Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7476/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) “evə dair birgə nikah dövründə alınmış vəsaitinin bölünməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(001)-6113/2020 saylı qərardadından iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) “evə dair birgə nikah dövründə alınmış vəsaitinin bölünməsi və mənzilə köçürülmə” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, 2(001)-6113/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı uşaqları - 13 aprel 2010-cu il təvəllüdlü X3 və 26 oktyabr 2012-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 3, korpus 124 ünvanında yerləşən 1 mərtəbəli 2 otaqlı evə köçürülmələri, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə məhkməyə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda qətnamədən narazı qalan müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(001)-6113/2020 saylı qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, həmin qətnamədən şikayət versə də məhkəmə 08 iyun 2021-ci il tarixli 2(001)-6113/2020 nömrəli qərardaddla şikayətini geri qaytarmış, əsas kimi onun guya həmin qətnamə imza edib götürməsini göstərmişdir. Halbuki o, həmin qətnaməni almamışdır. Xəbərnamədəki imza onun və yaxın qohumları tərəfindən imzalanmamışdır. Poçt bunu sübut etməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(001)-6113/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, 2(001)-6113/2020 saylı qətnaməsi X2 qeydiyyatda olduğu ünvana göndərilmiş və qətnamə 21 dekabr 2020-ci il tarixdə SS703591884AZ nömrəli xəbərnamə ilə onun tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Lakin, apelyasiya şikayəti 05 aprel 2021ci il tarixdə poçt xidmətinə təqdim etmiş, məhkəməyə isə 08 aprel 2021 -ci il tarixdə daxil olmuşdur. Eyni zamanda iş materiallarında olan sənədlərdən görünür ki, X2 birinci instansiya məhkəməsinə ünvan 2 ünvanından teleqamla müraciət etmiş, həmçinin apellyasiya şikayəti və müddətin bərpa edilməsinə dair ərizəni poçt vasitəsi ilə həmin ünvandan göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və prosessual müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdirsə prosessual müddət bərpa olunmur və apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəlləsinin 133.1-cı maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Apellyator məhkəmə qətnaməsini aldıqdan sonra, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Qeyd olunan müddətin üzrlü səbəbdən ötürülməsi isə iş materialları ilə sübuta yetirilmir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, apellyator şikayətin təmin edilməsi üçün zəruri sübutları məhkəməyə təqdim etmədiyindən şikayətin təmin edilməsinə əsaslar müəyyən edilmir. Şikayətlərin dəlilləri formal xarakter daşıyır və apellyatorun subyektiv mövqeyinə əsaslanır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(001)-6113/2020 saylı qərardadından müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilməsi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(001)-6113/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7476/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7476/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver