Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-742/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Bakı şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X3,Bakı şəhəri 53 saylı Notariat Ofisinin Xüsusi X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X6 ibarət tərkibdə, X16 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh6, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh8, onun və Cavabdeh7 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh5 etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Bakı şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X3, Bakı şəhəri 53 saylı Notariat Ofisinin Xüsusi X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “pul, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və s. tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3582/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, İddiaçı “pul, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və s. tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh5 400.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh5la (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh7 arasında ünvan 1 ünvanda yerləşən 65,3 kv.m sahədən ibarət qeyri-yaşayış binasına dair ünvan 2iat Ofisinin Xüsusi X4 tərəfindən təsdiq edilmiş 18 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və ünvan 3 ünvanda yerləşən 215,60 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dair (19 saylı mağaza) ünvan 5 Ofisinin Xüsusi X5 tərəfindən təsdiq edilmiş 20 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 65,3 kv.m sahədən ibarət qeyriyaşayış binası və ünvan 3 ünvanda yerləşən 215,60 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dair (19 saylı mağaza) Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, Cavabdeh5la (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh8 arasında ünvan 4 ünvanında yerləşən 108,80 kv.m sahədən ibarət 5 saylı mənzilə dair ünvan 5 Ofisinin Xüsusi X5 tərəfindən təsdiq edilmiş 18 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və ünvan 6 ünvanda yerləşən 169,2 kv. metr sahədən ibarət qeyriyaşayış sahəsinə (47 saylı mağaza) dair ünvan 5 Ofisinin Xüsusi X5 tərəfindən təsdiq edilmiş 20 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 108,80 kv. metr sahədən ibarət 5 saylı mənzilə dair Cavabdeh8 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Cavabdeh5 tutulacaq 400.000 ABŞ dolları məbləğində pul vəsaitinin X11 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil; ünvan 7 ünvanda yerləşən qeyri yaşayış sahəsi, ünvan 4, 5 saylı mənzil, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binası; ünvan 8n qeyri yaşayış sahəsi (47 saylı mağaza) və ünvan 10 qeyriyaşayış sahəsi (19 saylı mağaza) hesabına təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh5 qarşı “pul tələbi, tələbin miras əmlak hesabına ödənilməsi və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 400.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi, cavabdehdən tutulacaq 400.000 ABŞ dolları məbləğində pul vəsaitinin X11 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil, ünvan 7 ünvanda yerləşən qeyri yaşayış sahəsi, ünvan 4, 5 saylı mənzil, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası, ünvan 8n qeyriyaşayış sahəsi (47 saylı mağaza) və ünvan 10 qeyri-yaşayış sahəsi (19 saylı mağaza) hesabına təmin edilməsi, cavabdeh tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış ünvan 9 ünvanında yerləşən 5 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 51.3 və 53-cü maddələrinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 400.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh7 arasında ünvan 1 ünvanda yerləşən 65,3 kv.m sahədən ibarət qeyri-yaşayış binasına dair ünvan 2iat Ofisinin Xüsusi X4 tərəfindən təsdiq edilmiş 18 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və ünvan 3 ünvanda yerləşən 215,60 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dair (19 saylı mağaza) ünvan 5 Ofisinin Xüsusi X5 tərəfindən təsdiq edilmiş 20 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 65,3 kv.m sahədən ibarət qeyri-yaşayış binası və ünvan 3 ünvanda yerləşən 215,60 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dair (19 saylı mağaza) Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh8 arasında ünvan 4 ünvanında yerləşən 108,80 kv.m sahədən ibarət 5 saylı mənzilə dair ünvan 5 Ofisinin Xüsusi X5 tərəfindən təsdiq edilmiş 18 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və ünvan 6 ünvanda yerləşən 169,2 kv.m sahədən ibarət qeyriyaşayış sahəsinə (47 saylı mağaza) dair ünvan 5 Ofisinin Xüsusi X5 tərəfindən təsdiq edilmiş 20 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 108,80 kv.m sahədən ibarət 5 saylı mənzilə dair Cavabdeh8 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Cavabdeh5 tutulacaq 400.000 ABŞ dolları məbləğində pul vəsaitinin X11 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil; ünvan 7 ünvanda yerləşən qeyri yaşayış sahəsi, ünvan 4, 5 saylı mənzil, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binası; ünvan 8n qeyri yaşayış sahəsi (47 saylı mağaza) və ünvan 10 qeyriyaşayış sahəsi (19 saylı mağaza) hesabına təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Eyni zamanda İddiaçı göstərilən ərizəsinə əsasən Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, ünvan 5 Ofisinin Xüsusi X5, ünvan 2iat Ofisinin Xüsusi X4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində cəlb edilmişlər.
5. İddiaçı iddia tələbini belə əsaslandırılmışlar ki, o, 05 may 2019-cu il tarixdə 1 il müddətinə Cavabdeh5 qardaşı X14 400.000 ABŞ dolları məbləğində pul vəsaitini borc vermişdir. Tərəflər bu barədə yazılı qeyd imzalamış və bu sənəd onda saxlanılmışdır. Tərəflərin razılığına əsasən borc 05 may 2020-ci il tarixdə qaytarılmalı olsa da, bu günə qədər də həmin pul vəsaiti qaytarılmamışdır. Sonradan ona məlum olmuşdur ki, X18 27 oktyabr 2020-ci il tarixdə vəfat emişdir. İddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28 aprel 2021-ci il tarixli, **********60 saylı məktubundan görünür ki, X12 adına 23 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil, 03 aprel 2018-ci il tarixdə ünvan 7 ünvanda yerləşən qeyri yaşayış sahəsi, 07 may 2019-cu il tarixdə ünvan 4, 5 saylı mənzil, 25 may 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası, 09 aprel 2021-ci il tarixdə ünvan 8n qeyri yaşayış sahəsi (47 saylı mağaza) və ünvan 10 qeyriyaşayış sahəsi (19 saylı mağaza) qeydiyyatdan keçmişdir. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinin 10 iyun 2022-ci il tarixli məktubundan görünür ki, 27 oktyabr 2020-ci il tarixdə vəfat emiş X12 vərəsəsi qardaşı Cavabdeh5 ünvan 9 ünvanında yerləşən 5 saylı mənzilə və X23 markalı, 99-BP500 dövlət qeydiyyat nişanlı avtomobilə dair 30 aprel 2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-3582/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə), iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh5 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı ödənilməsi, Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh7 arasında ünvan 1 ünvanda yerləşən 65,3 kv. metr sahədən ibarət qeyriyaşayış binasına dair ünvan 2iat Ofisinin Xüsusi X4 tərəfindən təsdiq edilmiş 18 iyul 2022ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və ünvan 3 ünvanda yerləşən 215,60 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə dair (19 saylı mağaza) ünvan 5 Ofisinin Xüsusi X5 tərəfindən təsdiq edilmiş 20 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 65,3 kv.metr sahədən ibarət qeyri-yaşayış binasına və ünvan 3 ünvanda yerləşən 215,60 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə dair Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, Cavabdeh5 tutulacaq 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pul vəsaiti X11 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil; ünvan 7 ünvanda yerləşən qeyri yaşayış sahəsi; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası və ünvan 10 ümumi sahəsi 215.6 kv.m olan qeyri-yaşayış sahəsi (19 saylı mağaza) hesabına təmin edilməsi, qeyd olunan əmlakların hər-hansı birinin və ya bir neçəsinin satışından əldə edilmiş vəsait bu qətnamə ilə müəyyən edilmiş məbləğin ödənilməsinə kifayət etdikdə qalan əmlaklara tələbin yönəldilməməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələblərindən görünür ki, borc sənədi iddiaçıda olduğundan və Cavabdeh5 bu sənəddə qeyd edilən pul məbləğinin məhz mərhum qardaşına məxsus olmasına və ya bu vəsaitin iddiaçıya ödənilməsinə dair hər hansı bir sübut təqdim edə bilmədiyindən həmin vəsait iddiaçıya geri qaytarılmalıdır.
8. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, Cavabdeh6 etibarnamə əsasında mübahisəli əmlakları qısa vaxt müddətində, yəni iddia ərizəsinin verildiyi tarixdən 13-15 gün sonra məhz anası - Cavabdeh7 satması, gələcəkdə iddiaçının tələbi üzrə borcun həmin əmlaklar hesabına tutulmasının baş verməməsinə yönəlmiş davranış kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia Cavabdeh5 ilə Cavabdeh7 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi hissələrində əsaslı olduğundan təmin edilməlidir.
9. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, 400.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh8 satılmış əmlaklar istisna olmaqla, X11 miras qalmış digər əmlaklar hesabına təmin edilməklə iddia həmin hissədə qismən təmin edilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 139, 140, 148.2, 149.2, 182.1, 324, 337, 359.3, 385.1, 442, 448.1, 529.3, 567, 646.1, 646.2, 739.1, 739.2, 740.2, 1091.1, 1091.2 354-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Qətnamədən İddiaçı, cavabdehlər Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 ayrıayrılıqda apelyasiya şikayətləri vermişlər. a) Apelyasiya şikayətinin dəlilləri
12. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
13. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh5 nümayəndəsi Cavabdeh6 ona verilən etibarnamədən sui istifadə edərək, öz yaxını Cavabdeh8 ünvan 5 Ofisinin Xüsusi Notariusu tərəfindən təsdiq edilmiş 18 iyul 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə ünvan 4 ünvanında yerləşən 108,80 kv.m sahədən ibarət 5 saylı mənzili guya 140.000 manata, eyni notarius tərəfindən təsdiq edilmiş 20 iyul 2022ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə ünvan 6 ünvanda yerləşən 169,2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini (47 saylı mağaza) guya 230.000 manata satmışdır. Bütün hallar alqı-satqı müqavilələrinin görüntü üçün bağlandığını, Cavabdeh7 və Cavabdeh8 əslində real alıcı olmadıqlarını, Cavabdeh6 isə etibarnamədən öz xeyrinə sui-istifadə edərək, əmlakları tez bir şəkildə öz qohum və yaxınlarının adına rəsmiləşdirdiyini təsdiq edir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktları, cavabdehlər Cavabdeh6la Cavabdeh8 arasındakı münasibətləri, onlar arasında gizli sövdələşmə olub-olmamasını, Sumqayıt şəhərində yerləşən əmlakların hansı səbəbdən Bakı şəhərində yerləşən notariat ofisində alqı-satqı edildiyini araşdırmamış, Cavabdeh8 əmlakların satışından nə zaman, hansı şəraitdə və necə xəbər tutmasını aydınlaşdırmamış və ümumiyyətlə bu yöndə heç bir araşdırma aparmamışdır. Məhkəmə həm də Cavabdeh8 adına rəsmiləşdirilmiş əmlakların real bazar dəyərini də müəyyən etməmişdir. Halbuki, bu halları aydınlaşdırmamış Cavabdeh8 həqiqətən də vicdanlı alıcı olub-olmamasını müəyyən etmək mümkün deyildir.
14. Cavabdeh5 apelyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələblərinin tam rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
15. Cavabdeh5 apelyasiya şikayətində göstərilmişdir ki, Nəsimi rayon məhkəməsində Cavabdeh5 adından məhkəmədə iştirak etmiş Vəkil2 Etibar oğlunu tanımır, Cavabdeh5 tərəfindən ona etibarnamə verilməmiş və onunla müqavilə bağlanmamış, Vəkil2 onu təmsil etmək hüququ olmamışdır. Hesab edirik ki, təqdim olunmuş qəbz heç bir halda borc müqaviləsi kimi qiymətləndirilə bilməz. X20 tərəfindən iddiaçıdan 400.000 (dörd yüz min) ABŞ dolları alınmasına dair imzalanmış xx.xx.2019-cu il tarixli yazılı qeyd”in özünün “həqiqi” olması, yəni həmin sənəddəki imzanın X20a məxsus olub-olmaması, məzmununa əlavə və dəyişikliklərin edilb-edilməməsi, əlavə və dəyişikliyin kim tərəfindən, hansı məqsədlə edilməsi və s. hallar araşdırılmadan, həmin sənədə borcun mövcudluğunun təsdiqi kimi qiymət verilməsi əsassızdır. Qəbzin məzmununa “bir illik borc kimi” sözünün əlavə edilməsinin iddiaçı tərəf də etiraf etmişdir ki, bu fakt da məhz X20un iddiaçıya borcu olduğunu şübhə altına alır. Bundan başqa iş materiallarına əlavə etdikləri X20un xx.xx.2019-cu il tarixli, 25 saylı müqavilə ilə İddiaçı təsisçi olduğu "xxxx" MTK-nın ünvan 11 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərətəbədə yerləşən 3 otaqlı mənzili 116.000 (yüz on altı min) manat müqabilində almışdır. X20 vəfat etdikdən sonra onun aldığı mənzili İddiaçı tələb etdikdə isə o bu faktı inkar etmiş və əksinə guya X20un ona pul borcu olduğunu iddia etmiş və bununla bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istər ki, Rövşən Ərəbov ümumiyyətlə heç bi şəxsdən borc pul almamış, əksinə ayrı-ayrı şəxslərə borc vermişdir. Bundan başqa X21 Hacıyevin təsisçisi olduğu "xxxx" MTK-nın ünvan 11 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərətəbədə yerləşən 3 otaqlı mənzilini 116.000 (yüz on altı min) manat müqabilində alması və həmin mənzili Ərəbov Rövşənə təhvil verməməsi, başqa şəxsə satması, bundan başqa İddiaçı təsisçisi olduğu Təbriz” MTK-nın ünvan 11 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasında eyni mənzilləri müxtəlif şəxslərə satması və bu səbəbdən Baş Prokurorluq tərəfindən həsb edilməsi və barəsində cinayət işinin istintaqının getməsi onun yalan danışdığını təsdiq edən faktlardan biridir. Ərəbov Rövşənin adına külli miqdarda daşınmaz əmlak olmuş və onun kimdənsə borc almasına ehtiyacı olmamışdır.
16. Cavabdeh7 apelyasiya şikayətində qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
17. Cavabdeh7 apelyasiya şikayətində göstərilmişdir ki, təqdim olunmuş qəbz heç bir halda borc müqaviləsi kimi qiymətləndirilə bilməz. İkincisi isə “X20 tərəfindən iddiaçıdan 400.000 (dörd yüz min) ABŞ dolları pul alınmasına dair imzalanmış xx.xx.2019cu il tarixli yazılı qeyd”in özünün “həqiqi” olması, yəni həmin sənəddəki imzanın X20a məxsus olubolmaması, məzmununa əlavə və dəyişikliklərin edilib-edilməməsi, əlavə edilmiş dəyişiklərin kim tərəfindən, hansı məqsədlə edilməsi və s. hallar araşdırılmadan, həmin sənədə borcun mövcudluğunun təsdiqi kimi qiymət verilməsi təmamilə əsassızdır. Qəbzin məzmununa “bir illik borc kimi” sözünün əlavə edilməsini iddiaçı tərəf də etiraf etmişdir ki, bu fakt da məhz X20un iddiaçıya borcu olduğunu şübhə altına alır. Belə ki, borcun sadalanan əmlaklar hesabına təmin edilməsi barədə irəli sürülmüş tələb, əgər həmin əmlaklar Cavabdeh5 mülkiyyətində olmuş olsaydı belə, tutulmuş borc tələbinin həmin əmlaklara yönəldilməsi yolverilməzdir. Borcun ödənilməsi barədə tələbin təmin ediləcəyi, daha sonra qüvvəyə minəcəyi təqdirdə, Cavabdeh5 həmin pul tələb edilə bilərdi və əmlaklara yönəlmə pulun qaytarılmayacağı təqdirdə, yalnız icra mərhələsində mümkündür.
18. Cavabdeh6 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələblərinin tam rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
19. Cavabdeh6 apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh5 cavabdehlərdən Cavabdeh6 etibarnamə vermiş, etibarnamə ilə Cavabdeh6 “Cavabdeh5 nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq, Azərbaycan Respublikasındakı bütün əmlaklarını idarə etmək və üzərində sərancam vermək və digər səlahiyyətlər” etibar edilmişdir. Belə olan halda hesab edir ki, tapşırıq verənin haqlı mənafelərinin müdafiəsini həyata keçirmək üçün Cavabdeh5 tutulan 400.000 dollar məbləğlə bağlı etirazları irəli sürməkdə o,tam haqlıdır. Məhkəmə yeganə sübut kimi tərəflərin imzası olan sənədə istinad etmişdir. Qeyd edilən yazılı sənədlə bağlı qeyd edir ki, yazılı sənədə ilkin baxışla müəyyən olunur ki, həmin yazılı sənəddə yazılar pozulmuş, pozulmuş yerdə isə “bir illik borc kimi” sözləri yazılmışdır. İkincisi yazılı sənəddə qeyd edilən yazılar iddiaçı tərəfindən yazılmışdır. Üçüncüsü ümumiyyətlə 400.000 ABŞ dolları məbləğində bu formada borc müqaviləsinin bağlanması inandırıcı deyildir. Çünki həm Rövşən Ərəbov, həm də İddiaçı uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları olmuşdur. Uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının bu formada əqd bağlaması nə həyatın təbii axarına, nə də məntiqə uyğun deyildir. Dördüncüsü, qeyd edilənləri nəzərə almasa belə, sadə yazılı müqavilə 400.000 ABŞ dollarının Rövşən Ərəbova verilməsini təsdiq etmir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Apelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
21. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlər Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi.
22. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh8, onun və Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil3 cavabdehlər Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh6, onun nümayəndəsi və vəkili Vəkil4, özü və cavabdehlər Cavabdeh5 və Cavabdeh7 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
25. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh5, Cavabdeh7, Bakı şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X5, Bakı şəhəri 53 saylı Notariat Ofisinin Xüsusi X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin və 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
26. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin xahiş etməklə, qətnaməni qismən mübahisələndirdiyindən, cavabdehlər Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 isə ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiklərindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
29. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
30. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
32. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
33. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
34. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
37. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu,mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
38. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;
39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
41. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
42. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
43. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
44. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
45. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
46. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
47. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
48. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
55. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
58. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi bir neçə hissədən ibarətdir. İddia tələbinin birinci hissəsi pul tələbi, ikinci hissəsi tutulacaq pulun cavabdehdən miras qalmış əmlaklara yönəldilməsi,üçüncü hissəsi miras əmlakların özgəninkiləşdirilməsi barədə əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında verilmiş çıxarışların ləğvindən ibarətdir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin birinci hissəsi pul tələbidir və iddia tələbinin digər hissələri tələbin birinci hissəsi ilə bağlı olduğu üçün, ilk növbədə tələbin birinci hissəsinə qiymət verilməlidir.
60. İddiaçı iddianın pul tələbi hissəsini onunla əsaslandırmışdır ki, İddiaçı 05 may 2019cu il tarixdə bir il müddətində Cavabdeh5 qardaşı X14 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pul vəsaitini borc vermişdir. Tərəflər bu barədə yazılı qeyd imzalamış, bu sənəd iddiaçıda saxlanılmışdır. Tərəflərin razılığına əsasən borc 05 may 2020-ci il tarixdə qaytarılmalı olsa da, bu günə kimi həmin pul vəsaiti qaytarılmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, borclu X18 27 oktyabr 2020-ci il tarixdə vəfat etmiş və ondan miras qalmış əmlakları vərəsə qismində hazırki iş üzrə Cavabdeh5 qəbul etdiyindən, borc da ondan tutulmalıdır.
61. İddiaçı iddia tələbinin qeyd edilən hissəsini təsdiq edən sübut qismində tərəflər arasında imzalanmış yazılı qeydi və borcluya məxsus əmlakların vərəsəlik qaydasında hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilməsi barədə sənədləri təqdim etmişdir.
62. İddiaçı tərəfindən borc verilməsi barədə sübut kimi təqdim edilmiş yazılı qəbzin məzmunu aşağıdakı kimidir: “400.000 $ z ABŞ (dörd yüz min) imza Bir illik borc kimi təhvil verdim dostum Rövşənə imza 05.0.2019”.
63. Birinci instansiya məhkəməsi iddia tələbinin pul tələbi hissəsini təmin edərkən gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı və X18 arasında borc barədə razılıq əldə olunmuş, iddiaçı xx.xx.2019-cu il tarixdə X14 400.000 ABŞ dolları bir illik borc kimi vermiş və borcun mövcud olmasına dair yazılı sənəd (əlyazma) tərtib edərək imzaları ilə təsdiq etmişlər. Bununla da iddiaçı və X18 arasında borc münasibətləri yaranmışdır. Lakin, X18 üzərinə düşən öhdəliyi icra etməmiş, borcunu qaytarmamış və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X11 miras qalmış əmlaklar cavabdeh olan qardaşı Cavabdeh5 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qəbul edilmişdir.
64. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı, Cavabdeh5 X12 hüquqi varisi olduğundan Cavabdeh5 onun qarşısında cavabdehlik daşıması qənaətinə gələrkən haqlı olmuşdur.
65. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borc (kredit) müqaviləsinə əsasən bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı X14 borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borcun mövcud olmasına dair yazılı sənədə (əlyazma) istinad edir. Hansı ki, borcun mövcud olması ilə bağlı yazılı sənəddə “xx.xx.2019” tarix göstəricisindən əvvəl yerləşən imzanın X18 tərəfindən icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli 4/908 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur. Mülki Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Qanunvericiliyin də tələblərindən görünür ki, borc sənədi iddiaçıda olduğundan və Cavabdeh5 bu sənəddə qeyd edilən pul məbləğinin məhz mərhum qardaşına məxsus olmasına və ya bu vəsaitin iddiaçıya ödənilməsinə dair hər hansı bir sübut təqdim edə bilmədiyindən həmin vəsait iddiaçıya geri qaytarılmalıdır. Digər tərəfdən xx.xx.2019-cu il tarixli əlyazmada “bir illik borc kimi” ifadəsini sonradan yazılma səbəbi ilə qəbul etməsək belə, həmin vəsaitin X20a verilməsi faktı danılmazdır. Əgər həmin vəsait borc kimi deyil, başqa əsaslarla Rövşən Ərəbova verilmişdirsə və bu vəsait məhz Rövşən Ərəbova məxsus olmuşdursa (başqa sözlərlə pul vəsaiti Rövşən Ərəbovun olmuş və iddiaçı bu vəsaiti sadəcə olaraq ona geri qaytarmışdırsa) bu halları sübut etmək vəzifəsini Cavabdeh5 daşıyır. Əksi sübut edilməyənə qədər tərəflər arasındakı münasibətləri borc kimi qəbul etməsək belə (Rövşən Ərəbov vəfat etdiyindən və cavabdeh tərəf iddiaçı ilə mərhum qardaşı arasında olan münasibətlərə heç bir aydınlıq gətirməyərək, hər hansı bir sübut təqdim etmədiyindən iddiaçı ilə Rövşən Ərəbov arasında mövcud olmuş münasibətlər yalnız iddia tərəfinin təqdim etdiyi sübutlar və izahatlar əsasında müəyyənləşdirilmişdir) X20 İddiaçı 400.000 ABŞ dollarını aldığı üçün iddiaçının hesabına əsassız olaraq varlanmış hesab edilir. Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələbinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tədqiqatı zamanı X12 iddiaçıya olan 400.000 ABŞ dolları məbləğində borcu iş materialları ilə təsdiq olunduğundan həmin məbləğ Cavabdeh5 iddiaçının xeyrinə tutulmalıdır.
66. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdır.
67. Belə ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin (385.1, 442, 448.1, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələri) müvafiq normalarına istinad edərək “X20 tərəfindən iddiaçıdan 400.000 (dörd yüz min) ABŞ dolları pulun alınmasına dair imzalanmış xx.xx.2019-cu il tarixli yazılı qeydi” borcun mövcud olduğunu təsdiq edən sənəd kimi qiymətləndirsə də, həmin sənədin həqiqi olması, onun məzmununda əlavə və dəyişikliklərin edilib-edilməməsini araşdırmamış, cavabdehlərin həmin yazılı qeydə əlavə və dəyişikliklərin olması barədə dəlillərini araşdırıb qiymətləndirməmişdir. Halbuki, qəbzin məzmununda “bir illik borc kimi” sözünün əlavə edilməsini iddiaçı tərəf birinci instansiya məhkəməsində etiraf etmişdir.
68. Cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinin əsas dəlillərindən biri də, məhz birinci instansiya məhkəməsi tərəfindən qəbzdə yazılanların həqiqiliyinin müəyyən edilməməsi və bu xüsusatın müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə vəsatətlərinin məhkəmə tərəfindən əsassız olaraq təmin olunmamasıdır.
69. Hazırki apelyasiya icraatı gedişində müəyyən olunmuşdur ki, iddiaçı bundan əvvəl hazırki pul tələbi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış və həmin icraat zamanı iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş yazılı qəbzlə bağlı ekspertiza keçirilmişdir.
70. Cavabdehlərin vəsatəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-4159/2021 saylı iş tələb edilərək öyrənilmiş və müəyyən edilmişdir ki, iddiaçı hazırki iddia tələbində tələb etdiyi pul tələbi ilə 19 aprel 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış və tərəflər məhkəmə iclasına gəlmədiyi üçün xx.xx.2021-ci il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır.
71. Müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsində mübahisəyə baxılarkən iş üzrə xx.xx.2019-cu il tarixli qəbzə dair sənədlərin texniki ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 26 iyul 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş “400.000” rəqəmləri ilə başlayıb “xx.xx.2019” rəqəmləri ilə bitən xx.xx.2019-cu il tarixli qəbzin üzərində olan “z ABŞ” hərfləri, “Bir illik borc kimi” sözü və “xx.xx.2019” rəqəmlər sonradan qəbzin üzərinə əlavə edilmişdir. Həmin qəbzin üzərində olan “400.000 $ (dörd yüz min)” əl yazma mətni əvvəl, sonra isə üçüncü sətrdəki imza icra edilmişdir. Tədqiq olunan qəbzin üzərində olan “Təhvil verdim dostum Rövşənə” əl yazma mətni əvvəl, sonra isə vərəqin aşağı sol hissəsindəki imza icra edilmişdir. Həmin qəbzin üçüncü sətrində olan imza əvvəl, sonra isə “Bir illik borc kimi” əlyazma mətni icra edilmişdir. Tədqiqata təqdim edilmiş qəbzdəki “400.000 $ (dörd yüz min)”, “Təhvil verdim dostum Rövşənə” əlyazıları və imzalar rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin qəbzdəki “ABŞ” və “Bir illik borc kimi” əlyazılan rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiq olunan qəbzdəki “z” əlyazısının icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddir. Həmin qəbzdəki “xx.xx.2019” əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə diyircəkli qələmlə icra olunmuşdurlar. Qəbzdəki “400.000 & (dörd yüz min)”, “Təhvil verdim dostum Rövşənə” əlyazılarının və imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri və “ABŞ”, “Bir illik borc kimi” əlyazılarının, “xx.xx.2019” əlyazılarının və “z” əlyazısının icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Rəyin tədqiqi hissəsinin 5-ci bəndində göstərilən səbəbə görə qərardadda göstərilən “İş materiallarında olan xx.xx.2019-cu il tarixli əlyazmada olan yazıların icrası hansı tarixlərə təsadüf edir?” sualı üzrə tədqiqat aparılmadı.
72. Həmçinin müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsində mülki işin icraatı zamanı xx.xx.2019-cu il tarixli əlyazmada olan imzalar üzrə xətşünaslıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 11 avqust 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-cı vərəqində olan xx.xx.2019-cu il tarixli qəbzdəki “400.000 $ ABŞ (dörd yüz min) Bir illik borc kimi Təhvil verdim dostun Rövşənə xx.xx.2019” əlyazıları və həmin qəbzdə 3-cü sətirdə olan imza - HACİYEV NOFƏL ƏHMƏD oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 5-cı vərəqində olan xx.xx.2019-cu il tarixli qəbzdə “xx.xx.2019” tarix göstəricisindən əvvəl yerləşən imza (7-ci sətirdə), 73-cü vərəqində və 3M-2853 nömrəli notariat işinin 3-cü vərəqində olan 22 noyabr 2019-cu il tarixli Müqavilənin ləğvinə dair sazişdə “Əpəбов Р” əlyazması qarşısındakı imzalar, 74-cü vərəqində olan xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə dair xx.xx.2015-ci il tarixli razılaşmada “İcarəyə verən” qrafasında olan imza - EYNİ ŞƏXS - ƏRƏBOV RÖVŞƏN KAZİM oğlu tərəfindən icra olunmuşdur.
73. Qeyd edilən ekspertiza rəyləri hazırki apelyasiya icraatı zamanı tərəflərin iştirakı ilə müzakirə olunmuş və sübut kimi qəbul edilib qiymətləndirilməsi mümkün hesab edilmiş və bu səbəbdən də cavabdehlər sənədlərin texniki ekspertizası keçirilməsi barədə vəsatətlərini və apelyasiya şikayətlərinin ekspertiza keçirilməsi barədə dəlillərini müdafiə etməmişlər.
74. Məhkəmə kollegiyası qeyd edilən ekspertiza rəylərini təhlil edib qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən borcun təsdiqi kimi sübut qismində təqdim edilmiş yazılı sənədin ilkin variantı aşağıdakı kimi olmuşdur: “400.000 $ (dörd yüz min) imza təhvil verdim dostum Rövşənə imza”. Göründüyü kimi yazılı sənədin ilkin variantında təhvil verilən pulun təyinatı qeyd edilməmişdir və həmin variantda yazılı sənəd pul alan tərəfindən imzalanmışdır.
75. Ekspertiza rəyləri ilə müəyyən olunur ki, sübut kimi təqdim edilmiş yazılı sənədə “z ABŞ” hərfləri, “bir illik borc kimi” sözləri və “xx.xx.2019” rəqəmləri sonradan qəbzin üzərinə əlavə edilmişdir.
76. İddiaçının nümayəndəsi təqdim edilmiş yazılı sənədə yuxarıda qeyd edilən əlavələrin sonradan əlavə edildiyini etiraf etmiş, lakin həmin əlavələrin Rövşən Ərəbovun razılığı ilə edildiyini bildirsə də, bunu öz izahatından başqa hər hansı bir sübutla təsdiq etməmişdir.
77. Ona görə də məhkəmə kollegiyası iddiaçının yazılı sənədə əlavələrin Rövşən Ərəbovun razılığı ilə edilməsi barədə dəlilini qəbul etmir. Həmçinin kollegiya qeyd edir ki, qeyd edilən əlavələrin yazılı sənədə əlavə edilməsi Rövşən Ərəbov tərəfindən təsdiq edilməmişdir.
78. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sübutun təsdiqi qismində təqdim edilmiş yazılı sənəd borcu təsdiq edən sübut kimi qəbul edilə bilməz.
79. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yazılı sənədin iddiaçıda olması və iddiaçının Mülki Məcəllənin 529.3-cü maddəsinə istinad etməsi də əsaslı hesab edilmir. Belə ki, həmin maddi hüquq norması o halda tətbiq oluna bilər ki, istinad edilən sənəd borcun verilməsini təsdiq etsin. Yuxarıda qeyd edildiyi kimi kollegiya həmin sənədi borcu təsdiq edən sübut kimi qəbul etmədiyindən, göstərilən maddi hüququ normasının da hazırki halda tətbiqi üçün əsas görmür.
80. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyinə (MPM 77) görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunvericiliyin tələbinə görə sübut olunmalı hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətlərinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
81. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iddia tələbinin birinci hissəsi olan pul tələbi ilə bağlı tələbini təsdiq edən mötəbər sübutlar təqdim etməmiş və borcun mövcudluğu barədə təqdim etdiyi yazılı sənəd isə mülki prosessual qanunvericiliyin tələbinə uyğun sübut kimi qəbul edilməsi mümkün sayılmadığından, iddia tələbi həmin hissədə əsassız olmuşdur.
82. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin hallarını lazımi qaydada araşdırıb işin həqiqi hallarını müəyyən etmədən, həqiqiliyi şübhə doğuran sənədə istinad etməklə iddiaçı ilə X18 arasında borc münasibətlərinin olması barədə yanlış nəticəyə gəlmiş və həmin nəticəyə maddi hüquq normalarını səhv tətbiq etmişdir.
83. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsi olan pul tələbi üzrə iddia tələbinin əsassız olması barədə nəticəyə gəldiyindən, iddia tələbinin digər hissələrinə qiymət verilməsinə zərurət görmür. Çünki, iddia tələbinin pul tələbi əsaslı olacağı təqdirdə iddia tələbinin digər hissələrinə qiymət verilə bilərdi.
84. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirib hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməli və qətnamə ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
85. Azərbaycan Rеspublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2,385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3582/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Bakı şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X3, Bakı şəhəri 53 saylı Notariat Ofisinin Xüsusi X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “pul, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və s. tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.