Məhkəmə qərarları › İş №2(103)-7509/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7509/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7509/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, onun xüsusi mülkiyyətində olan, sahəsi 133,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin boşaldılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 23000 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiyaşikayətivermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, ünvan 1 saylı binanın 3-cü girişində yerləşən 133.8 kv.m-lik zirzəmi qeyri-yaşayış sahəsi tikiş məmulatları istehsalatının təşkili üçün Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1997ci il tarixli 267 saylı Sərəncamına əsasən direktoru olduğu “xxxxxxxxx”İstehsalat- Kommersiya Firmasına icarəyə verilmişdir, icarəyə götürdüyü zirzəminin tikiş emalatxanasına uyğunlaşdırılması üçün təmir-tikinti və s. işlərinə 23000 manat xərci çıxmışdır. Hesab edir ki, həmin məbləğ İddiaçı alınaraq ona verilməlidir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli ********** saylı Çıxarışın notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı və X1 ümumi birgə payla məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Xətai Rayon Polis İdarəsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı keçirilən açıq hərracda İddiaçı və X2 qalib olmuşlar, İddiaçı və X2 tərəfindən özəlləşdirilmiş həmin qeyri-yaşayış sahəsindən hazırda əsassız istifadə edən digər vətəndaşdan dəfələrlə obyektin boşaldılması tələb olunsa da, obyekt boşaldılmamışdır, bununla əlaqədar qeyri-qanuni istifadə olunan obyektin boşaldılaraq, təhvil götürülməsində vətəndaşa köməklik göstərilməsi xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(82)- 3005/2019 saylı xx.xx.2019-cu il tarixli Qərardadından görünür ki, iddiaçı “xxxxxxxxx” İKF cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-ə qarşı iddiaçıya məxsus tikili və sahələrin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən satılması nəticəsində dəymiş 23000 manat məbləğində maddi ziyanın ödənilməsi, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2019-cu il tarixli 10/01 nömrəli hərracprotokolunun etibarsız sayılması, AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2019-cu il tarixli 4323 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-356/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxxxxxxx” İstehsalat–Kommersiya Firmasının apellyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3005/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. ünvan 1 ünvanında yerləşən, sahəsi 133,8 kv.m təşkil edən qeyriyaşayış sahəsi BŞİH tərəfindən “xxxxxxxxx” İstehsalat-Kommersiya Firmasına icarəyə verilmişdir, icarə müqaviləsinin müddətinin başa çatması və icarə haqqının vaxtlı-vaxtında ödənilməməsi səbəbindən icarə müqaviləsi ləğv edilmiş, hərrac protokoluna əsasən əmlak İddiaçı açıq hərrac vasitəsi ilə satılmış və hazırda onun mülkiyyətindədir, bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən qeydiyyata alınmış Çıxarışı vardır, Cavabdeh həmin əmlakın ona məxsus olduğunu, hərracın nəticələrini tanımadığını və buradan çıxmamaqla İddiaçı mülkiyyətində olan əmlakdan istifadə etməsinə maneçilik törədir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili icarəyə götürdüyü zirzəminin tikiş emalatxanasına uyğunlaşdırılması üçün təmir-tikinti və s. işlərinə çəkdiyi 23000 manat xərcin İddiaçı alınaraq ona verilməsidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia tələbində cavabdeh zirzəminin yaxşılaşdırılması üçün xərc çəkdiyini bildirir və xərcin zirzəminin hazırkı mülkiyyətçisi İddiaçıovdan alınaraq ona verilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, zirzəminin yaxşılaşdırılması halında, onu cavabdehdən həmin vəziyyətdə qəbul edən (icarə müqaviləsinə əsasən) Əmlak Məsələləri Dövlət Xidməti olduğu üçün, hazırkı tələb İddiaçı münasibətdə təmin edilmə bilməz. Bu səbəbdən, cavabdehə zirzəminin yaxşılaşdırılması üçün çəkdiyi xərclərin ödənilməsi tələbi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməklə, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsionların apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar