Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7311/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2119/2022 saylı iş üzrə 03 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə X1 Cavabdeh oğluna qarşı iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 3150 manat pul vəsaitinin tutulması, eləcə də 40,5 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, həmin qərardada əsaslanan məhkəmə isə xx.xx.2022-ci il tarixli qərardadla şikayətin geri qaytarılmasını qərara almışdır. Cavabdeh 03 oktyabr 2022-ci il tarixli qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə həmin qərardadı qəbul edərkən apellyasiya instansiyasının xx.xx.2022-ci il tarixli qərardadını əsas götürmüşdür; həmin qərardadda isə göstəriş verilmişdir ki, apellyasiya şikayəti gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə olunmaqla imzalanmalı olduğu halda buna əməl olunmadığından və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunvericiliyin tələblərinə uyğun qaydada verilmədiyindən geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2119/2022 saylı iş üzrə 03 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7311/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7311/2022
03.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver