Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7405/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4161/2020 nömrəli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 12 saylı filialı bütün əşyaları ilə birlikdə mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hissəsindən, yəni A tikilisinin ½ hissəsindən və 0,0071765 ha torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili “iddianın təmini tədbiri” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək iddiaçının mülkiyyətində olan əmlakdan cavabdehin 12 saylı filialının istifadəsinin dayandırılması, iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək iddiaçının mülkiyyətində olan əmlakdan onun istifadə imkanlarının təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4161/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmlakından qanunsuz istifadə onun məhvinə və ya zədələnməsinə gətirib çıxarda bilər. İddianın digər hissəsi bu günə kimi yığılmış icarə haqqı olaraq 180 000 manatın cavabdehdən tutulmasıdır. Bu hissədə iddianın təmin etmək üçün onun öz əmlakından istifadə imkanları təmin edilməlidir. Bu ondan örtü lazımdır ki, zərəri sərhədləşdirmək mümkün olsun. Belə ki, onun əmlakından istifadəsinə maneələr qaldıqca hər ay üçün iddia tələbinin hər dəfə 5000 manat artırmaq tələb olunacaq, ona dəyən zərər artmaqda davam edəcək. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-4161/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil bildirdi ki, icarə müqaviləsi yoxdur. Əvvəl Ənvər adlı şəxsin icarə müqaviləsi olub. Bank hazırda ərazini istifadə edir. Narahatlıq yaranır ki, həmin istifadə nəticəsində əraziyə zərər dəyə bilər. Ona görə də əmlakın qorunub saxlanılması üçün bankın fəaliyyətini dayandırılmasını xahiş edir. Çünki, iddiaçı öz şirkətini orda yerləşdirmək istəyir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirdi ki, ərazini banka icarəyə verən Ənvər Həsənov həmin filialının müdiri olub, iddiaçının da əmisi oğludur. Ənvər Həsənovun banka təqdim etdiyi çıxarışda onun yeganə mülkiyyətçisi olduğu görünür. Lakin əslində 2011-ci ilin oktyabrından əmlakın bir hissəsini iddiaçıya icarəyə verib və əmlak əslində Ənvər Həsənovla iddiaçının paylı mülkiyyətindədir. Ənvər Həsənovun həbsi barədə qərardan sonra İddiaçı ortaya çıxıb. Həmin vaxta qədər İddiaçı heç bir müraciəti olmayıb. Ona görə də bu cür iddianı təmini tədbiri banka təsir xarakteri daşıyır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər əsassız olduğundan qərardadın mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni rədd edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, ərizədə göstərilən tələbin təmin edilməsi qətnamənin gələcəkdə icrası ilə hər hansı formada bağlı deyildir. Belə ki, iddianı təmin etmək haqqında ərizə üzrə tətbiq olunan tədbir verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısada və işi qabaqcadan mahiyyəti üzrə həll etməsədə, hazırkı iş üzrə də iddianın təmini tədbiri verilmiş iddia tələbinin məzmununa, həddinə və ruhuna mütənasib olmamışdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4161/2020 nömrəli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4161/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7405/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7405/2020
28.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver