Məhkəmə qərarları › İş №2(103)-7165/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7165/2025

25.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7165/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1473/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması, avtomobilin sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** NA *** qeydiyyat nişanlı xx.xx.2022 buraxılış ili, X5 minik markalı avtomobilə dair BB 277695 seriya nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, avtomobilin cavabdehdən alınaraq onun mülkiyyətinə və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 55000 manat pul vəsaiti, vəkilə ödənilmiş 320, ödənilmiş dövlət rüsumu 100 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)- 1473/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

5. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə təqdim edərək verdiyi apellyasiya şikayətini geri götürülmüş və icraata xitam verilməsi barədə qərardad qəbl edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətindən imtina edilməsi barədə ərizənin qəbul edilərək, mülki iş üzrə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Ərizənin məzmunundan göründüyü kimi, iddiaçı mahiyyət etibarı ilə apellyasiya şikayətindən imtina etməsi barədə iradə ifadəsini bildirmişdir. Beləliklə, hazırda iddiaçının apellyasiya şikayəti üzrə mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur.

9. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1473/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar