Məhkəmə qərarları › İş №2(103)-7238/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7238/2022

13.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7238/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər X4 və Cavabdeh3 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-ııin xeyrinə xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019- cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 56.158,29 AZN, faiz borcu üzrə 696,79 AZN, cəmi 56.855,08 AZİN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predrrıctinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 56 855,08 AZN borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi ünvanında yerləşən 123G nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 150.000 (yüz əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən 123G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3706/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh2 ölümü ilə bağlı ona münasibətdə işin icraatına xitam verilməsi və X2 İlham Fətiş oğlunun prosessual hüquq varisi kimi işə cəlb edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı "xxxx" KB ASC xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2018- ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52.597,34 AZN, faiz borcu üzrə 1174,20 AZN, cəmi 53.771,54 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 53771,54 AZN borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 150.000 (yüz əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən 123G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1.174,20 manat, cəmi 53.771,54 manat (əlli üç min yeddi yüz yetmiş dörd manat əlli dörd qəpik) manat məbləğində borcun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödınilmiş 40 manatın tutularaq iddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 155.000 (yüz əlli beş min) manat müəyyən edilməsi, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdeh X6 qaytarılması, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X10 və Cavabdeh1 həmin evdən çıxarılmaları və evin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər X4 və Cavabdeh3 nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada verilməmişdir. Ona görə də cavabdehlərin nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə sonucunun apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Həmçinin o da qeyd edilməlidir ki, cavabdehlərin nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətində şikayət verən şəxs kimi cavabdehlərlə yanaşı iddiaçı "xxxx" KB ASC də qeyd edilmişdir ki, bu da prosessual baxımında yol verilməzdir. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər X4 və Cavabdeh3 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər X4 və Cavabdeh3 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar