Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7761/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8 Cavabdeh Gəncalı oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Gəncalı oğluna qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2019/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Gəncalı oğlunun Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ikinci kvartal sahədə 351a №-li 300 kv.m torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ikinci kvartal 351A ünvanında yerləşən və X7 məxsus 300 kv.m torpaq sahəsini xx xxxx 2009-cu il tarixdə Bakı şəhəri 18 saylı Notarian Kontorunda rəsmiləşdirməklə Nazim Məmmədovdan razılaşdırılmış pul məbləğini ödəməklə etibarnamə əsasında almışdır. Həmin torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx xxxxxx 1998-ci il tarixli 11 nömrəli qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq X7 ikinci kvartal 351A saylı 1200 kv.m torpaq sahəsi ayrılmışdır. X9 1200 kv.m torpaq sahəsindən 300 kv.m torpaq sahəsini mülki etibarnamə əsasında ona satmışdır. Ev tikmək imkanı olmadığına görə həmin torpaq sahəsini 1,5 metr hündürlüyündə dövrələmə hasarlamışdır. Üç il bundan əvvəl ona məxsus torpaq sahəsinə baş çəkməyə gedəndə qonşunun 30 metr uzunluğunda olan divarın bir hissəsini sökərək öz həyətyanı torpaq sahəsinə birləşdirdiyini görmüşdür. Dəfələrlə cəhd göstərsə də, özünə məxsus torpaq sahəsinə daxil ola bilməmişdir. Onun torpaq sahəsini öz torpaq sahəsi ilə birləşdirən qonşu bildirmişdir ki, divarı o sökmüşdür, eyni zamanda torpaq sahəsini satan maklerin 300 kv. metr torpaq sahəsinin də ona verdiyini bildirmişdir. Ona görə də divarı söküb torpaq sahələrini birləşdirmişdir. Cavabdeh Gəncalı oğlu ona məxsus torpaq sahəsinə bitişik olan 600 kv.m torpaq sahəsi almış, torpaq sahəsində ev inşa etdirmiş və həmin fərdi yaşayış evinə bacısını və onun ailəsini yerləşdirmişdir. Bacısının bildirdiyinə görə ona məxsus torpaq sahəsinin hasarını məhz Cavabdeh sökdürmüş və öz torpaq sahəsinə birləşdirməklə, ona məxsus torpaq sahəsini zəbt etmişdir. Cavabdehlə dəfələrlə telefon əlaqəsi yaratsa da, görülən işlər müsbət nəticə verməmişdir. O, humanistlik edib heç bir inzibati orqana müraciət etməmiş, düşünmüşdür ki, bəlkə əməllərindən peşman olar, əsəbi olub söküblər, bir az zaman keçər hasarın tikintisini bərpa edib torpağını özümə qaytararlar. Hər halda qonşudur, ona görə də mübahisə etmək niyyəti olmamışdır. Laki bu belə olmamış, əksinə hasardan sökülən daşlarla onun torpaq sahəsinə giriş darvazasının yerini bağlayaraq, ona məxsus torpaq sahəsinə girişini məhdudlaşdırmışlar. Bununla da, bilərəkdən onun hüquqlarını pozmuşlar. 2019-cu ilin dekabr ayında ailə üzvləri ilə birlikdə yenidən ona məxsus torpaq sahəsinə baş çəkmək üçün həmin əraziyə gəlmişlər. Torpaq sahəsinə keçmək üçün onların torpaq sahəsini öz torpaq sahəsinə birləşdirməklə zəbt etmiş şəxsin həyətinə daxil olmuşlar. Həmin an evdən çıxan adını bilmədiyi qadın onların üstünə kükrəyərək “özbaşına mənim həyətimə girmisiniz” deyib onları həyətdən çıxararaq hədləməyə başlamışdır. Ona baş qoşmağın mənasız olduğunu bilib oradan qayıtmışlar. Həmin qadının Daşqın adlı əri də sonradan telefonla məni onu hədələyərək, bir daha gəlib onları narahat etməsinlər deyə ultimatum vermişdir. Düşünmüşdür ki, artıq belə insanlarla qanunun gücü ilə danışmaq lazımdır. Hazırda ona məxsus 300 kv.m mübahisəli torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş və həmin ərazidə fərdi yaşayış evi tikdirib öz bacısının istifadəsinə vermişdir. Eyni zamanda, Cavabdeh Gəncalı oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpağın xəritədə göstərildiyi üçbucaq formasında əvvəlki kimi tam qanuni ölçülərək verilməsi və mübahisə bitənə qədər torpağın üzərinə həbs qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 2019/2020 №-li qərardadına əsasən Cavabdeh Gəncalı oğlunun Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə və İddiaçı qarşı torpağın xəritədə göstərildiyi kimi ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış şaxlanılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2019/2020 saylı, xx xxxx 2020-c il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Gəncalı oğluna qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şiakyətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarı ilə xx xxxx 1998-ci il tarixdə Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi 2-ci kvartal, 354a saylı 600 kv.m torpaq sahəsi ona verilmişdir. Həmin sahə yüksək gərginlikli cərəyanı əhatə dairəsinə yaxın olduğu üçün sahə ona üçbucaq formasında verilmişdir. Hazırda bir qrup işbaz yeri dördbucaq formaya salaraq, yəni yüksək gərginlikli elektrik xəttinin əhatə dairəsinə və yola düşən əraziyə onun torpağının yarısını qoşaraq qeyri-qanuni çıxarış düzəldərək xx xxxx 2009-cu il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda rəsmiləşdirərək 300 kv.m torpaq sahəsini İddiaçı satmışlar. İddia ərizəsindən məlum olur ki, Maştağa qəsəbəsi 2-ci kvartal 351 a saylı torpaq sahəsi xx xxxxxx 1998-ci il tarixdə X7 ayrılmışdır. Torpaq sahəsi xx xxxx 1998-ci il tarixdə ona, X7 isə xx xxxxxx 1998-ci il tarixdə onun hüquqlarını pozaraq, ona məxsus olan torpağın bir hissəsi qatılaraq ondan 8 ay sonra Nazim Məmmədova verilmişdir. Əgər torpaq qanuni sənədlə X7 verilmişdirsə sonuncu hansı səbəbdən keçən 22 il ərzində öz haqqını tələb etməmişdir? Hazırda mübahisəli torpaq sahəsi onun istifadəsindədir. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Çünki torpağın mülkiyyətçisi iddiaçı deyildir, iddiaçıya yalnız etibarnamə verilmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxxx 1998-ci il tarixli 11 №-li Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1991-ci il tarixli 123 saylı və xx xxxxxxxx 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmış, Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq X7 fərdi yaşayış evi tikintisi üçün ikinci kvartal 351 a №-li sahədə 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş ƏN-İ seriyalı 122373 №-li xx xxxx 2009-cu il tarixli etibarnamədən görünür ki, X3 RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx xxxxxx 1998-ci il tarixli 11 saylı qərarına əsasən ona məxsus olan Maştağa qəsəbəsi ərazisi 351a saylı sahədə yerləşən 300 kv.m torpağı özəlləşdirməyi, tikməyi, DTXK-dən Kadastr Planını və DƏDRXİ-dən çıxarışı almağı və digər hərəkətlər etməyi X2 etibar etmişdir. İş materiallarında olan xx xxxx 1998-ci il tarixli 03 №-li Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1991-ci il tarixli 123 saylı və xx xxxxxxxx 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmış, Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq Cavabdeh Gəncalı oğluna fərdi yaşayış evi tikintisi üçün ikinci kvartal 354 a №-li sahədə 600 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçının iddiasına görə, ona məxsus torpaq sahəsinin hasarını məhz Cavabdeh sökdürmüş və öz torpaq sahəsinə birləşdirməklə, ona məxsus torpaq sahəsini zəbt etmişdir. İddiaçı məhz ƏN-İ seriyalı 122373 №-li xx xxxx 2009-cu il tarixli etibarnaməyə istinad edərək mübahisəsini etdiyi torpaq sahəsi üzərində hüquqlarının olduğunu iddia etmiş və Mülki Məcəllənin 152-ci maddəsinə istinadla hazırkı apellyasiya baxışının predmeti olan tələbləri irəli sürmüş, birinci instansiya məhkəməsi isə iddia tələblərini təmin etmədiyi zaman iddiaçının həmin sahənin ona məxsus olmasına dair hər hansı sübut təqdim etmədiyinə əsaslanmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, mübahisəsi gedən sahənin iddiaçının mülkiyyətinə verildiyi müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də apellyasiya şikayətinin təmin olunması mümkün deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2019/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7761/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7761/2020
02.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver