Məhkəmə qərarları › İş №2(103)-7420/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7420/2022

01.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7420/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxs1 Mənzil-Tikinti Kooperativinə qarşı ilkin, X2 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliyi, kooperativ üzvü, hüquqların müdafiəsi üsulları, hüquqdan sui-istifadə, maddi və mənəvi ziyan) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) X2 və onun vəkili Vəkil3 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin geri qaytarılaraq arakəsmə divarın bərpa olunması, maddi və mənəvi ziyanın ödənilməsi” barədə ilkin, X2 İddiaçı qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Ağasəf İskəndərov tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli 86 saylı Qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmış, həmin qərarda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etmək nəzərdə tutulmuş, qərarın icrası ilə əlaqədar Nəsimi rayon İHB-nın xx.xx.2017-ci il tarixli 263 saylı sərəncamı ilə Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Maraqlı şəxs1 MMC-nin istifadəsinə verilmişdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər.

3. Nəsimi rayon İHB-nın xx.xx.2017-ci il tarixli 263 saylı sərəncamında MMCnə tapşırılmışdır ki, qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll etsin.

4. Bakı şəhəri Maraqlı şəxs2 və Maraqlı şəxs1 MMC arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən MMC, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi öz üzərinə götürmüşdür.

5. Həmin müqavilənin 2.5-ci bəndinə görə, müqavilə imzalandıqdan sonra 15 gün müddətində tikiləcək binaların qanunvericiliyə müvafiq olaraq hazırlanmış layihələrini razılaşdırmaq üçün İcra Hakimiyyətinə təqdim etmək MMC-nin, 4.1-ci və 4.2-ci bəndlərinə görə isə qanunvericiliyə və şəhərsalma prinsiplərinə uyğun hazırlanmış layihələrə səlahiyyətləri çərçivəsində razılıq vermək və layihələrin memarlığa dair hissələrini razılaşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək İcra Hakimiyyətinin öhdəlikləridir.

6. İddiaçı ilə Maraqlı şəxs1 MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə görə MMC, təqdim edilmiş eskiz layihəyə əsasən tikiləcək binanın 1-ci mərtəbəsində ön panoram pəncərələrinin və giriş qapısının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsinə çıxan hissəsində ümumi sahəsi 110 kv.m qeyri-yaşayış sahəsini inşa edərək İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür.

7. 16 fevral 2018-ci il tarixdə Maraqlı şəxs1 MMC-nin təşkilati-hüquqi forması dəyişdirilmiş, onun hüquqi varisi olan Maraqlı şəxs1 MTK dövlət qeydiyyatına alınmışdır.

8. İddiaçı ilə Maraqlı şəxs1 MTK arasında 02 iyul 2019-cu il tarixdə xx.xx.2018ci il tarixli müqaviləyə əlavə bağlanmış, həmin Əlavəyə əsasən MMC-nin hüquqi sənədlərində dəyişiklik edilməsi və yeni hüquqi şəxsin, yəni hüquqi varisin yaranması ilə əlaqədar hüquqi varis Maraqlı şəxs1 MTK yeni eskiz layihəyə əsasən, inşa ediləcək binanın tikintisi yekunlaşdıqdan sonra tikiləcək binanın 1-ci mərtəbəsində ön panoram pəncərələrin və giriş qapısının Nəsimi rayonu, M.Qaşqay küçəsinə çıxan hissəsində ümumi sahəsi 110 kv.m qeyri-yaşayış sahəsini İddiaçı verməyi öhdəsinə götürmüşdür.

9. Notarial qaydada təsdiq olunmuş həmin müqaviləyə (əlavəyə) binanın eskiz layihəsindən çıxarış əlavə edilmişdir.

10. Maraqlı şəxs1 MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarına görə, müqavilələrə əlavə edilmiş eskiz layihəyə əsasən İddiaçı sökülmüş əmlakının bir hissəsinin əvəzi kimi, maliyyə ödənişi etməmək şərti ilə tikilmiş binanın “D” korpusunda, Mirəli Qaşqay küçəsinə çıxan hissəsindən dərhal sonra Ş.Əzizbəyov küçəsi istiqamətində 2 binanın, yəni (D və E korpusları) binanın həyətinə avtomobil girişinə qədər 1-ci (birinci) mərtəbədə 2 böyük panoram və 1 kiçik panoram pəncərələrdən (3 panoram pəncərə) və girişlərdən ibarət, sahəsinin uzunluğu 16 metr 900 sm, ümumi sahəsi 110 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına yeni müqavilə bağlanaraq rəsmiləşdirilməsi və onun MTK-ya payçı kimi qəbul edilməsi qərara alınmışdır.

11. MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli "xxxx" müqaviləyə görə MTK, tikiləcək binanın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsinə çıxan (eskiz layihəyə əsasən - Süleyman Rəhimov küçəsi ilə kəsişdiyindən dərhal sonra, Şamil Əzizbəyov küçəsi istiqamətində 2 binanın arasında olan həyətə avtomobil girişinə qədər 1-ci mərtəbədə 2 böyük panoram pəncərə və kiçik panoramdan ibarət 3 giriş qapıları ilə birlikdə) uzunluğu 16 metr 900 sm, ümumi sahəsi 110 kv.m olan qeyri-yaşayış sahəsi payçı kimi İddiaçı adına rəsmiləşdirilir. İddiaçı müqavilənin predmeti olan ümumi sahəsi 110 kv.m qeyri-yaşayış sahəsinə görə MTK-ya maliyyə borcu yoxdur.

12. 03 mart 2022-ci il tarixdə “Təhvil-təslim Aktı” tərtib edilmiş və notarial qaydada təsdiqlənmiş eskiz layihəyə və xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixlərdə bağlanmış müqavilələrə əsasən MTK, sökülmüş əmlakının bir hissəsinin əvəzi kimi 110 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini təmirsiz vəziyyətdə, öz vəsaiti hesabına təmir işləri aparmaq üçün payçı İddiaçı təhvil vermişdir.

13. Cavabdeh1 ilə Maraqlı şəxs1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə görə MMC, söküntüsü nəzərdə tutulmuş binada Cavabdeh1 məxsus ümumi sahəsi 166,3 kv.m., tikintialtı sahəsi 231,3 kv.m olan qeyri-yaşayış sahəsini sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın 1-ci mərtəbəsindən 281 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini ona verməyi öhdəsinə götürmüşdür.

14. Cavabdeh2 ilə Maraqlı şəxs1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə görə MMC, söküntüsü nəzərdə tutulmuş binada Cavabdeh2 məxsus ümumi sahəsi 34,3 kv.m., tikintialtı sahəsi 54,60 kv.m. olan qeyri-yaşayış sahəsini sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın 1-ci mərtəbəsindən 62,08 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini ona verməyi öhdəsinə götürmüşdür.

15. Müstəqil auditor X19 tərəfindən xx.xx.2022-ci il tarixdə hazırlanmış rəydə göstərilmişdir ki, Maraqlı şəxs1 MTK-nın tikdiyi binanın Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsinə çıxan (eskiz layihəyə əsasən Süleyman Rəhimov küçəsi ilə kəsişdiyindən dərhal sonra, Şamil Əzizbəyov küçəsi istiqamətində 2 binanın arasında olan həyətdə avtomobil girişinə qədər, 1-ci mərtəbədə 2 böyük panoram pəncərə və kiçik panoramdan ibarət 3 giriş qapıları ilə birlikdə, uzunluğu 16 metr 90 sm, ümumi sahəsi 110 kv.m olan qeyri-yaşayış sahəsindən Cavabdeh2 və X3 zəbt etdikləri 45,73 kv.m hissədə payçı İddiaçı adına olan əmlakın dəyəri 411 570 manat, həmin ərazidə qanunsuz zəbt edilərək aparılmış söküntü nəticəsində İddiaçı korlanmış təmir işlərinin dəyəri 6717 manat təşkil edir. Beləliklə, İddiaçı dəymiş ziyan 418 287 manatdır (411 570+ 6717).

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

16. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs1 Mənzil-Tikinti Kooperativinin üçüncü şəxs qismində göstərildiyi) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi və ya məhkəmə) müraciət edərək, ona məxsus 41,0 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh2 və Cavabdeh1 alınıb ona qaytarılması, qeyri-yaşayış sahəsinin arakəsmə divarının cavabdehlərin maddi vəsaiti hesabına sökülməmişdən əvvəlki vəziyyətində və yerində tikilib bərpa olunması, ilkin təmir üçün xərclədiyi 5000 manatın, eləcə də 5000 manat mənəvi zərərin əvəzinin, həmçinin dövlət rüsumu kimi ödədiyi 130 manatın cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Nəsimi RİH başçısının xx.xx.2017-ci il tarixli 263 saylı sərəncamına əsasən Azadlıq prospekti, Ş.Əzizbəyov, M.Qaşqay və S.Rəhimov küçələrinin kəsişməsində yerləşən binalar “Pilot” layihə statusunda tikilmək üçün Maraqlı şəxs1 MMC-nin istifadəsinə verilmiş, layihənin tələblərinə uyğun olaraq RİH xx.xx.2017-ci il tarixdə 264 saylı sərəncamla ərazinin planlaşdırma sənədlərini təsdiq edərək tikinti şirkəti ilə müqavilə bağlamışdır. Onunla Maraqlı şəxs1 MMC arasında xx.xx.2018-ci il tarixdə notariat kontorunda bağlanmış müqaviləyə əsasən, ona məxsus söküləcək qeyri-yaşayış sahəsinin əvəzinə MMC tərəfindən inşa ediləcək binanın “D” korpusunun 1-ci mərtəbəsində, ön pəncərələri və giriş qapısı Mirəli Qaşqay küçəsinə baxan hissəsində ümumi sahəsi 110.0 kv.m qeyriyaşayış sahəsinin ona təhvil verilməsini MMC öz öhdəliyinə götürmüş, MMC-nin sonradan Maraqlı şəxs1 MTK-ya çevrilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə təkrarən MTK tərəfindən möhürlənmiş eskiz layihə əsasında binanın M.Qaşqay küçəsinə baxan hissəsində bütün ölçülər göstərilməklə əlavə müqavilə bağlanmışdır. Həmçinin, MTK-nın ümumi yığıncağının qərarına əsasən xx.xx.2019-cu il tarixdə payçı olaraq onunla Maraqlı şəxs1 MTK arasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilə bağlanmış, həmin müqavilədə maliyyə borcu olmadığı qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə onunla MTK arasında təhvil-təslim aktı imzalanaraq 110.0 kv.m. qeyri-yaşayış sahəsi ilə bağlı müqavilələrin bütün şərtləri və ölçüləri MTK tərəfindən icra olunduğu üçün qeyri-yaşayış sahəsi öz maddi vəsaiti hesabına təmir işləri aparmaq üçün təmirsiz olaraq ona təhvil verilmişdir. Bundan sonra MTK-nın rəsmi təmsilçisi Ziya Hacıyevin icazəsi ilə 2022-ci aprel ayından etibarən ilkin təmir, daha doğrusu suvaq, boya və elektrik işlərinə başlamış, ilkin təmir işlərinə təxminən 5000 (beş min) manat məbləğində vəsait xərcləmişdir. Qonşuluğunda qeyri-yaşayış sahəsi olan Cavabdeh2 tikinti şirkətindən narazı qaldığı üçün, daha doğrusu ona ayrılmış qeyri-yaşayış sahəsinin qapısının yeri və ölçüsü ilə razılaşmadığından xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq ona məxsus qeyri-yaşayış sahəsinə daxil olmaqla özü ilə gətirdiyi fəhlələrə arakəsmə divarı sökdürüb 6.8 metr irəli çəkmiş, 41.0 kv.m sahəni özünə və digər cavabdeh X5 məxsus qeyri-yaşayış sahəsinə birləşdirmişdir. Özü və əri Məmmədhüseyn Məmmədov həmin şəxslərdən məhkəmə və digər səlahiyyətli orqanın qərarını tələb etsələr də, onlara heç bir sənəd təqdim edilməmiş, yeni divar 6.8 metr irəlidə inşa edilərək suvaq vurulmuşdur. Həmin vaxt MTKnın rəsmi təmsilçisi Ziya Hacıyev, prorab Sabir və digər nümayəndələr də qanunsuz söküntü aparılmasına etiraz etmiş, lakin onların da etirazlarına məhəl qoyulmamışdır. Bununla da ona məxsus 41.0 kv.m. sahə Cavabdeh2 tərəfindən zor gücü ilə əlindən alınmışdır. Qanuni olaraq ona məxsus 41.0 kv.m. qeyri-yaşayış sahəsi heç bir yazılı və şifahi razılaşma, həmçinin məhkəmə qərarı olmadan qanunsuz olaraq əlindən alındığı üçün həmin sahə ona qaytarılmalı, arakəsmə divarı Cavabdeh2 tərəfindən öz maddi vəsaiti hesabına sökülməmişdən əvvəlki vəziyyətində tikilib bərpa olunmalı, təmir üçün xərclədiyi 5000 (beş min) manat məbləğində maddi ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Həmçinin, cavabdehlərin bu cür qanunsuz və özbaşına hərəkətləri onda mənəvi iztirab və psixi gərginliyə səbəb olmuşdur ki, həmin mənəvi iztirabların dəyəri pul ilə ölçülməsə də, onların əvəzi olaraq cavabdehdən 5000 (beş min) manat pul vəsaiti tutulmalıdır.

18. X6 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, Maraqlı şəxs1 MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ona məxsus 80 kv.metr qeyriyaşayış sahəsinin İddiaçı alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Ağasəf İskəndərov qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, Nəsimi rayon İH başçısının xx.xx.2017-ci il tarixli 263 saylı sərəncamına əsasən Azadlıq prospekti, Ş.Əzizbəyov, S.Rəhimov və M.Qaşqay küçələrinin kəsişməsində olan ərazidə yerləşən binalar “Pilot layihə” əsasında sökülərək onların yerində hündürmərtəbəli yeni binaların tikilməsi üçün Maraqlı şəxs1 MMC-nin istifadəsinə verilmiş, Nəsimi RİH-nin xx.xx.2017-ci il tarixli 264 saylı sərəncamı ilə ərazinin planlaşdırılma sənədləri təsdiq edilmiş və bu barədə tikinti şirkəti ilə müqavilə bağlanmışdır. O və qardaşı Cavabdeh1 mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin sökülərək yerində inşa olunacaq binanın S.Rəhimov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində sahəsi 343 kv.metr olan qeyriyaşayış sahəsinin onların istifadəsinə verilməsi üçün Maraqlı şəxs1 MMC ilə xx.xx.2018ci il tarixdə müqavilə bağlamış, müqavilə notariat kontorunda təsdiq olunmuşdur. Qeyriyaşayış sahəsi M.Qaşqay küçəsi istiqamətində, uzunluğu 19,60 metrdir və giriş ancaq M.Qaşqay küçəsindəndir. Qeyri-yaşayış sahəsinin eskiz layihəsi Nəsimi RİH ilə razılaşdırılmış və Maraqlı şəxs1 MMC-nin möhürü ilə təsdiq olunmuş, surəti ona verilmişdir. Sonradan məlum olmuşdur ki, İddiaçı onlara məxsus qeyri-yaşayış sahəsinin 80 kv. metr sahəsini öz qeyri-yaşayış sahəsinə birləşdirmişdir. Bu isə qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır.

20. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Maraqlı şəxs1 MTK-nın nümayəndəsi X14 bildirmişdir ki, Maraqlı şəxs2 Başçısının xx.xx.2017-ci il tarixli 263 və 264 saylı sərəncamlarına əsasən Azadlıq prospekti, Ş.Əzizbəyov, M.Qaşqay və S.Rəhimov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi “Pilot” layihə statusunda binaların tikilməsi üçün Maraqlı şəxs1 MMC-nin istifadəsinə verilmiş, MMC tərəfindən ilkin layihə “paket”, yəni hazır sənəd kimi alınmışdır. Həmin layihədə ərazinin bütün xüsusiyyətləri, incəlikləri, obyektlərin sayı, ərazinin relyefi və sair məsələlər nəzərə alınmamış, layihə Fövqəladə Hallar Nazirliyindən və digər ekspertizalardan keçməmiş, yanğından mühafizə tələblərinə cavab verməməklə sakinlərin təhlükəsizlikləri təmin edilməmiş, ehtiyat çıxış pilləkənlərinin sayı çox az nəzərdə tutulmuşdur. Birinci layihədə pilləkən və digər mühafizə kommunal giriş sahələrə itki 10,5 faiz (lift ətrafı ərazi də daxil olmaqla) təşkil edirdisə, ikinci layihədə M.Qaşqay küçəsində həyətə salınmış avtomobil yolu ilə birlikdə itki 42 faiz təşkil etmişdir. Tikinti şirkəti olaraq Şəhərsalma və Arxiterktura Komitəsinin tələblərini yerinə yetirmək məcburiyyətində qalıb qısa müddətdə binanın hazırda işlənilən layihəsini təqdim etmiş, əsas məqsədləri əllərində olan texniki imkanlardan istifadə edib əhalinin istəklərini nəzərə almaq, həmçinin də sahibkar olmaqla “Pilot” layihə şərtlərini yerinə yetirmək olmuşdur. Cavabdeh2 məhkəməyə təqdim etdiyi layihədə cizgilər onun (Şahin Vəliyev) tərəfindən yazılmışdır. Halbuki, o həmin layihədir ki, heç bir ekspertizadan keçməyib, bu gün tikinti aparılan layihədən texniki göstəricilərinə görə fərqlənir. Həmin cizgilər və yazı gələcəkdə verilə biləcək sahənin ehtimal formasıdır, çünki tikinti şirkəti olaraq Maraqlı şəxs1 MTK ayrılmış torpaq sahəsində sakinlərin evlərini, obyektlərini sökərək onlara imkan daxilində əvəzini verir. Onlar təsdiq edilmiş eskiz üzrə fərdi ev tikmirlər ki, sifarişçinin bütün kapriz və istəyini nəzərə alsınlar. Həmçinin, payçıların obyekt bölgüsü layihəni işləyən mühəndislər və memarlar tərəfindən texniki göstəricilər nəzərə alınmaqla aparılmışdır. Cavabdeh2 adına yerin altında, pəncərəsi olmayan hündürlüyü 2 metrə yaxın 32.0 kv.m zirzəmi, Mahmud İsgəndərovun isə S.Rəhimov küçəsi 207 ünvanda 1 giriş qapısı və yanında bir pəncərəsi olan sahəsi 166 kv.m olan mənzili olmuşdur. xx.xx.2017-ci il tarixdən sonra, yəni Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrıldıqdan və MTK tərəfindən söküntü işlərinə başlandıqdan sonra onlar (Cavabdeh2 və Cavabdeh1) mənzillərini 2017-ci ilin dekabr ayında qanunsuz olaraq qeyri-yaşayışa çevirmişlər. Hazırda da Ağasəf və Mahmud İsgəndərovlar həmin obyektdə pasport qeydiyyatındadırlar. 2018-ci ilin fevral ayında Ağasəf və Mahmud İsgəndərovlarla müqavilə bağlayarkən tikinti şirkəti olaraq onlara həmin ərazidə qeyri-yaşayış sahəsi verəcəklərini göstərmişlər. Onlarla bağladıqları müqavilədə hazırda məhkəməyə təqdim olunmuş eskiz layihə barəsində bir cümlə olsun belə qeyd olunmamışdır. Çünki həmin eskiz layihə mövcud deyil, heç bir dövlət orqanında qeydiyyatdan keçməyən, hüquqi qüvvəsi olmayan yazıdır. Ağasəf və Mahmud İsgəndərovlara 166.0 kv.m yarımzirzəmi verilməli olduğu halda 7 panoram pəncərəli, geniş 327.0 kv.m 3 girişli obyekt verilmişdir. Hətta zirzəmilərinin əvəzinə ticarət sahəsi vermişlər. Belə çıxır ki, qonşuluqda olan bütün obyekt sahiblərinin kapriz və istəklərini nəzərə alsaydılar orada tikinti işlərinin aparılması mümkünsüz olardı. İsgəndərovların təqdim etdiyi layihə heç bir dövlət orqanında təsdiqlənməyib, Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyatdan keçməyib, binanın tikintisində həmin layihədən istifadə olunmayıb və hazırda da mövcud deyil. 2018-ci ilin fevral ayında Ağasəf və Mahmud İsgəndərovlarla bağlanmış müqavilələrdə tərəfindən imzalanmış yazı öz əksini tapmayıb. Həmin yazı orada digər sakinlərin əvəzlənmə kimi alacaqları sahələr göstərilmədiyindən ilkin ehtimal xarakterlidir. Tikinti şirkəti olaraq Ağasəf və Mahmud İsgəndərovlara verilmiş obyekt həm quruluşuna görə, həm də digər yaxşı xüsusiyyətlərinə görə digərlərindən fərqlidir. Maraqlı şəxs1 MTK tikinti şirkəti olaraq Ağasəf və Mahmud İsgəndərovlara 2 il müddətində dəfələrlə bildirmişdir ki, əgər müqavilə şərtlərindən narazılıqları varsa bu barədə məhkəməyə müraciət edə bilərlər. Onlar isə qanunsuz olaraq arakəsmə divarı söküb, digər payçı İddiaçı məxsus obyektin bir hissəsini zəbt etmişlər. Hansı ki, zəbt olunmuş sahə İddiaçı MTK tərəfindən qanuni əsaslarla verilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə tikinti şirkəti ilə İddiaçı arasında bağlanmış müqavilədə (Ağasəf və Mahmud İsgəndərovlara bağlanmış müqavilələrdən əvvəl) ona mənzillərlə yanaşı, M.Qaşqay küçəsində pencərələri və giriş qapılarının çıxan hissəsində 110.0 kv.m qeyri-yaşayış sahəsi verməsi öhdəliyini MTK öz üzərinə götürmüşdür. Yəni konkret olaraq harada və hansı ölçüdə yer veriləcəyi göstərilmişdir. 2018-ci ilin iyun-iyul aylarında layihə bütün ekspertizalardan keçirildikdən sonra Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyata alınmış, Maraqlı şəxs1 MMC-nin MTK-ya çevrilməsi ilə əlaqədar İddiaçı ilə xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə xx.xx.2019-cu il tarixdə notariusda möhürlə təsdiq olunmuş eskiz layihədə ölçülər, yer və qonşular göstərilməklə əlavə müqavilə bağlanmışdır. Həmin əlavə müqavilədə İddiaçı veriləcək obyektin bütün ölçüləri, yeri, pencərələri və giriş qapıları göstərilmişdir. Qeyd olunan müqavilələrdə İddiaçı əvəzlənmə kimi veriləcək əmlaklar hamısı, yəni mənzillər və qeyri-yaşayış sahəsi ümumilikdə sadalandığından, təsisçilərin ümumi yığıncağının qərarına əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı ilə MTK arasında mənzillərə və qeyri-yaşayış sahəsinə dair ayrı-ayrı müqavilələr bağlanmışdır. Həmin müqavilədə təkrar eskiz layihəyə istinad edilməklə bütün ölçülər, pəncərələr və girişlər, M.Qaşqay küçəsində obyektin başlanğıcı və sonu dəqiqliklə təkrar göstərilmişdir. Müqaviləyə əsasən İddiaçı MTK-ya payçı kimi qəbul edilmiş və payçı kimi borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. xx.xx.2022-ci il tarixdə MTK tərəfindən təhvil-təslim aktı ilə qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilmiş, o, mart-aprel aylarında elektrik, işıqlandırma, suvaq boya və sair işləri aparıb təmirin ilkin mərhələsində işləri başa çatdırmışdır. xx.xx.2022-ci il tarixdə Ağasəf və Mahmud İsgəndərov qardaşları kənardan fəhlə qüvvəsi cəlb edərək MTK-nın etirazına baxmayaraq, MTK tərəfindən hörülmüş divarı söküb, yeni divar hörməklə İddiaçı məxsus 45.0 kv.metr sahəni qanunsuz zəbt etmişlər. MTK Ağasəf və Mahmud İsgəndərov qardaşları qarşısında bütün öhdəlikərini vicdanla yerinə yetirərək onlara kifayət qədər qeyri-yaşayış sahəsini vermişdir. Onların iddiaları tam əsassızdır və qanunsuz olaraq zəbt etdikləri ərazini öz qanuni sahibinə təhvil verməlidirlər.

21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Bakı şəhər Maraqlı şəxs2 nümayəndəsi X8 izahatında göstərmişdir ki, Maraqlı şəxs2 264 nömrəli 2017-ci il tarixli sərəncamı ilə birinci layihə təsdiq olunmuşdur. Şəhərsalma və Arxitektura Komitəsinin 02 sentyabr 2017-ci il tarixli məktubu ilə İcra Hakimiyyətinə razılaşmanın əldə olunduğu bildirilmiş, İcra Hakimiyyəti layihəni təsdiq etmişdir. İkinci layihə isə dəyişikliklərdən sonra tərtib olunmuş, həmin layihədən İcra Hakimiyyətinin xəbəri olmamışdır. Layihə dəyişdirilibsə yeni bir sərəncam verilməli idi. Layihənin sifarişçisi Maraqlı şəxs2dir. Buna görə də ilkin iddia rədd, qarşılıqlı iddia təmin olunmalıdır.

22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin olunaraq İddiaçı məxsus olan qeyriyaşayış sahəsinin 41 kv.m hissəsinin Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılması, qeyri-yaşayış sahəsinin arakəsmə divarının Cavabdeh1 və Cavabdeh2 maddi vəsaiti hesabına sökülməmişdən əvvəlki vəziyyətində və yerində tikilib bərpa olunması, İddiaçı ilkin təmir üçün xərclədiyi 5000 (beş min) manat məbləğində maddi ziyanın əvəzinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 130 (bir yüz otuz) manatın Cavabdeh1 və Cavabdeh2 tutulub ona ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

23. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

23.1. İlkin iddia üzrə iddiaçı ilə Maraqlı şəxs1 MMC arasında xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş müqaviləyə əsasən MMC, inşa ediləcək binanın “D” korpusunun 1-ci mərtəbəsində, ön panoram pəncərələri və giriş qapısı Mirəli Qaşqay küçəsinə baxan hissəsində ümumi sahəsi 110.0 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsini öz öhdəliyinə götürmüşdür. MMC-nin sonradan MTK-ya keçməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə təkrar MTK tərəfindən möhürlənmiş eskiz layihə əsasında binanın “D” korpusunda M.Qaşqay küçəsinə baxan hissəsində bütün ölçülər dəqiq göstərilməklə notariat kontorunda əlavə müqavilə bağlanmışdır. Həmçinin, ümumi yığıncağın qərarına əsasən xx.xx.2019-cu il tarixdə payçı olaraq İddiaçı ilə MTK arasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilə bağlanılmış və həmin müqavilədə maliyyə borcunun olmadığı qeyd olunmuşdur. 23.2. xx.xx.2022-ci il tarixdə İddiaçı ilə MTK arasında təhvil-təslim aktı imzalanaraq 110.0 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı müqavilələrin bütün şərtləri və ölçüləri MTK tərəfindən icra olunduğu üçün qeyri-yaşayış sahəsi İddiaçı idarəçiliyinə verilərək öz maddi vəsaiti hesabına təmir işləri aparmaq üçün təmirsiz sonuncuya təhvil verilmişdir. Bundan sonra, MTK-nın icazəsi ilə 2022-ci il mart-aprel ayından etibarən ilkin təmir işlərinə (suvaq, boya və elektrik) başlanılaraq tamamlanmışdır. 23.3. İlkin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş MTK-nın ümumi yığıncağının qərarından çıxarışda müqavilələrə əlavə edilmiş eskiz layihəyə əsasən İddiaçı sökülmüş əmlakının bir hissəsinin əvəzi kimi maliyyə ödənişi etməmək şərti ilə tikilmiş binanın “D” korpusunda Mirəli Qaşqay küçəsinə çıxan hissəsindən dərhal sonra Ş.Əzizbəyov küçəsi istiqamətində iki binanın (D və E korpusları) həyətinə avtomobil girişinə qədər 1-ci mərtəbədə 2 böyük panoram və 1 kiçik panoram pəncərələrdən (3 panoram pəncərə) və girişlərdən ibarət sahəsinin uzunluğu 16 metr 900 sm, ümumi sahəsi 110.0 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına təkrar müqavilə bağlanaraq rəsmiləşdirilməsi və MTK-ya payçı kimi qəbul edilməsi qərara alınmışdır. 23.4. İlkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəməyə təqdim olunmuş müqavilələr və digər sübutlarla təsdiq olunur ki, MTK ilkin iddiaçıya mübahisəli qeyri-yaşayış sahəsini onun yaşayış və qeyri-yaşayış sahələrinin əvəzi olaraq vermişdir. Yəni bu o deməkdir ki, ilkin iddiaçının MTK-ya maliyyə borcu olmamışdır. Belə olduğu təqdirdə Mülki Məcəllənin 139-1.1.6-ci maddəsinə əsasən MTKnın təsisçilərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarı İddiaçı münasibətdə mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması üçün hüquqi əsasdır. 23.5. İşin faktiki hallarından biri də odur ki, ilkin iddiaçı ilə MTK arasında qanunamüvafiq müqavilələr bağlanmış, həmin müqavilələrdə şərtlər çox aydın şəkildə ifadə olunmuş, konkret olaraq, hətta küçələrin kəsişməsi göstərilməklə İddiaçı veriləcək qeyri-yaşyış sahəsinin inşa olunacaq binanın hansı hissəsində olması aydın şəkildə göstərilmiş, MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarından, daha doğrusu binanın inşası başa çatdırıldıqdan sonra qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdə akt əsasında İddiaçı təhvil verilmişdir. Lakin Cavabdeh2 və Cavabdeh1 ilə Maraqlı şəxs1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələrin 1.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqaviləyə əsasən tikinti şirkəti söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətçiyə məxsus ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarış (Cavabdeh2 məxsus), xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış (Cavabdeh1 məxsus) ilə mülkiyyət hüquqlarını təsdiq edən ünvan 1 ünvanında yerləşən Cavabdeh1 məxsus ümumi sahəsi 231.3 kv.metr, Cavabdeh2 məxsus ümumi sahəsi 54.6 kv.metr olan qeyri-yaşayış sahəsini təhvil alıb həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra 1-ci mərtəbədə Cavabdeh1 281.0 kv.m, Cavabdeh2 isə 62.08 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərindən göründüyü kimi Maraqlı şəxs1 MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 veriləcək qeyri-yaşayış sahəsinin koordinatları konkret olaraq təsvir olunmamış, həmin ərazidə inşa ediləcək binadan verilməsi nəzərdə tutulmuşdur. 23.6. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunmuş eskiz layihə ilə bağlı məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi bina həmin layihə əsasında inşa olunmamışdır, olunsa idi belə, Maraqlı şəxs1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə həmin layihəyə istinad edilməmiş və layihə qeyd olunan müqavilənin tərkib hissəsi kimi nəzərdə tutulmamışdır. 23.7. Həmçinin, Cavabdeh2 ona məxsus qeyri-yaşayış sahəsinin bir hissəsinin Maraqlı şəxs1 MMC tərəfindən İddiaçı verilməsini düşünürsə, onda o, hüquqlarının reallaşdırılması üçün MMC-yə qarşı müqavilə üzrə götürdüyü öhdəliklərin icrasına məcbur olunması barədə iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Üstəlik, İddiaçı ilə Cavabdeh2 arasında mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı hər-hansı bir müqavilə bağlanmamışdır. Daha doğrusu, İddiaçı Cavabdeh2 qarşısında hər-hansısa öhdəlik götürməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. 23.8. Nəsimi İH-nin nümayəndəsinin mövqeyi ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla binanın inşa olunduğu layihə Nəsimi RİH ilə razılaşdırılmışdır. Cavabdeh2 Nəsimi RİH-in sifarişçi qrafasında Maraqlı şəxs1 MMC-nin qeyd olunması ilə bağlı məhkəmə bildirir ki, qeyd olunan hal qanun pozuntusu kimi qəbul olunmamalıdır və həmin layihənin qanuniliyini aradan qaldırmır. Belə ki, layihənin ilk vərəqindən sonuncu vərəqinədək Nəsimi RİH-nin 63 nömrəli xx.xx.2017-ci il tarixli ştamp möhürü ilə təsdiqlənmişdir. Yəni qeyd olunan layihə Dövlət Ekspertizası Baş İdarəsi tərəfindən də təsdiq olunmuş, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeydiyyata alınmışdır. Göründüyü kimi layihənin təsdiq olunmasında və qeydiyyata alınmasında hər-hansı qanun pozuntusu baş verməmişdir. Binanın qeyd olunan layihə əsasında inşa olunub başa çatdırılması və binanın inşası müddəti ərzində layihə üzrə binanın inşasına nəzarət edən orqan olaraq Nəsimi RİH tərəfindən tikinti işlərinin dayandırılmaması bir daha təsdiq edir ki, binanın layihələndirilməsində və inşa olunmasında hər-hansı qanun pozuntusu yoxdur. 23.9. İlkin iddianın maddi ziyanın əvəzinin ödənilməsi hissəsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Vurulmuş ziyanın müəyyənləşdirilməsinə dair auditor yoxlaması” barədə aktdan görünür ki, ilkin iddia üzrə cavabdehlər tərəfindən ilkin iddia üzrə iddiaçıya məxsus olan 110 kv.m olan qeyri-yaşayış sahəsinin bir hissəsinin zəbt edilərək aparılmış söküntü nəticəsində korlanmış təmir işlərinin dəyəri 6717 manat təşkil edir. İlkin iddia üzrə iddiaçı maddi ziyanın əvəzi kimi cavabdehlərdən 5000 manat məbləğində pul vəsaitinin ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, MPM-nin 218.3-cü maddəsinin tələbləri nəzərə alınaraq iddia bu hissədə verilmiş tələbdən kənara çıxılmayaraq təmin olunmalıdır. 23.10.İlkin iddiaçının mənəvi zərərin əvəzinin tutulması tələbi, kifayət qədər əsaslandırılmadığına görə təmin olunmamalıdır. 23.11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı tərəfindən onun qeyri-yaşayış sahəsinin bir hissəsinin zəbt olunmasını təsdiq edə biləcək mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı məxsus olan qeyriyaşayış sahəsinin 41 kv.m. hissəsinin zəbt olunduğu və arakasmə divarının yerinin qanunsuz olaraq dəyişdirildiyi işin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

24. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 14.2.6-cı, 21.1-ci, 21.2-ci, 139- 1.1.6-cı, 152.1-ci, 152.5-ci, 389.1-ci, 405.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76-cı və 77-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli Qərarlarına istinad etmişdir.

25. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, ekspertiza təyin olunması barədə vəsatətini əsassız olaraq təmin etmədiyini, MTK tərəfindən İddiaçı verilmiş qeyri-yaşayış sahəsinin binanın təsdiq olunmuş eskiz layihəsinə əsasən ona aid olduğunu, MTK-nın İcra Hakimiyyəti ilə razılaşdırmadığı layihə əsasında İddiaçı həmin sahəni verdiyini nəzərə almadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

26. Qətnamədən İddiaçı da apellyasiya şikayəti verərək iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə onun ləğv edilməsini və iddia tələblərinin tam təmin olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə mənəvi ziyan tələbini təmin etməməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

27. İddiaçı məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (həyat yoldaşı) X4, digər nümayəndəsi (vəkili) Vəkil1 təmsil etdikləri şəxsin apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Ağasəf İskəndərovun apellyasiya şikayətinin əsassız olduğunu bildirmişlər.

28. Məhkəmə iclaslarında iştirak edən X6 və onun vəkili Vəkil3 öz apellyasiya şikayətlərini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişlər.

29. Ağasəf İskəndərovun əvvəlki məhkəmə iclasında iştirak edən vəkili Vəkil4 təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, Maraqlı şəxs1 MMC xx.xx.2018-ci il tarixdə Ağasəf və Cavabdeh1larla müqavilə bağlayaraq onların mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin yerində inşa olunacaq binanın S.Rəhimov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində olan hissəsində sahəsi 343 kv.metr olan qeyri-yaşayış sahəsini onların istifadəsinə verməyi öhdəsinə götürmüş, müqavilə notariat kontorunda təsdiq olunmuş, müqaviləyə əlavə edilmiş, sifarişçi olan Bakı şəhəri Maraqlı şəxs2 tərəfindən təsdiq olunmuş 63 nömrəli 16 oktyabr 2017-ci il tarixli plan-sxem cizgisinə əsasən Ağasəf və Cavabdeh1lara verilməli qeyri-yaşayış sahəsi qırmızı xətlə işarələnmişdir. Qeyd olunan halı məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyəti nümayəndəsi X9 da təsdiq etmişdir. Müqavilədə nəzərdə tutulmuş qeyriyaşayış sahəsi M.Qaşqay küçəsi istiqamətində olmaqla uzunluğu 19,60 metrdir və giriş ancaq M.Qaşqay küçəsindəndir. Qeyri-yaşayış sahəsinin eskiz layihəsi Nəsimi RİH ilə razılaşdırılmış və Maraqlı şəxs1 MMC-nin möhürü ilə təsdiq olunmuş, surəti Ağasəf İskəndərova verilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, Cavabdeh2 və onun qardaşına məxsus qeyri-yaşayış sahəsinin 80 kv.metr sahəsini İddiaçı öz qeyri-yaşayış sahəsinə əsassız olaraq birləşdirmişdir. İddiaçı ilə bağlanmış müqaviləyə əlavə edilmiş eskiz layihə tikintinin sifarişçisi olan Maraqlı şəxs2 tərəfindən təsdiq edilməmiş və Maraqlı şəxs1 MMC tərəfindən layihədə əsassız olaraq düzəlişlər edilmişdir. Halbuki, sifarişçi Maraqlı şəxs2 ilə podratçı Maraqlı şəxs1 MMC-nin arasında bağlanmış müqaviləyə əsasən, əgər binanın tikintisində, plan-sxemində hər hansı bir dəyişiklik aparılarsa, bu dəyişiklik yalnız sifarişçinin razılığı ilə həyata keçirilməlidir. Belə bir razılıq olmadan MMC tərəfindən Cavabdeh2 məxsus olan əmlak əsassız və qanunun tələbləri pozularaq İddiaçı verilmişdir. Təbii ki, bu da Cavabdeh2 qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır.

30. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 MTK-nın nümayəndəsi (vəkili) X17 MTK-nın birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin izahatını (mövqeyini) təsdiq etdiyini bildirərək həmçinin qeyd etmişdir ki, Ağasəf və Cavabdeh1lar tərəfindən İddiaçı qeyri-yaşayış sahəsinin sökülmüş divarı artıq əvvəlki vəziyyətinə bərpa olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

33. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

34. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

35. Maddə 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

36. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.

37. Maddə 139-1.1.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

38. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

41. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

42. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

43. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

44. Maddə 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənziltikinti kooperativləri hesab edilir.

45. Maddə 110.1. Mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az, lakin kooperativin inşa etdiyi çoxmənzilli binada yaşayış və inşası nəzərdə tutulduğu hallarda qeyri-yaşayış sahələrinin sayından çox ola bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

49. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Qətnamə həm ilkin, həm də qarşılıqlı iddiaçı tərəfindən mübahisələndirildiyindən və mübahisə bölünməz xarakterli olduğundan, Mahmud İsgəndərov qətnamədən apellyasiya şikayəti verməsə də hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

53. Kollegiya ilk növbədə qeyd edir ki, Maraqlı şəxs1 MMC (MTK) ilə tərəflər arasında bağlanmış müqavilələr hazırda da qüvvədədir və tərəflər həmin müqavilələrin etibarlılığını mübahisələndirməməklə məhz bu müqavilələrə istinadla tələblər, habelə arqumentlər (etirazlar) irəli sürmüşlər.

54. Bu kontekstdə nəzərə alınmalıdır ki, İddiaçı MMC, sonradan isə MTK ilə bağladığı müqavilələrdə, MMC (MTK) tərəfindən sökülmüş əmlakının əvəzində, təqdim edilmiş eskiz layihəyə əsasən tikiləcək binanın 1-ci mərtəbəsində ön panoram pəncərələrinin və giriş qapısının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsinə çıxan hissəsində ümumi sahəsi 110 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi razılaşdırılmış, müqavilələrə binanın eskiz layihəsindən çıxarış əlavə edilmişdir (§ 6, 8, 11).

55. MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarında da İddiaçı verilməli olan əmlakın yeri konkret göstərilmiş, binanın “D” korpusunda, Mirəli Qaşqay küçəsinə çıxan hissəsindən dərhal sonra Ş.Əzizbəyov küçəsi istiqamətində 2 binanın, yəni (D və E korpusları) binanın həyətinə avtomobil girişinə qədər 1-ci (birinci) mərtəbədə 2 böyük panoram və 1 kiçik panoram pəncərələrdən (3 panoram pəncərə) və girişlərdən ibarət, sahəsinin uzunluğu 16 metr 900 sm, ümumi sahəsi 110 kv.m olan qeyriyaşayış sahəsinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır (§ 10).

56. Mahmud və Ağasəf İskəndərovlarla bağlanmış müqavilələrdə isə onlara veriləcək qeyri-yaşayış sahəsinin koordinatları konkret olaraq təsvir olunmamış, inşa ediləcək binadan müvafiq ölçülərdə sahələrin veriləcəyi göstərilmişdir.

57. Digər tərəfdən nəzərə alınmalıdır ki, İddiaçı Maraqlı şəxs1 MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarına əsasən MTK-ya üzv qəbul olunmuş, mübahisəsi gedən qeyri-yaşayış sahəsi həm də həmin qərarla ona verilmişdir; qanunvericiliyə (§ 37) görə isə bu hal İddiaçı həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması üçün hüquqi əsasdır. Xüsusilə qeyd olunmalıdır ki, MTKnın təsisçilərinin ümumi yığıncağının qərarı qüvvədədir və mübahisələndirilməmişdir.

58. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əgər Cavabdeh2 ona məxsus qeyri-yaşayış sahəsinin bir hissəsinin İddiaçı verildiyini iddia edirsə, MTK-ya qarşı “müqavilə üzrə öhdəliklərin icrasına məcbur olunma” barədə iddia qaldırmalı, həmçinin sözügedən ümumi yığıncaq qərarını mübahisələndirməlidir. Hazırda yaranmış vəziyyət ondan ibarətdir ki, mübahisəsi gedən qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi barədə müqavilələr və MTK təsisçilərinin ümumi yığıncaq qərarı qüvvədə olduğu halda, Ağasəf İskəndərov iddia etdiyi hüququnun müdafiəsini qanuna zidd şəkildə (§ 34) həyata keçirməyə cəhd etmişdir.

59. Bu qənaətə gələrkən kollegiya həmçinin nəzərə alır ki, mübahisəsi gedən əmlaka dair MMC-nin (MTK-nın) öhdəliyi daha əvvəl İddiaçı xeyrinə yaranmış, əmlak müvafiq təhvil-təslim aktı əsasında ona təhvil verilmiş və o, əmlak üzərində sahibliyini həyata keçirməyə başlamışdır; bu xüsusat da Ağasəf İskəndərovun həmin əmlakla bağlı İddiaçı qarşı irəli sürdüyü tələbin təmin edilməməli olmasını şərtləndirir (§ 43).

60. Apellyasiya baxışı zamanı İddiaçı qeyri-yaşayış sahəsinin sökülmüş divarının artıq əvvəlki vəziyyətinə bərpa edildiyi müəyyən olunsa da, kollegiya qeyd edir ki, apellyasiya instansiyasının vəzifəsi birinci instansiya məhkəməsinin işə baxdığı zaman mövcud olmuş vəziyyətə dair gəldiyi gənaətin düzgünlüyünü yoxlamaqdan ibarətdir və buna görə də müəyyən edilmiş həmin hal qətnamənin müvafiq hissədə ləğvinə əsas yaratmır.

61. Kollegiya, Nəsimi İH-nin nümayəndəsinin mövqeyi ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması ilə də razılaşır. Belə ki, binanın layihəsi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertizası Baş İdarəsi tərəfindən təsdiq olunmuş, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən də qeydiyyata alınmışdır. Binanın həmin layihə əsasında inşa olunub başa çatdırılması və inşası müddəti ərzində layihə üzrə binanın inşasına nəzarət edən orqan olaraq Nəsimi RİH tərəfindən tikinti işlərinin dayandırılmaması ona dəlalət edir ki, binanın layihələndirilməsində və inşa olunmasında hər hansı qanun pozuntusu olmamışdır.

62. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı şəhəri Maraqlı şəxs2 tikintiyə icazə verməsi ilə bağlı 08 avqust 2018-ci il tarixli sərəncamında məhz FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli ekspertiza rəyini nəzərə almışdır.

63. Həmçinin nəzərə alınmalıdır ki, Maraqlı şəxs1 MMC ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 4.1-ci və 4.2-ci bəndlərində, qanunvericiliyə və şəhərsalma prinsiplərinə uyğun hazırlanmış layihələrə səlahiyyətləri çərçivəsində razılıq vermək və layihələrin memarlığa dair hissələrini razılaşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək İcra Hakimiyyətinin öhdəliyi olaraq təsbit olunmuşdur.

64. Bununla belə kollegiya, ilkin iddiaçının “maddi ziyanın ödənilməsi” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

65. Belə ki, məhkəmə müvafiq nəticəyə ilkin iddiaçının sifarişi əsasında onun özünün əldə etdiyi audit rəyinə istinadən gəlmiş, ilkin iddiaçıya dəydiyi ehtimal olunan ziyan məbləği ilə bağlı heç bir araşdırma aparmamışdır. Nəzərə alınmalıdır ki, İddiaçı qeyri yaşayış sahəsində ilkin təmir (suvaq, boya və elektrik işləri) həyata keçirmiş olduğunu və bu işlərə təxminən 5000 (beş min) manat məbləğində vəsait xərclədiyini irəli sürmüşdür – hansı ki, bu məbləğ ümumi sahəsi 110 m2 olan əmlaka münasibətdə xərcləndiyi bildirilən məbləğdir. Əmlakın divarının yerinin dəyişdirilməsi nəticəsində isə ümumi təmirə deyil, yalnız əmlakın Ağasəf və Cavabdeh1ların sahələrinə qatılan hissəsinə ziyan dəyə bilər ki, bununla bağlı da ilkin iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Ağasəf və Cavabdeh1lar tərəfindən divarın yerinin dəyişdirilməsi zamanı suvaq, boya və elektrik işlərinə ziyan dəyməsi ağlabatan da deyildir və İddiaçı məxsus qeyri-yaşayış sahəsinin divarının artıq əvvəlki yerində bərpa edildiyini nəzərə almaqla kollegiya müvafiq hissədə qətnamənin ləğv edilməli olması qənaətinə gəlir.

66. Həmin tələblə bağlı kollegiya ona görə əlavə tədqiqat aparmır ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən bu sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin tərəfdən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırıldığı halda qəbul edilə bilər (§ 48).

67. Kollegiya İddiaçı apellyasiya şikayətini əsassız hesab edir; belə ki, o, iddiasının mənəvi ziyanla bağlı hissəsini konkret faktlarla sübuta yetirməmiş, ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”.

68. Həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.

69. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X18 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

70. Kollegiya ilkin iddiaçının iddia tələbinin qismən təmin olunmasını, ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması ilə bağlı gəlinən nəticə ilə razılaşır.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. X2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2946/2022 saylı iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsi “İddiaçı ilkin təmir üçün xərclədiyi 5000 (beş min) manat məbləğində maddi ziyanın əvəzinin Cavabdeh1 və Cavabdeh2 tutulub ona ödənilməsi” hissəsində ləğv edilsin. İddiaçı iddia tələbi həmin hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar