Məhkəmə qərarları › İş №2(103)-7242/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7242/2022

24.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7242/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərardadından maraqlı tərəf Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi MMC mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediator X1 iştirakı ilə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı tərəf qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin rədd olunmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs qərardaddan şikayət vermiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (128.1). İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (128.3). Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (129.2). Apellyasiya şikayəti müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (129.3). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (360). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə rabitə orqanı vasitəsilə rəsmi qaydada təqdim edilmişdir. Sonuncunun apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə Sisteminə yerləşdirilmişdir. Beləliklə, maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddəti buraxmışdır. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar