Məhkəmə qərarları › İş №2(103)-7116/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7116/2022

28.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7116/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1012/2022 saylı işi üzrə 01 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı "Rabitəbank” ASC (iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə) məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "Rabitəbank” ASC-nin xeyrinə 17 Dekabr 2018-ci il tarixli, NRNPT- 0044 saylı kredit müqaviləsi üzrə borcun məbləği kreditə görə 16119,6 manat, faiz borcuna görə 5463,07 manat, cərimə borcuna görə 4200 manat, borcun cəmi məbləği 25782,67 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 167,35 manat məbləğində pulun, qiymətləndirmə xərci olan və tərəflərimdən ödənilmiş 500 AZN məbləğində pulun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, torpaq sahəsi 0,01684 ha, FYE-192,8 kv.m-də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinə yönəldilməsi, bu əmlak hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 25782,67 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 197,35 manat məbləğində pulun, qiymətləndirmə xərci olan və ödənilmiş 500 AZN məbləğində pul iddiaçı "Rabitəbank” ASC-nə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, torpaq sahəsinin 0,01684 ha, FYE-192,8 kv.m-də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, torpaq sahəsi 0,01684 ha, FYE- 192,8 kv.m-də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 qızma məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, torpaq sahəsi 0,01684 ha, FYE-192,8 kv.m-də yerləşən (Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 17 Dekabr 2018-ci il tarixli, NRNPT-0044 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasını xahiş etmişdir.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1012/2022 saylı işi üzrə 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2018-ci il tarixli NRNPT-0044 saylı baş kredit müqaviləsi üzrə 16119,6 manat əsas kredit borcu, 5463,07 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 21682,67 manat məbləğində borc, iddia qaldılması üçün ödənilmiş 167,35 (bir yüz altmış yeddi manat, otuz beş qəpik) manat dövlət rüsumu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 sayı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumu, qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 500 manat iddiaçı "Rabitəbank” ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinə yönəldilməsi, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evi açıq hərracdan satılsın, ipoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 250000 manat müəyyən edilsin, əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait paylara uyğun olaraq Cavabdeh2 qaytarılması, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin evdən çıxarılsınlar və ev boşaldılması və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269.4, 317.1, 319.1, 385.1, 442, 445.2, 448.1, 448.2, 462.1, 465.2, 467, 470.1, 472.1- 472.2; "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin107, 115.0.1, 119.1-ci maddələrinə istinad qeyd edilmişdir

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: "SN Legal Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 aprel 2022-ci il tarixli SN 21 nömrəli qiymətləndirmə rəyi ilə, Cavabdeh2 və Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evinin bazar dəyəri 309.600 manat, likvid dəyəri 250.000 manat təşkil edir ; - "Rabitəbank” ASC-nin xx.xx.2022-ci il tarixli arayışı ilə, 16119,6 manat əsas borc, 5463,07 manat faiz borcu, 4200 manat cərimə borcu, tələblərin cəmi 25782,67 manat borcu vardır; - xx.xx.2018-ci il tarixli NRNPT-0044 nömrəli kredit müqaviləsi ilə, "Rabitəbank” ASC-nin "Nərimanov” filialı tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 20% ödəmək şərti ilə 21000 manat məbləğində kredit vermişdir; - "Rabitəbank” ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli NRNPT-0044 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında xx.xx.2018-ci il tarixli NRNPT-0044 kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür; - xx.xx.2018-ci il tarixli NRNPT-0044nömrəli ipoteka müqaviləsinin təsdiq edilmiş surətinə əsasən, Cavabdeh2 və Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində istifadədə olan 0,01684 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125,3 kv.m yaşayış, 67,5 kv.m köməkçi sahədən ibarət) fərdi yaşayış evi bank qarşısında ipotekaya qoyulmuşdur (iş səh. 29, 70, 97, 101, 109 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ciil tarixli e-2(005)-1012/2022 saylı Qətnaməsi ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin 386, 387.1, 389-cu maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmədə cavabdeh bildirmişdir ki, əsas borcu ödəməyə razıdır, lakin faiz borcu düzgün hesablanmamışdır. Ümumi hesablanması üçün ekspertiza keçirilməsi xahiş edilsə də, məhkəmə ərizəni təmin etməmiş, əmtəəşünaslıq ekspertizası keçirilməmişdir. Məhkəmə 250000 manat qiyməti olan evin hərraca çıxarılıb satılması barədə qərar qəbul etmişdir. Lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, onlar həmin evdə yaşamaqla "xxxx" ASC-ə 16000 manat pul borcludurlar. Məhkəmə bu halları aydınlaşdırmamış, işin bütün hallarına diqqət yetirməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 4.Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, əri işdən çıxarılana qədər kredit borcunu vaxtında ödədiklərini, lakin pandemiya vaxtı əri Cavabdeh1 işdən çıxarıldığından borcu ödəyə bilmədiklərini, banka müraciət edərək, 17000 manat ödəməyə hazır olduqlarını bildirdiklərini, bankın bu təkliflə razılaşmadığını bildirmişdir. 5.İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, müqavilə müddətinin bu ilin dekabr ayında bitəcəyini, qarşı tərəfin 17000 manat ödəyə biləcəyini bildirdiyini, lakin borcun 20000 manatdan çox olduğunu bildirmişdir.

6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324, 372- 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550- 554, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilmiş müddətlər üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 9.Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən: “448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır”. Məcəllənin 458-ci maddəsinə əsasən: “458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 458.2. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.” 10 Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kreditorun icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərən və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlərin görülmədiyi, borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldılmasına yönəlik digər, o cümlədən ekspertizanın keçirilməsini zəruri edən hallar müəyyən edilmir, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətnin verilməsi üçün ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri isə onları ödəyən şəxslərə aid edilməlidir. 11.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1012/2022 saylı işi üzrə 01 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar