Məhkəmə qərarları › İş №2(103)-760/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-760/2023

14.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-760/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədirlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının X1, onun nümayəndəsi Nümayəndə1, onun vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh1 qarşı, Cavabdeh2 MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3- cü şəxs qismində cəlb edilməklə, “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılmsı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-34/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m. sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 MTK-nın sədri X3 arasında xx.xx.2013-cü ildə bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavlənin və eyni tarixli maliyyə arayışının etibarsız sayılması, Cavabdeh1 ünvan 1 ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-34/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iclasında işə baxakən Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 mülki işin icraatının birləşdirilməsi barədə şifahi vəsatət verərək bildirmişlər ki, hazırda iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-15/2023 saylı mülki iş Bakı Apelyasiya məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyasının iclasında tərəflər mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-15/2023 saylı mülki işə birləşirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı X1 Cavabdeh1 qarşı, Cavabdeh2 MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3- cü şəxs qismində cəlb edilməklə, “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılmsı” tələbinə dair 2(103)-760/2023 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)- 15/2023 saylı mülki işlə birləşdirilərək 2(103)-15/2023 nömrə altında bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar