Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7737/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “əmlakın bölünməsi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə cavabdehin adına olan “Harley Davidson XL 1200 CX markalı motosiklə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1572 ünvanında yerləşən 0.0600 ha torpaq sahəsinə və Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 26 saylı evin 16 saylı mənzilinə 2/3 hissədə payın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 8/20 saylı sahə ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin və Mazda CX-5 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2/3 hissəsdə İddiaçı payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin idddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2011-ci il tarixdə nikah bağlamışlar, birgə nikahdan bir övladları dünyaya gəlmişdir, tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur, həmin qətnamə əsasında xx.xx.2012-ci il təvəllüdlü Murad Mərdanov anası İddiaçı yanında saxlanmışdır, tərəflər birgə nikah dövründə müxtəlif daşınar və daşınmaz əmlaklar əldə etmişlər, bunlara Harley Davidson XL 1200 CX markalı motosikl, cavabdehin adına əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1572 ünvanında yerləşən 0.0600 ha torpaq sahəsi, Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi ev 26 ünvanında yerləşən 16 saylı mənzil, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi, 8/20 saylı sahə ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və Mazda CX-5 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil daxildir, hazırda tərəflər arasında nikah münasibətlərinə xitam verildiyindən birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi zərurəti yaranmışdır. Vəkil1 izahatında həmçinin bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 16 saylı evin 26 saylı mənzili cavabdehə anası tərəfindən bağışlanmışdır, lakin həmin mənzilin təmirinə kifayət qədər yüksək məbləğdə (təxmini 40000 manata yaxın) xərc çəkilmişdir, hazırda cavabdeh iddiaçını və uşağını evdən çıxardaraq mənzilə daxil olmasına icazə vermir, motosiklın əldə olunarkən tərəflərin birgə təsərrüfat aparmaması barədə cavabdehin arqumentləri əsassızdır, həmin motosikl alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə əldə edilmişdir, bu zaman isə tərəflər hələ də rəsmi nikah münasibətlərində idilər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılqılı iddia ərizəsi təqdim edərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi, 8/20 saylı sahə ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin və Mazda CX-5 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh 2/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-2752/2019 saylı qətnaməsi ilə pozulmuşdur, birgə nikah dövründə müxtəlif daşınar və daşınmaz əmlaklar əldə edilmişdir ki, hazırda həmin əmlaklara dair tərəflərin paylarının müəyyən edilməsi zərurəti yaranmışdır, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi, 8/20 saylı sahə ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və xx.xx.2016-cı il tarixdə Mazda CX-5 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə edilmişdir, həmin əmlaklar birgə nikah dövründə əldə edilsə də Cavabdeh qazancından əldə olunmuş vəsait hesabına alınmışdır, iddiaçı heç yerdə işləmədiyindən onların alınmasında iştirak etməmişdir, ona görə də hesab edir ki, həmin əmlaklar üzərində Cavabdeh həmin əmlaklar üzərində payı 2/3 hissədə müəyyən edilməlidir. Vəkil2 izahatında həmçinin bildirdi ki, ilkin iddiaçı iddia tələbində Harley Davidson XL 1200CX markalı motosiklı birgə nikah dövründə əldə etdiyini bildirsə də, idddaçının bu arqumenti əsassızdır, motosikl birgə nikah dövründə əldə edilməmişdir, iddiaçı 2019-cu ilin yanvar ayında nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, motosikl isə cavabdeh tərəfindən alqı satqı müqaviləsi əsasında 2018-ci ilin noyabr ayında, yəni tərəflər birgə təsərrüfat aparmadıqları dövrdə əldə edilmişdir, digər tərəfdən ilkin iddia tələbində göstərilmiş ünvan 3 ünvanında yerləşən 16 saylı mənzil cavabdehə anası tərəfindən bağışlanmış əmlakdır, həmin əmlak xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda Cavabdeh mülkiyyətindədir, iddiaçının həmin əmlakın da birgə nikah dövründə əldə olunmuş əmlak kimi tərəflər arasında bölünməsi barədə arqumentləri əsassızdır. Sonda Vəkil2 qeyd etdiklərinin nəzərə alınaraq qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin olunmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1572 saylı sahə ünvanında yerləşən 0.0600 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 8/20 saylı sahə ünvanında yerləşən 0.06 ha torpaq sahəsi, Mazda CX-5 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ““Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi” hissəsində ləğv olunmasını və həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, faktiki olaraq 2018-ci il may ayından ayrı yaşadıqları və sözügedən motosikleti öz vəsaiti hesabına aldığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ““Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi” hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir; çünki cavabdeh qətnamənin yalnız həmin hissəsini mübahisələndirmişdir. Başqa sözlə qətnamə, “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1572 saylı sahə ünvanında yerləşən 0.0600 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 8/20 saylı sahə ünvanında yerləşən 0.06 ha torpaq sahəsi, Mazda CX-5 markalı **- TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi” hissələri apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, qətnamə ““Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə ilkin iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmişAZ- İ 707645 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2011- ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1300 sayla qeydiyyat aparılmışdır, nikah bağlandıqdan sonra ərə Mərdanov, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-2752/2019 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsində 1300 nömrəli aktla qeydə alınmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi ev 26, 16 saylı mənzil xüsusi mülkiyyət əsasında X3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X5 (hədiyyə verən) Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi ev 26, mənzil 16 ünvanında yerləşən 3 otaqlı mənzili Cavabdeh (hədiyyə alan) mülkiyyətinə verir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2017- ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi ev 26, 16 saylı mənzil xüsusi mülkiyyət əsasında Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2014- cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1572 saylı sahə xüsusi mülkiyyət əsasında Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarısi tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi, 8/20 saylı sahə ünvanında yerləşən 0.06 ha torpaq sahəsi 2 saylı Bakı Asan Xidmət mərkəzində notariat kontorun xüsusi notariusu tərəfindən təsdiq edilən 4Ə- 1049 reyestr nömrəli xx xxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan AC № 635532 saylı X1 Şəhadətnaməsinin surətindən görünür ki, 90TZ232 dövlət qeydiyyat nişanlı MAZDA CX5 minik markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət X8 tərəfindən Vəkil1 ünvanlanan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh adına xx.xx.2018-ci il tarixdən “Harley Davidson XL 1200 CX markalı motosikl qeydiyyatdadır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Eldar yaşadığı binanın komendantıdır və 16 ilə yaxındır ki həmin binada işləyir. Eldar keçmiş həyat yoldaşı ilə 2018-ci ili may-iyun aylarında ayrılmışlar. Bu müddət ərzində o, İddiaçı görməmiş, yalnız onların uşaqlarını 1 dəfə görmüşdür. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Eldarın anasıdır. Onun oğlu İddiaçı ilə 2011-ci ildə ailə münasibəti quraraq xaricə köçmüşlər və 2014-cü ildə Azərbaycan Respublikasına qayıtmışlar. Sonrada onların münasibətləri pisləşmiş və 2018-ci il may ayında Validə evi tərk edərək anasına məxsus evə köçmüşdür. Həmin müddətdən o oğlu ilə birgə yaşamışdır. Validə evi tərk edərəkən nikah haqqında şəhadətnaməni özü ilə aparmış və nikahın pozulması barədə iddia qaldıracağını bildirmişdir. Evi tərk etdikdən sonra o, 2018-ci ilin yay aylarında 1 dəfə evə gələrək özünə məxsus əşyaları aparmışdır. Apellyasiya baxışı zamanı məhkəmə təqdim olunmuş xx.xx.2019-cu il tarixli iş yerindən arayışdan görünür ki, Cavabdeh “BP Eksploreyşn (Ksapian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışır. Hal-hazırda dəniz əməliyyatları departamenti, paylaşdırma və iş icrası üzrə menecer vəzifəsini tutur. Vergi tutulmamış aylıq əmək haqqısı 10900 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər 2018-ci il may ayında faktiki olaraq ayrı yaşamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2015-ci il tarixli Qərarlar). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.2-ci maddəsinə görə də, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Şərh olunanlardan göründüyü kimi, tərəflər 2018-ci il may ayında faktiki olaraq ayrı yaşamışlar və “Harley Davidson XL 1200 CX markalı motosikl Cavabdeh adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. Kollegiya Cavabdeh tərəflərin həmin müddət ərzində faktiki olaraq ayrı yaşadıqlarını və Cavabdeh aylıq əmək haqqını nəzərə alaraq heasb edir ki, mübahisəli motosikl onun öz vəsaiti hesabına alınmışdır. Buna görə də, “Harley Davidson XL 1200 CX markalı motosiklin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi mümkün deyildir və bu səbəblə də birinci instansiya məhkəməsinin həmin motosikl ilə bağlı gəldiyi nəticə qanuni hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ““Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi “Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi” hissəsində təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7737/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7737/2020
23.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver