Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7782/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızndan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqavilələrinin ləğv edilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi»tələbinə dair Nəsimi Rayon Məhkəməsinin 2(006)- 449/2021 saylı işi üzrə 31 may 2021 -ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi əsasən (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinin və 19.01.2018-ci il tarixli, 7/K-18 saylı kredit kart müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 19.01.2018-ci il tarixli, 7/K-18 saylı kredit kart müqaviləsinə əsasən 19999,77 ABŞ dolları əsas, 10446,57 ABŞ dolları faiz borcu, 6510,2 ABŞ dolları cərimə faizi olmaqla, ümumilikdə 36956,54 ABŞ dolları borcun tutulması, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə 115000 manat əsas, 23604,51 manat faiz borcu, 14087,50 manat cərimə faizi olmaqla, ümumilikdə 152692,01 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsi üzrə borcun ipoteka qoyulmuş Cavabdeh məxsus olan (ƏMDKYDƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 14.03.2015-ci il tarixə qeydiyyatı alınmış, seriya RX 0609546, reyestr nömrəsi **********78-05301-093188, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 92,5 kv.m.ümumi, 44,5 kv.m. yaşayış, 48,0 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 148 saylı mənzilə yönəldilərək, həmin əmlak hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borclu Cavabdeh) İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.01.2018-ci il tarixli, 7/K-18 saylı kredit kartı müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə, ilk 30 gün ərzində faiz hesablanmamaqla, 31-ci gündən başlayaraq illik 20%, 121-ci gündən etibarən illik 26% olmaqla, 20000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.01.2020-ci il tarixli, 7/k-20-01 saylı öhdəlik müqaviləsinə əsasən Bank və öhdəlik götürən arasında bağlanmış 19.01.2018-ci il tarixli, 7k-18 saylı kredit kart müqaviləsinə əsasən girov saxlayan borcalana 31.01.2022-ci il tarixədək qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit kartı vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi «Öhdəlik götürən» tərəf Cavabdeh özünə məxsus olan (ƏMDKYDƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 14.03.2015-ci il tarixə qeydiyyatı alınmış, seriya RX 0609546, reyestr nömrəsi **********78-05301-093188, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 92,5 kv.m.ümumi, 44,5 kv.m. yaşayış, 48,0 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 148 saylı mənzili İddiaçı ASC-yə girov qismində təqdim etməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinə əsasən 06 ay güzəşt verilməklə 15% olmaqla 24 ay müddətinə 115000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, № 118/F-19-01 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********78¬05301-093188, qeydiyyat nömrəsi **********, seriya RX ******* olan 14.03.2015-ci il tarixli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 92,5 kv.m. ümumi, 44,5 kv.m. yaşayış, 48,0 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 148 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti 200000 manat, likvid dəyəri isə 180000 manat müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş 26.05.2021-ci il tarixdə maliyyə arayışlarına əsasən Cavabdeh 06.05.2021-ci il tarixə 19.01.2018-ci il tarixli kredit müqaviləsiüzrə 19999,77 ABŞ dolları əsas, 10446,57 ABŞ dolları faiz, 6510,20 ABŞ dolları cərimə borcu;06.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 115000 manat əsas, 23604,51 manat faiz, 14087,50 manat cərimə borcu var. "xxxx" MMC-nin 05.05.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 4 saylı evin 148 saylı mənzilinin hazırki bazar qiyməti 205000 manat, likvid qiyməti 185000 manat təşkil etmişdir. İddiaçı ASC sifarişi əsasında "xxxx" MMC-nin 01.03.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 4 saylı evin 148 saylı mənzilinin hazırki bazar dəyəri 191000 manat, likvid dəyəri 179000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6049 saylı, 11 yanvar 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 06.05.2019-cu il tarixli 118/F-19 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınmaqla Cavabdeh bank tərəfindən borcun hesablandığı 03.11.2020-ci il tarixə İddiaçı ASC-nə olan borcu 129355,55 manat məbləğində müəyyən edilmiş, o cümlədən əsas borcu - 115000 manat, faiz borcu -14355,25 manat təşkil etmişdir (iş.səh.7, 9, 15, 20, 66-67,40,169, 142,116, 93). Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-449/2021 saylı işi üzrə 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2018-ci il tarixli 7/K-18 saylı kredit kart müqaviləsi və 06 may 2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2018-ci il tarixli 7/K-18 saylı kredit kart müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19999,77 ABŞ dolları əsas borcu, 10446,57 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 30946,34 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 may 2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 115000 manat əsas borcu, 23604,51 manat faiz borcu, 1000 manat cərimə, cəmi 139604,51 manat, həmçinin 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumu tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan, ilkin satış qiyməti 185000 (yüz səksən beş min) manat məbləğində müəyyən edilməklə ünvan 2 ünvanında yerləşən 92,5 kv.m. ümumi, 44,5 kv.m. yaşayış, 48, kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 148 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən cəmi 27491,45 (iyirmi yeddi min dörd yüz doxsan bir ABŞ dolları, qırx beş sent) ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 130355,2 manat məbləğində pul iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh Ramil oğlundan tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manatın Cavabdeh tutulub X1 hesabına köçürülməsi qət edilmişdir.Qətnamədə "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3, 59.3; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2, 77.1, 88, 101.3, 119.1, 217.3, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1 , 319.6, 385.1, 442, 443.1, 448.1, 449.1, 739-ci maddələrinə istinadən qeyd edilməlidir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 19.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 500 ABŞ dolları, 06.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 1000 manat məbləğində müəyyən edilməlidir, tələbin ödənilməsi üçün tutmanın cavabdeh Gülarə Pənahova ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə "razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilibyönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür.Konkret hazırki işdə ipoteka müqaviləsi 2019-cu ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz.Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz."Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-449/2021 saylı 31.05.2021 -ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin faiz və cərimə hissəsində dəyişdirilməsi edilməsini xahiş etmişdir. Şikayətdə "İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 63.1; İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 38; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 87.2, 360, 385.1.-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş 28.12.2018-ci il tarixli dəyişikliklərə əsasən Məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ləğv edilmiş və həmin tutmanın yönəldilməsi yalnız icra qeydi əsasında aparılması imperativ qaydada müəyyən edilmişdir. İş materaillarına əlavə edilmiş ipoteka müqaviləsindən göründüyü kimi, həmin müqavilə tərəflər arasında 2018-ci ildən sonra bağlanmışdır və bu səbəbdən də, "ipoteka haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş 28.12.2018-ci il tarixli dəyişikliklər hazırkı münasibətlərə şamil edilməli idi. Beləliklə, 1-ci instansiya məhkəməsi tərəfindən məhkəmə qərarı əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi təmin edilən zaman "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 38-ci maddəsinin pozuntusuna yol verilmişdir. İpoteka predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət elmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi tələbinə dair hazırkı məsələ qanunvericiliklə tənzimləndiyindən yenidən məhkəmə qarşısında həmin məsələnin ayrı bir tələb kimi irəli sürülməsi əsassızdır. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 63.1.-ci maddəsinə əsasən "Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə yol verilir. Beləliklə, qanunla tənzimlənən məsələnin tələb kimi irəli sürülməsinin hüquqi əhəmiyyəti mövcud deyil. Faiz borcunun və cərimənin hansı müddətdən başlayaraq hesablanması qeyri-müəyyəndir. Belə ki, edilmiş, ödənişlərin faiz borcunun hesablanması, hansı qaydada silməsi, 1-ci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Bununla yanaşı, 2020-ci ilin mart ayından etibarən bütün dünyada, həmçinin ölkədə pandemiya ilə əlaqədar olaraq tətbiq edilmiş xüsusi karantin rejimi ödəniş qabiliyyətinə əhəmiyyətli təsir göstərmiş, lakin, qeyd olunan vəziyyət iddiaçı tərəfindən nəzərə alınmamış,əksinə vəziyyətinin ağırlaşmasına, yəni faizlərin və cərimələrin süni şəkildə artmasına yol verilmişdir.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 87.2-ci "Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir." Faiz və cərimələrin hesablanması üçün ödəniş qəbzləri nəzərə alınmayaraq yalnız iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış istifadə olunmuşdur. Məhkəmə tərəfindən bu məqamlar nəzərə alınmadığından kredit borcu üzrə faiz və cərimələrin müəyyən edilməsi düzgün olmamışdır. Bununla da, məhkəmə tərəfindən ədalətli araşdırılma prinsipinin pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, ekspert rəyi əsasında qətnamə qəbul edildiyini, iddiaçı ilə barışıqla bağlı danışıqların aparıldığını, ancaq razılaşmadığını, iddiaçının ödəmək imkanının olduğu halda borcu ödəməkdən imtina etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən mübahisənin olmadığı və hər hansı ödənişlərin edilməsinə dair sübutlar təqdim edilməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-449/2021 saylı işi üzrə 31 may 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7782/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7782/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver