Məhkəmə qərarları › İş №2(103)-7592/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7592/2023

25.12.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7592/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan) 2(006)- 906/2022 saylı işi üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "Vorld Telekom” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçı "Vorld Telekom” MMC-nin xeyrinə 1577 manat məbləğində əsas borc, 158 manat məbləğində cərimə, 37 manat 35 qəpik məbləğində dövlət rüsumu, cəmi 1772 manat 35 qəpik məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-906/2022 saylı işi üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, əsas borc üzrə 1577 manat, cərimə borcu üzrə 15 manat, ümumilikdə 1592 manat və dövlət rüsumu kimi ödənilmiş 37,35 manat məbləğində pulun Cavabdeh Oruc qızından tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 462.1. 462.3, 467, 567, 568.1, 597.1, 601.1, 600.4, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, qeyd edilən müqavilə üzrə cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüququn iddiaçıya güzəşt edildiyini nəzərə alaraq. "Vorld Telekom” MMC hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh isə tərəf olduğu müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının etibarlı müqavilə üzrə yaranmış bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. İddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 1577 manat, cərimə borcu üzrə 15 manat, ümumilikdə 1592 manat və dövlət rüsumu kimi ödənilmiş 37,35 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC- yə ödənilməlidir.İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır.Müqavilə üzrə müvafiq olaraq 15 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, yuxarıda qeyd olunan müqavilə üzrə müvafiq olaraq 15 məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - "Vorld Telekom” MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış R0005604 saylı "Əşyanın nisyə alğı-satqısına dair müqavilə”yə əsasən cavabdeh Asus TUF FX505DT-HN538(M14600) markalı əşyaya görə 18 ay hər ay 88 manat olmaqla, cəmi 2081 manat ödəməyi öhdəsinə götürmüşdür; - xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən "Vorld Telekom’’ MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh 1577 manat əsas, 158 manat cərimə borcu qalması müəyyən edilmişdir; - Ödəniş qəbzinə (№ 8********) əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-906/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 425.1, 427.1, 462.1, 467, Mülki Prosessual Məcəllənin 138.3, 217, 284-5.1, 284-5.2ci maddələrinə istinadən qeyd edilmişdir ki, Vorld Telekom " MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış R0005604 saylı “Əşyanın nisyə alğı-satqısına dair müqavilə"yə əsasən Asus TUFFX505DT-HN538(M14600) markalı notebook cavabdehə istehlak və istifadə üçün satılmış, cavabdeh 18 ay müddətinə xx.xx.2022-ci il tarixədək ümumilikdə 2081 manat ödəməyi öhdəsinə götürmüşdür. “Vorld Telekom " MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış R0005604G saylı girov müqaviləsinə əsasən Asus TUF FX505DT- HN538(M14600) markalı notebook xx.xx.2020-ci il tarixli R0005604 saylı hissə-hissə şərti ilə mal alğı-satqısı haqqında müqavilənin ödənilməsinin təmin edilməsi məqsədilə girov qoyulmuşdur. Tərəflər arasında sözügedən əşyanın alğı-satqı müqaviləsi bağlansa da, iddiaçı əşyanın cavabdehin yalnız istifadəsinə və faktiki sahibliyinə vermişdir. Bu şərt alğı-satqı müqaviləsinin 1.2ci bəndində qeyd edilmişdir. Bundan başqa girov müqaviləsinin 3.3-cü bəndinə görə əşyanın dəyəri tam ödənilənə kimi əşya barəsində sərəncam vermək hüququ yalnız X2 məxsus olduğu müqavilədə qeyd edilmişdir. İddiaçı müqavilə üzrə razılaşdırılmış müddət bitmədən iddia ilə məhkəməyə müraciət etmiş, həmçinin mövcud borcun girov predmetinə yönəldilməsini məhkəmədən xahiş etməmişdir. İddia ərizəsinə cavabdehin ona borclu olması barədə xx.xx.2021ci il tarixli maliyyə arayışı əlavə etmişdir. Məhkəmə iddiaçının verdiyi müqavilə ilə kifayətlənilmişdir. Eyni zamanda cərimə məbləği də çox tutulmuşdur. Bundan başqa sözügedən alğı-satqı müqaviləsinin müddəti bitmədən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mütləq məhkəmə işə baxarkən müqavilənin müddətinin bitmədən hazırki iddia üzrə pulun tələb edilməsinin qanuni olub-olmamasına da qiymət verməli idi. Qeyd edilməlidir ki, cavabdehə məhkəmə tərəfindən göndərilmiş bildiriş və işin nəticəsinə dair qətnamə çatmamışdır. Belə ki, cavabdehin əvvəllər qeydiyyatda olduğu, lakin yaşamadığı ünvan 1 ünvanına məhkəmə bildirişi göndərilmiş, göndərilmiş bildiriş cavabdehə çatdırılmamış və o, lazımi qaydada xəbərdar olunmadığından öz müdafiəsini hazırlamağa imkanı olmamış, həmçinin iddiayaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmiş və prosessual hüquqlarından istifadə edə bilməmişdir. Məhkəmə bildirişi və qətnaməsi göndərilmiş ünvan 1 ünvanda cavabdehin qeydiyyatı formal xarakterə malik olmuş, hətta cavabdeh xx.xx.2021-ci il tarixdə ordan qeydiyyatdan çıxıb, atası - X3 razılıq ərizəsi ilə sonucunun mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilə qeydiyyata düşmüşdür. Məhkəmə bildirişi və ya mülki işin nəticəsinə dair qətnamə həmin ünvana da göndərilməmişdir. ünvan 3 ünvanında faktiki olaraq yaşayır. Cavabdehin bu mülki işdən heç bir məlumat olmamışdır və sözügedən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-906/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi də ona təqdim edilməmiş, yalnız 17 oktyabr 2023-cü il tarixdə cavabdehə təqdim edilmişdir. Əşyanın nisyə alğı-satqısına dair müqaviləsi 18 ay müddətinə xx.xx.2022-ci il tarixdə bağlanmışdır və onun müddəti bitməmişdir. Öhdəliyin icrası müddəti bitməmiş iddiaçı hazırki iddia ilə onun icrasını tələb etmişdir. İddia ilə məhkəməyə müraciət edərkən sözügedən müqavilənin ləğv edilməsini də məhkəmədən tələb etməmişdir. Lakin müqavilə üzrə xx.xx.2022-ci il tarixədək ödənilməli olan bütün məbləği cavabdehdən tələb etmişdir. Məhkəmə cərimə məbləğinin azaldılmasını müəyyən etsə də, bütün əsaslı mənafeləri nəzərə almamışdır.Belə ki, iddiaçının iddia tələbindən görünür ki, o, 1577 manat əsas borc üçün 158 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə qeyd edilən müqaviləni ləğv etmədən cərimə borcu tutmuşdur. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Mülki Prosesual Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 324, 385, 386, 404, 420, 421.3, 425, 560, 567-589, 600, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 106.2, 119, 217.4, 385- 390-cı maddələri üzrə mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, borc, hesablanma və sair barədə) mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) ziddiyyətli dəlillərinə münasibətdə qətnamənin (qismən) ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, cavabdeh özü apellyasiya şikayətində ünvanının dəyişdiyini etiraf etmiş, lakin bu barədə iddiaçıya məlumat verməmişdir. Bundan əlavə, cavabdeh girov müqaviləsinə istinad etsə də, belə bir müqavilənin mövcudluğu barədə sübutlar təqdim etməmiş, edildiyi təqdirdə belə nisyə alğısatqı müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin icrası məcburiliyi baxımından cavabdehin mülki məsuliyyətini istisna edən hallar müəyyən edilməmişdir. Dəbbə borcu üzrə şikayətin dəlilləri isə ümumiyyətlə işin müzakirə edilən hallarına uyğun gəlmir.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 388. Öhdəlikdən bu və ya başqa məlumatı almaq hüququ irəli gələ bilər. məlumat verilməsi onun öhdəliyin məzmununu müəyyənləşdirmək üçün əhəmiyyətli olduğu və kontragentin belə məlumatı öz hüquqlarına xələl gətirmədən verə biləcəyi halda da təmin edilməlidir. məlumatı alan onun verilməsi xərclərinin əvəzini mükəlləfiyyətli şəxsə ödəməlidir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

10. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 906/2022 saylı işi üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar