Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7147/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil, ilkin iddia üzrə iddiaçının nümayəndəsi X1 və ilkin idia üzrə cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(009)-338/2019 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən özünə məxsus 1500 ABŞ dolları qiymətində qızıl-briliant daşlı sırğa, 8500 ABŞ dolları qiymətində “mavi serviz”, 14000 ABŞ dolları qiymətində “konyak” dəsti, 15000 ABŞ dolları qiymətində 3300 qram çəkisi olan “mavi servis” dəsti, 14000 ABŞ dolları qiymətində “şərq konyak” dəsti, 18000 ABŞ dolları dəyərində brilant qaşlı qızıl üzük və 15000 ABŞ dolları dəyərində “nefrit” servizi, 25.000 ABŞ dolları qiymətində briliant qaşlı qızıl dəsti (üzük, sırğa, klon, boyunbağı 95.15 qram çəkidə qızıl, 114 karat briliant), 30.000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatı (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8.000 ABŞ Dolları dəyərində “babocka” serviz, 7.000 ABŞ dolları dəyərində 6 ədəd qədəh, 3000 ABŞ dolları dəyərində salat tabağı, 6000 ABŞ dolları dəyərində meyvə tabağı, 5500 ABŞ dolları yemək dəsti (12 personal), 12.000 ABŞ dolları “rıbka” RS serviz, 3000 ABŞ dolları dəyərində yemək dəsti (6 personal), 3600 ABŞ dolları dəyərində gümüş qrafin (2 ədəd), 4000 ABŞ dolları dəyərində qara norka kürk, 5000 ABŞ dolları dəyərində palto dior, 2200 ABŞ dolları dəyərində vaza “beqoniya” SÇ, 1500 ABŞ dolları dəyərində 3 daşlı qızıl briliant sırğa, 2000 ABŞ dolları dəyərində qəhvəyi norka jilet, 1200 ABŞ dolları dəyərində norka yaxalıqlı palto, 2500 euro dəyərində qəhvəyi norka jilet, 2500 euro norka jilet (VUD), 2500 manat dəyərində yarım palto, 10.000 mana dəyərində 2 ədəd rəsm əsəri, 12000 ABŞ dolları dəyərində serviz “balıq RS”, 5500 ABŞ dolları dəyərində yemək dəsti SÇ (12 personal), 6000 ABŞ dolları dəyərində stakan altı RS (yaşıl), 5000 ABŞ dolları dəyərində meyvə tabağı RS, 2400 ABŞ dolları dəyərində mürəbbə qaşıq (6 ədəd), 3.000 ABŞ dolları əvəzində tort üçün kürək RS (6 ədəd), cəmi 239.900 ABŞ dolları, 5000 euro və 12500 manat dəyərində əmlaklarının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə ona təcili pul lazım olmuş və tanışı Yaqut Nəsirova vasitəsi ilə Cavabdeh adlı lombard sahibinə müraciət etmişdir. Cavabdehlə illər öncə onun tanışlığı və qarşılıqlı söhbət zamanı uzaq da olsa onların qohum olmaları iddiaçının cavabdehə inamını yaratmışdır. Cavabdeh onun tərəddüd etdiyini görüb rahat şəraitlə işləyəcəkləri barədə iddiaçıya ürək-dirək vermişdir. Beləliklə, 2016-cı ildən başlayaraq o, əvvəlcə ümumi tanışı Y.Nəsirova vasitəsilə Cavabdeh bir neçə dəfə pul götürüb faizi ilə qaytarmışdır. Lombardın reklam lövhəsində 3- 6 faizlə kredit verildiyi yazılmışdır. Cavabdeh ona ilkin olaraq 6 faizdən pul verəcəyini, lakin daha böyük girov müqabilində faiz dərəcəsini azaldacağını vəd etmişdir. xx xxxxxx 2016-cı il tarixdə özü şəxsən Cavabdeh 5000 (beş min) dollar pul götürmüş və qarşılığında onun tələbi ilə məbləğin 5 mislini təşkil edən, 1500 ABŞ dolları qiymətində briliant qaşlı qızıl sırğa (Puset), 8500 ABŞ dolları qiymətində gümüş "Mavi” serviz dəsti, 14000 ABŞ dolları qiymətində gümüş “Konyak” dəsti girov qoymuşdur. xx xxxxxx 2017-ci il tarixdə 6000 ABŞ dolları pulu götürmüş, 15000 ABŞ dolları qiymətində 3300 qram çəkisi olan gümüş “Mavi” serviz dəsti girov qoymuşdur. xx xxxxxx 2017-ci il tarixdə 6000 manat pul götürmüş, əvəzində 14000 ABŞ dolları qiymətində gümüş “Şərq” konyak serviz dəstini girov qoymuşdur. xx xxxx 2017-ci il tarixdə 5000 ABŞ dolları pul götürmüş, əvəzində 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzük (dəyirmi şəkildə, ortasındakı 50 sot brilyant qaşın ətrafında 10 ədəd yarpaqvari briliant qaşlar) və 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” serviz dəstini girov qoymuşdur. xx xxxxxx 2017-ci il tarixdə 10.863 manat pul götürmüş, əvəzində 8.000 ABŞ dolları dəyərində gümüş “Baboçka” serviz dəsti, 7.000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağı, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı girov qoymuşdur. xx xxxx 2018ci il tarixdə 3390 manat pul götürmüş, əvəzində 5500 ABŞ dolları dəyərində gümüş yemək dəsti (12 person) girov qoymuşdur. xx xxxx 2018-ci il tarixdə, 11.000 manat pul götürmüş, əvəzində 12.000 ABŞ dolları dəyərində gümüş “Balıq” serviz dəsti, 3000 ABŞ dolları dəyərində gümüş yemək dəsti (6 person), 3600 ABŞ dolları dəyərində gümüş qrafın (2 ədəd) girov qoymuşdur. Beləliklə, ötən dövr ərzində cəmi 16.000 ABŞ dolları və 41.253 manat borc pul götürmüşdür. Əlindəki lombard biletlərindəki qeydlərə əsasən manatla olan borcdan 12334 manat, ABŞ dolları ilə olan borcdan 1400 dollar ödəmişdir. Təbii ki, həmin məbləğin üzərinə faiz qismində ödənilmiş külli miqdarda məbləği gəlmir. Bundan əlavə müxtəlif vaxtlarda 2017-ci ilin noyabr və dekabr aylarında 1500+1500; 2018-ci ilin yanvar və fevral aylarında müvafiq olaraq 1000+1000 manat olmaqla ümumilikdə 5000 manat pul götürmüş və əvəzində müvafiq olaraq 4000 ABŞ dolları dəyərində qara norka kürk, 5000 ABŞ dollarında palto “Dior”, 2200 ABŞ dolları dəyərində gümüş vaza “Beqoniya”, 1500 ABŞ dolları dəyərində 4 daşlı qızıl brilyant sırğa (dördkünc formasında və hərəsində bir qaş olmaqla), 2000 ABŞ dolları dəyərində qəhvəyi norka jilet, 1200 ABŞ dolları dəyərində norka yaxalıqlı palto, beləliklə, cəmi 16900 ABŞ dolları dəyərində əmlakları girov qoymuşdur. Sonradan Cavabdeh həmin borc üzrə faizin aşağı salınacağı vədinə əsasən müvafiq olaraq 2500 euro dəyərində qəhvəyi norka jilet və 2500 euro dəyərində norka jilet (VUD rəngli), eləcə də 2500 manat dəyərində firuzə rəngli yarım palto, 10.000 manat dəyərində 2 ədəd rəsm əsəri cəmi 5000 euro və 12.500 manat dəyərində əlavə girov qoymuşdur. Bundan əlavə Cavabdeh sürücüsü Fərhad adlı şəxslə cinayət əlaqəsinə girərək heç bir öhdəliyinin olmadığı halda ona məxsus 33.900 ABŞ dolları dəyərində əmlakı - 12000 ABŞ dolları dəyərində gümüş “Balıq” serviz dəsti (RS), 5500 ABŞ dolları dəyərində gümüş yemək dəsti (SÇ, 12 person), 6000 ABŞ dolları dəyərindəABŞ dolları dəyərində gümüş mürəbbə qaşıqları (6 ədəd), 3.000 ABŞ dolları dəyərində tort üçün gümüş kürək (RS, 6 ədəd) aldatma yolu ilə ələ keçirmişlər. Beləliklə, girov qoyduğu və ələ keçirilmiş əmlakların ümumi dəyəri 239.900 ABŞ dolları, 5000 euro və 12500 manat təşkil edir. Həmin borcdan ödənilmiş faizlər və dəbbə pulu çıxılmaqla müqavilə müddəti üzrə borcu 14.600 ABŞ dolları və 29.919 manat təşkil edir və əmindir ki, muhasibatlıq sənədlərinin üzləşdiriləcəyi təqdirdə həmin borc əhəmiyyətli dərəcədə azalacaqdır. Göründüyü kimi, 2017 və 2018-ci illərdə o, bir neçə dəfə Cavabdeh məxsus Azadlıq prospekti 57/b ünvanda yerləşən lombarddan müxtəlif məbləğlərdə pul götürüb qarşılığında külli miqdarda girov qoymuşdur. Sonralar Cavabdeh vəd etdiyi kimi faiz dərəcəsini aşağı salmaq əvəzinə guya ona donorluq edən bankın faiz dərəcələrini artırdığını və bundan sonra aylıq 8 faizdən ödəniş etməli olduğunu bəyan etdi. O, qəti şəkildə etiraz etmiş, israrla bankın nümayəndəsi ilə görüşüb-danışmaq istədiyini bildirmişdir. O, etiraz etdi və bankın adını açıqlamadı ki, guya bu bank sirridir, hələ bu azmış kimi ondan əlavə girov tələb etmişdir. O, təzə kredit götürmədiyini bildirmiş və nəyə görə girov qoymalı olduğunu ondan soruşanda, Cavabdeh isə yeni faiz dərəcəsinin əvvəlki kreditlərə şamil edildiyini və buna görə də girovun miqdarının artırılmasının zəruri olduğunu söylədi. O, belə bir faizi ödəməyəcəyini bildirdikdə Cavabdeh tələb etmişdir ki, bu halda götürdüyü bütün kreditlər dərhal bağlansın. Təbii ki, onun həmin anda belə bir imkanı olmadığından və Cavabdeh faiz və az qala hər gecikdirilən günün saatına belə hesabladığı dəbbədən xilas olmaq üçün bəzən onun özündən təkrar kredit götürmüşdür. Ancaq sonradan iddiaçı aşkar etmişdir ki, onun Cavabdeh külli miqdarda vəsait ödəməsinə baxmayaraq, kreditlərin məbləği azalmamış, əksinə artmışdır. Ona məlum olmuşdur ki, Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək ödədiyi pulları borc məbləğindən silmir və vergidən yayınmaq məqsədilə heç bir mühasibat uçotu aparmır. Sonradan cavabdeh barəsində başqa sahibkardan məlumat toplamışdır ki, cavabdeh başqalarını da borca salıb əmlakına əl qoyur. 2018-ci ilin mart ayında Cavabdeh ona qarşı da “talançılıq ssenarisini” işə saldığına əsaslı şübhələri yarandığına görə, qarşılıqlı borc və ödənişlərin vəziyyətini dəqiqləşdirmək üçün ikitərəfli audit tələb etmişdir. Ondan qarşılıqlı haqq-hesabın əks olunduğu mühasibat kitabını göstərməyi, eləcə də nə qədər pul ödədiyini dəqiqləşdirmək üçün ödəniş qəbzlərini tələb etmiş, lakin həmişə onunla çox mehriban olan Cavabdeh səs çıxmamış, artıq 2018-ci ilin mayından etibarən o gizlənməyə başlamışdır. Onun zənglərinə cavab vermir, səsli ismarıclarını cavabsız qoymuşdur. Dəfələrlə iş yerinə gedib görüşməyi tələb etsə də, işçisi Aida adlı qadın onun işdə olmadığını bildirmişdir. Hətta bir dəfə ona məxsus “Range Rover” markalı avtomaşın həyətdə olsa da işçisi Cavabdeh işdə olmadığını bildirəndən sonra cavabdehin məqsədi ona aydın olmuşdur. Onun dəfələrlə və israrlı şəkildə borcunu ödəyib girov qoyduğu malları azad etməklə bağlı tələblərini Cavabdeh bir qayda olaraq qulaqardına vurur. Məsələn, Cavabdeh ondan dörd dəfəyə götürdüyü 5000 manat (1500+1500+1000+1000) müqabilində 16900 ABŞ dolları, 5000 Euro və 12500 manat dəyərində geyim əşyaları, qızıl-zinət və gümüş məmulatı, qiymətli rəsm əsərləri girov götürmüşdür. Bununla bağlı lombarddakı dəftərdə şəxsən qeydiyyat aparmışdır. Ancaq sonradan məbləğin 4000 manatını ödəsə də, girovu qaytarmamışdır. Guya bank bütün məbləğin qaytarılmasını tələb edir. Neçə aydır ki, 1000 manat borcu qaytarıb malları girovdan azad etmək istəsə də, Cavabdeh ondan qaçır. Təkcə elə bu fakt Cavabdeh ondan qaçaraq mallarına əl qoymasının sübutudur. Əlindəki sənədlərə əsasən onun lombarddakı əmlakının məbləği götürdüyü kreditdən ən azı 8 dəfə çoxdur. Cavabdeh ondan qat-qat artıq girov tələb etməsinin səbəbi aydın olur ki, o, ödəmə qabiliyyətini itirsin və o bütün əmlakına əl qoysun. Dəfələrlə tələb etsə də, Cavabdeh hər bir kredit üzrə ayrıca ödəniş cədvəli verməkdən imtina etmişdir. Cavabdeh borcun azalması barədə konkret sənəd verməmişdir. Məsələn, Cavabdeh müəllifi olduğu fırıldaqçı maliyyə əməliyyatına aid konkret bir nümunə, o, 2017-ci ilin iyun ayında 5000 ABŞ dolları borc götürmüşdür. Dekabr ayının 16 həmin borcu tam qaytararkən baxmış ki, ondan əlavə 3880 ABŞ dolları alıb. Əslində, 6 ayın faizini hesablamaq üçün riyaziyyatçı olmağa ehtiyac yoxdur - 1800 ABŞ dolları təşkil edir (5000 ABŞ dolları : 100 x 6% = 300 ABŞ dolları x 6 ay = 1800 ABŞ dolları). Ondan 2080 ABŞ dolları artıq pul götürdüyünü bildirəndə, Cavabdeh dələduzluğunun üstünün açıldığını görüb dedi ki, bəs gecikən hər günə 5 dollar dəbbə hesablamışdır. Əvvəla, o, 6 aya krediti faizi ilə bağlamışsa, hansı gecikən günlərdən bəhs etmək mümkündür? Digər tərəfdən isə hətta altı ay faiz verməsə belə həmin günlərin dəbbə məbləği (6 ay x 30 gün =180 gün) cəmi 900 dollar edirdi (180 gün x 5 doll. = 900 ABŞ dolları). Göründüyü kimi, Cavabdeh bütün mühasibatı müştərini aldatmaq, kələk gəlmək və bununla qanunsuz yolla varlanmaq prinsipi üzərində qurulmuşdur. Onun tərəfindən girov qoyulmuş əmlakla bağlı Cavabdeh talançılıq niyyəti ilə həyata keçirdiyi manipulyasiyaları sübut edən kifayət qədər dəlil və faktlar mövcuddur. Belə ki, ona məxsus qiymətli brilyant saatı (“Harry Winston” 30000 ABŞ dolları) “Moskva” Univermağında Cavabdeh və kürəkəninə məxsus qızıl şöbəsində görmüşdür. İkinci belə bir fakt girov qoyduğu bahalı 2 ədəd orijinal (erkən payız fəslini əks edirən rəsm əsəri 10.000 manat) ilə bağlıdır ki, onları da, Bakı Ticarət Mərkəzindəki Nairə Səttarovaya məxsus antik qablar və mebel mağazasında görmüşdür. Polisə qədər gedib çıxan münaqişədən sonra həmin əsərlər satışdan götürülsə də, bu dəfə bir ayrı dükana qoyulmuşdur. Yenə də girov qoyduğu 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəstini və 8000 ABŞ dolları dəyərində gümüş “Baboçka” servizini Cavabdeh BTM-də Xatirə adlı qadının dükanında satışa qoymuşdur. Göründüyü kimi, Cavabdeh vermiş olduğu toplam borcun müqabilində ondan 8 dəfədən artıq girov götürməklə, nəticə etibarilə onu borc tələsində boğub müflis etmək, əmlakına yiyələnmək və əsassız varlanmaq məqsədi güdmüşdür. Ən vacibi odur ki, onun 2018-ci ilin may ayından başlayaraq borcu qaytarmaq cəhdlərinə Cavabdeh imtina ilə cavab vermiş, yəni verdiyi pulun qalığını geri almaqdan imtina etmişdir. Bunu şüurlu şəkildə, bilərəkdən, əvvəlcədən hazırlamış olduğu planın tərkib hissəsi kimi - müştərinin əmlakına əl qoymaq məqsədilə həyata keçirmişdir. Halbuki, mövcud qanunvericiliyə əsasən, ona məxsus girov kimi qoyduğu əşyalar açıq hərracda satılaraq ödənilməmiş borc məbləği Cavabdeh verilməli və yerdə qalan əşyalar sahibi kimi ona qaytarılmalıdır. Beləliklə, onun Cavabdeh olan əmlakları, qanunvericiliyə uyğun olaraq açıq hərracdan satılmalı, ona olan borc məbləğindən artıq məbləğ və əmlak özünə təhvil verilməlidir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 33919 manat və 14600 ABŞ dolları məbləğində əsas borc və 10175,70 manat və 4380 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094.70 manatın və 18980 ABŞ dollarının, hüquqi yardıma görə ödədiyi 100 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı öz iddia ərizəsində də, qeyd etdiyi kimi, həqiqətən də, ondan xx xxxxxx 2016-ci il tarixdə 5000 ABŞ dolları məbləğində, daha sonra xx xxxxxx 2017-ci il tarixdə 6000 ABŞ dolları, 20 2017-ci il tarixində 6000 manat,xx xxxx 2017-ci il tarixdə 5000 ABŞ dolları, xx xxxxx 2017-ci il tarixdə 10000 manat, xx xxxxxx 2017-ci il tarixdə 10863 manat, 2017-ci ilin noyabr ayında 1500 manat, 2017-ci ilin dekabr ayında daha 1500 manat, 2018-ci ilin yanvar ayında 1000 manat, 2018-ci ilin fevral ayında 1000 manat, xx xxxx 2018-ci il tarixdə 3390 manat, xx xxxx 2018- ci il tarixdə 11000 manat olmaqla, ümumilikdə ondan 46253 manat və 16000 ABŞ dolları məbləğində borc pul götürmüşdür. Bildirir ki, İddiaçı ilk öncə pul verməkdən imtina etsə də, sonuncu ümumi tanışlarının xahişinə əsasən, ondan qeyd olunan məbləğləri borc almağa nail olmuşdur. Belə ki, özü həmin pulu bankdan aylıq 3 faizlə götürmüşdür və İddiaçı də, pulun faizini artıqlaması ilə hər ay vaxtında ödəyəcəyinə vəd verdiyindən, ona müxtəlif vaxtlarda qeyd olunan pul məbləğlərini vermişdir. Lakin, İddiaçı bir müddət həm faizi və həm də ümumi borcdan az qismini qaytararaq, onun etibarına nail olmuş və sonuncu dəfə xx xxxx 2018-ci il tarixində 11000 manat pulu aldıqdan sonra, nə əsas məbləğdən, nədə ki, faizlərdən heç bir məbləğ ödəməmişdir. İddiaçı özünün iddia ərizəsində etiraf etdiyi kimi, borca götürdüyü pulun manatla olan hissəsindən yalnız 12334 manat, ABŞ dolları ilə olan hissədən isə, cəmi 1400 ABŞ dolları qaytarmışdır. Beləliklə, nəticədə ona 33919 manat və 14600 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Eyni zamanda, İddiaçı 2018-ci ilin aprel ayından hazıradək 10 ay müddətində yerdə qalan 33919 manat və 14600 ABŞ dolları məbləğə görə illik 36% faiz borcunu ödəmədiyini nəzərə alsaq, 33919 manat x 3% (hər ay)=1017,57 manat x 10 ay = 10175,70 manat; 14600 ABŞ dolları x 3% (hər ay) - 438 ABŞ dolları x 10 ay = 4380 ABŞ dolları məbləğ alınacaqdır. Beləliklə, İddiaçı fazilə almış olduğu borc pula görə, 10 ay müddətində faizləri vaxtında ödəməməsi nəticəsində o, yerdə qalan borc məbləğindən əlavə 10175,70 manat və 4380 ABŞ dolları öz vəsaiti ilə faizləri ödəməklə ziyana düşmüşdür. Hesab edir ki, İddiaçı ondan almış olduğu ümumi borcdan qalan 33919 manat və 14600 ABŞ dolları məbləğində əsas borc və 10175,70 manat və 4380 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094,70 manatın və 18980 ABŞ dollarının, hüquqi yardıma görə ödədiyi 100 manatın və 30 manat dövlət rüsumu İddiaçı onun xeyrinə tutulmalıdır. Daha sonra ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “Mavi servis”; “konyak dəsti ağ rəngdə”; “gümüş qab“, “saat Harry Winston”, “servis kəpənək”, “06 ədəd qədəhlər”, “salat qabı” və “meyvə qabı” olmaqla 8 adda əşyaların İddiaçı qaytarılması şərti ilə, ondan 33919 manat və 14600 ABŞ dolları məbləğində əsas borc və 10175,70 manat və 4380 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094,70 manatın və 18980 ABŞ dollarının, hüquqi yardıma görə ödədiyi 100 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması və əşyalarla pul məbləğlərinin geri qaytarlmasının eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “Mavi servis”; “konyak dəsti ağ rəngdə”; “gümüş qab“, “saat Harry Winston”, “servis kəpənək”, “06 ədəd qədəhlər, “salat qabı” və “meyvə qabı” və 01 ədəd qızıl üzüyü olmaqla 9 adda əşyaların İddiaçı qaytarılması şərti ilə, ondan 33919 manat və 14600 ABŞ dolları məbləğində əsas borc və 10175,70 manat və 4380 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094,70 manatın və 18980 ABŞ dollarının, hüquqi yardıma görə ödədiyi 100 manatın və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması və əşyalarla pul məbləğlərinin geri qaytarlmasınn eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(009)-338/2019 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus 15000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəstinin, 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəstinin, 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzüyün, 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəstinin, 30000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatın (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8000 ABŞ dolları dəyərində gümüş babocka “kəpənək” dəstinin, 7000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəhin, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağının, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağnın, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməsi, qeyd edilən