Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7127/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, cavabdeh Salmanov (Eldaroğlu) Elvin Eldar oğlunun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3374/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh Salmanov (Eldaroğlu) Elvin Eldar oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Salmanov (Eldaroğlu) Elvin Eldar oğluna qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz 709” markalı, **- DK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E250” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 612 Yük” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin, Masallı şəhəri, M.Şəhriyar küçəsində yerləşən 0,05 ha torpaq sahəsində yerləşən evin üzərinə həbsin qoyulması və avtomobillərin istismarını cavabdehə və digər şəxslərə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3374/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, "Mercedes Benz 709” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz E250” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz 190” markalı, 44-BK- 717 dövlət qeydiyyat nişanlı və "Mercedes Benz 612 Yük” markalı, **- MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin, Masallı şəhəri, M.Şəhriyar küçəsində yerləşən 0,05 ha torpaq sahəsində yerləşən evin özgəninkiləşdirilməsi cavabdeh Eldaroğlu (Salmanov) Elvin Eldar oğlu və digər şəxslərə qadağan edilmiş, ərizə digər hissədə təmin edilməmiş, qərardadın dərhal icra edilməsi, qərardadın icrası Nəsimi rayon icra və probasiya şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-158-ci maddələrinəistinadən qeyd edilmişdir ki, maddələrin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Tətbiq edilməsi tələb olunan iddianı təmin etmə tədbiri ilə irəli sürülmüş iddia arasında obyektiv əlaqəsinin mövcudluğu aşkardır, və həmin tədbirin tətbiq edilməməsi gələcəkdə iddianın təmin olunduğu təqdirdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə və hətta qeyri-mümkün edə bilər. Müvafiq məhdudiyyətinin tətbiq edilməsi zamanı mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması vacibdir. Məhkəmə "həbs qoyulma” anlayışın geniş olduğunu və həm də əmlakın üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakdan istifadə etmək hüququnun məhdudlaşdırılmasından və s. ibarət olduğunu nəzərə alaraq, mübahisəli əmlakın üzərinə həbs qoyulması hazırki iddianı təmin etmə tədbirinin məqsədinə uyğun deyildir. Bu baxımdan, İddiaçı ərizəsi qismən təmin edilməli, hazırki mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək avtomobillərin və evin özgəninkiləşdirilməsi cavabdeh Eldaroğlu (Salmanov) Elvin Eldar oğlu və digər şəxslərə qadağan edilməli, ərizə digər hissədə təmin edilməməlidir. Cavabdeh qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3374/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, qeyd edilən avtomobillər hazırda cavabdehin mülkiyyətində deyil və özgəninkiləşdirilib. Bu, qanunvericiliyin tələbinə üyğun olaraq həyata keçirilib qeyd edilən torpaq sahəsi və üzərində olan tikili cavabdehin mülkiyyətində olmayıb və o, heç vaxt nə özü nə də ailəsi ilə qeyd edilən ünvanda yaşamayıb. Həmin torpaq sahəsi və üzərində olan evin cavabdehin istifadəsində və yaxud mülkiyyətində olmasına dair iddiaçı tərəf məhkəməyə heç bir sənəd təqdim etməyib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3374/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3374/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Salmanov (Eldaroğlu) Elvin Eldar oğlunun nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24, 80, “X4 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 15, 77, 88, 157- 164, 236, 386, 388; 397.2, 398, İcra haqqında Qanunun 26 və 45-ci maddələrinə əsasən hesab edir ki, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir. Həbsin əmlak üzərinə qoyulması lüzumsuz məhdudiyyətlərə səbəb olsa da, nisbi tarazlığı qorumaqla əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması və ya sair iddia təmini tədbirinin həyata keçirilməsi gələcəkdə məhkəmə tərəfindən nəzarət etməli olan qətnamənin icrasına və məcburi icra tədbirlərinin həyata keçirilməsinin mümkünlüyünə təminatdır. Diqqətə çatdırılmalıdır ki, gələcəkdə iddia tələbinin təmin edilmədiyi halda cavabdehin iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməkdə haqlıdır, bununla da, müvəqqəti məhdudlaşdırılması ehtimal edilən hüquqları bərpa etmək imkanı saxlanılmaqdadır. İşə əlavə edilmiş sənədlərin nüsxələrindən avtonəqliyyat vasitələrinin və evin rəsmi qeydiyyatları barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 159, 263, 266 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Salmanov (Eldaroğlu) Elvin Eldar oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3374/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-7127/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7127/2020
21.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver