Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7476/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Rəfayıl oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1498/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi üzrə məhkəmənin 07 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh2 nümayəndəsivəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Rəfayıl oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Rəfayıl oğlu və Cavabdeh2 İddiaçı xeyrinə ona məxsus olan Seat Leon markalı, **-NJ-*** nömrəli avtomobilin dəyəri tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1498/2023 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 7.000 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 oğlunun nümayəndəsi-vəkili Vəkil2 “Elektron kabinet” vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət etmə müddətinin buraxılmasının üzürlü hesab edilərək qətnamədən şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qətnamə 24 iyun 2023-cü il tarixdə çıxarılmasına baxmayaraq onların bu nəticədən məlumatı olmamış, yekun məhkəmə aktı cavabdehə çatdırılmamışdır. Bu məsələ ilə bağlı məhkəməyə müraciət edilsə də, qətnamənin cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə çatdırıldığı bildirilmişdir. Daha sonra cavabdeh qeydiyyatda olduğu ünvanda artıq 2022-ci ilin may ayından etibarən yaşamadığına dair arayışı məhkəməyə təqdim etmiş və qətnaməni imza etməklə 26 sentyabr 2023-cü il tarixdə əldə etmişdir. Bu səbəbdən də, qətnamə cavabdehə xx.xx.2023-cü il tarixdə rəsmi olaraq təqdim edilməklə verildiyindən, qətnamədən şikayət vermək üçün nəzərdə tutulmuş bir aylıq müddətin həmin tarixdən hesablanması zərurəti yaranmışdır. Odur ki, Yasamal Rayon Məhkəməsi təqdim edilən apellyasiya şikayətini müddət ötürməklə verildiyi əsasla geri qaytarmamalı, apellyasiya şikayəti şikayətvermə müddəti ötürülməmiş hesab edilməklə şikayətə baxılması mümkün hesab edilməlidir. Bu mümkün olmadığı təqdirdə isə, şikayət vermə müddəti bərpa edilməklə apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yasamal Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 oğlunun nümayəndəsi-vəkili Vəkil2 iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi rədd edilmilşdir. Cavabdeh2 oğlunun nümayəndəsi-vəkili şikayətlə məhkəmə müraciət edərək, məhkəmənin 07 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini, verilmiş apellyasiya şikayəti üzrə müddətin ötürülməmiş hesab edilməsi, müddət ötürüldüyü təqdirdə isə verilmiş apellyasiya şikayətinə baxılması üçün müddətin bərpa edilərək Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətini müddətin bərpası barədə ərizənin dəlillərinə uyğun əsaslandırmışdır. Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Yasamal Rayon Məhkəməsinin e-2(004)-1498/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3). İş materialları ilə müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh2 ünvanına poçt vasitəsi ilə göndərilmiş və o, şəxsən xx.xx.2023-cü il tarixdə poçt qəbzinə - “xəbərnaməyə” imza etməklə (i.v.123) və ora müvafiq olaraq “Babayev” soyadını qeyd etməklə zərfi qəbul etmişdir. Cavabdeh2 nümayəndəsi-vəkili tərəfindən apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə “Elektron kabinet” vasitəsilə verilmişdir. Şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, xəbərnamədə olan imzanın cavabdehə məxsus olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Təqdim olunmuş 26 senytabr 2023-cü il tarixli arayış (şəxsin qeydiyyatsız başqa ünvanda yaşaması ilə bağlı) isə yuxarıda qeyd olunan halı (xx.xx.2023-cü il tarixdə poçt qəbzinə - “xəbərnaməyə” imza etməsni) aradan qaldırmır. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi və müddətin bərpa edilməsi xahiş olunsa da, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1498/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-7476/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7476/2023
13.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver