Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7230/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh X4tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 145/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 145/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-145/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadının ləğv edilərək apelyasiya şikayətinin aidiyyəti üzrə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı tamamilə əsassız və qanunsuzdur. Belə ki, qərardaddan göründüyü kimi, guya apelyator dövlət rüsumu ödəməmişdir və apelyasiya şikayətində dövlət rüsumunun ödənilməsi barədə qəbz yoxdur. Əslində isə dövlət rüsumu ödəmişdir və apelyasiya şikayətinə əlavə etmişdir, şikayət qəbul edilərkən qəbz olmuşdur. Hazırki prosesdə isə ən asan məsələ rusumun ödənilməsi olub. Dövlət rüsumunun qəbzinin məhkəmədə itirilməsi onun günahı deyil. Ancaq o, yenə də, ikinci dəfə dövlət rüsumu da ödəyib şikayətə əlavə edir. Məhkəmə nəzərə almalıdır ki, apelyasiya şikayəti məhkəməyə təqdim edilərkən qanunvericiliyin bütün tələblərinə tam riayət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X4 şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X5 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinin tələblərinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.4.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinə müraciət edilərkən, bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Buna müvafiq olaraq cavabdeh qətnamədən apellyasiya şikayəti verərkən 15 manat dövlət rüsumu ödəməli olduğu halda, hər hansı bir məbləğdə dövlət rüsumu ödənilməmişdir. Kollegiya cavabdehin dövlət rüsumunu ödəyərək apelyasiya şikayətinə əlavə etməsi, dövlət rüsumunun qəbzinin məhkəmədə itirilməsi barədə şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mülki işin materiallarında olan aktdan (i.v. 187) göründüyü kimi, apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edildiyi qeyd edilsə də, zərf açılarkən faktiki olaraq qəbz aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 145/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7230/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7230/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver