Məhkəmə qərarları › İş №2(103)-7180/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7180/2022

25.10.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7180/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(006)-208/2022 nömrəli qərardadından cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verdiyi şikayətə Bakı Apellyasiya məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər ləğv prosesində olan QSC “Bank Sandart” Kommersiya Bankına və Əmanətlərin Sığortalanması Fonduna, 3-cü şəxslər Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Əmlak X1rşı «ipoteka müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair iddiaçı ilə QSC “Standart Bank” KB arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyünün ləğv edilməsi, həmçinin əmlakın üzərindəki məhdudiyyətin götülürməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-208/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksi kimi müəssisənə dair X3, "xxxx" MMC və X2 ilə QSC “Standart Bank” KB arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilmiş, ipoteka predmeti ipotekadan azad edilsin və dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilmiş və əmlakın üzərindəki məhdudiyyət götürülmüşdür. Sonradan – xx.xx.2022-ci il tarixdə cavabdeh Ləğv prosesində olan "xxxx" X7 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(006)-208/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-208/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 208/2022 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan "xxxx" X7 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətin geri qaytarılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh Ləğv prosesində olan "xxxx" X7 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu yenidən "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə eyni məzmunlu apellyasiya şikayəti verərək iddianın rədd olunmasını xahiş etmişdir. Eyni zamanda - Ləğv prosesində olan "xxxx" X7 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli, 2(006)-208/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(006)- 208/2022 saylı qərardadı ilə müddətin bərpasına dair ərizə təmin edilməmiş, cavabdeh Ləğv prosesində olan "xxxx" X7 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-208/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Sonradan – 22 sentyabr 2022-ci il tarixdə cavabdeh LPO "xxxx" KB QSCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(006)-208/2022 saylı qərardadından şikayət verərək, qeyd olunan qərardadın ləğv edilməsi, apellyasiya şikayəti vermək müddətinin cavabdeh tərəfindən üzürlü səbəbdən buraxılmış hesab edilməsi və buraxılmış müddətin bərpası barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, e- 2(006)-208/2022 saylı qərardadı ləğv edilməli və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair iddiaçının ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdeh şikayətində qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 208/2022 saylı qətnaməsi “Elektron Məhkəmə“ informasiya sistemində olan elektron kabinetə xx.xx.2022-ci il tarixdə yerləşdirilsə də bununla bağlı elektron poçt ünvanına heç bir məlumat daxil olmamış və QSC "xxxx" KB tərəfindən istifadə edilən ASAN İMZA nömrəsinə SMS bildiriş göndərilməmişdir. Elektron növ bildirişlər və qərarlar praktikada yeni olduğundan və əvvəllər olmaması səbəbindən tərəflərindən qətnamənin kağız daşıyıcıda gəlməsi gözlənilmişdir. Həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu digər birinci instansiya məhkəmələrində qəbul olunan qərar və bildirişlər məhkəmələr tərəfindən elektron kabinetlərə yerləşdirilməklə yanaşı banka kağız daşıyıcıda da göndərilir. 2(006)-208/2022 saylı mülki iş üzrə də tərəflərə göndərilən məhkəmə bildirişləri və qərardadlar poçt vasitəsilə Əmanətlərin Sığortalanması Fondunun faktiki ünvanı olan Xətai rayonu, Babək prospekti 16 ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardad, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli məhkəmə bildirişləri və işdə iştirak edən şəxslərə göndərilməli olan digər sənədlər tərəflərin elektron kabinetlərinə yerləşdirilməklə yanaşı, həm də poçt vasitəsilə Fondun ünvanına kağız daşıyıcıda da göndərilmişdir. Buna uyğun olaraq xx.xx.2022-ci il tarixli qətnamənin də Nəsimi Rayon Məhkəməsi tərəfindən Fondun faktiki ünvanına kağız daşıyıcıda göndərilməsi gözlənilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 208/2022 saylı qətnaməsi “Elektron Məhkəmə“ informasiya sistemində olan elektron kabinetə xx.xx.2022-ci il tarixdə yerləşdirilsə də, qətnamənin iş üzrə tərəflərə göndərilməsinə dair müşaiyyət məktubunun tarixi 03 fevral 2022-ci il tarixidir.(i/v-212). Bundan başqa qətnamənin Elektron Kabinetə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən Çıxarışın tarixi 22 iyuı 2022-ci il tarixidir.(i/v 213) Həmçinin, “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində əməliyyatlarla bağlı çıxarışdan görünür ki, “sənədin istiqaməti” Elektron imza ilə 22 iyuı 2022-ci il tarixdə imzalanmışdır. Beləliklə, yuxarıda göstərilənlərə qiymət verməklə Apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair cavabdehin ərizəsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 133.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2.-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır: Odur ki, kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və yuxarıda qeyd edilən göstərişlər nəzərə alınmaqla cavabdehin prossesual müddətin bərpasına dair ərizəyə yenidən baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(006)-208/2022 nömrəli qərardadı ləğv edilsin. Apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair cavabdehin ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qanini qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar