Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7222/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinə sahiblik hüququnun tanınması, maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 678/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxsov Səfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 05.03.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdehin inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin (mağazanın) olan maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Meqa-Siti Holdinq” MMC ilə aralarında bağlanmış 05.03.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdehin inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri yaşayış sahəsinin (mağazanın) hər bir kvadrat metri üçün 3000 AZN manat, ümumilikdə 372000 manat tam ödəmiş və ona 05.03.2014-cü il tarixində şirkətə borcunun olmaması barədə 207 nömrəli maliyyə arayış verilmişdir. Cavabdeh Meqa-Siti Holdinq” MMC həmin müqavilənin 3.2. bəndinə əsasən 24 ay müddətinə qeyri-yaşayış sahəsini onun mülkiyyətinə vermək öhdəliyini müqavilənin 1.1. bəndinə əsasən müəyyənləşdirilmişdir. Lakin bu günə kimi dəfələrlə bu barədə "xxxx" MMC-yə müraciət etsə də cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və yetirməkdən yayınaraq müxtəlif bəhanələr gətirir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün adı gedən mənzilə olan sahiblik hüququndan məhrum olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-678/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəfindən mübahisəli əmlak Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1-də yerləşən qeyri-yaşayış sahəsi vətəndaş X3 pul vəsaiti hesabına əldə edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21.02.2019-cu il tarixdə ******* saylı çıxarış onun adına verilərək, mülkiyyətin ona məxsus olması qanunvericiliyə uyğun olaraq öz təsdiqini tapmışdır. İddiaçının qanunsuz hərəkətləri barəsində Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində qeyd edilən əmlakın bir qrup şəxs tərəfindən zəbt edilməsinə dair araşdırılan material üzrə adı çəkilən binanın keçmiş komendantı Maksim Zeynalov, Qədirov Aqil və Elnur Məmmədovla əlbir olaraq hansısa qanunsuz yolla İddiaçı ona məxsus mülkiyyətin zəbt edilməsinə və onların digər qanunsuz hərəkətləri barəsində Baş Prokurorluğun korrupsiya İdarəsində cinayət işinin araşdırılması nəzərə alınaraq yuxarıda qeyd edilən materialda baş prokurorluğa göndərilmişdir, məhkəmə gedişində hakim cavabdehin səlahiyyətlərini yoxlamayaraq, yəni X2 Cavabdeh MMC-yə aidiyyatı tamamilə olmamasını nəzərə almayaraq və aidiyyatı orqanlara sorğu göndərməyərək tez-tələsik qətnaməni qəbul edərək qanunsuz olaraq vətəndaşın əmlakını əlindən almağa çalışmışdır, ona görə ki, qətnamənin məzmunundan göründüyü kimi, mülki iş üzrə heç bir araşdırma aparılmadan mülki işə aid edilməyən qanunvericilik toplusunu qətnamədə sadalamaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi bilərək ki, uzun müddətdir yeni tikilmiş binalarda mütamadi olaraq problemlər yaşayaraq vətəndaşlar günlərlə prokurorluq və məhkəmələr qarşısında zəlil olaraq, özlərinin halal əmlaklarından məhrum edilməsini nəzərə almayaraq, sadəcə olaraq yerli baxış keçirdikdə məlum olardı ki, həmin mübahisəli əmlak kimə məxsusdur. Sadalanan faktlardan göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, qeydlə bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunulan şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsini Maraqlı şəxs bağışlama müqaviləsi əsasında əldə etmiş və həmin əmlaka dair hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və çıxışında qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair 2013-cü ildə təmsil etdiyi şəxslə cavabdeh arasında müqavilə bağlanmışdır. Maraqlı şəxs apellyasiya şikayətində istnad etdiyi P.Pənahovla "xxxx" MMC arasında bağlanmış müqavilə hazırda müstəqil iddia ilə mübahisələndirilmişdir. Həmin qeyri-yaşayış sahəsinə dair başqa bir müqavilənin mövcud olmasından xəbərsiz olmuşlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 05.03.2013-cü il tarixli müqaviləyə əsasən satıcı "xxxx" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı isə bunun müqabilində 372.000 manat məbləğində pulu MMC-yə ödəmişdir. İş materiallarına əlavə edilmiş 207 saylı 05.03.2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MMC-yə borcu qalmamışdır. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC ilə X8 arasında bağlanmış 06.08.2014-cü il tarixli müqavilə ilə satıcı "xxxx" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcı X6 təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı isə bunun müqabilində 189.000 manat məbləğində pulu MMC-yə ödəmişdir. İş materiallarına əlavə edilmiş 06.08.2014-cü il tarixli maliyyə arayışından görünür ki, X5 "xxxx" MMC-yə borcu qalmamışdır. Sözügedən əmlak 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 02.02.2019-cu il tarixli, 4Ə-111 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Maraqlı şəxs adına özgəninkişləşdirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 114.4 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsusdur. Apellyasiya baxışı zamanı mübahisəli - Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsinə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı qeyri-yaşayış sahəsinin cizgilərinə görə texniki pasportdakı ölçülərə uyğun olması müəyyən edilmişdir. Həmçinin iddiaçı eləcə də maraqlarına toxunan şəxs məhkəmə iclasında mübahisənin eyni qeyri-yaşayış sahəsinə adi olduğunu bildirmişlər. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlanaraq, qeyri-yaşayış sahəsi ilə bağlı müəyyən edilmiş ödənişin iddiaçı tərəfindən edilməsinə baxmayaraq, həmin qeyri yaşayış sahəsi 06.08.2014-cü il tarixli müqavilə ilə X1 sonuncu da öz növbəsində bağışlama müqaviləsi əsasında həmin əmlakı Maraqlı şəxs bağışlamışdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 114.4 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, cavabdehin iddianı etiraf etməsinə və iddiaçının müvafiq müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirməsinə istinad etsə də, Maraqlı şəxs adına əmlaka dair verilmiş çıxarış qüvvədə olmaqla mübahisəli əmlakın mülkiyyətçisi olmuşdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.7-ci maddəsinə görə isə, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlə bağlamış olduğu müqaviləyə istinad etməklə cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini irəli sürmüşdür; bununla belə, yuxarıda qeyd olunduğu kimi, mübahisəli qeyri-yaşayış sahəsi hazırda Maraqlı şəxs xüsusi mülkiyyətində olmaqla həmin əmlaka dair hüquqları dövlət qeydiyyatına alınmışdır, Kollegiyanın qənaətinə görə bu hal, ünvan 1 ünvanında yerləşən 114.4 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsini istisna etməklə yanaşı, sonuncunun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Kollegiya iddiaçıya izah edir ki, o, cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödədiyi vəsaitin geri ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlarına toxunan şəxs Maraqlı şəxsov Səfər oğlunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-678/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehlə aralarında bağlanmış 05.03.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdehin inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinə (mağazanın) olan maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7222/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7222/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver