Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-746/2020 21.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və Cavabdeh3 nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3810/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayonu İcra və Probasiya şöbəsi, Cavabdeh2 MMC, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hərracın nəticələri barədə 83 saylı, xx.xx.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi, Cavabdeh3 adına DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və mənzilə onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 3810/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh3 nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-339/2016 saylı qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 68 nömrəli evin 6-cı mənzilinin açıq hərracda satılması, əldə olunan pul vəsaitinin 2/3 hissəsini Cavabdeh3, 1/3 hissəsinin isə İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədinə əsasən Cavabdeh1 tərəfindən icraata başlanılmışdır. Bundan sonra icra və probasiya şöbəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən verilmiş xx xxx 2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən həmin mənzil 65000 manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra icra və probasiya şöbəsinin sifarişi əsasında icra sənədinin icrası üzrə Cavabdeh2 MMC tərəfindən həmin mənzil xx.xx.2017-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx xxxx 2017-ci il tarixli 02/32 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan xx xxxx 2017-ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. xx xxxxxx 2017-ci il tarixdə keçirilən ilkin hərracda əmlak 65000 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. Buna görə xx xxxxxxxx 2017-ci il tarixə yenidən açıq hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də xx xxxxxxxx 2017-ci il tarixli 02/32-1 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan da xx xxxxxxxx 2017ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. xx xxxxxxxx 2017-ci il tarixdə keçirilən hərracda əmlak 10% endirimlə 58500 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Buna görə xx xxxxxxx 2017-ci il tarixə açıq hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də xx xxxxxxx 2017-ci il tarixli 02/32-1 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan da xx xxxxxxx 2017-ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. xx xxxxxxx 2017-ci il tarixdə keçirilən hərracda əmlak 20% endirimlə 52000 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Buna görə də xx xxxxxx 2017-ci il tarixə yenidən açıq hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx xxxxxx 2017-ci il tarixli 02/32-1-2-3 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan xx xxxxxx 2017-ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. xx xxxxxx 2017-ci il tarixdə keçirilən hərracda əmlak 30% endirimlə 45500 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Mənzil satılmadığından Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən mənzilin alınması üçün tərəflərə təklif göndərmiş, təklifdən imtina edildiyi halda icra sənədinin məhkəməyə qaytarılacağı bildirilmişdir. Bundan sonra tələbkar Cavabdeh3 nümayəndəsi ərizə ilə icra və probasiya şöbəsinə müraciət edərək, icra sənədinin geri qaytarılmasını xahiş etmiş və Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli qərarı ilə icra sənədi həmin tarixdə məhkəməyə qaytarılmışdır. Daha sonra tələbkar Cavabdeh3 ərizəsi əsasında icra sənədi yenidən icraya yönəldilmiş və Cavabdeh1 xx xxxxx 2018-ci il tarixli qərarı ilə icraata başlanılaraq bu barədə tərəflərə məlumat verilmişdir. İcra və probasiya şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə həmin mənzilin satılması üçün Cavabdeh2 MMC-yə sifariş verilmiş və MMC tərəfindən həmin mənzil xx.xx.2018-ci il tarixdə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2018-ci il tarixli 02/67 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2018-ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. xx.xx.2018-ci il tarixdə keçirilən hərracda əmlak 65000 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. Buna görə xx.xx.2018-ci il tarixə yenidən açıq hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2018-ci il tarixli 02/67-1 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2018-ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. xx.xx.2018-ci il tarixdə keçirilən hərracda əmlak 10% endirimlə 58500 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra xx.xx.2018-ci il tarixə təkrar hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2018-ci il tarixli 02/67-1-2-3 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2018-ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. xx.xx.2018-ci il tarixdə keçirilən hərracda əmlak 20% endirimlə 52000 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. Daha sonra xx.xx.2019-cu il tarixə təkrar hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2019-cu il tarixli 02/67-1-2-3-4 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2019cu il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. xx.xx.2019-cu il tarixdə keçirilən hərracda əmlak 30% endirimlə 45500 manata təklif olunmuşdur. Bundan sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh3 mənzili 45500 manata əldə etmiş, bununla bağlı hərrac təşkilatı tərəfindən xx.xx.2019-cu il tarixli 83 saylı hərracın yekunları barədə protokolu tərtib olunmuş və həmin tarixdə onunla alqı-satqı müqaviləsi bağlanmışdır. xx xxxx 2019-cu il tarixdə icra sənədi tam icra olunduğundan icraata xitam verilmiş və bu barədə tərəflərə və məhkəməyə məlumat verilmişdir. İddiaçı bildirir ki, xx.xx.2019-cu il tarixdə keçiriləcək hərracın keçirilməsi ilə bağlı bildiriş hərracın keçirilməsinə 30 gün qalmış deyil, 09 gün qalmış, yəni xx.xx.2019-cu il tarixdə tərtib edilmişdir. Bundan başqa hərrac təşkilatçısı Cavabdeh2 MMC-nın məktubunda qeyd olunmuşdur ki, “xx.xx.2018-ci il tarixə 30% endirimlə növbəti hərrac təyin olunsa da, icra şöbəsindən hərrac təşkilatına daxil olan dayandırma məktubundan sonra hərrac dayandırılmış daha sonra isə hərracın davam etdirilməsi barədə məktub Cavabdeh2 MMC-yə daxil olduqdan sonra xx.xx.2019-cu il tarixdə yenidən 30% endirimlə keçirilmiş hərracda əmlak tələbkar X2 tərəfindən satın alınmışdır.” Lakin hərracın davam etdirilməsi barədə icra və probasiya şöbəsinin sifariş məktubu ona təqdim edilməmiş və ya ümumiyyətlə mövcud deyildir. Həmçinin icra işinə dair sənədlərdə tələbkar Cavabdeh3 etibarnamə ilə nümayəndəsi X1 ərizəsi xx.xx.2018-ci il tarixdə yazılaraq icra şöbəsinə daxil olması barədə xx.xx.2018-ci il tarixdə qeydiyyata alındığı halda, icra məmurunun “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsaslanaraq icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı xx.xx.2018-ci il tarixdə, yəni ərizə verilən gündən 5 gün əvvəl tərtib olunmuşdur. İcra şöbəsinin özünün təqdim etmiş olduğu hər iki sənəd saxtalaşdırılma yolu ilə tərtib olunmuşdur. Cavabdeh3 iddiaya etiraz edir və bildirir ki, hərrac tam qanuni keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Lakin hazırkı işdə həmin maddələrin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin 415.2-ci maddəsinintələblərinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından da müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən mübahisəli mənzilə dair hərrac keçirilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmamış və keçirilən hər bir hərracın vaxtı və yeri barədə iddiaçının ünvanına bildiriş göndərmiş, həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Kaspi” qəzetində dərc olunmuşdur. Göründüyü kimi hərracın keçirilməsi qaydaları ilə bağlı Cavabdeh2 MMC tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. İddiaçının istinad etdiyi dəlilləri isə kollegiya əsassız hesab edir. Belə ki, Mülki Məcəllə 415.2-ci maddəsinin təfsirindən müəyyən olunur ki, hərrac təşkilatçısının vəzifəsi bildiriş göndərilməsindən ibarətdir. Hazırkı işdə də Hərrac Mərkəzi tərəfindən hərracın keçirilməsinə dair bildirişlər iddiaçının ünvanına göndərilmiş, habelə kütləvi informasiya vasitələrində elan dərc edilmişdir. Eyni zamanda “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bundan başqa işdən görünür ki, həqiqətən də xx.xx.2019-cu il tarixdə keçiriləcək hərracın keçirilməsi ilə bağlı bildiriş hərracın keçirilməsinə 30 gün qalmış deyil, 10 gün qalmış, yəni xx.xx.2019-cu il tarixdə iddiaçının ünvanına göndərilmişdir. Lakin kollegiya hesab edir ki, bu hal hərracın nəticələrinin etibarsızlığı üçün əsas ola bilməz. Belə ki, bildirişin gecikdirilmə ilə iddiaçının ünvanına göndərilməsi Mülki Məcəllənin 415.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı hərrac barədə məlumatlandırıldığı üçün bu hal özü-özlüyündə az əhəmiyyətlidir. Bundan başqa iş materiallarından görünür ki, Nizami rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2018-ci il tarixli qərarı xx xxxxxx 2018-ci il tarixdə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş və həmin tarixli müşayiət məktubu ilə məhkəməyə geri qaytarılmışdır. Ona görə də, qərarda xx xxxxxx 2018-ci il tarixinin texniki səhv olaraq qeyd olunması istisna olunmur. İddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə istinad etməsi isə tam əsassızdır. Çünki Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 68 nömrəli evin 6 saylı mənzili ipoteka predmeti olmamış və hərracda ipoteka predmeti kimi satılmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3810/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-746/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-746/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver