxtında və lazımınca icra etdiyi təqdirdə, kredit müqaviləsinin son gününə keçirilmiş cəriməborcu bankın balansından silinəcəkdir. Bu razılaşma ilə kreditalan yuxarıda qeyd olunan kredit müqavilələri üzrə təminat qismində çıxış edən daşınmaz əmlakların sığorta müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər uzadılmasının təmin edilməsini öz öhdəsinə götürür. Sığortalanma həyata keirilmədikdə, bankın kreditin qaytarılmasını vaxtından əvvəl tələb etmək və ya illik faiz dərəcəsini 2 bənd artırmaq hüququ vardır. Bu razılaşmanın tərkib hissəsi sayılan Əlavə 2 imzalandığı tarixdən, xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinə, xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsinə və xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin ayrılmaz hissəsi olan 2 saylı razılaşma üzrə imzalanmış əlavələr qüvvədən düşmüş hesab edilsin və həmin krediti müqavilələrinin mətni üzrə əlavələr yeni Əlavə 2 ilə əvəz olunsun. xx.xx.2014-cü il tarixli 100475-1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi, xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsi, xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin tərkib hissəsi olan 2 saylı razılaşmanın 1 və 2-ci bəndləri qüvvədən düşmüş hesab edilsin. xx.xx.2014-cü il tarixli 100475- 1-2404/5 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi, xx.xx.2015-ci tarixli 100475-1-2404/6 nömrəli kommersiya krediti müqaviləsi, xx.xx.2014-cü il tarixli 100475-1-2404/4 nömrəli kommersiya krediti müqaviləsinin tərkib hissəsi olan 2 saylı razılaşmanın digər şərtləri dəyişdirilmədən qüvvədə qalır.» müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 9, 45 nömrəli mənzil Cavabdeh1 mülkiyyətindədir və «Bank VTB (Azərbaycan)» ASC-də ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 9, 48 nömrəli mənzil Cavabdeh1 mülkiyyətindədir və «Bank VTB (Azərbaycan)» ASC-də ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 1d ünvanında yerləşən qeyriyaşayış binası Cavabdeh1 mülkiyyətindədir və «Bank VTB (Azərbaycan)» ASC-də ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 Vyaçevlavovnanın mülkiyyətindədir və «Bank VTB (Azərbaycan)» ASC-də ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 «Bank VTB (Azərbaycan)» ASC-nə xx.xx.2017-cü il tarixli 100475-1-2404/4/3 nömrəli kommersiya krediti müqaviləsi üzrə 1.320.683,36 manat əsas, 159.720,96 manat faiz, 311.284 manat cərimə olmaqla, cəmi 1.791.688,32 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən «Bank VTB (Azərbaycan)» ASC-nə ünvanlanmış xx.xx.2018-ci il tarixli **********14 nömrəli məktubdan görünür ki, Cavabdeh2 Vyaçevlavovnaya məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən «Bank VTB (Azərbaycan)» ASC-nə ünvanlanmış xx.xx.2018-ci il tarixli **********05 nömrəli məktubdan görünür ki, Cavabdeh1 məxsus ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış binasına dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən «Bank VTB (Azərbaycan)» ASC-nə ünvanlanmış xx.xx.2018-ci il tarixli **********00 nömrəli məktubdan görünür ki, Cavabdeh1 məxsus ünvan 7 evin 45 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən «Bank VTB (Azərbaycan)» ASC-nə ünvanlanmış xx.xx.2018-ci il tarixli **********04 nömrəli məktubdan görünür ki, Cavabdeh1 məxsus ünvan 7 evin 48 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan «Bank VTB (Azərbaycan)» ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında ƏMDK-nin Elektron Xidmətlər portalından çıxarışlardan görünür ki, ipoteka predmetləri olan əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün müraciət olunmuş, bildirişlər qeydə alınmış və müvafiq dövlət rüsumları ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 105056-G_RAN-21 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 MMC Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 105056-G_RAN-21 nömrəli zaminlik müqaviləsinə dəyişiklər edilməsi barədə 001 saylı əlavə razılaşmadan görünür ki, «xx.xx.2012-ci il tarixli, 105056-G_RAN-21 saylı zaminlik müqaviləsinin 2.2-ci bəndi aşağıdakı redeksiyada verilsin. Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmadan və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlana ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. xx.xx.2012-ci il tarixli, 105056-G_RAN-21 saylı zaminlik müqaviləsinin 2.5-ci bəndi aşağıdakı redeksiyada verilsin. Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmasının, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kreditalan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kreditalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. xx.xx.2012-ci il tarixli, 105056- G_RAN-21 saylı zaminlik müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə qalır.» müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 120880-7-6682 nömrəli zaminlik müqaviləsindən görünür ki, X1 Həsən Xəlil oğlunun bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 120880-7-6682 nömrəli zaminlik müqaviləsinə dəyişiklər edilməsi barədə xx.xx.2015-ci il tarixli 02 saylı əlavə razılaşmadan görünür ki, «xx.xx.2013-cü il tarixli, 120880-7-6682 saylı zaminlik müqaviləsinin 2.2-ci bəndi aşağıdakı redaksiyada verilsin. Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100475-1- 2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmadan və qeyd olunan baş kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, bank qarantiyasının verilməsinə dair razılaşması, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlana ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. xx.xx.2013-cü il tarixli, 120880-7-6682 saylı zaminlik müqaviləsinin 2.5-ci bəndi aşağıdakı redeksiyada verilsin. Cavabdeh1 və bank arasında bağlanmış xx.xx.2012ci il tarixli 100475-1-2404 saylı baş kredit razılaşması və ona dəyişikliklər edilməsi barədə xx.xx.2014-cü il tarxli 001 saylı əlavə razılaşmasının, o, cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kreditalan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kreditalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. xx.xx.2013cü il tarixli, 120880-7-6682 saylı zaminlik müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə qalır.» müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 69 nömrəli hesabatından görünür ki, Cavabdeh2 Vyaçevlavovnanın və X4 paylı mülkiyyətində ünvan 6 ünvanında yerləşən binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 230.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 69/1 nömrəli hesabatından görünür ki, Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən binanın 48 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 226.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 69/2 nömrəli hesabatından görünür ki, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 1.700.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 69/3 nömrəli hesabatından görünür ki, Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən binanın 45 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 225.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 11472 saylı məhkəmə ekspertizası rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli 03 saylı əlavə razılaşmanın şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixinə (iddia tarixinə) banka olan borcu 1.479.099,32 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 1.320.683,36 manat, faiz borcu üzrə 158.415,96 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, iddiaçı bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, həm iddiaçı, həm də Cavabdeh2 apellyasiya şikayətlərində borc məbləğinin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməməsinə istinad edirlər. Tərəflərin apellyasiya şikayətlərinin bu dəlillərinin araşdırılması məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2020-ci il tarixli, 9/3612 nömrəli ekspert rəyi ilə Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli, 03 saylı “Əlavə Razılaşma”nın şərtləri əsas götürülməklə Cavabdeh1 29 noyabr 2018-ci il tarixə (iddia tarixinə) banka olan borcu 1.479.099,32 AZN məbləğində müəyyən olunmuşdur (o cümlədən əsas borc üzrə 1.320.683,36 AZN, faiz borcu üzrə 158.415,96 AZN). Göründüyü kimi, birinci instansiya məhkəməsində tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 11472 saylı məhkəmə ekspertizasının rəyində müəyyən edilmiş əsas və faiz borcunun məbləğləri ilə apellyasiya instansiyası məhkəməsində tədqiq edilmiş ekspert rəyində müəyyən edilmiş əsas və faiz borcunun məbləğləri eynilik təşkil etmişdir. Həmçinin, cavabdeh həmin ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğinin düzgün hesablanmadığını, onun etmiş olduğu ödənişlərin borc hesablanarkən nəzərə alınmadığını bildirsə də, ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğini düzgün hesab etməməsinin səbəblərini izah edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin göstərilən dəlillərini əsassız hesab edir. Kollegiya həmçinin apellyasiya şikayətlərinin dəlillərindən biri olan cərimənin (dəbbə pulunun) hesablanması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq cərimənin 5.000 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab etməkdə haqlı olmuşdur. Ona görə də, apelyasiya şikayətlərinin dəbbə pulu hissəsi ilə bağlı dəlilləri əsassızdır və təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Beləliklə məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği müəyyən edilərkən tənasüblük qorunmuş, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, ipoteka predmeti olan daşınmaz əmlakların tərəflər arasında bağlanmış ipoteka müqavilələrində müəyyən edilmiş qiymətləri ilə birinci instansiya məhkəməsinin qərardadı əsasında aparılmış qiymətləndirmənin nəticələri arasında kəskin fərqlər mövcud olduğundan ipoteka predmeti olan əmlakların yenidən qiymətləndirilməsi və likvid qiymətinin müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən yeni qiymətləndirmə təyin edilmiş və qiymətləndirilmənin aparılması "xxxx" MMC-yə həvalə edilmiş, lakin məhkəmə iclasında cavabdehlər rəyin ipoteka predmeti olan əmlaka baxış keçirilmədən tərtib edildiyini bildirdiklərindən və qeyd olunan hal ekspert rəyini şübhə altına aldığından əmlakın yenidən qiymətləndirilməsi qərara alınmış, bu dəfə əmlakın qiymətləndirilməsi “X3 Company” MMC-yə həvalə edilmişdir. Həmin MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 9 ünvanda yerləşən 45 saylı və 48 saylı mənzillər (həmin mənzillər faktiki birləşdirilərək vahid yaşayış sahəsi kimi istifadə olunur), ümumi sahəsi 220,6 kv.m və yaşayış sahəsi kimi istifadədə olan əmlakın real bazar dəyəri 375.000 manat, likvid dəyəri 340.000 manat, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 107,8 kv.m olan qeyri-yaşayış sahəsinin real bazar dəyəri 185.000 manat, likvid dəyəri 160.000 manat, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri 1.000.000 manat, likvid dəyəri 850.000 manat təşkil edir. Bu qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına ala biləcək hər hansı hal aşkar edilmədiyindən, habelə əvvəlki rəydən fərqli olaraq həmin rəylə əmlakların həm bazar, həm də likvid qiyməti müəyyən edildiyindən, qiymətlər müəyyən edilərkən ipoteka predmetlərinin qiymətə təsir edə biləcək bütün zəruri keyfiyyətləri (təmirliliyi, lokasiyası, ictimai nəqliyyat qovşaqlarına yaxın yerləşməsi və s.) nəzərə alınmaqla ətraflı təsvir edildiyindən kollegiya hesab edir ki, hazırkı iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi zamanı “X3 Company” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə istinad edilməli, həmin rəylə müəyyən edilmiş likvid qiymətləri ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti kimi müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, ünvan 9 ünvanında yerləşən 45 saylı və 48 saylı mənzillər, ümumi sahəsi 220,6 kv.m və yaşayış sahəsi kimi istifadədə olan əmlakın ilkin satış qiyməti onun likvid dəyəri əsasında 340.000 (üç yüz qırx min) manat, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 107,8 kv.m olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında 160.000 (bir yüz altmış min) manat, ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında 850.000 (səkkiz yüz əlli min) manat müəyyən edilməli, qalan hissələrdə qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı “Bank "xxxx" (Azərbaycan) ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. ünvan 9 ünvanında yerləşən 45 saylı və 48 saylı mənzillər, ümumi sahəsi 220,6 kv.m və yaşayış sahəsi kimi istifadədə olan əmlakın ilkin satış qiyməti onun likvid dəyəri əsasında 340.000 (üç yüz qırx min) manat; ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 107,8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında 160.000 (bir yüz altmış min) manat; ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında 850.000 (səkkiz yüz əlli min) manat müəyyən edilsin. Qalan hissələrdə qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 1400 manatın 750 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 750 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh4 MMC-dən tutularaq "xxxx" MMC-yə (icraçının VÖEN:**********; Hesablaşma hesabı: “Unibank” KB-nin 11 saylı Dərnəgül filialı; KOD: 502058; VÖEN **********; SWİFT kod: UBAZAZ22; H\h: AZ46NABZ********************; Benefisiarın adı: "xxxx" MMC; Müştərinin hesab №si: AZ65UBAZ**********0060AZNN001) ödənilsin. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 900 manatın 450 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 450 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh4 MMC-dən tutularaq “X3 Company” MMC -nin hesabına (VÖEN:**********; Hesab nömrəsi: AZ61İ BAZ********************; Bank: ABB Şərifzadə filialı; VÖEN:**********; M/H: AZ03NABZ********************; Kod:805142, Swift: İBAZAZ2X) ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 manat tərəflərin hər birindən 50 manat olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-71/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-71/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver