Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-766/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Resoublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, Bakı Şəhər 32 saylı Notariat ofisinə və Bakı Şəhər 14 saylı Notariat ofisinə qarşı “alğısatqı müqavilələrinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1333/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Resoublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, Bakı Şəhər 32 saylı Notariat ofisinə və Bakı Şəhər 14 saylı Notariat ofisinə qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh3 Güllməmməd oğlu ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair **********41 nömrəli xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın, Cavabdeh2 adına verilmiş ******* saylı, xx.xx.2018- ci il tarixli mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSSR EA Bakıxanov adına Tarix İnstitutu nəzdində yaradılmış “Tarixçi” B/B-nın xx xxxxxx 1989-cu il tarixli 2-ci ümumi yığıncağının 2 saylı protokolu ilə ona torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə onun arasında imzalanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. Daha sonra o, həmin torpaq sahəsini Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən sahəsini qanuni əsaslarla özəlləşdirmişdir. Həmin sənədlər əsasında qeyd olunan torpaq sahəsinə dair ona xx.xx.2006-cı il tarixində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********* qeydiyyat nömrəli çıxarış təqdim olunmuş, torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. Həmin bağ sahəsi 1989cu ildən onu qanuni sahibliyində və istifadəsindədir, 2006-cı ildən onun mülkiyyətində olmuş, həmin bağ sahəsindən təyinatı üzrə istifadə etmişdir. Lakin 2019-cu ilin may ayında bağ sahəsində tanımadığı şəxsləri görmüş və onlardan kim olduğunu, onun mülkiyyətində olan bağ sahəsində nə etmək istədiyini soruşduqda həmin şəxs ona bağ sahəsini alğı-satqı müqaviləsi əsasında aldığını bildirmişdir. O, təəccüblənərək bağ sahəsinin onun mülkiyyətinə necə keçməsini soruşmuş və ona bağ sahəsinin ona Cavabdeh1 tərəfindən satıldığını bildirmişdir. Araşdırmalardan sonra məlum oldu ki, bağ sahəsini guya iddiaçı 32 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində Cavabdeh3 satmışdır. Cavabdeh3 bağ sahəsini Cavabdeh1, Cavabdeh1 isə bağ sahəsini Cavabdeh2 satmışdır. İddiaçı əslində mülkiyyətində olan bağ sahəsini heç kimə satmamış, bağ sahəsini satmaq üçün notariat ofisində olmamış və alğı-satqı müqaviləsinə imza atmamışdır. Onun imzası saxtalaşdırılmış və onun xəbəri, razılığı olmadan ona məxsus bağ sahəsi Cavabdeh3 adına saxta yolla sənədləşdirilmişdir. Bakı şəhəri 32 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd olunur ki, Bakı şəhəri 32 saylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə 4Ə-210 reyestr nömrə!i alğı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunur ki, Ədliyyə Nazirinin müvafiq əmri ilə xx.xx.2011-ci il tarixdən hazırki tarixədək Elgün İmanlı Bakı şəhəri 32 saylı notariat ofisinin, Şövkət Gülməmədova isə Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu vəzifələrini icra edirlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində daşınmaz əmlak barədə müqavilə Bakı şəhəri 22 saylı notariat ofisində isə ümumiyyətlə notariat hərəkəti rəsmiləşdirilməmişdir. Adıçəkilən notariat ofislərinin birincisində 4Ə-210 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə başqa şəxslər arasında bağışlama müqaviləsi təsdiqlənmiş, digər notariat ofisində isə həmin ildə sonuncu reyestr nömrəsi 4Ə-120 olmuşdur. Bununla yanaşı “Elektron notariat informasiya sistemində” İddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, onun adından Cavabdeh1la imzalanmış xx.xx.2017-ci il tarixli müqavilənin saxta olması aşkardır. Belə ki, müqavilə guya 32 saylı notariat kontorunda notarius Gülməmmədova Şövkət tərəfindən təsdiqlənmişdir. Halbuki yuxarıda adı çəkilən məktubdan müəyyən olunur ki, Gülməmmədova Şövkət ümumiyyətlə 32 saylı notariat kontorunda notarius kimi fəaliyyət göstərməmiş, elektron notariat informasiya sistemində isə ümumiyyətlə İddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanması aşkar edilməmişdir. Göründüyü kimi, bağ sahəsinə dair alğı-satqı müqaviləsi bağlanarkən onun razılığı alınmamış, alğı-satqı müqaviləsi bağlanarkən imzası saxtalaşdırılmış, saxta alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 dələduzluq edərək onun mülkiyyətində olan bağ sahəsinə xx.xx.2017-ci il tarixli çıxarış almış, həmin çıxarış əsasında bağ sahəsini xx.xx.2017-ci il tarixində Cavabdeh1 satmış. xx.xx.2017-ci il tarixində Cavabdeh1 həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Cavabdeh1 isə bağ sahəsini xx.xx.2018-ci il tarixində Cavabdeh2 satmışdır. İşin hallarından müəyyən olunur ki, bağ sahəsini satmaq niyyəti olmamış, müqavilə onun iradə ifadəsi olmadan qeyri-müəyyən şəxs tərəfindən qanunazidd olaraq imzası saxtalaşdırılmaqla imzalanmış, müqavilə saxtalaşdırılaraq əmlakı qanunsuz olaraq ələ keçirilmişdir. O, imzanın saxtalaşdırılması və əmlakının ələ keçirilməsi ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. İddiaçı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2017-ci il tarixli müqavilə, Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2017-ci il tarixli müqavilə, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edilməli, Cavabdeh3 adına verilmiş ******* N-li xx.xx.2017-ci il tarixli çıxarış, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Süvəlan bağ massivi 05/3 156 saylı bağ sahəsinə dair çıxarış, Cavabdeh2 adına verilmiş ******* N-li, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarış ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1333/2020 saylı, xx xxxxxxxx 2020-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1333/2020 saylı qətnaməsinin ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi dair qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin iş № 2(004)-1333/2020 sayiı, xx.xx.2020-ci il tarixli qətnaməsini qismən, yəni Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edib, iddianın həmin hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadan əsassız olaraq iddia ərizəsini, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi hissəsində təmin etməmişdir. Məhkəmə gəldiyi bu nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan öz hüquqi mövqeyini bu cür əsaslandırmışdır ki, guya ki, Cavabdeh2 bağa münasibətdə vicdanlı alıcıdır, buna görə də onunla Cavabdeh1 arasında bağlanmış qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Halbuki Məhkəmə bu nəticəyə gələrkən unutmuşdur ki, Cavabdeh2 və Cavabdeh1 mübahisəli bağa dair müqavilə bağlamaq səlahiyyətləri olmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmunun qanunvericiliyin tələbinə uyğun olması vacibdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi Cavabdeh1 adına DƏDRX-də qeydiyyata alınmış və dövlətin inzibati orqanının Cavabdeh1 verdiyi “mülkiyyətdən çıxarış” mövcud olmuşdur. Cavabdeh1 bir vətəndaş kimi dövlətin inzibati orqanının ona verilmiş qanuni sənədə və həmin qanuni sənəd əsasında dövlətin notariat kontorunda X7 tələblərinə uyğun şəkildə alğı-satqı aparmış, vicdanlı alıcı statusu ilə müliyyət hüquqlarını DƏDRXdə qeydiyyata aldırmışdır. Məhkəmə tərəfindən ona məxsus alğı-satqı müqaviləsini ləğv etməsi və ona məxsus mülkiyyətdən çıxarışı etibarsız sayması, sözügedən çıxarışı reyestrdə qeydiyyata alan və rəsmiləşdirən aidiyyatı qurumun səlahiyyətlisi barədə xüsusi qərardad çıxarılmasına zəmin yaradır. Düşünür ki, DƏDRX tərəfindən qanuni şəkildə tərtib edilmiş və 14 saylı Notariat orqanında qanunun tələblərinə uyğun şəkildə tərtib edilmiş alğı-satqı müqaviləsi və onun nəticələrinə dair sənədlər ləğv edilə bilməz. Cavabdeh1 vicdanlı alıcıdır və o, sözügedən torpaq sahəsinin mülkiyyətçisi kimi alğı-satqıda iştirak etmişdir. Sözügedən alğı-satqının kökündə olan bütün hüquq müəyyənedici sənədlərin Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi hər birinin X8 uyğun şəkildə tərtib edilməsi və həmin hüquq müəyyənedici sənədlərin qanunsuz hesab edilməsinə dair hər hansı bir məhkəmə qərarının olmamasını özündə təsdiqləyən müvafiq sübut (aidiyyatı notariat orqanı ünvanlanmış sorğu və onun cavabı) təqdim edilsə də, məhkəmə tərəfindən həmin sübut heçə sayılaraq Cavabdeh1 münasibətdə qanunsuz qətnamə elan etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında digər tərəflər iştirak etsələr də, onlara işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Kollegiya İşə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçıya münasibətdə iddia tələbinin təmin edilməmiş hissəsində və cavabdehə münasibətdə iddia tələbinin ona münasibətdə təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh2 mübahisəli bağ sahəsini birbaşa Cavabdeh1 30000 manata almış və onunla alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh2 məhkəmə iclasında verdiyi ifadəsindən də görünür ki, ümumiyyətlə nə Cavabdeh3ı Gülməmməd oğlunu nə də ki İddiaçı tanımamışdır. Bununla da məhkəmə hesab edir ki, Cavabdeh2 vicdanlı alıcıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair mübahisələndirilən əqd notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi öz təsdiqini tapmadığından iddia tələbi Cavabdeh2 adına verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi hissədə təmin oluna bilməz. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 vicdanlı əldə edən sayıla bilməz. Belə ki, onun məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinin alınması üçün Cavabdeh3 ilə müqavilə bağlasa da ödənişi Niyaz və Fuad adlı şəxslərə etmişdir. O, 5000 manat Niyaza, sonradan isə hissə-hissə aylıq ödənişlər şəklində 8 ay müddətində pulu Fuad adlı şəxsə vermişdir. Ümumilikdə torpaq səhəsi üçün 22000 manat ödəniş etmişdir. Həmçinin notariat ofisində müqavilə bağladığı Cavabdeh3 ümumiyyətlə pul vermədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən bağ sahəsini əldə edən zaman həmin əmlakı özgəninkiləşdirən Cavabdeh3 həmin əmlakın həqiqətən də mülkiyyətçisi olmaması şübhəsi yaranmalı idi. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməli, iddia tələbi Cavabdeh1 münasibətdə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. Beləliklə, mülki işin materiallarından müəyyən edilmişdir ki, Azərbaycan SSSR EA Bakıxanov adına Tarix İnstitutu nəzdində yaradılmış “Tarixçi” B/B-nın xx xxxxxx 1989-cu il tarixli 11 ümumi yığıncağının 2 saylı protokolunda görünür ki, İddiaçı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə onun arasında imzalanmış xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. xx.xx.2006-cı il tarixində verilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********* qeydiyyat nömrəli çıxarışından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli 32 saylı Notariat Kontorunun xüsusi notariusu Gülməmmədova Şövkət Firudin qızı tərəfindən təsdiqlənmiş Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh3 40000 manata satılmışdır. xx.xx.2017-ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. AN-İ 06266368 saylı, xx.xx.2017-ci il tarixli 14 saylı Notariat Kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiqlənmiş Daşınmaz Əmlakın Alğısatqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən Cavabdeh1 15000 manata satılmışdır. xx.xx.2017-ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. AN-İ 07177333 saylı, xx.xx.2018-ci il tarixli 14 saylı Notariat Kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiqlənmiş Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 30000 manata satılmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Ədliyyə nazirinin müvafiq əmri ilə xx.xx.2011-ci il tarixdən hazıradək Elgün İmanlı Bakı şəhəri 32 saylı notariat ofisinin, Şövkət Gülməmmədova isə Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu vəzifələrini icra edirlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində daşınmaz əmlak barədə müqavilə, Bakı şəhəri 22 saylı notariat ofisində isə ümumiyyətlə notariat hərəkəti rəsmiləşdirilməmişdir. Adıçəkilən notariat ofislərinin birincisində 4Ə-210 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə başqa şəxslər arasında bağışlama müqaviləsi təsdiqlənmiş, digər notariat ofisində isə həmin ildə sonuncu reyestr nömrəsi 4Ə-120 olmuşdur. Bununla yanaşı Elektron notariat informasiya sistemində İddiaçı ilə Cavabdeh1 arasında müqavilə bağlanması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 05/3l56 nömrəli bağ sahəsi X3 və İstismarı Birliyinin xx xxxxxx 2006-cı il tarixli, 37201 nömrəli müqaviləsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx xxxx 2006-cı il tarixli Torpaq sahəsinin Kadastr Planı əsasında 0.06 ha torpaq sahəsi olan 05/3156 nömrəli bağ sahəsi xx.xx.2006-cı il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, 32 saylı notariat kontorunda qeydə alınmış 4Ə-210 reyestr nömrəli, xx xxxxxx 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi 14 saylı notariat kontorunda qeydə alınmış 4Ə-619 reyestr nömrəli, xx xxxxxx 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.06 hektar torpaq sahəsi olan 05/3156 nömrəli bağ sahəsi 14 saylı notariat kontorunda qeydə alınmış 4Ə-737 reyestr nömrəli, xx xxxxxx 2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir və Mulki Məcəllədə gostərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 647.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 144.1-ci daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Bundan əlavə həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Göründüyü kimi daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün yuxarıda gostərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alır. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onlar arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair mübahisələndirilən əqd notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozulması müəyyən edilmir. Belə olanda iddia tələbi həmin hissədə haqlı olaraq təmin edilməmişdir. İddia tələbi həmin hissədə təmin edilmədiyindən Cavabdeh2 adına verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi hissəsində də, haqlı olaraq təmin edilməmişdir. Kollegiya iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində daşınmaz əmlak barədə müqavilə, Bakı şəhəri 22 saylı notariat ofisində isə ümumiyyətlə notariat hərəkəti rəsmiləşdirilməmişdir. Adıçəkilən notariat ofislərinin birincisində 4Ə-210 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə başqa şəxslər arasında bağışlama müqaviləsi təsdiqlənmiş, digər notariat ofisində isə həmin ildə sonuncu reyestr nömrəsi 4Ə-120 olmuşdur. Göründüyü kimi, AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli müqavilənin saxta olması işin mübahisəsiz halıdır. Qeyd olunan saxta müqavilə əsasında, xx.xx.2017-ci il tarixli, ******* saylı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ilə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqları tanınmışdır. Cavabdeh3 ilə digər Cavabdeh1 arasında mübahisəli əmlakın AN- İ 06266368 saylı, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh1 mübahisəli əmlakın Cavabdeh3 adına saxta sənədlər əsasında dövlət qeydiyyatına alınmasını bilə bilməzdi. Hətta Cavabdeh1 tərəfindən mübahisəli əmlakın alğı-satqısına görə pul vəsaitinin 5000 manatını Niyaza, sonradan isə hissə-hissə aylıq ödənişlər şəklində 8 ay müddətində pulu Fuad adlı şəxsə verməsi, ümumilikdə torpaq səhəsi üçün 22000 manat ödəniş etməsi, Cavabdeh3 ümumiyyətlə pul verməməsi onun mübahisəli əmlakın Cavabdeh3 saxta sənədlər əsasında mülkiyyətinə keçməsini bilməsinə dəlalət edə bilməz. Cavabdeh1 mübahisəli əmlakın Cavabdeh3 mülkiyyətində olmasına inanaraq, ona etibar etmiş və həmin əmlakın alğı-satqı müqaviləsini bağlamağa dair öz iradə ifadəsinə uyğun olaraq razılığını göstərmişdir. Hətta iş materiallarına əlavə edilmiş notariat işindən müəyyən edilir ki, Cavabdeh1 tərəfindən notariusun depozit hesabına 15000 manat məbləğində pul keçirilmişdir. Notarius E.Əliyevin “xxxx” ASC-nin 5 saylı şöbəsinə ünvanladığı məktubdan görünür ki, notariusun hesabına keçirilən 15000 manat məbləğində pulun Cavabdeh3 verilməsi xahiş edilmişdir. Cavabdeh3la Cavabdeh1 arasında aparılmış notariat əməliyyatlarına şübhə ilə yanaşmağa hər hansı bir əsas müəyyən edilmir. Qeyd olunan hallar isə Cavabdeh1 vicdanlı tərəf olmasına dəlalət edir. Belə ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cumlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. X9 Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. X9 Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin olunması onun vicdanlı alıcı kimi hüquqlarının pozulmasına səbəb olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə təmin etməklə səhv nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə iddia tələbi Cavabdeh1 münasibətdə ləğv edilməli, iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1333/2020 saylı, xx xxxxxxxx 2020-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilməli, iddia tələbi Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ 06266368 saylı, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1333/2020 saylı, xx xxxxxxxx 2020-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilsin. İddia tələbi Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ 06266368 saylı, xx.xx.2017ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-766/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-766/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver