Məhkəmə qərarları › İş №2(103)-7240/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7240/2022

01.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7240/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və 3 saylı Mediasiya təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: qətnaməyə izah verilməsindən imtina edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və 3 saylı Mediasiya təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(004)-3926/2022 nömrəli qərardadından Maraqlı şəxs1 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və 3 saylı Mediasiya təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/3-00844 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3926/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilərək Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/3-00844 nömrəli barışıq sazişi təsdiq edilmiş və barışıq sazişinin şərtlərinin aşağıdakı kimi müəyyən edilməsi qət edilmişdir: 1. İkinci tərəf (Maraqlı şəxs1) ünvan 1 ünvanındakı 579 saylı mənzilində olan payından Birinci tərəfin (Ərizəçi) xeyrinə imtina edir və mənzilin Birinci tərəfin adına keçməsinə etiraz etmir. 2. İkinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzil ilə bağlı ipoteka öhdəliyinin Birinci tərəfin adına keçməsinə etiraz etmir. 3. Biricinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzilin onun adına keçməsinə və mənzilə dair kredit öhdəliyinin onun adına keçməsinə etiraz etmir. 4. Tərəflər bundan əvvəl aralarında bağlanmış 18 yanvar 2022-ci il tarixli Barışıq Sazişinin müddəalarını bir daha təsdiq edir.

3. Maraqlı şəxs1 qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 18 yanvar 2022-ci il tarixli Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmaqla xüsusi notarius X2 tərəfindən təsdiq edilmiş barışıq razılaşmasının qeyd olunan bütün bəndlərinin (ilk üç bənd daxil olmaqla) qətnaməyə əlavə olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. O, qətnamədə barışıq sazişinin şərtlərinin aşağıdakı qaydada göstərilməsini məhkəmədən xahiş edir: 1)İkinci tərəf (Maraqlı şəxs1) ünvan 1 ünvanındakı 579 saylı mənzilində olan payından Birinci tərəfin (Ərizəçi) xeyrinə imtina edir və mənzilin Birinci tərəfin adına keçməsinə etiraz etmir. 2)İkinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzili ilə bağlı ipoteka öhdəliyinin Birinci tərəfin adına keçməsinə etiraz etmir. 3)Birinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzilin onun adına keçməsinə, mənzilə dair kredit öhdəliyinin onun adına keçməsinə etiraz etmir. 4)Birinci tərəf “Ford Fokus” markalı **-VF- *** dövlət qeydiyyat nişanlı avtomobildə olan payından İkinci tərəfin xeyrinə imtina edir. 5)Tərəflərin birgə nikahlarından doğulmuş X1 ilə hər həftənin bazar günü saat 17:00-dan 22:00-dək ünsiyyətdə olması (Ərizəçi iştirakı olmadan) təmin edilsin. 6)Tərəflər bir-birlərinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka dair hər hansı tələb irəli sürməkdən imtina edir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3926/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Ərizəçi və onun arasında mediasiya sessiyasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Qətnamənin “qət etdi” hissəsində iddiaçı ilə onun arasında 18 yanvar 2022-ci il tarixli Bakı şəhəri 12 saylı Notariat ofisində bağlanmaqla xüsusi notarius X2 tərəfindən təsdiq edilmiş barışıq razılaşmasının şərtləri göstərilməmiş və ümumi olaraq qeyd edilmişdir. Bu halın gələcəkdə qətnamənin icrasına mane ola biləcəyini nəzərə alaraq qətnaməyə izah verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(004)- 3926/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

6. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3926/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli MŞB/3-00844 nömrəli barışıq sazişinin şərtləri olduğu kimi təsdiq edilmişdir ki, həmin sazişin 2.1.4-cü bəndində tərəflər öz aralarında daha əvvəl bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin müddəalarını təsdiq etdiklərini göstərmişlər. Lakin xx.xx.2022-ci il tarixli MŞB/3-00844 nömrəli barışıq sazişinin məzmununda həmin şərtlər göstərilməmişdir. Ona görə də məhkəmə ərizəyə tələb həcmində baxaraq, qanunla müəyyən edilmiş əsaslarla xx.xx.2022-ci il tarixli MŞB/3- 00844 nömrəli barışıq sazişinin şərtlərini olduğu kimi təsdiq edilməsini qət etmişdir. Eyni zamanda ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinin şərtləri qətnamənin təsviri hissəsində açıqlanmışdır. Bundan başqa hazırki işin faktiki hallarından müəyyən edilir ki, tərəflərin xx.xx.2022-ci il tarixli notarial qaydada bağlanmış barışıq sazişi iddia icraatı qaydasında baxılan hər hansı mülki iş üzrə məhkəmə tərəfindən təsdiq edilməmişdir. Tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/3-00844 nömrəli barışıq sazişi isə qanunla müəyyən edilmiş müddətdə könüllü icra edilmədiyindən Yasamal Rayon Məhkəməsinin 2(004)-3926/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə məhkəmə tərəfindən təsdiq edilmişdir. Maraqlı şəxs1 məhkəmə tərəfindən xüsusi icraat qaydasında ərizəyə baxılarkən işdən məlumatsız olmasını iddia etməsinə baxmayaraq məhkəmə iş materiallarını nəzərdən keçirib hesab etmişdir ki, onun bu dəlili əsassızdır. Belə ki, iş materiallarında olan xəbərnamələrən müəyyən edilir ki, məhkəmə bildirişləri tərəflərə, o cümlədən Maraqlı şəxs1 çatdırılmış, eyni zamanda elektron məhkəmə sistemindən görünür ki, tərəflərin elektron kabineti mövcud olmaqla məhkəmə iclasları barədə tam şəkildə məlumatlı olmuşlar. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflərin notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinin şərtləri hazırda qüvvədədir və saziş mediasiya prosesi nəticəsində müzakirə edilərək xx.xx.2022-ci il tarixli MŞB/3-00844 nömrəli barışıq sazişini bağlanarkən tərəflər xx.xx.2022-ci il tarixli barışıq sazişinin şərtləri ilə razı olduqlarını bəyan etməklə sazişin şərtlərini dəyişdirmədən qüvvədə saxlamışlar. Bu əsasla isə məhkəmə belə qənaətə gəlmişdir ki, qətnaməyə izah verilməsi zərurəti yoxdur və gələcəkdə onun icrasında hər hansı maneə yaratması ehtimalı edilmir. Məhkəmə ərizəni və mülki işin hallarını nəzərdən keçirib hesab etmişdir ki, hazırki halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3926/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi aydın və dəqiq olmaqla, məhkəmənin gəldiyi nəticə də, dəqiq və aydın şəkildə göstərilmişdir. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, sözügedən qətnaməyə maraqlı şəxsin təklif etdiyi qaydada izah verilməsi həmin qətnamənin məzmununu dəyişdirdiyinə görə, iş üzrə Maraqlı şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3926/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

7. Maraqlı şəxs1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və qətnaməyə izah verilməsinə dair ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, gələcəkdə qətnamənin icrasına menə ola biləcəyini nəzərə alınaraq 18 yanvar 2022-ci il tarixli Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmaqla xüsusi notarius tərəfindən təsdiq edilmiş barışıq razılaşmasının bütün bəndləri qətnaməyə əlavə olunmalıdır. Həmçinin birinci instansiya məhkəməsi işə baxarkən məlumatsız olması barədə dəlillərinə də tamamilə əsassız münasibət bildirmişdir. Halbuki məhkəmə iclaslarının vaxtı və yeri barədə ona qanunla müəyyən edilmiş qaydada məlumat verilməmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(004)- 3926/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

13. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.

14. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

15. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir.

16. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3926/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilərək Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/3-00844 nömrəli barışıq sazişi təsdiq edilmiş və barışıq sazişinin şərtlərinin aşağıdakı kimi müəyyən edilməsi qət edilmişdir: 1. İkinci tərəf (Maraqlı şəxs1) ünvan 1 ünvanındakı 579 saylı mənzilində olan payından Birinci tərəfin (Ərizəçi) xeyrinə imtina edir və mənzilin Birinci tərəfin adına keçməsinə etiraz etmir. 2. İkinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzil ilə bağlı ipoteka öhdəliyinin Birinci tərəfin adına keçməsinə etiraz etmir. 3. Biricinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzilin onun adına keçməsinə və mənzilə dair kredit öhdəliyinin onun adına keçməsinə etiraz etmir. 4. Tərəflər bundan əvvəl aralarında bağlanmış 18 yanvar 2022-ci il tarixli Barışıq Sazişinin müddəalarını bir daha təsdiq edir.

19. Hazırda isə Maraqlı şəxs1 qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18 yanvar 2022-ci il tarixli Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmaqla xüsusi notarius X2 tərəfindən təsdiq edilmiş barışıq razılaşmasının qeyd olunan bütün bəndlərinin (ilk üç bənd daxil olmaqla) qətnaməyə əlavə olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən prosessual hüquq normalarının mənasından göründüyü kimi, məhkəmə aktına o vaxt izah verilə bilər ki, onda qeyd edilmiş ifadə və tələblər aydın olmasın. İzah qətnamənin məzmunun dəyişdirilməsi ilə nəticələnməməlidir. Həmçinin, qanunvericilik məhkəməyə öz aktının məzmununun dəyişdirilməsini və ya məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsini qadağan edir.

21. Maraqlı şəxs1 isə qətnamədə barışıq sazişinin şərtlərinin aşağıdakı qaydada göstərilməsini məhkəmədən xahiş edir: 1)İkinci tərəf (Maraqlı şəxs1) ünvan 1 ünvanındakı 579 saylı mənzilində olan payından Birinci tərəfin (Ərizəçi) xeyrinə imtina edir və mənzilin Birinci tərəfin adına keçməsinə etiraz etmir. 2)İkinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzili ilə bağlı ipoteka öhdəliyinin Birinci tərəfin adına keçməsinə etiraz etmir. 3)Birinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzilin onun adına keçməsinə, mənzilə dair kredit öhdəliyinin onun adına keçməsinə etiraz etmir. 4)Birinci tərəf “Ford Fokus” markalı **-VF- *** dövlət qeydiyyat nişanlı avtomobildə olan payından İkinci tərəfin xeyrinə imtina edir. 5)Tərəflərin birgə nikahlarından doğulmuş X1 ilə hər həftənin bazar günü saat 17:00-dan 22:00-dək ünsiyyətdə olması (Ərizəçi iştirakı olmadan) təmin edilsin. 6)Tərəflər bir-birlərinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka dair hər hansı tələb irəli sürməkdən imtina edir.

22. Məhkəmə kollegiyası hesab edir ki, izah edilməsi tələb edilən qətnamə aydın və anlaşılandır. Hazırkı ərizə ilə izah verilməsi xahiş edilən hallar isə qətnamənin müzakirə predmetindən kənardır.

23. Halbuki prosessual qanunvericiliyin mənasına görə məhkəmə aktına (icra sənədinə) məhkəmə baxışının predmeti hədlərində izah verilə bilər.

24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi üçün əsaslar olmaması barədə düzgün nəticəyə gəlmişdir.

25. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3926/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi anlaşılan olmaqla, maraqlı şəxsin təklif etdiyi qaydada izah verilməsi qətnamənin məzmunu dəyişdirməyə yönəlmişdir. Bu isə qeyd olunan prosessual qanunverciliyin müddəaları baxımından yol verilməzdir. Həmçinin iş materiallarından görünür ki, məhkəmə bildirişləri Maraqlı şəxs1 çatdırılmış, eyni zamanda elektron məhkəmə sistemindən görünür ki, tərəflərin elektron kabineti mövcud olmaqla məhkəmə iclasları barədə tam şəkildə məlumatlı olmuşlar. Bu əsasdan məhkəmə kollegiyası məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı maraqlı şəxsin mövqeyini əsassız hesab edir.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

29. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Maraqlı şəxs1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(004)- 3926/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar