Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-712/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndə-vəkili Nümayəndə, Cavabdeh1 nümayəndə-vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3527/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3527/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Bakı şəhəri Xətai Rayon Məhkəməsindən sorğu daxil olmuş və həmin məhkəmənin e-2(011)-3527/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində düzəliş edilməsi ilə bağlı məsələyə baxılması üçün mülki işin geri göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən tərəflər mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Xətai Rayon Məhkəməsinin e- 2(011)-3527/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində düzəliş edilməsi ilə bağlı məsələyə baxılması üçün mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-712/2024 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-712/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-712/2024
10.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver