Məhkəmə qərarları › İş №2(103)-7592/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7592/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7592/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” haqqında ilkin, “xxxxxxxxxxx” MMC-nin İddiaçı qarşı “icarə haqqının geri qaytarılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddiaçı və qarşılıq iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, qarovçuluq xidməti üçün mart-iyul 2019-cu il tarixləri üzrə 1000 manat, vəkil xidməti üçün 200 manat, torpağa vurulan zərər üçün 77 kv.m üzrə 77x15 manat=1155 manat və icarə haqqı kimi yanvar-fevral 2019-cu il tarixlərinə görə 500 manat olmaqla, cəmi 2855 manatın “xxxxxxxxxxx” MMC-dən tutularaq ona verilməsi və betonun sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxxxxxxxxx” MMC, qarşılıqlı iddia verərək, İddiaçı qabaqcadan ödənilmiş 3000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, ilkin iddia qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Görədli kəndi, bağ evi 256 B ünvanında yerləşən “xxxxxxxxxxx” MMC-yə icarəyə verilən 25 kv.metr torpaq sahəsinin betonun sökülərək əvvəlki vəziyyətə qaytarılması, həmin MMC-dən İddiaçı xeyrinə 500 manat əlavə icarə haqqı, vəkil xidmətinə görə 200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ilkin iddianın qalan hissədə, qarşılıqlı iddianın isə bötövlükdə rədd edilməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın qismən təmin olunması hissəsində ləğv edilərək, ilkin iddianın tam təmin olunması, qarşılıqlı iddianın rədd olunması hissəsində isə qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, aralarında bağlanmış icarə müqaviləsində nəzərdə tutulmuş qurğuların quraşdırılması ilə bağlı İddiaçı məxsus torpaq sahəsi münasib olduğundan “xxxxxxxxxxx” MMC bu barədə ona müraciət etmiş və həyətində xeyli vaxt mühəndis qazma və quraşdırma işləri ilə məşğul olmuş, ona və ailəsinə narahatçılıq yaratmışdır. Ona görə də, müqavilədən irəli gələn və ondan törəyən bütün zərərlər ödənilməlidir. İcarəyə verilmiş sahədə qeyd olunan texnoloji avadanlıq quraşdırıldıqdan sonra obyektdən iki il müddətində istifadə edilmiş, lakin, öhdəlik cəmi 11 ay icra olunmuş, qalan 1 il bir ay üçün icarə haqqı isə ödənilməyərək, 3300 manat borc qalmışdır. Bundan əlavə, həmin MMC ötürücü qurğunu sökərək onun həyətində saxlamaqla ailəsini təhlükədə qoyur və o, həmin qurğulara gözətçilik etmək məcburiyyətində qalır. Belə ki, həmin materiallar maddi dəyərə malik olduğundan hər an oğurlanmaq təhlükəsi vardır. Odur ki, onları evinin zirzəmisində yerləşdirmişdir. Aralarında bağlanmış icarə müqaviləsinə MMC-nin təşəbbüsü əsasında vaxtından əvvəl xitam verilmiş, ona məxsus torpaq sahəsində texnoloji qurğunun yerləşdirilməsi üçün icarəyə götürülən və ümumilikdə təxminən 70 kv.metrə yaxın torpaq sahəsi sıradan çıxmışdır. Yenidən bərpa işlərinin aparılması mümkün deyildir. Eyni zamanda, MMC teleqüllənin sökülməsini guya qonşuların qüllə şüa yaydığına görə Prezident Aparatına şikayət etməsi ilə əsaslandırmışdır. Halbuki, teleqülləni sökərək, onun torpaq sahəsindən yüz metr aralıda qonşunun həyətində quraşdırmışdır. “xxxxxxxxxxx” MMC də, apelyasiya şikayəti verərək, qətnamənin MMC-dən İddiaçı xeyrinə 500 manat əlavə icarə haqqı tutulması və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək, ilkin iddianın həmin hissədə rədd, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, aralarında bağlanmış icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən, icrarə haqqının ödənilməsi tikinti işləri başlayan tarixdən hesablanacaq. Tikinti işləri isə xx.xx.2018-ci il tarixdə başlamışdır. Lakin həmin ərazidə yaşayan sakinlərin narazılığına görə tikinti işləri başa çatdırıla bilməmişdir. Daha sonra dəfələrlə müraciət edib, mobil baza stansiyasını ərazidən götürmək istəsələr də, İddiaçı buna mane olduğu və əməkdaşları icarə obytektinə buraxmadığı üçün avadanlıqları götürə bilməmişlər. Eyni zamanda, ona icarə müqaviləsinə xitam verilməsi barədə razılaşma imza atması üçün təqdim olunsa da, İddiaçı, heç bir səbəb olmadan razılaşmanı imzalamaqdan imtina etmişdir. Lakin icarə obyektində mobil baza stansiyasının avadanlıqlarının tam quraşdırılmaması, yəni faktiki olaraq icarə obyektindən istifadə etməmələrinə baxmayaraq, bir illik icarə haqqını ödəmişlər. Ödənilmiş bir illik icarə haqqı tikinti işlərinin başlanıldığı tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Belə olan halda, MMC-nin xx.xx.2019-cu il tarixli məktubu ilə icarə müqaviləsinə xitam verildiyi nəzərə alındıqda əlavə 2 aya görə tərəflərindən pul ödənilməməli, əksinə ödənilmiş 3000 manat icarə haqqı geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, özünün apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin, “xxxxxxxxxxx” MMC-nin şikayətinin isə rədd olunmasını xahiş etdi. “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi isə, öz apelyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, onun təmin, İddiaçı şikayətinin rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni apelyatorların mübahisələndirdikləri hissələrdə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətlərin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli (texniki səhvə yol verilərək xx.xx.2017-ci il qeyd olunmuşdur) icarə müqaviləsinə əsasən, İddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 265B saylı bağ evi ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 25 kv.metr olan icarə obyektini “xxxxxxxxxxx” MMCnin istifadəsinə vermiş, MMC isə, bunun müqabilində İddiaçı bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən, illik icarə haqqı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tətbiq olunan müvafiq vergilər xaric olmaqla 3000 manat təşkil edir. İcarə haqqının ödənilməsi tikinti başlayan tarixdən etibarən hesablanacaq. İcarəçi öz mülahizəsinə əsasən icarə haqqını icarəyə verənə illik olaraq birdəfəlik ödəyə bilər. Lakin bu müqaviləyə vaxtından əvvəl hər hansı istənilən səbəbə görə xitam verilərsə, icarəyə verən istifadə olunmamış müddətə görə icarə haqqı məbləğini icarəçiyə 5 iş günü ərzində geri qaytarmalıdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən, bu müqavilə hər iki tərəflə imzalandıqdan sonra xx.xx.2018-ci il tarixdə qüvvəyə minir və xx.xx.2028-ci il tarixədək etibarlıdır. Hazırda ilkin iddia üzrə İddiaçı, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsinə “xxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixli məktubla xitam verildiyini, MMC tərəfindən müqavilənin bağlandığı tarixdən sonrakı 11 ayın icarə haqqının verilməsinə baxmayaraq, 2019-cu ilin yanvar və fevral ayları üzrə ödənilmədiyini bildirərək, həmin aylar üzrə icarə haqqı kimi 500 manatın, müqaviləyə xitam verildiyi tarixdən sonra 2019-cu ilin mart-iyul ayları ərzində icarə sahəsində quraşdırılmış oyektlərin ona məxsus torpaq sahəsində qalmaqla, tərəfindən qorunduğunu bildirərək, qarovul xidməti üzrə 1000 manatın və mobil baza stansiyasının quraşdırılması ilə bağlı təxminən 77 kv.metr torpaq sahəsinə vurulmuş ziyanın əvəzi kimi 1155 manatın ödənilməsini tələb edir. Qarşılıqlı iddia üzrə “xxxxxxxxxxx” MMC isə, müqavilənin 2.1.13-cü və 2.1.14-cü bəndlərinə istinad edərək, R.Fərcovun müqavilə üzrə öhdəliklərini pozduğunu, tikintiyə xx.xx.2018-ci il tarixdə başlanmasına baxmayaraq, başa çatdırılmamasının mümkün olmadığını bildirərək, əvvəlcədən ödədiyi bir illik icarə haqqının geri qaytarılmasını tələb edir. Müqavilənin 2.1.13-cü və 2.1.14-cü bəndlərinə görə isə, icarəyə verən icarə sahəsinə dair üçüncü tərəflərin hər hansı istənilən şikayət və iddialarını dərhal öz hesabına və gücünə həll edib aradan qaldırmalıdır. Müqaviləyə istənilən səbəbdən vaxtından əvvəl xitam verildikdə, icarəçi tərəfindən icarəyə verənə qabaqcadan ödənilmiş və istaifadə edilməmiş pul vəsaitini icarəçiyə 5 iş günü ərzində geri qaytarmalıdır. Kollegiya, mübahisənin düzgün həlli üçün ilkin iddiaçı və qarşılıqlı iddiaçının apelyasiya şikayətlərinin dəlillərinə “icarə haqqı” ilə bağlı hissədə birlikdə qiymət verməyi zəruri hesab edir. İşdə olan “xxxxxxxxxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, müqavilənin 3.2-ci bəndinə görə, icarə haqqının ödənilməsi tikinti başlayan tarixdən etibarən hesablanacaq. Tikinti işləri isə xx.xx.2018-ci il tarixdə başlamışdır. Lakin həmin ərazidə yaşayan sakinlərin narazılığına görə tikinti işləri başa çatdırıla bilməmişdir. Daha sonra dəfələrlə müraciət edib, mobil baza stansiyasını ərazidən götürmək istəsələr də, İddiaçı buna mane olduğu və əməkdaşları icarə obytektinə buraxmadığı üçün avadanlıqları götürə bilməmişlər. Eyni zamanda, ona icarə müqaviləsinə xitam verilməsi barədə razılaşma imza atması üçün təqdim olunsa da, İddiaçı, heç bir səbəb olmadan razılaşmanı imzalamaqdan imtina etmişdir.Lakin icarə obyektində mobil baza stansiyasının avadanlıqlarının tam quraşdırılmaması, yəni faktiki olaraq icarə obyektindən istifadə etməmələrinə baxmayaraq, bir illik icarə haqqı ödəmişlər. Buna görə də, tərflərindən İddiaçı heç bir ziyan vurulmadığına və icarə obyektində quraşdırılmış avadanlıqların götürülməsinə şərait yaratmadığına görə ona heç bir ödəniş edilməməlidir. Müqavilənin 2-ci bəndində onun üzərinə bir çox vəzifələr qoyulub ki, həmin vəzifələr tərəfindən icra edlilməyib. Buna görə də, hazırkı məktubla diqqətinə çatdırılır ki, xx.xx.2018-ci il tarxixli icarə müqaviləsinə tikinti işlərini aparmağa imkan vermədiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən xitam verilmişdir. Bütün bunları nəzərə alaraq, icarə münasibətlərinə xitam verilməsi İddiaçı səhvi ucbatından olduğuna görə, ona ödənilmiş bir illik icarə haqqının MMC-yə geri qaytarılması xahiş olunur. Göründüyü kimi, “xxxxxxxxxxx” MMC, icarə müqaviləsinə xx.xx.2018-ci il tarixdən xitam verildiyini bildirərkən, həmin tarixdə başlanan tikinti işlərinin İddiaçı müqavilənin 2.1.14-cü bəndi ilə üzrərinə qoyulmuş vəzifəni icra etməməsi nəticəsində həmin ərazidə yaşayan sakinlərin narazılığına görə dayandırılmasına istinad etsə də, məhkəməyə bu barədə (tikinti işlərinə xx.xx.2018-ci il tarixdən başlanılması, qonşuların şikayətlərinin olması) hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Əksinə, apelyasiya şikayətində icarə müqaviləsinə İddiaçı ünvanladığı xx.xx.2019cu il tarixli məktubla xitam verildiyini bildirməklə bu məsələdəİddiaçıla eyni mövqe nümayiş etdirmişdir. Belə olan halda, Kollegiya qeyd olunanları nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxxx” MMC tərəfindən birtərəfli qaydada xitam verilmişdir. “xxxxxxxxxxx” MMC tərəfindən ödənilmiş icarə haqqının tarixi və məbləği ilə bağlı iş materiallarında hər hansı yazılı sübut olmadığından Kollegiya, tərəflərin bununla bağlı dəlillərini qarşılıqlı şəkildə qiymətləndirərək, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddianın bu hissədə təmin edilərək, “xxxxxxxxxxx” MMC-dən İddiaçı xeyrinə 2019-cu ilin yanvar-fevral ayları üzrə ödənilməmiş 500 manat icarə haqqının tutulması, qarşılıqlı iddianın isə rədd olunması əsaslı olmuşdur. Belə ki, “xxxxxxxxxxx” MMC tərəfindən İddiaçı 11 aylıq icarə haqqının ödənilməsi işin mübahisəsiz halıdır. Çünki MMC, tərəfindən 12 aylıq icarə haqqı ödənildiyini və İddiaçı isə 11 aylıq icra haqqını qəbul etdiyini bildirmişdir. Sübutetmə yükü baxımından bu halı sübuta yetirmək vəzifəsi MMC-nin üzərinə düşür. O isə, məhkəməyə 12 aylıq icra haqqı ödəməsini faktını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Bu baxımdan Kollegiya, İddiaçı tərəfindən etiraf edilmiş hissəni, yəni “xxxxxxxxxxx” MMC tərəfindən ümumilikdə 11 aylıq icarə haqqının ödənildiyini əsas götürərək, hesab edir ki, MMC tərəfindənaralarında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xitam verildiyi tarixədək, 2019-cu ilin yanvar və fevral ayları üzrə icarə haqqı (aylıq 250 manat) ödənilməmişdir. Kollegiya, Rahim Fərəcovun apelyasiya şikayətinin qarovul xidmətinə və torpağa dəymiş zərərə görə pulun ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq bildirir ki, İddiaçı bu tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissələrində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. MPM-in 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və “xxxxxxxxxxx” MMC-nin apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin2(006)-3366/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissələrdə). Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar