Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-737/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “şəxsin ölmüş elan olunması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı "şəxsin ölmüş elan olunması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3400/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. A3 saylı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1965-ci ildə Sabirabad rayonunda anadan olmuş, atası X13 anası X1 qeyd olunmuşdur.
2. İV-JQ saylı 387113 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə Sadıqova (İsmayılova) Aygün Aydın qızı arasında nikah xx.xx.1987-ci ildə bağlanmış və nikah bağlandıqdan sonra qadına Sadıqova soyadı verilmişdir.
3. AZE seriyalı 06119797 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1972-ci ildə Şuşa şəhərində anadan olmuşdur.
4. AZ-İİ seriyalı 373695 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2020-ci ildə alkol mənşəli qaraciyər çatışmamazlığından vəfat etmişdir. AZ-İİ seriyalı 347827 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021 -ci ildə baş beyin qiş. ikincilli bədxassəli yenitör xəstəliyindən vəfat etmişdir.
5. AZ seriyalı 030700 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1999-cu ildə kəskin ürək damar çatışmamazlığı xəstəliyindən vəfat etmişdir.
6. A3 saylı 707242 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, atası X13 anası X2 qeyd olunmuşdur. LV seriyalı 021529 saylı diplomun surətindən görünür ki, X19 Azərbaycan Tibb Universitetinin müalicə fakültəsini bitirmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-17/2-S-43-6/2023 saylı Sadıqova (İsmayılova) Aygün Aydın qızına ünvanlanmış məktubundan görünür ki, 1964-cü il təvəllüdlü G.A.İsmayılov Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.1983-cü il tarixli hökmünə əsasən Azərbaycan SSİ Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1 -ci hissəsi, 129-cu maddənin 1 -ci hissəsi və 38ci maddələri ilə (köhnə redaksiyada) təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş (həbs olunma tarixi xx.xx.1993-cu il) və Bakı şəhər Məhkəməsinin xx.xx.1993-cü il tarixli qərarı ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 109cu maddəsinin 1-ci hissəsi hökmündən çıxarılmış, Azərbaycan SSR Cinayət Məcəlləsinin 50-2 maddəsi ilə 2 il müddətinə şərti azad edilməklə, 6 saylı islah əmək müəssisəsindən xx.xx.1993-cü il tarixdə 17 saylı Xüsusi müəssisəyə keçirilmişdir. G.A.İsmayılov barəsində digər məlumatlar aşkar edilməmişdir.
8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023cü il tarixli 3-38-33/2-3558/23 saylı məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X19 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X6 Sadıqova (İsmayılova) Aygün Aydın qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1/161 saylı məhktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X3 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X7 müraciət etməyib.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci X23 (İsmayılova) Aygün Aydın qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 51-2/2S.514 saylı məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X4 və ya ölü olması barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsində heç bir məlumat qeydə alınmamışdır.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X20” X31 Sadıqova (İsmayılova) Aygün Aydın qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 327 saylı məktubundan görünür ki, 1964-cü il təvəllüdlü X10 xx.xx.1993-cü il tarixdən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X20” phşnin Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir. Eyni zamanda axtarılan şəxsə məxsus meyitin identifıkasiyasının aparılması üçün aidiyyəti hüquq mühafizə orqanı tərəfindən şəxsin bədəni üzərində olan hər-hansı fərdi əlamətlər (xallar, çapıqlar, döymələr və s.) barəsində Birliyin şəhər və rayon şöbələrinə (Birliyin təxminən 70-ə yaxın şöbəsində meyitlərin məhkəmə-tibbi müayinəsi aparılır) yazılı məlumatlar göndərilməli və həmin şəxsin fotoşəkli təqdim olunmalıdır.
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Sadıqova (İsmayılova) Aygün Aydın qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 53/2-S-5892/11 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli məlumatına əsasən X19 haqqında (sağ və ya ölü olmasına dair) qeydə alınmış heç bir məlumat yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
13. Ərizəçi Maraqlı şəxsnə qarşı "şəxsin ölmüş elan olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 10 iyul 1964-cü ıl təvəllüdlü X10 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir.
14. Ərizə onunla əsaslandırmışdır ki, o, Sadıqova (İsmayılova) Aygün Aydın qızı xx.xx.1965-ci il tarixdə anadan olmuş, 25 aprel 1987-ci il tarixdə X22 ilə ailə qurduqdan sonra ona Sadıqova soyadı verilmişdir. Ailəsi 6 nəfərdən ibarət olmuşdur. Valideynləri, 2 qardaşı və bacısı. Atası - X13 19 oktyabr 1999-cu il tarixdə vəfat etmişdir. Anası - X2 17 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Qardaşı - X17 11 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Bacısı - X15 09 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Digər qardaşı -10 iyul 1964cü ıl təvəllüdlü X19 barəsində isə 1993-cü ildən bu yana heç bir məlumat ala bilməmişdir. O, həmin tarixdən sonra evə qayıtmamış, əşyalarını və sənədlərini götürməyə cəhd etməmiş, heç bir ailə üzvü, qohumu və ya dostu ilə əlaqə saxlamamışdır. Doğrudur, o və ailəsi onun axtarışı üçün hüquq-mühafizə orqanlarına müraciət etsələr də, digər vasitələrlə özü onu tapmağa çalışsa, lakin cəhdləri heç bir nəticə verməmişdir. O həyatda olsaydı, bu vaxta qədər onunla və ya ən yaxın dostlarından biri ilə əlaqə saxlayar və ya başqa bır şəxsə sağsalamat olması barədə xəbər göndərər və 30 il müddətində onu və ailəsini intizarda qoymazdı. O, 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 21 iyun 1986-cı ildə təhsilini başa vurmuş, ona həkim ixtisası verilmişdir. O, ailə qurmamış, evdən gedən zaman subay olmuşdur. Ondan geriyə yalnız ona aid sənədlər, fotoşəkillər və onun mülkiyyətində olan mənzil yadigar qalmışdır. Hazırda ailədən yalnız o, həyatda olduğundan, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət edə bilməyi üçün onun məhkəmə tərəfindən ölmüş elan edilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3400/2023 nömrəl qətnaməsi ilə ərizə təmin edilməmişdir. (hakim X21).
16. Məhkəmə ərizəni rədd edərkən ona istinad etmişdir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr bitdikdən sonra mümkündür. Göründüyü kimi, ərizəçi qardaşı xx.xx.1964-cü il təvəllüdlü X10 axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Ərizəçi qardaşı xx.xx.1964-cü il təvəllüdlü X10 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, göstərilənlər isə işin hər hansı halı ilə müəyyən olunmamışdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı, 41-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 217-ci, 305.1-ci, 307-ci, 308-ci, 311-ci, 312-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı halda, onun qardaşının yaşayış yerində (ailəsində, dostlarında, qonşularında, bir sözlə, heç kimdə) onun harada olması barədə nəinki beş il, artıq otuz ildən çoxdur ki, heç bir məlumat yoxdur. Bu isə, qeyd edilən norma ilə müəyyən olunmuş birinci halın şərtlərinə uyğundur. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 9.5-ci bəndinə əsasən, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəməyə müraciət edənə qədər AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinə (qardaşının sonuncu yaşayış ünvanı üzrə) yazılı müraciətlər etmişdir. Həmin müraciətlərə cavablar birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə və Müdafiə Nazirliyinə sorğular da ünvanlanmışdır. Həmin sorğulara cavabların ümumiləşdirilməsindən də aydın olur ki, qardaşının sağ olması barədə heç bir dövlət orqanında məlumat yoxdur. Məlum məsələdir ki, hazırkı tələb üzrə mötəbər sübutlar yalnız dövlət orqanları tərəfindən təqdim oluna bilər və həmin sübutlar artıq məhkəmənin sərəncamında olmaqla, iş materiallarına əlavə edilmişdir. Məhkəmənin ərizənin təmin edilməməsi barədə gəldiyi nəticə nə işin müəyyən olunmuş hallarına, nə qanunvericiliyin müddəalarına, nə də vahid məhkəmə təcrübəsinə uyğun hesab oluna bilməz.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında ərizəçi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
305.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
29. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün müvafiq norma 3 müstəqil əsas nəzərdə tutmuşdur. Hazırda ərizəçi birinci əsasa, yəni “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində ərzində məlumat olmazsa” əsasına istinad etməklə şəxsin ölmüş elan edilməsini tələb edir. Bu halda qanunverici qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını istisna edir. Lakin, bu o demək deyil ki, şəxsin ölümünə formal mülahizələrlə gümana əsaslanaraq, ölmüş elan edilə bilər.
30. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin ölmüş elan edilməsi qanunla müəyyən edilmiş müstəsna hallarda tətbiq edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hüquqi vasitədir və yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. İşin hallarından aydın olur ki, ərizəçi, qardaşının axtarılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, yalnız onun uzun illərdir harada olması barədə məumatın olmaması ilə əsaslanmışdır.
31. Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən də göründüyü kimi xx.xx.1964-cü il təvəllüdlü X10 axtarışına dair hər hansı bir məlumatların mövcudluğuna rast gəlinməmişdir.
32. Göründüyü kimi, ərizəçi qardaşı xx.xx.1964-cü il təvəllüdlü X10 axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Ərizəçi qardaşı xx.xx.1964-cü il təvəllüdlü X10 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, göstərilənlər isə işin hər hansı halı ilə müəyyən olunmamışdır. Belə ki, son məhkəmə kollegiyasına təqdim edilən müxtəlif polis idarələrindən alınan cavablarda da, ərizəçinin qardaşı barəsində hər hansı bir məlumatın daxil olmadığı qeyd edilmiş, barəsində axtarış işinin açılması istisna edilmişdir. Belə olan halda şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükənmədiyindən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal barəsində ərizənin təmin edilməsi hazırki halda əsaslı hesab edilə bilməz.
33. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Ərizəçi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3400/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.