Məhkəmə qərarları › İş №2(103)-748/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-748/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-748/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X7, Cavabdeh3 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 ASC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı hərracın yekunları barədə protokolun və onun əsasında bağlanmış əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)-3703/2019 saylı qətnaməsindən Cavabdeh3 ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh3 ASC-yə qarşı mənzilə dair hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 35/5 nömrəli protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 sifarişi əsasında Cavabdeh1 tərəfindən ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu V.Plotnikov küçəsi, 13 saylı evin 7 saylı mənzilinə dair keçirilmiş hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 35/5 nömrəli Protokolun və Cavabdeh3 ASC ilə bağlanmış xx xxxx 2019cu il tarixli əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə X4 məxsus Bakı şəhəri Nəsimi rayonu V.Plotnikov küçəsi 13 saylı evin 7 saylı mənzili xx.xx.2015-ci il tarixli 25748-İF-KM-10/15 saylı və 25749-İF-KM-10/15 saylı kredit müqavilələrinə və xx.xx.2015ci il tarixli 25748-İF-İM-10/15 saylı ipoteka müqaviləsinə əsasən “Cavabdeh3" ASC qarşısında kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuşdur. İpoteka predmeti olan mənzil 45000 manat dəyərində qiymətləndirilmişdir. Maliyyə çətinlikləri ilə əlaqədar kredit borcunu ödəyə bilmədiyinə görə bank məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-6637/2017 saylı icra sənədinə əsasən, İddiaçı və X5 xx.xx.2015-ci il tarixli 25748-KM-10/15 saylı kredit müqaviləsi üzrə 6706 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 25749-İF-KM-10/15 saylı kredit müqaviləsi üzrə 9460 manat pulun "Cavabdeh3" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu V.Plotnikov küçəsi 13 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin 45000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, mənzil açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir. Qətnamənin icrası Bakı şəhəri Cavabdeh2nə həvalə olunmuş, “xxxxxxxxxxx" Şirkətlər Qrupu MMC Cavabdeh2 sifarişi əsasında mənzilin satışına dair açıq auksion keçirilməsi barədə xx xxxx 2019-cu il tarixə bildiriş vermişdir. Bu barədə ona xx xxxxxx 2019-cu il tarixli 751-587138/18-5-13 saylı məktubla məlumat verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublkasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 8.10-cu bəndinə müvafiq olaraq mübahisəyə dair məhkəmə qərarı hazırda icra mərhələsində olduğundan, tələbkar bank ilə aralarında yaranmış problem həll edilənədək icra işi ilə əlaqədar bütün hərəkətlərin dayandırılması barədə xx.xx.2019-cu il tarixdə sifarişçi Cavabdeh2nə, tələbkar "Cavabdeh3" ASC-yə və hərrac təşkilatçısı "xxxxxxxxxxx” Şirkətlər Qrupu MMC-yə rəsmi qaydada (eyni mətnlə) ərizə ilə müraciət etmişdir. Ona icra şöbəsindən bildirmişlər ki, Fərmana əsasən icra dayandırılmışdır. “Cavabdeh3" ASC-dən mənzilin bankın mülkiyyətinə keçməsi bildirilmişdir. “xxxxxxxxxxx" Şirkətlər Qrupu MMC-dən isə sifarişçi tərəfindən icranın dayandırılması barədə rəsmi sənəd təqdim edilmədiyi səbəbindən xx xxxx 2019-cu il tarixdə hərracın keçirilməsi, baş tutması və mənzilin tələbkara verilməsi barədə məlumatı yalnız xx xxxx 2019-cu il tarixdə əldə etmişlər. Mənzilin real şəkildə əldən çıxmasının səbəbi əsas kredit borclarının devalvasiyası ilə bağlı olmuşdur. O isə respublikanın digər vətəndaşları kimi Prezident Fərmanına uyğun olaraq X6 Palatasından çıxarış və cavab gözlədiyi təqdirdə (ilkin variantda müəyyən olunmuş borc 8000 manatdan çox hissədə azaldılmışdır) mənzil xx xxxx 2019-cu il tarixdə hərraca çıxarılmış və hərracın baş tutması ilə əlaqədar həmin tarixdə əmlaka dair alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzil tələbkar Cavabdeh3” Açıq Səhmdar Cəmiyyətinə təklif olunmuş, nümayəndənin adına alqı-satqı müqaviləsi bağlanmışdır. İpoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu V.Plotnikov küçəsi 13-də yerləşən 3 otaqlı 7 nömrəli mənzil 28688 manata satılmışdır. Məhkəmədən kənar şəkildə mübahisənin həlli mümkün olmamışdır. Hesab edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 8.10-cu bəndinə müvafiq olaraq mübahisəyə dair məhkəmə qərarı icra mərhələsində olduğundan, verilmiş sifariş üzrə icra hərəkətləri dayandırılmadığından, keçirilmiş hərracın nəticələri ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 3703/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh3 ASC apelyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)-3703/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış, qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İddiaçı Cavabdeh3 ASC ilə bağladığı hər iki kredit müqavilələri üzrə götürmüş olduğu kredit məbləğləri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş, həmin Fərmanın icrası ilə əlaqədar kompensasiya hesablanaraq İddiaçı Cavabdeh3 ASC-yə olan borc məbləğindən silinmişdir. Lakin kompensasiya hesabına borc məbləğindən silinmədən sonra da İddiaçı Cavabdeh3 ASC-yə borcu qalmışdır. Bu səbəbdən də Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli, 751-587138/18-5-13 nömrəli sifariş məktubu əsasında Cavabdeh1 MMC tərəfindən xx xxxx 2019-cu il tarixində hərrac keçirilmiş və tələbkar müvafiq mənzili əldə etmişdir. xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar hər iki kredit məbləği üzrə qalıq borca dair restrukturizasiya proseduru nəzərdə tutulsaydı, belə olan halda Cavabdeh3 ASC bunu icra edərdi. Lakin həmin Fərmanın icrası ilə əlaqədar kompensasiyanın verilməsi nəzərdə tutulduğundan Cavabdeh3 ASC kompensasiyanın verilməsini icra etmişdir. Beləliklə, İddiaçı Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrasından sonra qalıq borc məbləği qaldığından hərrac keçirilmişdir. Bundan əlavə, İddiaçı ləğv olunmasını tələb etdiyi müqavilənin tərəfi olmadığına görə onun müqavilənin ləğvini tələb etmək hüququ yoxdur. Mülki Məcəllənin 416.1-ci madəsində isə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmiş hərracın maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən ləğv olunması yox, etibarsız sayılması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmənin qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi isə iddia tələbinin məzmununa uyğun izhat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək “Hərrac protokolunun və alqı-satqı müqaviləsinin ləğvi” tələbinin “Hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbi şəklində oxunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 MMC-nin və Bakı şəhəri Cavabdeh2 nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsininizahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)-3703/2019 saylı qətnaməsi Cavabdeh3 ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-6637/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 ASC-nin «İnqilab» filialı ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 25748-İF-KM-10/15 saylı və xx xxxxxxx 2015-ci il tarixli 25749-İF-KM-10/15 saylı kredit müqavilələrinin ləğv edilməsi, xx xxxxxxx 2015-ci il tarixli 25748-İF-KM-10/15 saylı kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı və X5 müştərək qaydada 4718 ABŞ dolları məbləğində əsas kredit borcu, 1888 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 6706 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq iddiaçı Cavabdeh3 ASCnin xeyrinə ödənilməsi, xx xxxxxxx 2015-ci il tarixli 25749-İF-KM-10/15 saylı kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı və X5 müştərək qaydada 7896 manat məbləğində əsas kredit borcu, 1464 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, ümumilikdə isə 9460 manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutularaq, Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, həmin tutmanın cavabdeh X3 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Vladislav Plotnikov küçəsində yerləşən 13 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 45000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan X4 qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 751-587138/18-5-13 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Vladislav Plotnikov küçəsində yerləşən 13 saylı evin 7 saylı mənzilinin satışının təşkil edilməsi, satışdan əldə olunan məbləğin Cavabdeh2 depozit hesabına köçürülməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh3 ASC-yə ünvanlanmış (surəti sifarişçi Cavabdeh2nə, hərrac təşkilatçısı Cavabdeh1 MMC-yə) və Bakı şəhəri Cavabdeh2nə ünvanlanmış və həmin təşkilatlara daxil olmuş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, Cavabdeh1 MMC-nin sifariş əsasında mənzilin satışına dair açıq auksion keçirilməsi barədə xx xxxx 2019-cu il tarixinə bildiriş verdiyini, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 8.10-cu bəndinə müvafiq olaraq mübahisəyə dair məhkəmə qərarı hazırda icra mərhələsində olduğundan, tələbkar bank ilə aralarında yaranmış problem həll edilənədək icra işi ilə əlaqədar bütün hərəkətlərin dayandırılmalı olduğunu bildirmişdir. İş materiallarında olan Hərrac Təşkilatının xx xxxx 2019-cu il tarixli 35/5 nömrəli hərracın yekunları barədə protokolunun surətindən görünür ki, X3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Vladislav Plotnikov küçəsində yerləşən 13 saylı evin 7 saylı mənzili Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-6637/2017 saylı icra vərəqəsinin və Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli 751-587138/18-5-13 nömrəli sifariş məktubunun icrasına əsasən hərraca çıxarılmışdır. Əmlakın ilkin hərrac qiyməti 45000 manat müəyyən edilmişdir. Cavabdeh3 ASC-nin məktubuna əsasən ipoteka predmetini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiyməti 28688 manat qiymətlə tələbkar əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. İş materiallarında olan “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxx 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, tələbkar Cavabdeh3 ASC X3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Vladislav Plotnikov küçəsində yerləşən 13 saylı evin 7 saylı mənzilini 28688 manata əldə etmişdir. İş materiallarında olan X6 Palatası tərəfindən elektron poçt ünvanına göndərilmiş xx xxxx 2019-cu il tarixli məktubdan və “Problemli kreditlərin kompensasiyası”na dair xx xxxx 2019-cu il tarixli elektron Çıxarışdan görünür ki, İddiaçı cəmi hesablanmış kompensasiya məbləği və borcların ödənilməsinə yönəldilən hissə 7443,03 manatdır. Beləliklə, iş materiallarında olan sübutlardan aydın olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-6637/2017 saylı qətnaməsi qanuni qüvvəsini aldığından müvafiq məhkəmə tərəfindən icra vərəqəsi verilmiş, Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli 751-587138/18-5-13 nömrəli sifariş məktubu əsasında Cavabdeh1 MMC tərəfindən xx xxxx 2019-cu il tarixində hərrac keçirilmiş və tələbkar müvafiq mənzili əldə etmişdir. Halbuki Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı qəbul edildiyi tarixdən, yəni xx xxxxxx 2019-cu il tarixdən qüvvəyə minmiş və iddiaçı Məmmədov X8 8.10-cu bəndinə müvafiq olaraq mübahisəyə dair məhkəmə qərarı hazırda icra mərhələsində olduğundan, tələbkar bank ilə aralarında yaranmış problem həll edilənədək icra işi ilə əlaqədar bütün hərəkətlərin dayandırılmalı olduğu barədə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etmiş və həmin ərizə Bakı şəhəri Cavabdeh2nə daxil olmuşdur. Buna baxmayaraq Cavabdeh2 “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı Cavabdeh3 ASC-nin xeyrinə tutulmalı olan borc məbləğinin qeyd olunan Fərmanın əhatə dairəsinə düşüb-düşmədiyi müəyyən olunana qədər icra hərəkətlərini dayandırmalı olduğu halda bunu etməmiş, nəticədə qanunvericiliyin tələblərinə zidd olaraq xx xxxx 2019-cu il tarixində hərrac keçirilmiş və hərracın nəticəsində alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla yanaşı Cavabdeh3 ASC-nin nümayəndəsi də X6 Palatası tərəfindən elektron poçt adresinə göndərilmiş xx xxxx 2019-cu il tarixli məktubda qeyd olunduğu kimi İddiaçı cəmi hesablanmış kompensasiya məbləğinin və borcların ödənilməsinə yönəldilən hissənin 7443,03 manat olduğu ilə razılaşmış, başqa sözlə Fərmanın iddiaçının banka olan borcuna da şamil olunduğunu qəbul etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682000000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1 -ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 8.10-cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlərin görülməsi nəzərdə tutulur. Həmin Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış kredit müqavilələri xx xxxxxx 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşdüyündən iddiaçının borclarının bir hissəsini dövlət qarşıladığı üçün iddiaçının Cavabdeh3 ASC-yə və Bakı şəhəri Cavabdeh2nə daxil olmuş ərizəsinə əsasən Cavabdeh1 MMC tərəfindən təşkil olunmuş hərrac üzrə icraat dayandırılmalı idi, yəni həmin Fərmanın müddəaları tətbiq edilmədən və güzəştlər olunmadan hərrac keçirilməli deyildi. Belə ki, Fərmanın müddəaları tətbiq edildikdən sonra əgər məsələ həll edilməmiş qalardısa, əmlak hərraca çıxarıla bilərdi. Bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Apelyasiya şikayətinin “Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrasından sonra İddiaçı qalıq borc məbləği qaldığından hərrac keçirilmişdir” dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı münasibətdə Fərmanın icrası başa çatana qədər hərrac keçirilə bilməzdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində hərracın yekunları barədə xx xxxx 2019-cu il tarixli 35/5 nömrəli Protokolun və bu əsasla Cavabdeh3 ASC ilə xx xxxx 2019-cu il tarixli əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsini qət etsə də, mahiyyət etibarilə həmin protokolun və müqavilənin etibarsız hesab edilməsi nəticəsinə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 416.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Buna görə də qətnamə mahiyyət etibarilə düzgün olduğundan, məhkəmə kollegiyası qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla mahiyyət etibarilə düzgün olan qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 3703/2019 saylı qətnaməsi Cavabdeh3 ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh3 ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar