Məhkəmə qərarları › İş №2(103)-7294/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7294/2022

01.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7294/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2021 nömrəli iş üzrə qəbul etdiyi 03 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh (vəkili və nümayəndəsi Vəkil vasitəsilə) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayət elektron kabinet vasitəilə verilmədiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh yenidən qətnamədən apellyasiya şikayəti vermiş, şikayət elektron kabinet vasitəsilə verilmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayət elektron kabinet vasitəsilə verilmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh sonuncu qərardaddan şikayət vermiş, şikayət müddət ötürülməklə verildiyindən Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ilə geri qaytarlmışdır. Cavabdeh həmin qərardaddan da şikayət vermiş, həmçinin 16 iyun 2022-ci il tarixli qərardaddan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadı ilə vəsatət təmin olunaraq, ötürülmüş prosessual müddət bərpa edilmiş 16 iyun 2022-ci il tarixli qərardaddan cavabdeh tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5695/2022 nömrəli iş üzrə qəbul etdiyi 28 iyul 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6312/2022 nömrəli iş üzrə qəbul etdiyi 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2021 nömrəli iş üzrə qəbul etdiyi 03 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh (vəkili və nümayəndəsi Vəkil vasitəsilə) tərəfindən verilmiş şikayət təmin olunmamış, cavabdeh tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)384/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsini 2022-ci ilin yanvar ayının axırında Azərpoçt vasitəsilə aldıqdan sonra Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Xəstəliyi ilə əlaqədar 3 ədəd əmək qabiliyyətinin olmaması vərəqələrinin və epikrizin surətləri vəsatətə əlavə olunmaqla, apellyasiya şikayətinin ötürülmüş müddətinin üzürlü sayılması barədə vəsatət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)384/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Suraxanı Rayon Məhkəməsinə verdiyi apellyasiya şikayəti, Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardadda göstərilən nöqsanlar (apellyasiya şikayətinin cədvəldə verilməməsi) aradan qaldırıldıqdan sonra tərəfindən xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsi vasitəsilə təkrarən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)384/2021 nömrəli, xx.xx.2022-ci il tarixli eyni məzmunlu qərardadı ilə apellyasiya şikayəti təkrarən geri qaytarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından xx.xx.2022-ci il tarixdə tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Suraxanı Rayon Məhkəməsinə şikayət verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)384/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2021 nömrəli iş üzrə qəbul etdiyi 23 may 2022-ci il tarixli qərardadından cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti onu vermiş şəxsə geri qaytarılması, qərardaddan, qərardad tərəfə rəsmi qasydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010) 384/2021 nömrəli iş üzrə qəbul etdiyi 17 noyabr 2021-ci il tarixli qətnaməsindən elektron kabinet vasitəsilə elektron ərizə formasında verilən apellyasiya şikayəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2021 nömrəli iş üzrə qəbul etdiyi 23 may 2022-ci il tarixli qərardadı ilə MPM-nin Əlavə 2-də göstərilən formadakı cədvəlin içərisində verilməməsi əsası ilə geri qaytarılandan sonra göstərilən qərardadla razı olmayan Cavabdeh (vəkili və nümayəndəsi Vəkil vasitəsilə) qərardaddan şikayət verərk, bu dəfə elektron kabinet vasitəsilə elektron ərizə formasında təqdim edilməmiş, elektron imza ilə imzalanmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmin Məcəllənin 10-1.2, 10-1.3 və 10.1.7-ci maddələrinin tələblərinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15" iyul 2019-cu il tarixli 17-Nnömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin məzmununa əsasən apellyasiya şikayəti Bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci və 363.1.5-ci maddələrinin tələbinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və ya “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Cavabdeh (vəkili və nümayəndəsi Vəkil vasitəsilə) tərəfindən xx.xx.2022-ci il tarixli qərardaddan verilmiş şikayətin dəlilləri həmin qərardadın ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2021 saylı, 03 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar