Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7629/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qıızndan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2037/2021 saylı işi üzrə 28 aprel 2021 -ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7115.07 manat məbləğində əsas borcun, 1097.48 manat məbləğində faiz borcunun, ümumilikdə 8212.55 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-GM-*** dövlət qeydiyyat nişanlı, “X8-5” markalı minik avtomobilə (buraxılış ili 2013, Ban-GWDBE172DC675042 rəngi-ağ) yönəldərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 29.12.2013-cü il tarixli 622G saylı kredit müqaviləsinə əsasən, "Azərbaycan Beynəlxalq Bankı” ASC-si tərəfindən illik 19 % olmaqla 48 ay müddətinə Cavabdeh 15430 manat məbləğində kredit verilmişdir (iş.səh.26), Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 29.12.2013-cü il tarixli 622G saylı ipoteka müqaviləsinə əsasən, **- GM-*** dövlət qeydiyyat nişanlı, "X8- 5” markalı avtomobil (buraxılış ili 2013, Ban- GWDBE172DC675042 rəngi-ağ) kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş minik avtomobili 18200 manat məbləğində qiymətləndirilmişdir (səh.21,41), "X5 Edilməsi Agentliyi” MMC-si tərəfindən verilmiş hesabdan çıxarışa görə, Cavabdeh kredit üzrə 7115.07 manat əsas borcu, 1097.48 manat faiz borcu vardır (səh.16), "X5 Edilməsi Agentliyi” MMC-si tərəfindən 20.11.2020-ci il tarixdə 6056 nömrə ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişə əsasən , bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizə Cavabdeh göndərilmişdir(səh.48), Cavabdeh 26.04.2021-ci il tarixli iddia müddətinin tətbiq edilməsi və iddia müddətinin keçməsi səbəbi ilə iddianın rədd olunmasına dair qətnamə qəbul ediləsini xahiş etmişdir (səh.106). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2037/2021 saylı işi üzrə 28 aprel 2021 -ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh kredit müqaviləsi üzrə 7115.07 manat məbləğində əsas borc, 1097.48 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8212.55 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş 99- GM-304 dövlət qeydiyyat nişanlı, “X8-5” markalı avtomobilə (buraxılış ili 2013, Ban-GWDBE172DC675042 rəngi-ağ) yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması və iddia tələbinin “satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin cavabdeh X3 tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377, 385.1, 386.1, 739.1, 427.3, 442, 445.2.1, 449.4, 449.1, 317.1, 739.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu iş materialları ilə təsdiqini tapdığından iddia qismən təmin edilməli, cavabdehdən 7115.07 manat məbləğində əsas borc, 1097.48 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8212.55 manat məbləğində pul vəsaiti tutulmalı, tələb Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ** GM *** dövlət qeydiyyat nişanlı, “X8 5” minik markalı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı və satışdan əldə olunacaq məbləğ cavabdehin İddiaçı MMC-yə olan borcunun ödənilməsinə yönəldilməli, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalıdır. İddia tələbinin “satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdeh X3 tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi” hissəsində tələb qeyri-müəyyən olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.Müqavilənin bitmə tarixi 29 dekabr 2017-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı tərəfindən həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı iddia ərizəsi məhkəməyə göndərilməsi üçün 02 dekabr 2020-ci il tarixdə poçt xidmətinə təqdim edilmiş, 07 dekabr 2020-ci il tarixdə isə məhkəmə tərəfindən qəbul edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyindən iddiaya mahiyyəti üzrə baxılmalıdır Cavabdeh apellyasiya şikayəti verərək, Apellyasiya şikayətinin təmin olunaraq mülki iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011 )-2037/2021 saylı 28 aprel 2021 -ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377; Azərbaycan Respublikası MPM-nin 385.1.1. 385.1.2, 385.1.3 və 385.1.4, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iddia müddətinin ötürülməsi barədə məhkəmədə təqdim etdiyim vəsatətə düzgün qiymət verməyərək əleyhinə qeyri-obyektiv qətnamə çıxarılmaqla işi yekunlaşdırmışdır. Müqavilə üzrə kredit öhdəliklərimi lazımı qaydada icra etsə də, sonradan manatın devalvasiyasından sonra banka borcu qaldığı kreditin kiçik bir qismini ödəməkdə çətinlik çəkməyə başlayıb. Müqavilənin bitməsindən 3 il keçdikdən sonra, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququnu özünə götürmüş məhkəmədə iddia qaldırmışdır.Mülki işə birinci instansiyada baxıldığı zaman iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsi və iddia müddətinin keçməsi səbəbindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də məhkəmə bu vəsatətimi rədd etmişdir .Bunun əsası kimi iş materiallarına iddiaçı tərəfindəm göndərilmiş zərfə istinad edilmişdir. İddia ərizəsinin 02 dekabr 2020-ci il tarixdə poçt xidmətinə təqdim edildiyi, 07 dekabr 2020-ci il tarixdə məhkəməyə daxil olduğu, ölkədə “COVİD-19” pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunduğundan mülki işin 21.01.2021 -ci il tarixdə onun icraatına verildiyini qeyd etmişdir.Lakin məhkəmənin mötəbərliyi sual altında olan həmin zərfə istinad etməsi, sübutetmə prinsipinə ziddir. Belə ki. sözügedən zərfdə məktubu göndərən ünvan yerində Bakı şəhəri İslam Səfərli küçəsi 13 A-da yerləşən "X5 edilməsi Agentliyi” MMC göstərilmişdir. Cavabdeh kimi işə cəlb olunduğu hazıkı mülki işdə isə iddiaçı tərəf həmin hüquqi şəxs deyil, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatıdır.Odur ki, məhkəmənin mötəbərliyi şübhə altında olan sənədə istinad etməklə, iddia tələbi üzrə müddətin keçməsinə baxmayaraq, mülki işə mahiyyəti üzrə baxmağı davam etdirməsi və yekun qətnamə qəbul etməsi qanunsuz və əsassız hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, poçt qəbzini təqdim etdiklərini, iddia ərizəsinin vaxtında verildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən zərfdə məktubu göndərən ünvan yerində iddiaçının deyil başqa şəxsin qeyd edilməsi iddanın vaxtında verilməməsinə dəlalət edən hal deyildir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2037/2021 saylı işi üzrə 28 aprel 2021 -ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7629/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7629/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver