Məhkəmə qərarları › İş №2(103)-742/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-742/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-742/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən 3M-231 nömrəli reyestrlə təsdiq edilmiş kredit müqaviləsinə əsasən Sabunçu rayon məhkəməsinin 2 (008)-5590/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulması qət edilmiş 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları borc məbləğinin (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68D saylı fərdi-yaşayış evinə və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evinə aid 0,031 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğ hesabına İddiaçı olan borcun ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evinə və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininə aid 0,031 ha torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin evə istifadə hüquqlarının itirlmiş hesab edilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması, cavabdehlərin həmin sahədən çıxarılmaları və həmin fərdi yaşayış evini və torpaq sahəsinin onu almış şəxsə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 28.02.2018-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 212.000 (iki yüz on iki min) ABŞ dolları məbləğində borc verilmişdir. Həmin müqavilə üzrə öhdəliyin icrası müddəti 31.07.2018ci il tarixdə bitmişdir. Bu müqavilənin təminatı olaraq 28 fevral 2018-ci il tarixdə birinci tərəf - İddiaçı, ikinci tərəf - Cavabdeh1 və üçüncü tərəf - X4 arasında Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən 3M-88 nömrəli reyestrlə təsdiq edilmiş zaminlik müqaviləsinə əsasən «Zamin» X4 28.02.2018-ci il tarixli 3M-231 reyestr nömrəsi ilə qeyd edilərək təsdiqlənmiş kredit müqaviləsi əsasında borc almış Cavabdeh1 «Borc verən» qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 15 oktyabr 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28 fevral 2018-ci il tarixli 3M/231 reyestr nömrəli kredit müqaviləsinə əlavə sazişlə kredit məbləğinin qaytarılması öhdəliyinin müddəti 31.03.2019-cu il tarixədək uzadılmış və 15 oktyabr 2018-ci il tarixdə «ipoteka qoyan» Cavabdeh1 ilə «ipoteka saxlayan» İddiaçı arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən 3M-1204 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evini və 0,031 ha torpaq sahəsini yuxarıda qeyd edilən kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə yüklü etmişdir. Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən 3M-1204 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsi 17.10.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi (yüklü edilən əmlakın reyestr nömrəsi **********77-10301) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən qeydə alınmaqla yüklü edilmişdir. Sonradan yüklülüyün müddəti 30.06.2019-cu il tarixinə uzadılmaqla 12.03.2019-cu il tarixdə **********8 qeydiyyat nömrəsi (yüklü edilən əmlakın reyestr nömrəsi **********77-10301) ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ti tərəfindən qeydə alınmışdır. Daha sonra isə yüklülüyün müddəti 05.09.2019-cu il tarixədək uzadılmaqla 03.07.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi (yüklü edilən əmlakın reyestr nömrəsi **********77-10301) ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ti tərəfindən qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 və X4 bu müddət ərzində əvvəlcə 8000 (səkkiz min), daha sonra isə 80.000 (səksən min) ABŞ dolları ödəmişlər. Borc məbləğindən qalan 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları ödənilmədiyindən Sabunçu rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək borc məbləğinin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmiş, məhkəmənin 2 (008)-5590/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və X3 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları borc məbləği (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evini və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 300.000 manan müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğ hesabına İddiaçı olan borcun ödənilməsi, İddiaçı Cavabdeh1 və X3 qarşı iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 və X2 cavabdehlər İddiaçı, X7 və 3-cü şəxs Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu X5 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair» iddia tələbi təmin edilməmişdir. Bu qətnamədən birinci iddia üzrə Cavabdeh1 vermiş olduğu apellyasya şikayəti üzrə Bakı Apellyasya Məhkəməsinin 2(103)-3800/2020 saylı 22.07.2020-ci il tarixli qətnaməsi ilə apellyasya şikayəti təmin edilmədən, Sabunçu rayon Məhkəməsinin 2 (008)-5590/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasya Məhkəməsinin 2(103)-3800/2020 saylı 22.07.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-777/2021 saylı 03.03.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasya Məhkəməsinin 2(103)-3800/2020 saylı 22.07.2020-ci il tarixli qətnaməsi borc məbləğinin tutulması hissəsində dəyişdirilmədən, tutmanın iptekaya yönəldilməsi hissəsində isə ləğv edilərək yeni apellyasya baxışına qaytarılmaqla kassasya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasya Məhkəməsinin 2(103)-4985/2021 saylı 18 iyun 2021-ci il tarixli qərardadı ilə Sabunçu rayon Məhkəməsinin 2(008)-5590/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi tutmanın ipetekaya yönəldilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ərizə baxılmamış saxlanmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(008)- 5711/21 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 28 fevral 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Sabunçu rayon Məhkəməsinin 2(008)-5590/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tutulması qət edilmiş 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları borc məbləğinin (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdiyaşayış evinə və həmin evə aid olan 0,031 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 300.000 (üç yüz min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və iddiaçının tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılması, ipoteka predmetinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra evin 1 ay ərzində boşaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin və torpaq sahəsinin onu almış şəxsə təhvil verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evi satıldıqdan 1 ay sonra evdən qeydiyyatdan çıxmazlarsa, onların istifadə hüquqlarının 10 təqvim günü müddətində məcburi qaydada itirilmiş hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(008)- 5711/2021 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki işə baxılarkən məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarına hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Bundan başqa, ipoteka müqaviləsi 15 oktyabr 2018-ci il tarixdə bağlanan zaman ipoteka predmeti olan ev 300.000 manat qiymətləndirilsə də, onun real bazar dəyəri həmin məbləğdən çoxdur və hazırki bazar dəyəri 800.000 manat civarındadır. Bu səbəbdən də hesab edir ki, məhkəmə evin real bazar dəyərini müəyyən etmək üçün ekspertiza təyin etməli idi. Fərdi yaşayış evinin qiymətləndirilməsi düzgün aparılmayıb və evə qoyulan qiymətlə də razı deyildir. Qətnamədə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68D saylı fərdi-yaşayış evi və torpaq sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması, cavabehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. Həmçinin cavabehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evi satıldıqdan1 ay sonra evdən qeydiyyatdan çıxmazlarsa onların istifadə hüquqlarının 10 təqvim günü müddətində məcburi qaydada itirilməsi ilə bağlı hesab edir ki, mülki prosessul qanunvericiliyin tələbinə əsasən “istifadə hüquqlarının itirilmiş hesab edillməsi” tələbinə “borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi ilə bir icraatda baxıla bilməz. Hesab edir ki, ipoteka predmeti olan evə onun və digər cavabdehlərin istifadə hüquqlarının itirilməsinə dair məhkəmənin gəldiyi nəticə qanunsuz olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək apellyasiya şikayətini müdafiə etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməklə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan 15.10.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evini və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsini Bakı şəhəri 14 saylı notariat Kontorunda 28.02.2018-ci ildə qeydiyyatı 3M/231 reyestr nömrəsi ilə aparılmış kredit müqaviləsinə və 15.10.2018-ci ildə bağlanmış qeydiyyatı 3M/1203 reyestr nömrəsi ilə aparılmış kredit (28.02.2018-ci il tarixli 3M/231 reyestr nömrəli) müqaviləsinə əlavə sazişə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 300.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 09 mart 2019 və 01 iyul 2019-cu il tarixli «İpoteka müqaviləsinə əlavə saziş»lərdən görünür ki, 15 oktyabr 2018-ci il tarixli ipoteka müqaviləsinin 3.3-cü bəndi yeni redaksiyada verilməklə, ipoteka müqaviləsinin qüvvədə olma müddəti kredit müqaviləsində edilmiş dəyişikliklərə uyğun olaraq uzadılmışdır. İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 2(008)-5590/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və X3 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları borc məbləği (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evini və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğ hesabına İddiaçı olan borcun ödənilməsi, İddiaçı Cavabdeh1 və X3 qarşı iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 və X2 cavabdehlər İddiaçı, X7 və 3-cü şəxs Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu X5 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair» iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasya Məhkəməsinin 2(103)-3800/2020 saylı 22.07.2020-ci il tarixli qətnaməsi ilə apellyasya şikayəti təmin edilmədən, Sabunçu rayon Məhkəməsinin 2 (008)-5590/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 777/2021 saylı 03.03.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasya Məhkəməsinin 2(103)- 3800/2020 saylı 22.07.2020-ci il tarixli qətnaməsi borc məbləğinin tutulması hissəsində dəyişdirilmədən, tutmanın iptekaya yönəldilməsi hissəsində isə ləğv edilərək yeni apellyasya baxışına qaytarılmaqla kassasya şikayəti qismən təmin edilmişdir. İş materiallarında olan Bakı Apellyasya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)- 4985/2021 saylı 18 iyun 2021-ci il tarixli qərardadı ilə Sabunçu rayon Məhkəməsinin 2 (008)-5590/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi tutmanın ipetekaya yönəldilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ərizə baxılmamış saxlanmışdır. İş materiallarında olan poçt qəbzindən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş 04.03.2021-ci il tarixində «İpoteka qoyan» Cavabdeh1 rəsmi qaydada çatdırılmışdır. İş materiallarında olan 04.03.2021-ci il tarixli «ipotekaya tutmanın yönəldilməsinə dair» Bildirişdən görünür ki, «İpoteka saxlayan» İddiaçı kredit müqaviləsinə əsasən əsas öhdəlik üzrə 124.000 ABŞ dollarını ödəməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə «İpoteka qoyan» Cavabdeh1 bildiriş göndərmiş və 04.03.2012-ci il tarixində həmin bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 28 fevral 2018-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, tələbkar məhkəməyə müraciət etmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları məbləğində pulun (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında 15 oktyabr 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evini və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsi İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilmişdir. Qeyd edilən mənzildə Cavabdeh1 ilə yanaşı, onun ailə üzvləri olan digər cavabdehlər - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatda olmaqla yaşayırlar. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 300.000 manat məbləğində razılaşdırılmışdır. Cavabdeh1 hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı bir çox pozuntulura yol verilmiş, o cümlədən ipoteka predmetinin ilkin satış qiyməti onun real qiymətindən çox aşağı müəyyən edilmişdir. İddiaçının bu dəlilini yoxlamaq üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi barədə qərardad qəbul edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə barədə 23.12.2021-ci il tarixli hesabatla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68D saylı fərdi-yaşayış evininin bazar qiymətinin 360.000 manat, likvid qiymətinin isə 320.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 31.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəlik pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən,ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-ccü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvüləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Cavabdeh apellyasiya şikayətində onun və ailə üzvlərinin ev açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdehlərin həmin əmlakdan çıxarılması, həmçinin cavabdehlər ev satıldıqdan 1 ay sonra evdən qeydiyyatdan çıxmazlarsa, onların istifadə hüquqlarının 10 təqvim günü müddətində məcburi qaydada itirilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu iddia etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1.) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). Qanunun bu normalarının tələbindən görünür ki, ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun bir ay müddətində boşaldılması tələbi imperativ xarakter daşımaqla, yalnız iki halla şərtləndirilmişdir – əmlak kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Bu iki şərtdən birinin mövcudluğu ipoteka qoyanın və onunla birlikdə həmin əmlakdan istifadə edən ailə üzvlərinin həmin əmlakı ən geci bir ay ərzində boşaltması öhdəliyini yaradır. İpoteka qoyanın və onunla birgə əmlakdan istifadə edən şəxslərin bu cür öhdəliyinin maddi hüquq norması olaraq “İpoteka haqqında” qanunla müəyyən edilməsi, habelə ipoteka qoyanın bu öhdəliyinin əmlakın kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi ilə şərtləndirilməsi belə qənaətə gəlmək üçün əsas verir ki, ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun boşaldılmasını məhkəmə qaydasında tələb etmək hüququ həmin ipoteka müqaviləsinin tərəfi olan və əmlak xeyrinə yüklü edilmiş şəxsə də məxsusdur. Bu zaman məhkəmə kollegiya nəzərə alır ki, bu ipoteka haqqında qanunda birbaşa göstərilməsə də, ipoteka predmeti olan əmlakın boşaldılması ayrıca bir hərəkət deyil, həmin əmlaka ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi ilə bağlı olan bütöv bir prosesin tərkib hissəsi kimi çıxış etməklə, ipoteka predmetinin hərraca çıxarılaraq özgəninkiləşdirilməsinin davamı kimi müəyyən edilmişdir. Qeyd edilən yanaşma ipoteka institutunun spesifik xüsusiyyətindən irəli gəlir. Belə ki, ipoteka qoyan şəxs ipoteka ilə təmin edilmiş öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında ipoteka predmetinin satılacağını və əldə edilmiş vəsaitin kreditorun qarşısında öhdəliyin təmin edilməsinə yönəldiləcəyini bilir və şüurlu surətdə kreditor qarşısında belə bir öhdəlik götürür. Həmçinin, ipoteka qoyanla birgə yaşayan ailə üzvləri də bu öhdəliyin hüquqi nəticələri barədə xəbərdar olur və ipoteka müqaviləsinin həmin şərtlərlə bağlanmasına razılıq verirlər. Kreditor isə onun xeyrinə icra edilməli olan gecikdirilmiş öhdəliyin mümkün qədər tez icra olunmasında iqtisadi marağı olan hüquq subyekti qismində çıxış edir. Bu cür iqtisadi maraq ipoteka predmetinin mümkün qədər qısa müddətdə özgəninkiləşdirilməsi yolu ilə kreditorun əsas öhdəlik üzrə ümid etdiyi nəticənin ağlabatan müddətdə təmin edilməsini ehtiva edir. Mübahisəsizdir ki, ipoteka predmetinin əldə edilməsindən sonra həmin əmlaka real mülkiyyət hüquqlarının həyata keçirlməsi imkanından məhrum olmaq və onun boşaldılması barədə ayrıca məhkəmə mübahisəsi açmaq perspektivi potensial alıcıların həmin əmlakı əldə etməyə olan marağını azaldır. Bu isə son nəticədə hüquqi müəyyənlik prinsipinin tələblərinə də cavab verməməklə yanaşı, mülki prosesin təməl prinsiplərindən olan prosessual qənaət prinsipi baxımından da yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xeyrinə yüklü edilmiş ipoteka predmeti satıldıqdan sonra, onun boşaldılmasını, habelə cavabdehlər qeydiyyatdan çıxmadığı təqdirdə onların həmin yaşayış sahəsindən istifadə hüquqlarına 10 püt sonra xitam verilməsini ipoteka predmetinə tutmanın yönəldilməsi ilə eyni vaxtda tələb etməsi qanuni olmuşdur və birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası mülki işin materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətini tərəflər arasında bağlanmış ipoteka müqaviləsində razılaşdıqları məbləğə istinad etməklə müəyyən edərkən düzgün nəticəyə gəlməmiş, bu zaman məhkəmə həmin müqavilənin bağlandığı andan üç ilə yaxın müddətin keçməsini və həmin müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin formalaşması ilə bağlı baş verən dinamik dəyişikləri nəzərə almamış, həmin daşınmaz əmlakın qətnamə qəbul edilən vaxta olan likvid qiymətini müəyyən etməmiş, nəticədə məhkəmənin müəyyən etdiyi məbləğ işin həqiqi hallarına uyğun olmamışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları qismən əsaslı hesab edir. Belə ki, kollegiya cavabdehin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmaması ilə bağlı dəlilləri ilə razılaşsa da, həmin əmlakın açıq hərracdan satılmasından sonra orada yaşayan şəxslərin (apellyator və onun ailə üzvləri) həmin əmlakı boşaltması, habelə həmin şəxsər evi könüllü olaraq tərk etmədikləri halda, onların istifadə hüquqlarına xitam verilməsi ilə bağlı gəldiyi nəticə düzgün olduğundan, həmin hissə ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68D saylı fərdi-yaşayış evininin hərrac vasitəsilə özgəninkiləşdirilməsi zamanı ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməli, apellyasiya şikayətləri qalan hissədə təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.3 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(008)- 5711/21 saylı qətnaməsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68D saylı fərdi-yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evinə aid 0,031 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Həmin əmlakın ilkin satış qiyməti 320.000 (üç yüz iyirmi min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İpoteka predmeti olan əmlakın qiymətləndirilməsinə görə hesablanmış məbləğin 250 manatı İddiaçı, 250 manatı isə Cavabdeh1 tutularaq "xxxx" MMC-yə (icraçının VÖEN:**********; Hesablaşma hesabı: “Unibank” KB-nin 11 saylı Dərnəgül filialı; KOD: 502058; VÖEN **********; SWİFT kod: UBAZAZ22; H\h: AZ46NABZ********************; Benefisiarın adı: "xxxx" MMC; Müştərinin hesab №si: AZ65UBAZ**********0060AZNN001) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar