Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7585/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə (eyni zamanda Cavabdeh1 vəkili) iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Noratiat Kontoruna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi» tələbinə dair Bakı şəhəri Nərimanov rayon Мəhkəməsinin 2(005)-1820/2021 saylı iş üzrə qəbul etdiyi 25 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Noratiat Kontoruna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 171.5 kv.m olan qeyri yaşayış sahəsinə dair bağışlama müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləgv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(103)-12437/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh1 49145.83 ABŞ dolları pul və 45 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı həmçinin iddianın təmin etmə tədbiri barədə ərizə ilə (birinci instansiya məhkəməsi olaraq prosesə baxan) Nərimanov rayon Məhkəməsinə müraciət edərək, iş üzrə qətnamə qəbul edilib qanuni qüvvəyə minənə qədər iddianı təmin etmə tədbiri kimi cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən 171.5 kv.m sahəsi olan qeyri-yaşayış səhəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsi 2(005)-2367/2018 saylı, 19 aprel 2018-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsini təmin etməmişdir. İddiaçının şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi sözügedən qərardadı ləğv edilərək, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 171.5 kv.m sahəsi olan qeyri-yaşayış səhəsinin özgəninkiləşdirilməsini cavabdehə və digər şəxslərə qadağa etmişdir. 21 iyun 2018-ci il tarixli **********95 saylı məktubla Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi sözügedən qərardadın 18 iyun 2018-ci il tarixində icra olunaraq ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qadağa qoyulduğunu Bakı Apellyasiya Məhkəməsinə bildirmişdir. Tələbkar kimi Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(103)-12437/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə müraciət edildiyində şifahi olaraq məlumata əsasən məlum oldu ki, icra qurumunun elektron icra sitemində borclu Cavabdeh1 adına Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi,ev 10 ünvanında yerləşən qeyri-yaşayış səhəsi qeydiyyatdan keçməməkdədir. Üzərində məhkəmə qərardadı ilə məhdudiyyət qoyulmuş daşınmaz əmlak barədə məlumat əldə edilməsi məqsədilə icra qurumu Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 16.10.2020-ci il tarixli 12283-108673/20-15-12 nömrəli sorğu yönləndirmişdir. Sözügedən sorğu Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 27.10.2020-ci il tarixində **********96 nömrəli məktubla cavablandırılaraq qeyd olunmuşdur ki, mübahisəli daşınmaz Cavabdeh1 adına ilkin qeydiyyatdan 05.02.2018-ci il tarixdə keçmişdir və 3 saylı DNK-nin 4Ə/143 reyestr nömrəli 18.05.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən qeyriyaşayış sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, üzərinə məhdudiyyət qoyulmuş qeyri-yaşayış sahəsinin bağışlanması tələbkar olaraq mənafələrini əhəmiyyətli şəkildə pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-1820/2021 saylı iş üzrə qəbul etdiyi 25 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları və cavabdehin mübahisə ilə bağlı davranışı diqqətə alındıqda görünür ki, 18.05.2018-ci il tarixli bağışlama müqaviləsi icra mərhələsindən məsuliyyətdən boyun qaçırmağa xidmət etdməkdədir. Şübhə doğurmayan hal olaraq qeyd olumalıdır ki, qanunsuz çıxarılan 2(005)-2367/2018 saylı, 19 aprel 2018-ci il tarixli qərardadın apellyasiya qaydasında ləğv ediləcəyi cavabdeh tərəfindən bilinməkdə idi. Məhz bu səbəblə Apellyasiya məhkəməsinin iddianın təmini tədbiri ilə bağlı qərarı çıxarılmadan, sözügedən əmlakın borclunun adından çıxarılması istiqamətində addımlar atılmışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi qətnaməsində işin faktiki hallarına istinad etməyərək, cavabdehin birinci instansiya məhkəməsində iddianın təmini ilə bağlı məsələdən xəbərdar olduğunu etiraf etməsinə münasibət bildirməməklə yanaşı, apellyasiya qaydasında məsələyə yenidən baxılarkən 1ci instansiya məhkəməsinin hüquq normalarına uyğun çıxarılmayan qərardadının böyük ehtimal ləğv olunacağı və cavabdehin də məhkəmə qərarının icrasından boyun qaçırma forması olaraq əmlakı tez tələsik adından çıxarması və bununla da məhkəmə qərarının icrasından boyun qaçırma niyətinin aşkar olması dəlilinə müfəssəl hüquqi qiymət verməmişdir. Cavabdehlərin bu addımı tələbkar kimi iddiaçının mənafelərini əhəmiyyətli şəkildə pozmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi hazırki iş üzrə mübahisəli bağışlama əqdinin bağlanma səbəbini müəyyən etməmiş və bu səbəblə də işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normalarını tətbiqinə gedilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi 25.05.2021-ci il tarixli, 2(005)-1820/2021 saylı qətnaməsində işi hərtərəfli araşdırdığını qeyd etsə də daşınmaz əmlakın borclu Cavabdeh1 bağışlama müqaviləsi əsasında tez-tələsik, qardaşı Cavabdeh2 adına keçirilməsi faktına hüquqi qiymət verməmiş, sadəcə müqavilənin proses ardıcıllığı baxımından bütün (notarial forma) tələblərə əməl edilməklə bağlandığını qeyd etmişdir. Halbuki, bağışlama əqdinin uydurma olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olmaqdadır. Başqa sözlə, birinci instansiya məhkəməsi işi araşdırakən bağışlama müqaviləsi bağlandığı zaman o anki şəraiti, tərəflərin qarşılıqlı maraqları və sair xüsusları nəzərə almamışdır. Eyni zamanda Nərimanov rayon Məhkəməsi çıxardığı qətnamənin hüquqi əsaslarını qeyd edərkən istinad etdiyi digər məsələ - bağışlama müqaviləsi bağlanarkən qeyri-yaşayış sahəsi üzərində hər hansı bir məhdudiyyət və həbsin olmamasıdır. Halbuki, iddiaçı iddia tələbini əsaslandırarkən qeyri-yaşayış sahəsi üzərində hər hansı bir məhdudiyyətin var olduğuna və bu səbəblə cavabdehlərin mülki qanunvericilikdən əmələ gələn hüquqlara sahib olmadıqlarına istinad etməmiş, tam əksinə var olan mülki qanunvericilikdən doğan hüquqların iddiaçıya münasibətdə sui-istifadə edildiyinə istinad etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi sözügedən bağışlama əqdinin qüvvəyə minmiş məhkəmə qərarının icrası mərhələsində vəzifənin icrasını çətinləşdirərək iddiaçının qanuni mənafeyinə toxunma nəticəsini doğurmaqdadır. Bununla belə, birinci insatansiya məhkəməsi öz qətnaməsində qeyd olunan halların işin mahiyyəti baxımında əlaqəsini görməzlikdən gələrək, müqavilələr azadlığı prinsipini rəhbər tutaraq bu faktlara hüquqi cəhətdən hər hansı qiymət verməmişdir. Başqa sözlə, Mülki Məcəlləsinin 271.1-ci maddəsinin Mülki Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını tətbiq etməli olduğu halda, onları tətbiq etməmişdir. Bundan başqa 2(103)-6864/2018 saylı, 07 iyun 2018-ci il tarixli apellyasiya məhkəməsinin qarardadının (ünvan 7 ünvanında yerləşən 171.5 kv.m sahəsi olan qeyri-yaşayış səhəsinin özgəninkiləşdirilməsini cavabdehə və digər şəxslərə qadağa edilməsi) icrasında mümkünsüzlüklə bağlı qeyd olunmalıdır ki, daşınmaz əmlakın bağışlanma müqaviləsilə borclu Cavabdeh1 tərəfindən qardaşı Cavabdeh2 adına keçirilmişsə apellyasiya məhkəməsinin sözügedən qərardadı icra edilib edilməməsi, icra edilməyəcəyi halda sözügedən statusun hansı yol ilə əsaslandırılacağı məsələdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlak 2007-ci ildə onun sərəncamında olmuş, lakin bina təhvil verilmədiyindən 2018-ci ilin əvvəllərində çıxarış almışdır. Bundan sonra həmin əmlakı atasından qalan miras əmlakların bölgüsü kimi qardaşına bağışlamışdır. Bundan başqa iddiaçının ona qarşı pul tələbi barədə iddiası ilə bağlı olan qətnamə hal-hazırda icra mərhələsindədir. Hesab edir ki, hazırda mübahisələndirilən bağışlama müqaviləsinin iddiaçıya heç bir aidiyyatı olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi eyni zamanda vəkili X2 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, 2017-ci ildə İddiaçı müraciəti əsasında cinayət işi başlanılmış, 22 fevral 2018-ci il tarixdə isə icraata xitam verilmiş və B.Məmədova mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hesab edir ki, Cavabdeh1 başqa bir niyyəti olsa idi, həmin cinayət işi ərəfəsində daşınmaz əmlakla bağlı hər hansı hərəkət edərdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2018ci il tarixli, 2(005)-2367/2018 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı borc məbləğinin ödənlməsi tələbinə dair iddiası üzrə iddiçının iddianın təmin etmə tədbirinə dair ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin MK-nın 07 iyun 2018-ci il tarixli, 2(103)-6864/2018 saylı qərardadı ilə İddiaçı tərəfindən şikayət edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(005)-2367/2018 saylı qərardadının ləğv edilməsi, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Cavabdeh1 məxsus ünvan 8 ünvanda yerləşən 171,5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi, qarardadın çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.06.2018-ci il tarixli, **********95 №-li məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(103)- 6864/2018 saylı qərardadı 08.06.2018-ci il tarixdə icra olunaraq ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qadağa qoyulmuşdur. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2019-cu il tarixli, 2(103)-12437/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(005)- 2367/2018 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı və X3 arasında bağlanmış 03 noyabr 2006-cı il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh1 35000 (otuz beş min) ABŞ dolları ödənilmiş məbləğ və 14145,83 ABŞ Dolları, illik 5 % dərəcəsi ilə hesablanmış faiz, ümumilikdə 49145,83 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətənməzənnəsi nəzərə alınmaqla Azərbaycan manatl ekvivalenti ilə) habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödərilmiş dövlət rüsumlarının əvəzi olaraq 45 (qırx beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.10.2020-ci il tarixli, **********96 №-li məktubundan görünür ki, ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 171,5kv.m olan qeyri-yaşayış sahəsi 05.02.2018-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 3 saylı DNK-nın 4Ə/143 reyestr nömrəli 18.05.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildirilir ki, ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 171,5kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6864/18 saylı 07.06.2018-ci il tarixli qətnaməsinə əsasən məhdudiyyət qoyulmuşdur. İş materiallarında olan Hədiyyə verən Cavabdeh1 ilə hədiyyə alan Cavabdeh2 oöğlu arasında 18 may 2018-ci il tarixdə Bakı şəhəri 3 saylı Noratiat Kontorunda bağlanmış 530943 №-li daşınmaz əmlakın bağışlanılması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh1 tam mülkiyyət üzrə özünə məxsus ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 171,5kv.m olan qeyri-yaşayış sahəsini Hədiyyə alan Cavabdeh2 mülkiyyətinə verir. Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyəıedici sənədə əsasən Hədiyyə verənə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəlıor Ərazi İdarəsi tərəfindən 05/02/2018-ci il tarixdə Cavabdeh1 verilmiş **********52-05301-083004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 171.5 kv/m; Tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirmədilər. Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 17/05/2018 il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 22 may 2018-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 05 fevral 2018-ci il tarixdə qeydiyyat aparılmışdır. İddiaçı hazırki tələbində qeyd etmişdir ki, mübahisəli daşınmaz Cavabdeh1 adına ilkin qeydiyyatdan 05.02.2018-ci il tarixdə keçmişdir və 3 saylı DNK-nin 4Ə/143 reyestr nömrəli 18.05.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, üzərinə məhdudiyyət qoyulmuş qeyri-yaşayış sahəsinin bağışlanması tələbkar olaraq mənafələrini əhəmiyyətli şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin üzərində hər hansı bir məhdudiyyət və həbs olmamışdır. Müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmamış, müqavilənin etibarsızlığına səbəb ola biləcək pozuntulara yol verilməmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1-ci və 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(005)-2367/2018 saylı qərardadı ilə İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı borc məbləğinin ödənlməsi tələbinə dair iddiası üzrə iddiçının iddianın təmin etmə tədbirinə dair ərizəsi təmin edilməmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin MK-nın 07 iyun 2018-ci il tarixli, 2(103)-6864/2018 saylı qərardadı ilə İddiaçı tərəfindən şikayət edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(005)-2367/2018 saylı qərardadının ləğv edilməsi, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Cavabdeh1 məxsus ünvan 9 ünvanda yerləşən 171,5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi, qərardadın çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Göründüyü kimi Bakı Apelyasiya Məhkəməsinin MK-nın 07 iyun 2018-ci il tarixli, 2(103)-6864/2018 saylı qərardadı ilə ünvan 9 ünvanda yerləşən 171,5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınanadək, həmin qeyri-yaşayış sahəsi 18.05.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə kollegiyası iddia ərizəsinin eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsi İddiaçı Cavabdeh1 pulun tutulması və s.tələbinə dair mülki iş üzrə hər hansı bir formada tutulmalı olan pulun təminatı kimi yüklü edilməmiş, tərəflər arasında həmin hər hansı bir formada tutulmalı olan pulun təminatı kimi yüklü edilməmişdir ki, həmin pulun tutulması məhz mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilənin ləğv edilməsi nəticəsində İddiaçı ödənilməsi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunan müli iş üzrə qəbul edilmiş məhkəmə aktında ödənilməli olan pulun mübahisəli qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə də hər hansı qeyd olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 öz əmlakına dair (mübahisəli daşınmaz Cavabdeh1 adına ilkin qeydiyyatdan 05.02.2018-ci il tarixdə keçmişdir) mülki qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə edərək, hər hansl bir yüklülüyü eləcə də üzərində hər hansı bir qadağının olmadığı bir vaxtda əmlaka dair bağışlama müqaviləsi bağladığından həmin müqavilənin etibarsızlığı üçün əsaslar olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin səlahiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri 3 saylı Noratiat ofisində 18 may 2018-ci il tarixli, 530743 №-li bağışlanma müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmiş, bu səbəbdən qeyd edilən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas olmadığından birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında pul tələbi ilə bağlı mübahisə hələ 2018-ci ildən öncə başlamış, 2017-ci ildə İddiaçı müraciəti əsasında mübahisə ilə bağlı cinayət işi başlanılmış, daha sonra işin icraatına xitam verilmiş, cavabdeh tərəfin izahatına əsasən qeyri-yaşayış sahəsi Cavabdeh1 sərəncamında 2007-ci ildən olmuş, daha sonra 2018-ci ilin əvvəllərində çıxarış alıb və bundan təxminən 3 ay sonra bağışlama həyata keçirmişdir. Cavabdehin mövqeyinə görə Cavabdeh1 başqa bir niyyəti olsa idi, həmin cinayət işi ərəfəsində daşınmaz əmlakla bağlı hər hansı hərəkət edərdi. Kollegiya bildirir ki, cavabdehin qeyd edilən mövqeyi ağlabatan hesab edilməli, cavabdeh əmlakı bağışlayarkən əsl niyyəti gələckdə qəbul edilcək qətnamənin icrasından yayınmaq məqsədi olsayda illər öncə sərəncamında olan əmlaka məhz İddiaçıla çəkişən ərəfədə çıxarış almazdı, əmlakla bağlı hər hansı hərəkət edə bilərdi. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Мəhkəməsinin 2(005)-1820/2021 saylı iş üzrə qəbul etdiyi 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7585/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7585/2021
06.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver