Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-724/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızının Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: "birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 Nizami oğlunun iştirakı ilə, iddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızının Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-142/2022 saylı işi üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızı iddia tələbinin həcminin artırılmasına dair bir neçə dəfə ərizə ilə məhkəməyə müraciət edərək, sonuncu ərizədə məhkəmədən Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş 1) Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində cavabdehin adına **********32-05101- 093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyatdan keçən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.3 m2 olan yaşayış sahəsinə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, həmin mənzilə istifadə hüququ tanınmaqla köçürülməsi ve pasport qeydiyyatına alınması; 2) Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində cavabdehin adında **********11-05101-093006 reyestr nömrəli çıxarışla qeydiyyatdan keçən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan Dəmiryol stansiyası b.1, m.14 ünvanında yerləşən 0.118 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 34.9 m2 olan bir mərtəbəli fərdi yaşayış evinə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi və həmin mənzilə istifadə hüququnun tanınması; 3)Cavabdehlə birgə nikah dövründə əldə edilmiş və onun adına qeydiyyatdan keçmiş "Mercedes BenzS500 minik” markalı, **-UP-*** qeydiyyat nişanlı avtomobilə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi və qiymətləndirilərək dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq ona verilməsi,4)Cavabdehlə birgə nikah dövründə təsis edilmiş "X15” MMC-yə,həmin MMC-nin aktivlərinə,gəlirlərinə,həmin MMC-nin adına qeydiyyatdan keçən "Expressbank” ASC-nin Neftçilər filialında mövcud olan AZ62AZEN********************,AZ32AZE N********************, AZ59AZEN********************,"Kapitalbank” ASC-nin Qara Qarayev filialında mövcud olan AZ61AİİB********************, AZ41AİİB401600978**********,AZ71AİİB******************** və "Paşabank” ASC-də mövcud AZ65PAHA40060AZNHCQ200398523 və AZ21PAHA40060AZNHC********** nömrəli bank hesablarındakı bütün valyuta növlərində olan pul vəsaitlərinə,həmin MMC-nin adına qeydiyyatdan keçən "X29” markalı, **-PC-*** qeydiyyat nişanlı, "Maz5337 Ş- də KS35715-01” Xüsusi Təyinat markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, "X20” minik markalı avtomobillərə və Cəmiyyətin balansında olan digər daşınar və daşınmaz əmlaklara münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, həmin daşınar və daşınmaz əmlakların, həmçinin "X29” markalı, **- PC-*** qeydiyyat nişanlı, "Maz 5337 Ş-də KS35715-01” Xüsusi Təyinat markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, "X20” Minik markalı və "Mercedes Benz S500 minik” markalı, **-UP- *** qeydiyyat nişanlı avtokran və avtomobillərin qiymətləndirilərək dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq ona verilməsi; 5) Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş, dəyəri 4000 manat olan yataq dəsti, dəyəri 5500 manat olan qonaq dəsti, dəyəri 3500 manat olan mətbəx mebeli, hər birinin dəyəri 550 manat olan 2 ədəd uşaq çarpayısı dörd ədəd tumbası ilə birlikdə, dəyəri 2000 manat olan bir ədəd künc divanı, dəyəri 800 manat olan 1 ədəd jurnal stolu, hər birinin dəyəri 800 manat, 1500 manat və 2000 manat olan 3 ədəd televizor, dəyəri 800 manat olan bir ədəd televizor altlığı, dəyəri 750 manat olan səs kolonkaları, hər birinin dəyəri 350 və 500 manat olan 2 ədəd çilçıraq (lüstr), ümumi dəyəri 3500 manat olan 8 ədəd xalça; ümumi dəyəri 12500 manat olan məişət texnikaları: 1 ədəd "Bosch” markalı kondisioner, 1 ədəd "Elextrolux” markalı kondisioner, 1 ədəd "Bosch” markalı soyuducu, 1 ədəd "Ariston” markalı paltaryuyan, 1 ədəd qabyuyan, 1 ədəd "Bosch” markalı ütü, 1 ədəd "Braun” markalı altlıqlı buxar ütüsü,1 ədəd ətçəkən, 1 ədəd sokçəkən, 1 ədəd mikser, 1 ədəd blender, 1 ədəd kokteyl düzəldən, 1 ədəd qarğıdalı partladan, 2 ədəd toster, 1 ədəd aspirator, 1 ədəd qaz sobası, 1 ədəd qaz plitəsi, 1 ədəd duxovka, 1 ədəd mikrodalğalı soba, 1 ədəd tərəvəz doğrayan; ümumi dəyəri 4500 manat olan 2 ədəd çay dəsti, 2 ədəd kofe dəsti, 2 ədəd yemək dəsti, 1 ədəd bıçaq dəsti, 1 ədəd qaşıq dəsti, 1 ədəd çəngəl dəsti, 1 ədəd qazan dəsti, 1 ədəd tava dəsti; ümumi dəyəri 1800 manat olan 2 ədəd qonaq otağı üçün pərdə, 2 ədəd yataq otağı üçün pərdə; dəyəri 1500 manat olan mətbəx üçün stol-stul dəstinə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, həmin əmlakların qiymətləndirilməsi, satılması və əldə edilmiş vəsaitin dəyərinin 1/2 hissəsinin və ödənilmiş 30 manat dövlət rüsumun əvəzinin cavabdehdən alınıb ona verilməsi (ödənilməsi) haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 27.3 m2 olan yaşayış sahəsinin 1/2 hissədə bölünməsi ilə bağlı: Sözügedən mənzil xx.xx.1973-cü il tarixli, 093456 saylı orderə əsasən X3 verilmişdir. Daha sonra X6 və onun ailə üzvləri xx.xx.1994-cü ildə həmin mənzildən pasport qeydiyyatından çıxmışlar. X1 həmin ünvana 1995-ci ildə qeydiyyata düşmüşdür. O, 1999-cu ildən həmin ünvana qeydiyyata düşmüşdür. X21 isə 2003-cü ildən həmin ünvana qeydiyyata düşmüşdür. Daha sonra xx.xx.2012-ci il tarixli Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamına əsasən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, mənzil 7 ünvanında yerləşən mənzilin kirayəçisi dəyişdirilərək, Cavabdeh müəyyən edilmişdir. Göründüyü kimi sözügedən mənzil qeydiyyatda olanların (anası və qardaşı) razılıqlarına əsasən sözügedən mənzil əvəzsiz qaydada mülkiyyətinə keçmişdir. İddiaçının həmin mənzildə qeydiyyatı və ya hər hansı hüququ olmadığından onun hər hansı razılığı tələb olunmamışdır. İddiaçının ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 27.3 m2 olan yaşayış sahəsinin 1/2 hissədə bölünməsi ilə bağlı tələbi tamamilə əsassızdır və təmin oluna bilməz. İddiaçının ərizədə qeyd etmiş olduğu 3500 manat dəyərində mətbəx mebeli, 1500 manat dəyərində mətbəx stulu cavabdehin anasına məxsusdur ("xxxx" MMC-nin sorğuya cavabından görsənir ki, həmin əşyaların alınması ilə bağlı cavabdehin anası ilə kredit müqaviləsi bağlanmışdır). Bundan əlavə 1 ədəd qaz sobası mövcud deyil, 1 ədəd “Braun” markalı buxar ütüsü, 1 ədəd mikrodalğalı soba birgə nikahda dövründə deyil, nikah pozulduqdan sonra alınmışdır. Kofe dəsti, yemək dəsti iddia ərizəsində göstərildiyi kimi 2 ədəd deyil, 1 ədəddir, uşaq çarpayısı, tumbaları 4 ədəd deyil, 2 ədəddir. Buna görə də hesab edir ki, sadaladığı həmin əşyalar birgə mülkiyyətin predmeti sayıla bilməz. Eyni zamanda iddiaçının tələb etdiyi “X17” MMC-yə məxsus olmuş “X29” markalı, ** PC *** qeydiyyat nişanlı, “X20” minik markalı, **-JZ-*** qeydiyyat nişanlı, “Maz 5337 Ş-də KS35715-01” xüsusi təyinat markalı avtomobillər, bank hesablarındakı maliyyə vəsaitləri “X17” MMC-nin mülkiyyəti olmuşdur. Ona görə iddiaçı həmin əmlaklarla bağlı əmlak bölgüsü iddiası irəli sürə bilməz. Göründüyü kimi sözügedən əmlakların mülkiyyətçisi cavabdeh yox, “X17” MMC-dir. MMC-nin özünün hüquq və öhdəlikləri var. Bunun üçün MMC öz əmlakları ilə birlikdə məsuliyyət daşıyır. “X29” markalı, ** PC *** qeydiyyat nişanlı, “X20” minik markalı, 99- JZ-613 qeydiyyat nişanlı, “Maz5337 Ş-də KS35715-01” xüsusi təyinat markalı avtomobillər artıq şirkətin mülkiyyətində deyillər, onlar satılaraq əldə edilmiş məbləğ şirkətin borclarına yönəldilmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan Dəmiryol stansiyası b.1, m.14 ünvanında yerləşən 0.118 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 34.9 m2 olan bir mərtəbəli fərdi yaşayış evinə münasibətdə 1/2 hissədə payın müəyyən edilməsi, “Mercedes Benz S 500 minik” markalı, **-UP-*** qeydiyyat nişanlı avtomobilə münasibətdə 1/2 hissədə payın müəyyən edilməsi hissəsində, evdəki əşyalarla bağlı yuxarıda sadalanmış əşyalar çıxılmaqla iddia tələbini qəbul etdiyini bildirmiş, qalan hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-142/2022 saylı işi üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə ( Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Ailə Məcəlləsinin 31, 32, 34, 35, 36, 37, Mülki Məcəllə 152, 154, 157, 225-ci maddələrinə istinadən) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzil və "Mercedes Benz S 500 minik” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızının 1/2 hissədə payının müəyyən edilməsi, "X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında iddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızının 1/2 hissədə (50%) payının müəyyən edilməsi, ünvan 3 ünvanında yerləşən yataq dəsti (çarpayı, termo və şifoner) - 2200 manat, qonaq dəsti - 2700 manat, iki uşaq çarpayısı (iki tumba ilə) - hər biri 150 manat olmaqla, cəmi 300 manat, künc divanı - 700 manat, jurnal stolu - 300 manat, "LG” markalı televizor (qara) - 150 manat, "Samsung” markalı televizor (qara) - 550 manat, "Samsung " markalı televizor (ağ) - 450 manat, televizor altlığı - 300 manat, səs kalonkası - 350 manat, çilçıraq (səkkiz şamlı) - 250 manat, çilçıraq (on iki şamlı) - 300 manat, səkkiz ədəd xalça - hər biri 150 manat olmaqla, cəmi 1200 manat; "Bosch” markalı kondisoner - 400 manat, "Elektrolux” markalı kondisioner - 300 manat, "Bosch” markalı soyuducu - 800 manat, "Ariston” markalı paltaryuyan maşın - 350 manat, "Samsung” markalı qabyuyan maşın - 400 manat, "Bosch” markalı ütü - 60 manat, "Bosch” markalı duxovka - 370 manat, "Bosch” markalı ətçəkən maşın - 120 manat, "Bosch” markalı sokçəkən maşın - 160 manat, bir ədəd mikser - 65 manat, "Bosch” markalı blender - 85 manat, bir ədəd kokteyl düzəldən - 80 manat, "Arnica” markalı qarğıdalı partladan - 40 manat, "Bosch” markalı toster - 110 manat, "Delonghi” markalı toster - 100 manat, bir ədəd aspirator - 230 manat, "Bosch” markalı qaz sobası - 350 manat, bir ədəd tərəvəzdoğrayan - 85 manat, iki çay dəsti - hər biri 150 manat olmaqla, cəmi 300 manat, iki kofe dəsti - hər biri 100 manat olmaqla, cəmi 200 manat, iki yemək dəsti - hər biri 315 manat olmaqla, cəmi 630 manat, bir bıçaq dəsti - 70 manat, bir qaşıq dəsti - 60 manat, bir çəngəl dəsti - 50 manat, bir qazan dəsti - 190 manat, bir tava dəsti - 200 manat, iki ədəd qonaq otağı üçün pərdə - hər biri 300 manat olmaqla, cəmi 600 manat, iki ədəd yataq otağı üçün pərdə - hər biri 300 manat olmaqla, cəmi 600 manat üzərində iddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızının 1/2 hissədə payının müəyyən edilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin işi üzrə 18 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair mülki iş “ünvan 3 ünvanında yerləşən mənzilə iddiaçının istifadə hüququ tanınmaqla köçürülməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin işi üzrə 18 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iş üzrə icraata “iddiaçının ünvan 3 ünvanında yerləşən mənzildə pasport qeydiyyatına alınması” hissəsində xitam verilməsi qərara alınmışdır.
6. İşin icraatı zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)- 3481/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Suraxanı rayon VVADQ Şöbəsində 164 sayla qeydə alınmış xx.xx.2004-cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2003-cü il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X7 nikah pozulduqdan sonra İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2003- cü il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulması, qətnamənin aliment tələbi hissəsində dərhal icra edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətinə əsasən ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2013-cü il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş, **********11-05101-093006 reyestr nömrəli Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası, b.1, m.14 ünvanında yerləşən mənzilin texniki pasportunun notariat qaydasında təsdiq edilmiş surətinə (hüquq subyekti: Cavabdeh) əsasən binanın yerləşdiyi torpaq sahəsinin planı, mənzilin planı təsvir edilmişdir; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş, **********32-05101-093009 reyestr nömrəli ünvan 3 ünvanında yerləşən mənzilin texniki pasportunun notariat qaydasında təsdiq edilmiş surətinə (hüquq subyekti: Cavabdeh) əsasən binanın yerləşdiyi torpaq sahəsinin planı, mənzilin planı təsvir edilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla verilmiş kompüter çıxarışına əsasən xx.xx.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınan "BMW 5231” minik markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə, xx.xx.2006-cı il tarixdə adına qeydiyyata alınan "VAZ 21070” minik markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2006-cı ildə qeydiyyatdan çıxarılıb; xx.xx.2019-cu il tarixdə qeydiyyata alınan "Mercedes Benz S500” minik markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil isə mülkiyyətindədir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla verilmiş kompüter çıxarışına əsasən xx.xx.2019-cu il tarixdə "X17” MMC-nin adına qeydiyyata alınan "Fiat Doblo” minik markalı, ** PC *** dövlət qeydiyyat nişanlı, 25.l0.2019-cu il tarixdə qeydiyyata alınan "Maz 5337 Ş-də KS35715-01” xüsusi təyinat markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı, xx.xx.2020-ci il tarixdə qeydiyyata alınan "X20” minik markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobillər hazırda da "X17” MMC-nin adına qeydiyyatdadır; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsinin 09.072021-ci il tarixli məktubuna əsasən xx.xx.2021-ci il tarixinə olan uçot baza məlumatlarına əsasən Cavabdeh (VÖEN: **********) xx.xx.2021-ci il tarixində vergi uçotuna alınmışdır və qanuni təmsilçi olduğu kommersiya qurumu aşkar edilməmişdir; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh adına Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzdə küçəsi, ev 89, 7 saylı mənzil Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 119 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamına, 449 nömrəli, xx.xx.2013-cü il tarixli forma 2 arayışına, razılıq ərizələrinə əsasən xx.xx.2013-cü il tarixində; Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası, ev 1, 14 saylı mənzil 5 saylı Bakı "Asan Xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2017-ci il tarixli, 4Ə-351 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. "X17” MMC-nin adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh adına Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il tarixli, 093456 nömrəli orderə, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 119 saylı sərəncamdan çıxarışa, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 449 saylı, xx.xx.2013-cü il tarixli forma 2 arayışına, X9, X4 razılıq ərizələrinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, 7 saylı mənzil ilkin olaraq Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, dövlət reyestr məlumatlarına əsasən xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış "X17” MMC-nin təsisçisi olduğu kommersiya hüquqi şəxs aşkar edilməmiş və Cəmiyyətin şəxs hesab vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixə vergilər üzrə borcunun olması müəyyən edilməmişdir; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X5 və X12 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "X17” MMC-nin və onun təsisçisi Cavabdeh adına tikinti, təmir, dağ-mədən və istehsalat texnikaları Agentlikdə qeydiyyatdan keçirilməmişdir; - BOKT "xxxx" MMC və X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 036- EMB-0068-15 nömrəli müqavilədən görünür ki, G.Əmirovaya mətbəx dəsti “Embawood” mətbəx avanqard, masa dəsti “Embawood” masa 4004, masa dəsti “Embawood” St 88001 malları almaq məqsədi ilə 12 ay müddətinə illik 0% ödəmək şərtilə 1680 manat məbləğində kredit verilmişdir; - BOKT "xxxx" MMC və X11 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 036- EMB-0361-13 nömrəli müqaviləyə əsasən G.Əmirovaya statu y/d-n taxt 1 ədəd, döşək pluton 1 ədəd, odessa 1 kunc 1 ədəd malları almaq məqsədi ilə 12 ay müddətinə illik 28% ödəmək şərtilə 1505 manat məbləğində kredit verilmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 11 mart 2022-ci il tarixli məktubundan görünür ki, dövlət reyestr məlumatlarına əsasən Cavabdeh 10 manat pay hüququ ilə “X17” MMC-nin yeganə təsisçisidir; - xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən “MAZ 5337 Ş-də KS35715 01” xüsusi təyinatlı markalı avtokran X10 tərəfindən “X17” MMC-yə 41000 manata satılmışdır; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 36 nömrəli avtomobilin qiymətləndirilməsi barədə hesabata əsasən “Mercedes Benz S-500” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı minik avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixinə likvid dəyəri 15200 manat təşkil edir; - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 37 nömrəli məişət əşyalarının qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 8 ünvanında saxlanılan məişət əşyalarının hazırkı tarixə bazar dəyəri 20015 manat təşkil edir(iş.səh.1-ci cild 11, 15, 18, 40, 42, 51, 139; 2-ci cild 94, 107, 111, 112, 115, 153; 3-ci cild 1, 45). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-142/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini iddia tələbinin ünvan 3 ünvanında yerləşən mənzilə münasibətdə 1/2 hissədə pay hüququnun tanınması, həmin mənzilə istifadə hüququ tanınmaqla köçürülmə və pasport qeydiyyatına alınmasının təmin edilməməsi hissəsində, habelə əmlakların qiymətləndirilməsi hissəsində qanunsuz hesab edilərək ləğv edilməsi və iddia tələbinin qeyd olunan hissədə tam həcmdə təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 52, 77, 88, 149.3, 152, 259; Mülki Məcəllənin 152, 154, 157, 225, 228.5; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 35, 36, 37-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisələndirdiyi qətnamə hüquq əsaslandırma baxımından idia tələblərinin təmin edilməyən hissəsində əsaslandırılmamışdır. Qeyd olunan qətnamədən görünür ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü, 152.1.7-ci, 259.0.12-ci maddələrinə əsaslanaraq ünvan 3 ünvanında yerləşən mənzilə iddiaçının istifadə hüququ tanınmaqla köçürülməsi hissəsində iddia tələblərinin baxılmamış saxlanılması və həmin mənzilə pasport qeydiyyatına alınma hissəsində iddia tələbləri üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixdə ayrıca akt şəkilində qərardadlar qəbul etmişdir. ünvan 9 ünvanında yerləşən mənzilə iddiaçının istifadə hüququ tanınmaqla köçürülməsi hissəsində iddia tələblərinin baxılmamış saxlanılması haqqında xx.xx.2022-ci il tarixli qərardadından ayrıca şikayət vermişlər.Məhkəmə qarşısında birgə nikah dövründə əldə edilmiş daşınar əmlaklara və “Mercedes Benz S 500 minik” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 36 və 37 nömrəli hesabatlar əsasən qoyulmuş qiymətlə razı olmadıqlarını və nəticə etibarı ilə həmin əmlakların dəyərinin çox az dəyərdə qiymətləndirildyindən yenidən qiymətləndirilmə keçirilməsini məhkəmədən xahiş etsələr də, məhkəmə heç bir qanuni əsas gətirmədən bu barədə xahişlərini (şifahi vəsatətlərini) təmin etməyərək tələm-tələsik qətnamə qəbul etmişdir. Belə ki, təkcə “Mercedes Benz S 500 minik” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin bu günki qara bazar qiyməti 3000 ABŞ dolları təşkil edir, digər daşınar əmlakların isə hazırkı bazar dəyəri təxminən 39000-40000 AZN təşkil edir. Məhkəmənin gəldiyi mövqeyə görə birgə nikah dövründə əldə edilmiş mənzil üzərində pay tələb edilməsi və bu mənzildən istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbləri isə bir-biri ilə bağlılığı olmayan tələblərdir, iddiaçının mənzil üzərində payının tanınıb-tanınmamasından asılı olmayaraq, o, mənzildən istifadə hüququnun tanınmasını, eləcə də mənzilə köçürülməsini tələb edə bilər. Məhkəmənin qənaətinə görə hər iki tələbin hüquqi əsasları da bir-birindən tamamilə fərqlidir. Məhkəmə hesab etmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzilə iddiaçının istifadə hüququ tanınmaqla köçürülməsi tələbi ilə iddiaçının bu mənzil üzərində payının tanınması tələbi arasında heç bir bağlılıq olmadığından iddia ərizəsi sonradan artırılan hissədə - istifadə hüququnun tanınmaqla köçürülməsi hissəsində baxılmamış saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü, 152.1.7-ci və 259.0.12-ci maddələrinə əsaslansa da, əslində məhkəmə öz növbəsində həmin prosessual qanunvericilin tələblərini kobud şəkildə pozaraq qanunsuz olaraq iddia ərizələrini qeyd olunan hissədə baxılmamış saxlamışdır. Həmçinin, hazırkı şikayətinə əlavə edilmiş arxiv arayışının alınmasına əsas olmuş onun qanuni sorğusunun nəticəsini gözləmədən məhkəmə iş üçün əhəmiyyətli olan halları öz səlahiyyətləri çərçivəsində araşdırmadan tələm-tələsik qərardad qəbul etmişdir, tərəflərindən iddia tələbinin artırılması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-ci 152-ci maddələrinin hər hansı tələbi pozulmamış və həmin prosessual normalar çərçivəsində iddia tələbinin həcmi artırılmışdır. Həmçinin məhkəmə şikayətçi olduqları qərardadı qəbul edərkən mülki prosessual məcəllənin istinad etdiyi normasını düzgün olaraq təfsir etməyərək qanunsuz qərardadın qəbul edilməsi ilə nəticələnən qənaətə gəlmişdir. İlk növbədə qeyd olunan tələblər bir-biri ilə bağlı tələblərdir. Bununla bağlı məhkəmənin sonda gəldiyi qənaət üçün heç bir qanuni əsaslar olmamışdır. Həmçinin hazırkı şikayətinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışından, məhkəmə baxışı zamanı dindirilmiş şahid idələrindən və həmin mənzilə dair verilmiş çıxarışdan görünür ki, iddiaçının mübahisəli mənzildə xx.xx.2004-cü il tarixdən, yəni cavabdeh ilə nikaha daxil olduğu tarixdən həmin mənzilin cavabdehin adın özələşdirildiyi tarix üzrə ötən dövrdə yaşadığından mübahisəli həmin mənzilə münasibətdə pay hüququ ilə yanaşı həmçinin istifadə hüququ vardır. İddiaçı olaraq hesab edirik ünvan 3 ünvanında yerləşən mənzil ilə bağlı bütün hüquqları tam həcmdə təmin edilməli idi. Belə ki, məhkəmə tərəfindən məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verilməmiş və nəticə etibarı ilə həmin ifadələr qeyri mötəbər hesab etmişdir. baxmayaraq ki, dindirilmiş şahidlər ifadələri ilə ünvan 3 ünvanında yerləşən mənzilin nikah dövründən əvvəl əldə edilməsinə baxmayaraq həmin mənzilin qəzalı vəziyyətdə olduğuna görə 2012-2013-cü illər ərzində tam sökülərək yenidən tikildiyini bir daha təsdiq etmişlər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
8. Cavabdehin nümayəndəsi Vəkil2 Nizami oğlu apellyasiya şikayətinin əsassız olduğunu, mübahisələndirilən mənzilin nikahdan öncə alınmış olduğunu, bir ilə yaxın məhkəmə prosesinin davam etdiyini, qarşı tərəfin yalnız sonuncu iclasda nikah dövründə təmir işlərinin aparılmasını təsdiq etməsi üçün şahidlər gətirdiyini, şahidlərin iddiaçının tanışı olduğunu, cavabdehin anasının da şahid kimi gətirildiyini, onun oğlu ilə arasında münaqişə olmasını öz ifadəsində təsdiqlədiyini və nikah dövründə heç bir təmir işlərinin aparılmadığını bildirmiş, qiymətləndirici şirkətin məhkəmə tərəfindən müəyyən edildiyini və bu hissədə hər hansı mübahisələndirici halın olmadığını qeyd etmiş,apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
9. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 152-158, 225 və Ailə Məcəlləsnin 31-37; Mülki Prosesual Məcəllənin 52, 76.1, 77.1, 80 - 82, 106, 191, 217.4, 372, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şikayətin əsas qayəsini və orada əks edilən tələbin bir hissəsinə iş üzrə qəbul edilmiş qərardadlarla qiymət verildiyindən verilən şikayət üzrə qətnaməyə aid olmayan dəlillərin müzakirəsi mümkün deyildir. Şikayətin qətnaməyə aid – mübahisələndirilən-iddia tələbinin ünvan 3 ünvanında yerləşən mənzilə münasibətdə 1/2 hissədə pay hüququnun tanınması və əmlakların qiymətləndirilməsi hissəsinə (mənzilin təmiri və ya qiymətlərin fərqli olmasına) dair birinci instansiya məhkəməsinin qənaətinin hüquqi və ya faktiki əsaslarla yanlış olması müəyyən edilmir və bunlara dair əsaslı dəlillər müzakirəyə təqdim edilməmişdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır;225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir; 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın; 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
13. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); Məcəllənin 35-ci maddəsinə əsasən Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ərarvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
14. Qeyd edilməlidir ki, pul və ya dəyəri pul ekvivalentində müəyyən edilməli olan əmlak tələblərinin təmin edilməsi üçün dayanıqlı və təkzibedilməz sübutların mövcud olmadığı şəraitdə hər hansı ehtimallar əsasında iddianın təmin edilməsi yolverilməz olan, sui-istifadəyə şərait yaradan haldır. Diqqətə çatdırılmalıdır ki, tərəflərin nikah münasibətlərinə daxil olarkən və ya ondan sonra qanunvericiuliklə müəyyən edilən nikah müqaviləsinin tərtib edilməməsi onların özlərinə mənsub mülki hüquqlarına (risk dairəsinə) aid məsələdir. Məhkəmə sübutların axtarışında olmamalı və yalnız çəkişmə prinsipinə müvafiq tərəflərin təqdim etdikləri sübutların mümkünlüyünə və mötəbərliyinə qiymət vermədir.
15. İddiaçının sübutların qiymət verilməsində birinci instansiya məhkəməsinin qüsurlu prosessual fəaliyyətinə dair qeyd edilməlidir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada mülki dövriyyənin pul-əmlak münasibətlərinə yönəlik sübutların mümkünlüyü, onların mötəbərliyinə müvafiq təsdiqetmə vasitəsi ilə müşayiət edilən yazılı sənədlərin, yaxud əmlak formasında faktiki mövcudluğuna və dəyərinə mütənasib sübutların olmasını zəruri edir. 16.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-142/2022 saylı işi üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.