əşyalar olmadıqda onların dəyəri olan 120500 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbi isə təmin edilərək, 33919 manat və 14600 ABŞ dolları dəyərində əsas borc və 10175,70 manat və 4380 ABŞ dolları dəyərində faiz borcu olmaqla, ümumilikdə 44094,70 manatın və 18980 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 100 manat və 30 manat dövlət rüsumu iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilməsi, əşyaların və pul məbləğlərinin geri qaytarılması eyni anda icra edilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, həmin qətnamənin ilkin iddianın təmin olunmamış hissəsində və qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edilərək, ilkin iddianın tam təmin olunmasına, qarşılıqlı iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini və Cavabdeh hərəkətlərində cinayətin əlamətləri olduğundan barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətiniiddia ərizəsinin dəlilləri ilə əsaslandırmaqla yanaşı əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin İddiaçı qaytarılmasını qət etdiyi əmlakın dəyəri qətnamədə göstərildiyi kimi 120 500 ABŞ dolları deyil, 121.500 ABŞ dolları təşki edir.Cavabdeh qarşılıqlı iddia ərizəsində 8 adda əmlakın onda olduğunu etiraf etmişdir: 15000 ABŞ dolları qiymətində 3300 qram çəkisi olan gümüş “Mavi” serviz dəsti, 14000 ABŞ dolları qiymətində gümüş "Şərq” konyak serviz dəsti, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəsti (12 pers.), 30.000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatı (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8.000 ABŞ dolları dəyərində gümüş “Babocka’ serviz dəsti, 7.000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağı, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı. Daha sonra İddiaçı tərəfindən məhkəməyə dəyəri 15000 ABŞ doll. olan "Nefrit" dəsti, 18000 ABŞ doll. olan brilyant üzük və 25000 ABŞ doll. təşkil edən brilyant dəstinin (üzük, sırğa, kulon, boyunbağı — 55,15 qr və 115 kr) girov verildiyinə dair lombard biletləri təqdim edilmişdir. Məhkəmə həmin biletləri əşyavi-dəlil və təkzibedilməz fakt kimi qəbul edərək yalnız iki adda əmlakın - dəyəri 15000 ABŞ doll. olan “Nefrit” dəsti və 18000 ABŞ doll. olan brilyant üzüyün qaytarılmasını qət etmişdir. Lakin məhkəmə xx.xx.2017-ci il tarixli 10 min manatlıq kreditin girovu qismində dəyəri 25000 ABŞ doll. təşkil edən brilyant dəstin qaytarılması ilə bağlı doğru olmayan nəticəyə gəlmişdir. Belə ki, həmin lombard biletində yazı qaralandığına görə məhkəmə cavabdehin iddiası əsasında hesab etmişdir ki, həmin əmlak ödənilmiş 3800 manatın (Qətnamə, səh. 8, abz. 5) müqabilində İddiaçı qaytarılmışdır. İddiaçı həmin epizodla bağlı məhkəməyə izahatında bildirmişdir ki, 3800 manatlıq məbləği ödəyərkən lombard biletində müvafiq qeydiyyatın aparılmasını tələb edərkən yazının üstündən xətt çəkildiyini aşkar etmiş və səbəbini soruşduqda lombardın əməkdaşı Aida bildirmişdir ki, həmin məmulatı “Moskva” Ticarət evində Cavabdeh kürəkəni ilə birlikdə qızıl satan Hətəm adlı bir şəxsə satmağa veriblər və həmin məbləğ borcdan silinəcəkdir. Hətta iddiaçının yanında zəng vurub həmin şəxslə alqı-satqı faktını bir daha təsdiqləmişdir. Lakin Cavabdeh indi dələduzluq edərək həmin malı qaytardığını iddia edir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da apelyasiya şikayəti verərək qətnamənin “5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin cavabdeh (qarşılıql iddia üzrə iddiaçı) Cavabdeh alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməsi” hissəsində ləğv edilməsinə, qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətini cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onunla əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsi qətnaməsinin “5500 ABŞ dolları dəyərində gümüş yemək dəsti cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilsin" hissəsi əsassız olduğundan hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməlidir. Qeyd olunmuşdur ki, həmin qətnamədə məhkəmə xx xxxxxx 2016-cı il tarixli lombard biletinə münasibət bildirərək qeyd etmişdir ki, onun qarşılıqlı iddia ərizəsində xx xxxxxx 2016-ci il tarixdə İddiaçı 5000 ABŞ dolları məbləğində pulun verildiyini göstərmiş, lakin məhkəmə iclasında həmin biletdə qeyd edilmiş əşyanın adının üzərindən xətt çəkilməsinə istinad edərək həmin əşyanın İddiaçı qaytarıldığını və həmin əşya müqabilində verilmiş pulun geri ödənildiyini bildirib, eyni zamanda 14 600 ABŞ dolları məbləğində ödənilməmiş borcun ona qaytarılmasını tələb etməyi, xx xxxxxx 2016-ci il tarixli Lombard biletində göstərilən 3400 qram çəkisi olan gümüş servisin İddiaçı qaytarılmadığına dəlalət edir. Digər tərəfdən İddiaçı xx xxxxxx 2016-cı il tarixli lombard biletinə müəyyən düzəlişlər etdiyini məhkəmədə etiraf etmişdir. Hansı düzəlişlərin edildiyini müəyyən etmək üçün onun verdiyi məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatətinin təmin edilmədiyindən o, hesab edir ki, həmin lombard biletini mötəbər sübut kimi qəbul edib və ona istinad edilməyi prosessual pozuntudur. Birinci instansiya məhkəməsi alınması qət etdiyi əşyaların dəyəri mübahisəli olmasına baxmayaraq, həmin əşyaların dəyərini müəyyən etmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizası keçirmədən, mütəxəssis rəyi almadan, məhz İddiaçı sözünə istinad edərək, həmin əşyaların dəyərini müyyən etməklə prosessual pozuntuya yol vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11332/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi 5500 ABŞ doları dəyərində gümüş yemək dəstinin cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qətnamə “ilk iddia tələbi girov kimi götürülmüş 9 adda əşyaların, yəni ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus 15 000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəstinin, 14 000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəstinin, 18 000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzüyün, 15 000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəstinin, 30 000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatın (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8 000 ABŞ dolları dəyərində gümüş babocka “kəpənək” dəstinin, 7 000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəhin, 3 000 ABŞ dolları dəyərində gümüş salat tabağının, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağının ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin və ya qeyd edilən əşyalar olmadıqda onların dəyəri olan 116 000 (bir yüz iyirmi min beş yüz) ABŞ dolları məbləğin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin” hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2705/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi X.Niyazov və ilkin iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin vəkili Nümayəndə2 apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etdilər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, “...Məhkəmələr 25000 ABŞ dolları dəyərində olan briliyant dəstinin qaytarılmasının mümkün olmamasını lombard biletində həmin əşya ilə bağlı yazının qaralandığına istinad edərək əmlakın geri qaytarılmış olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq qeydin (əşyanın adının) üzərindən xəttin çəkilməsi əşyanın geri qaytarılması ilə bağlı nəticəyə gəlməyə kifayət edən sübut hesab edilə bilməz. Tərəflər aralarında formalaşdırdıqları münasibətlərdən aydın olur ki, hətta borcun bir hissəsinin ödənilməsi halında müvafiq məbləğ göstərilməklə həmin gün edilən ödəniş imza və möhürlə təsdiq olunur, ödənilən məbləğdən kifayət qədər dəyərli olan əmlakın isə geri qaytarılmasının yalnız yazının üzərindən xətt çəkilməklə təsdiq edilməsi ağlabatan mühakimə hesab edilmir. Həmin girov predmeti üzrə borcun qaytarılmasını təsdiq edən sənədlərin olmadığı və bundan əvvəl qaytarılması iddia olunan məbləğin ödənilməsi halında girovların geri qaytarılmadığı nəzərə alındıqda, dəyəri 25000 ABŞ dolları olan briliyant dəstinin hər hansı müvafiq yazılı qeyd aparılmadan ilk iddiaçıya qaytarılmış olmasına dair nəticəyə gələn məhkəmələrin mövqeyi düzgün hesab edilmir. Bundan başqa, işin halları ilə müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə götürülmüş 5000 ABŞ dolları məbləğinə görə çəkisi 3400 qram olan gümüş servis («Konyak» dəsti, 14000 ABŞ dolları) girov qoyulmuşdur. Birinci instansiya məhkəməsi bununla bağlı qətnaməsində qeyd etmişdir ki, «Cavabdeh biletdə qeyd edilən əşyanın adının üstündən xətt çəkilməsinə istinad edərək həmin əşyanın İddiaçı qaytarıldığını və həmin əşya müqabilində verilmiş pulun geri ödənildiyini bildirmişdir. Məhkəmə Cavabdeh qeyd etdiyi xüsusatı inandırıcı və ağlabatan hesab etmir. Cavabdeh onda olmasını etiraf etdiyi 9 əşya ilə yanaşı xx.xx.2016cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletində göstərilən 3400 qram çəkisi olan gümüş servizində müqabilində götürülən borc məbləğinin qaytarılması şərti ilə İddiaçı qaytarılmalıdır». Göründüyü kimi həmin iddia tələbi üzrə (3400 qram olan gümüş «Konyak» serviz dəsti, 14000 ABŞ dolları) birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəsi işin müəyyən edilmiş halları ilə uyğunluq təşkil etmir. Məhkəmə faktiki olaraq həmin əmlakın qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıya qaytarılmalı olmasını müəyyən etsə də, faktiki olaraq bununla bağlı qərar qəbul etməmişdir. Digər tərəfdən istinad olunan sonuncu iki halla (dəyəri 25000 ABŞ dolları olan briliyant dəsti və çəkisi 3400 qram olan gümüş «Konyak» serviz dəsti) bağlı məhkəmələrin gəlmiş olduğu nəticələri ziddiyyətlidir. Beləki, birinci halda məhkəmələr əşyanın üstündən çəkilən xətti əsas götürərək cavabdehin iddiaçı qarşısında məsuliyyət daşımaması nəticəsinə gəlsə də, eyni əsaslara malik olan dəlillə isə fərqli qiymət verilməsi aydın görünür (birinci halda əşyanın adının üzərindən xəttin çəkilməsini öhdəliyin icra edilməsi, ikinci halda isə icra edilməməsi kimi qəbul olunmuşdur). Yuxarıda göstərildiyi kimi məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında faktiki olaraq lombardla bağlı öhdəlik münasibətləri mövcuddur. Məhkəmə kollegiyası da məhkəmələrin həmin mövqeyi ilə razılaşır. Belə olan halda yuxarda göstərilən müddətdən əvvəl və sonra verilmiş pul məbləğlərinə görə girov qəbul edən və ilk iddiaçının cavabdeh qarşısında əvvəlki öhdəliklərinin icra olunmadığı halda ona girovsuz pul məbləği verməsi faktiki olaraq tərəflərin özlərinin formalaşdırmış olduqları münasibətlərlə heç bir uyğunluq təşkil etmir. Nə qədər ki cavabdeh iddiaçının göstərdiyi tarixlərdə və məbləğlərdə pul məbləğinin ilk iddiaçıya verilməsini qəbul edir, iddiaçının göstərdiyi kimi bu halda həmin tarixlərdə verilmiş pul məbləğlərinə görə ilk iddiaçının girov qoyması daha inandırıcı və tərəflərin formlaşdırmış olduqları münasibətlərə uyğun hesab edilə bilər. Lakin, məhkəmələrin ilkin iddiaçının bu dəlilli üzrə faktiki olaraq heç bir araşdırma aparmamış və yalnız müvafiq sübutların təqdim edilməməsinə istinad edərək nəticəyə gəlməklə kifayətlənmişlər. Faiz məbləğinin aşağı salınması ilə bağlı verildiyi iddia olunan əşyalara münasibətdə nə birinci instansiya məhkəməsi, nə də müvafiq dəlillər irəli sürməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsinin həmin dəlilləri araşdırması müəyyən olunmur. Digər əmlaklarla bağlı hissə üzrə isə müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən xüsusi qərardad qəbul olunmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi həmin qərardadın icrası ilə bağlı araşdırma aparmamış və xüsusi qərardadın nəticələri müəyyən edilərək işdə olan sübutlarla qarşılıqlı olaraq qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin olaraq məhkəmələr qarşılıqlı iddianın irəli sürülməsi əsaslarını, həmin məbləğlərin verilməsi, onlara müvafiq olaraq girov qoyulmuş əmlakların (onların sayı, məbləği, çəkinin əhəmiyyətli olması halında çəkisinin) olubolmamasını aydınlaşdırmalı, bundan sonra qaytarılmış və qalıq borc məbləğini, faiz hesablanmalıdırsa bunun dərəcəsi və cəmi məbləğini müəyyən etməli idi. Bundan sonra ilk iddiaçının həqiqətən borc məbləğinin geri qaytarılmasına dair iradəsinin olmasını müəyyən etməli və borc məbləği geri qaytarılmamışdırsa, qarşılıqlı iddiaçının hansı səbəbdən borcun məcburi qaydada tələb olunmasına cəhd etməməsi müəyyən edilməlidir. Məhkəmələr məhz ilk iddiaçının tələbindən sonra faktiki olaraq ilk iddia ərizəsində göstərilən məbləğlə razılaşaraq cavabdehin tələb irəli sürməsi aydınlaşdırılmamışdır. İşdə olan digər sübutların qarşılıqlı olaraq yoxlanaraq qiymətləndirilməsi zəruri olduğu halda məhkəmələr faktiki olaraq heç araşdırma aparmamış, sübutların qarşılıqlı qiymətləndirilməsini təmin etməmişlər. Yalnız qarşılıqlı iddiaçının formal mülahizələrə əsaslanan izahatı və təqdim olunmuş bir birini tamamlamayan şahid ifadələrinə əsaslanmaqla qətnamə qəbul edilmişdir. Faiz məbləğini müəyyən edərkən isə tərəflər arasında bağlanmış ayrı-ayrı müqavilələrin olmasını, onların hər birində fərqli faiz məbləğləri göstərilməsini, hansı səbəbdən məhz 10 aylıq müddət üçün faiz məbləğinin tələb olunması və faiz məbləğinin hesablanması və tələb olunması üçün maddi hüquqi əsasların mövcudluğu müəyyən edilməmiş qalmışdır.”. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi 5500 ABŞ doları dəyərində gümüş yemək dəstinin cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletindən görünür ki, 3.400 qram çəkisi olan gümüş servis müqabilində aylıq 8% (400 ABŞ dolları) ödəmək şərti ilə 5000 ABŞ dolları İddiaçı verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletindən görünür ki, 3.300 qram çəkisi olan “Mavi servis” dəstin müqabilində ayda 8% (480 ABŞ dolları) ödəmək şərti ilə 6000 ABŞ dolları məbləğində pul İddiaçı verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletindən görünür ki, ağ rəngli “şərq konyak” dəstinin müqabilində ayda 8% (480 manat) ödəmək şərti ilə 6000 manat məbləğində pul İddiaçı verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletindən görünür ki, “nefrit” serviz, “baboçka” (kəpənək) dəsti, gümüş salat qabı müqabilində 3600 ABŞ dolları və (2500 ABŞ dolları məbləğində qiymətləndirilmiş) üzük müqabilində İddiaçı verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletindən görünür ki, komplekt 750 əyar -95,15 qram və saat 750 əyar-70,39 qram olan əşyalar müqabilində 10000 manat ayda 8% (800 manat) ödəmək şərti ilə İddiaçı verilmişdir. Biletdən həmçinin görünür ki, 750 əyar -95,15 qram komplekt yazısı qələmlə qaralanmış və qalıq məbləğ 6200 manat ayda 8% (496 manat) ödənilməsi kimi göstərilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli (lombardın işçisi Şahid adını əks etdirən möhürlü) lombard biletindən görünür ki, “baboçka” (kəpənək) serviz, 6 ədəd qədəh, salat tabağı və meyvə tabağı müqabilində aylıq 8 % (869 manat) ödəmək şərti ilə, 10.863 manat İddiaçı verilmişdir. İş materiallarında olan Azadlıq pr-ti 86 ünvanda yerləşən lombardın işçisi Quliyeva Aidə tərəfindən 20 saylı PB-nin rəisinə yazdığı xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, saat 12.30 radələrinə Lalə adlı qadın lombarda gələrək nalayiq sözlər deməyə başladı və dava-dalaş etməyə cəhd etdi. İş materiallarında olan Cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin, 20-ci PB-də verdiyi izahatında göstərmişdir ki, İddiaçı ayrı-ayrı vaxtlarda işlətdiyi lombarda gələrək ayrı-ayrı məbləğlərdə öz mallarını qoyaraq ondan müəyyən məbləğdə pul götürmüş və daha sonra pulu geri qaytarmamışdır. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2018-ci il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 ünvanında yerləşən lombardda nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etdiyi üçün, o, həmin hərəkətlərinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-nin xx.xx.2018-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı şikayət ərizəsinə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş İddiaçı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Müzəffər Abdullayev ifadəsində göstərmişdir ki, o, 8 ildir ki, İddiaçı sürücüsü işləmiş və 70 faiz işlərini o görmüşdür. İddiaçı əşyaları lombarda çox vaxt onunla birlikdə vermişdir. Əşyaları lombarda girov qoyanda Aidə xanım, Dilarə xanım və bir cavan oğlan təqdim olunan əşyaları qiymətləndirirdilər. Həmin lombard Nəsimi bazarının yanında, 4 yol ayrıcında yerləşirdi. Oraya 2017-ci ildə 2 böyük servisləri - biri göy, digəri mebel rənglərində və ya palto, ya da qadın şubalarını aparıb girov qoymaq üçün təhvil vermişdir. Digər lombard isə Azadlıqda yerləşirdi və 2018-ci ildə oraya da 2 böyük paket əşyalar aparmışdır. Şahid izahatında əlavə olaraq göstərmişdir ki, əşyaları Cavabdeh özü də, işçiləri də qəbul edirdi. Ödənişlər isə fərqli məbləğlərdə olmuşdur. Bəzi hallarda əşyalar təhvil veriləndə lombard bileti verilmirdi. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi 20-ci PB-nin sahə rəisi Orxan Süleymanov ifadəsində göstərmişdir ki, tərəflərlə qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Hazırki mülki mübahisə ilə bağlı bildirmişdir ki, 2018-ci ilin yayında İddiaçı barəsində şikayət daxil olmuş, eyni zamanda İddiaçı də mallarının ona qaytarılmaması barədə şikayəti olmuşdur. İddiaçı tərəfindən şikayət daxil olduqdan sonra, ona rəsmi qaydada cavab verərək qeyd etmişlər ki, onların səlahiyyətləri çərçivəsinə aid olmadığına görə araşdırmanı həyata keçirə bilmirlər və Lalə xanıma bildirmişlər ki, rəsmi qaydada məhkəməyə müraciət etsin. Cavabdeh ilə İddiaçı arasında olan lombard münasibətlərinin olub-olmamasını araşdırmamışlar. Lakin, İddiaçı onlara müraciətində bildirmişdir ki, onun Cavabdeh işlətdiyi lombarda əşyalarını girov qoymuşdur və əşyalarını geri ala bilmir. Şahid əlavə olaraq bildirmişdir ki, İddiaçı lombarda öz mallarının orada olub-olmadığını soruşmağa getmiş və nəticədə inzibati xəta (xırda xuliqanlıq) törətmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Şahid həmçinin qeyd etmişdir ki, şikayət araşdırılan vaxt o, İddiaçı zəng edərək bildirmişdir ki, Cavabdeh izahatı alınarkən o, izahatında İddiaçı mallarının hər birinin yerində olduğunu bildirmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, ilk iddiaçının cavabdehə qarşı əmlak tələbinin əsası iddia ərizəsində sadaladığı əmlakların qaytarılması ilə bağlı olsa da, tələbin məzmunundan aydın olur ki, faktiki olaraq iddiaçı tələbində Cavabdeh olan borcunu yalnız tələb etdiyi əmlakların qaytarılması qarşılığında qaytarmaq niyyətindədir. Buna görə də, o, əvvəlcə cavabdehə girov verilməsi iddia edilən əmlakların ondan alınmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia tələbi üzrə İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh işlətdiyi lombarda müxtəlif vaxtlarda əmlaklarını girov qoyması və müxtəlif məbləğlərdə pul götürməsilə tərəflər arasında lombard münasibətləri yaranmışdır. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsində və izahatında “Mavi servis”; “konyak dəsti ağ rəngdə”; “gümüş qab“, “saat Harry Winston”, “servis kəpənək”, “06 ədəd qədəhlər”, “salat qabı” və “meyvə qabı” və 01 ədəd qızıl üzük olmaqla 9 adda əşyaların onda olduğunu və qaytarılmalı olmasını etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Cavabdeh iddia tələbində İddiaçı də öz izahatında qeyd etdiyi kimi 14600 ABŞ dolları məbləğində ödənilməmiş borcunun ona qaytarılmasını tələb etməsi xx xxxxxx 2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletində göstərilən 3.400 qram çəkisi olan gümüş servisin İddiaçı qaytarılmadığına dəlalət edir. Əks halda Cavabdeh İddiaçı 14600 ABŞ dolları məbləğində yox, 9600 ABŞ dolları (14600-5000= 9600 ABŞ dolları) məbləğində borcunqaytarılmasını tələb etməli idi. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh onda olmasını etiraf etdiyi 9 əşya ilə yanaşı xx xxxxxx 2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletində göstərilən 3.400 qram çəkisi olan gümüş servis də müqabilində götürülən borc məbləğinin qaytarılması şərti ilə İddiaçı qaytarılmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.2-ci maddəsinə əsasən, əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur (MM 302.5). Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır (MM 302.6). Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur. Bununla bağlı kollegiya qeyd edir ki, apelyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən alınan borclardan ödənilmiş pullar çıxıldıqdan sonra Cavabdeh tələb etdiyi borc 14600 ABŞ dollarıdır. Odur ki, belə başa düşülməlidir ki, xx xxxxxx 2016-cı il tarixli Lombard biletində göstərilən 3400 qram çəkisi olan gümüş servis İddiaçı qaytarılıb. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli lombard biletindən də görünür ki, “gümüş serviz-3400qr” sözünün üstündən xətt çəkilmişdir. Kollegiya ağlabatan mühakimə və daxili inamına əsaslanaraq hesab edir ki, lombard biletində əşyanın adının qaralanması həmin əşyanın geri qaytarıldığı mənasına gəlir. Belə ki, iş materiallarının 125-ci səhifəsində olan xx.xx.2017-ci il tarixli lombard biletindən də görünür ki, komplekt 750 əyar -95,15 qram və saat 750 əyar-70,39 qram olan əşyalar müqabilində 10000 manat ayda 8% (800 manat) ödəmək şərti ilə İddiaçı verilmiş, L.Məmmdəzadə tərəfindən həmin borc üzrə bir neçə dəfə ödənişlər edilmiş, həmin ödənişlər Cavabdeh məxsus (üzərində VÖEN hesabı qeyd edilən) möhürlə təsdiqlənmişdir. Bunadan sonra biletdə qeyd edilən 10000 manat borc və 800 manat faiz yazıları qaralanaraq, borc məbləği 6200 manat və faiz borcu isə 496 manat qeyd edilmişdir. Həmçinin komplekt 750 əyar -95,15 qram yazısı da qaralanmışdır. Kollegiya ağlabatan mühakimə əsasında hesab edir ki, borc məbləği və qoyulmuş əşyalar qeyd edilən yazıların qaralanması həmin borc məbləğlərinin ödənilməsini və ödənilmiş borc müqaviləsində əşyanın geri qaytarıldığını ehtiva edir. Göstərilənlərə əsasən də, kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixli lombard biletində “gümüş serviz-3400qr” sözünün qaralanması həmin əşyanın İddiaçı qaytarılması mənasına gəlir. Kollegiya ilk iddia üzrə cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi girov kimi götürülmüş 9 adda əşyaların, yəni iddiaçı LaləMəmmədzadəyə məxsus 15000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəsti, 14 000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəsti, 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzük, 15 000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəsti, 30 000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatı (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8 000 ABŞ dolları dəyərində gümüş babocka “kəpənək” dəsti, 7 000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3 000 ABŞ dolları dəyərində gümüş salat tabağı, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməlidir. Qeyd edilən əşyalar olmadıqda onların dəyəri olan 116 000 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməlidir. Kollegiya qeyd edir ki, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin İddiaçı qaytarılması hissəsində isə tələb əsaslı sayıla bilməz. Belə ki, iş materiallarının 123-cü səhifəsində olan qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 3390 manat pul verilmişdir, lakin həmin pulun müqabilində 5500 ABŞ dolları dəyərində olan gümüş yemək dəstinin girov qoyulması göstərilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı İddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Kollegiya eyni zamanda, qeyd edilən əşyalar olmadığı təqdirdə onların dəyəri olan 116000 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməsini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Kollegiya ilk iddia tələbinin digər əmlakların, yəni 1500 ABŞ dolları qiymətində qızıl brilliant daşlı sırğa, 8500 ABŞ dolları qiymətində “mavi serviz”, 14000 ABŞ dolları qiymətində “konyak” dəsti, 25.000 ABŞ dolları qiymətində briliant qaşlı qızıl dəsti (üzük, sırğa, klon, boyunbağı - 95.15 qram çəkidə qızıl, 114 karat briliant), 12.000 ABŞ dolları “rıbka” RS serviz, 3000 ABŞ dolları dəyərində yemək dəsti (6 person), 3600 ABŞ dolları dəyərində gümüş qrafin (2 ədəd), 4000 ABŞ dolları dəyərində qara norka kürk, 5000 ABŞ dolları dəyərində palto dior, 2200 ABŞ dolları dəyərində vaza “beqoniya” SÇ, 1500 ABŞ dolları dəyərində 3 daşlı qızıl briliant sırğa, 2000 ABŞ dolları dəyərində qəhvəyi norka jilet, 1200 ABŞ dolları dəyərində norka yaxalıqlı palto, 2500 euro dəyərində qəhvəyi norka jilet, 2500 euro norka jilet (VUD), 2500 manat dəyərində yarım palto, 10.000 manat dəyərində 2 ədəd rəsm əsəri, 12000 ABŞ dolları dəyərində serviz “balıq RS”, 5500 ABŞ dolları dəyərində yemək dəsti SÇ (12 personal), 6000 ABŞ dolları dəyərində stakan altı RS (yaşıl), 5000 ABŞ dolları dəyərində meyvə tabağı RS, 2400 ABŞ dolları dəyərində mürəbbə qaşıq (6 ədəd), 3.000 AbŞ dolları əvəzində tort üçün kürək RS (6 ədəd), həmçinin yuxarıda qeyd olunan 5500 ABŞ dolları dəyərində olan gümüş yemək dəstinin, cəmi 239.900 ABŞ dolları, 5000 euro və 12500 manat dəyərində əmlaklarının geri qaytarılması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, ilkin iddia üzrə İddiaçı sadalanan əmlaklarla bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni, həmin əmlakların pul götürməsi müqabilində lombarda girov qoymasını təsdiq edən hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya İddiaçı özünün tərtib etdiyi “Lombarddakı əmlak” siyahısını sübut kimi qəbul etmir. Belə ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya qarşılıqlı iddia tələbinin “33919 manat və 14600 ABŞ dolları dəyərində əsas borcun ödənilməsinə” dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 2016-cı ildən başlayaraq müxtəlif vaxtlarda girov müqabilində lombard fəaliyyəti ilə məşğul olan Cavabdeh 6-8 faiz olmaqla pul götürmüşdür. Götürdüyü pulların bir qismini ödəsə də, lakin onun həmin girov müqabilində götürdüyü pullar üzrə Cavabdeh borcu qalmışdır. Borcunun qalmasını isə İddiaçı öz ilkin iddia ərizəsində etiraf edərək göstərmişdir ki, Cavabdeh 14.600 ABŞ dolları və 29.919 manat borcu vardır. Həmçinin,İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, müxtəlif vaxtlarda 2017-ci ilin noyabr və dekabr aylarında 1500+1500; 2018-ci ilin yanvar və fevral aylarında müvafiq olaraq 1000+1000 manat olmaqla ümumilikdə 5000 manat pul götürmüş, sonradan Cavabdeh ondan dörd dəfəyə götürdüyü 5000 manat (1500+1500+1000+1000) müqabilində 16900 ABŞ dolları, 5000 Euro və 12500 manat dəyərində geyim əşyaları, qızıl-zinət və gümüş məmulatı, qiymətli rəsm əsərləri girov götürmüşdür. Bununla bağlı lombarddakı dəftərdə şəxsən qeydiyyat aparmışdır. Ancaq sonradan məbləğin 4000 manatını Cavabdeh ödəsə də, o, girov qoyulmuş əmlaklarını qaytarmamışdır. Kollegiya İddiaçı 2017-ci ilin noyabr və dekabr aylarında 1500+1500; 2018-ci ilin yanvar və fevral aylarında 1000+1000 manat olmaqla ümumilikdə 5000 manat pul götürməsinin öz etirafı ilə də təsdiq olunduğunu, lakin sonradan həmin 5000 manatın 4000 manatını Cavabdeh ödəməsinin məhkəmə araşdırması zamanı təsdiq edilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh əsas borc olaraq 29919 manat deyil, 33919 manat borcu qalmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış lombard münasibətləri ilə bağlı müqavilələri müddətsiz olmuş, yəni bu münasibət müddətlə şərtləndirilməmişdir. Həmçinin, kollegiya onu da qeyd edir ki, tərəflər arasında girov qoyulmaqla pul götürülməsi (lombard münasibətləri) özlərinin izahatlarına əsasən 6-8 faizlə olduğu halda, qarşılıqlı iddiaçı tələbində göstərdiyi faizlə, yəni, hər ay 3 faiz olmaqla borcun tutulmasını tələb etdiyindən məhz bu faizlə hesablanmanın nəzərə alınması məqsədə uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2018-ci ilin may ayından etibarən İddiaçı lombard münasibətləri əsasında yaranan borcu üzrə ödənişlər etməmiş və bunun səbəbini o, ilkin iddia ərizəsində göstərdiyi kimi 2018-ci ilin may ayından etibarən Cavabdeh iş yerində tapa bilməməsi ilə əsaslandırmışdır. Borcunu ödəməməkdə digər səbəb kimi isə onun girovda olan əşyalarını qaytarmaq istəyi, eləcə də, ümumiyyətlə onun nə qədər borcunun olmasını aydınlaşdırmaq niyyətinin olmasını göstərmişdir. Göründüyü kimi, X2 2018-ci ilin may ayından qarşlılıqlı iddia ərizəsi verilən tarixə olan dövr üçün (10 ay) ümumi borcu üzrə ödənişləri həyata keçirməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında lombard münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış və həmin öhdəliklərə görə qarşılıqlı iddiaçının İddiaçı aralarında müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə yuxarıda qeyd edilən səbəblər üzrə öhdəlikləri yerinə yetirməməsini etiraf etmişdir. Kollegiya həmçinin hesab edir ki, İddiaçı lombard müqaviləsi əsasında yaranan münasibətlərindən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklərin icra edilməməsinə görə Cavabdeh hazırkı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı faktiki olaraq Cavabdeh götürdüyü pullar üzrə borcunun qalmasını faktiki etiraf etməsini nəzərə alaraq, sonuncunun buna dair müvafiq qeydləri məhkəməyə təqdim etməməsinə əsaslanaraq onun bu faktiki etiraf edilən borcun olmasına dair sübutları məhkəməyə təqdim edildiyi halda borcunu ödəyəcəyini göstərməklə hüquqdan sui-istifadə etmə halına yol verməsi kimi dəyərləndirməsini əsaslı sayır. Belə ki, ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin olunmamalı, həmçinin cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(009)-338/2019 nömrəli qətnaməsi 5500 ABŞ doları dəyərində gümüş yemək dəstinin ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi hissəsində ləğv olunaraq qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin olunmasın. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(009)-338/2019 nömrəli qətnaməsi 5500 ABŞ doları dəyərində gümüş yemək dəstinin cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi hissəsində ləğv olunsun. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7147/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7147/2020
22.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver