Məhkəmə qərarları › İş №2(103)-7802/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7802/2021

20.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7802/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusuna qarşı "ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evdən çıxarılma barədə” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4457/2020 saylı işi üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 arasında 16 may 2020-ci il tarixdə Bakı şəhəri 26 saylı Notariat Ofisində bağlanmış ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ona məxsus ünvan 1 ünvanında yerləşən evindən çıxarılması, həmin evin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanmış 16 may 2020-ci il tarixli ilkin alğı-satqı müqavilə ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqıdan 473 nömrəli Arayışa əsasən Bak ışəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3 ünvanında yerləşən istifadəsində olan fərdi yaşayış evini 38000 manata Cavabdeh1 satmış, pulun 500 manatı beh kimi əvvəlcədən verilmiş 32500 manat notariat ofisinin depozit hesabı vasitəsilə ödənilmiş qalıq 5000 manatın isə 5 gün ərzində ödənilməsi müəyyənləşdirilmişdir. Alğı-satqıda İddiaçı şəxsən iştirak etmişdir (iş.səh.5). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4457/2020 saylı işi üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edildir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-830/2021 saylı işi üzrə 29.01.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin olunaraq, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında 16.05.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən həmin tarixdə notariat qaydasında təqdiq edilməklə 3M-141 nömrə ilə reyestrdə qeydə alnmış ilkin alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd kimi etibarsız sayılması, Vəliyev X3 rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3də yerləşən evdən çıxarılması və evin İddiaçı təhvil verilməsi, 33000 manat pulun İddiaçı alınaraq X2 verilməsi, evin və pulun verilməsinin eyni zamanda icra olunması və iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 2(102)-3482/2021 saylı işi üzrə 01.06.2021-ci il tarixli qərarı ilə, Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-830/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.3, 218.1, 220.4, 417.1.3, 418.1, 418.3, 420-ci maddələrinə istinadən qeyd edilmişdir ki,kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, apelyasiya kollegiyası tərəflər arasında bağlanmış əqdin əhəmiyyətsiz əqd olması ilə bağlı düzgün hüquqi nəticəyə gəlsə də, əhəmiyyətsiz əqdin nəticələri ilə əlaqədar sübutlara düzgün hüquqi qiymət verməməsi səbəbindən düzgün nəticəyə gəlməmişdir.Apelyasiya kollegiyası qəbul etdiyi qətnamədə cavabdeh tərəfindən iddiaçıya nağd qaydada 5000 manat pulun verilməsi ilə əlaqədar sübut təqdim edilmədiyinə istinad etsə də, iş materiallarında olan ilkin alqı-satqı müqaviləsinin (səh 91-in arxa səhifəsi) arxa hissəsində cavabdehin öz xətti ilə "20.05.2020-ci il tarixdə müqavilə üzrə qalan 5000 manat pulu ödədim”, iddiaçının isə "Mən İddiaçı 5000 aldım” yazısını sübut kimi nəzərə almamışdır.Bundan əlavə kasasiya yoxlaması zamanı o da müəyyən edilmişdir ki, iddiaçı 16.09.2020-ci il tarixində keçirilmiş məhkəmə iclasında (səh 37) özü cavabdehin 5000 manat pulu Sərxana verdiyini, lakin Sərxanın ona həmin puldan heç nə vermədiyini bildirmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası iddiaçının bu izahatına da əhəmiyyət verməmiş, yalnız cavabdehin iddiaçıya nağd 5000 manat ödəməsi barədə sübut təqdim edə bilməməsini göstərməklə mövqeyini əsaslandırmağa çalışmışdır. Halbuki, apelyasiya kollegiyası ilkin alqı-satqı müqaviləsində olan 5000 manat pulun ödənilməsi və qəbul edilməsi ilə bağlı əl yazısını və iddiaçının 5000 manatla bağlı izahatını qarşılıqlı surətdə tədqiq etmiş olsa idi, araşdırmalı idi ki, əgər 5000 manat cavabdeh tərəfindən iddiaçıya nağd şəkildə ödənilməmişdisə, iddiaçı Sərxana ödənildiyini iddia etdiyi pulun məhz 5000 manat olmasını haradan bilirdi? Əgər həmin vəsaiti əldə etməmişdirsə niyə bu barədə öz xətti ilə "5000 aldım” ifadəsini yazırdı? Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, müqaviləni təsir altında imzaladığını, döyüldüyünü və bunun ekspert rəyi ilə təsdiq edildiyini, alqı-satqı müqaviləsinin qanunsuz olması səbəbi ilə notariat ofisinin cavabdeh qismində qoyulduğunu, Cavabdeh2 ona dərman peraparatları içirdiyini, ona hədə qorxu gəldiyini, hal-hazırda cinayət işinin açıldığını və davam etdirildiyini, mənzili satmaq fikdinin olmadığını, evin satılmasına dair müqaviləyə imza atsa da pulun onun tərəfindən götürülmədiyini, Sərxan tərəfindən götürüldüyünü, Cavabdeh2 pulunu tələb etdiyini, lakin bununla belə, evinin qaytarılması müqabilində müqavilə üzrə ödənilən pulun verməsinə razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini qəbl etməyərək, evə baxan zaman iddiaçının evdə olduğunu, onun hərəkətlərində heç bir təsir altında olmasına dair hiss etmədiyini, Cavabdeh2 iddiaçının arvadı olaraq təqdim etdiyini, müqavilə imzalandıqdan sonra pulu iddiaçıya verdiyini, sonradan onun pulu cavabdehə verib-verməməsindən xəbərsiz olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı cavabdeh ərizə ilə müraciət edərək,iddiaçının 50000 AZN qaytarmaq niyyətində olduğu halda, evin ona təhvil verilməsinə razı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəllənin 324-358, 385-390, 404, 425, 427, 443, 560, 1092-1095-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80-82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 227, 233, 372, 385, 386, 388 və 390, 420-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə münasibətdə kassasiya instansiyasının müəyyən etdiyi mövqeyinə müvafiq yoxlayan kollegiya diqqətə çatdırır ki, artıq kassasiya instansiya məhkəməsinin müəyyən etdiyi hallardan fərqli hallar müəyyən edilməmiş, habelə fərqli halların müəyyən edilməsi və əlavə araşdırılması üçün müvafiq sübutlar və ya sübutların təmin edilməsi üçün vəsatətlər təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının işi üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara alan kassasiya instansiya məhkəməsi əqdin əhəmiyyətsiz əqd olması ilə bağlı mövqeyini nümayiş etdirmiş, lakin əhəmiyyətsiz əqdin nəticələri ilə əlaqədar sübutlara düzgün hüquqi qiymət verilmədiyini və ilkin alqısatqı müqaviləsində olan 5000 manat pulun cavabdeh tərəfindən ödənilməsi, qəbul edilməsi ilə bağlı əl yazısını və iddiaçının 5000 manatla bağlı izahatına dair sübutların qiymətləndirilmədiyini qeyd etmişdir. Beləliklə, tərəflərin şikayətlərinə (mövqelərinə) və kassasiya şikayətinin müəyyən etdiyi göstərişlərinə müvafiq qeyd edilməlidir ki, əqdin əhəmiyyətsiz olması, cavabdehin evdən çıxarılması və evin iddiaçıya təhvil verilməsi və iddiaçı tərəfindən 33000 manatın cavabdehə qaytarılması mübahisə edilməyən işin hallarıdır. Mübahisəli məsələ 5000 manat pulun ödənişidir ki, bunu da prinsip etibarı ilə tərəflər mübahisələndirməsələrdə iddiaçı pulun onun tərəfindən deyil digər Cavabdeh2 tərəfindən alındığını qeyd edir. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçı ümumiyyətlə pulların Cavabdeh2 tərəfindən alındığını qeyd etsədə 33000 manat pulun qaytarılması ilə razı olduğunu və ziddiyyətli mövqe nümayiş etdirdiyindən müqavilə üzrə ödənilən tam məbləğin (yəni "beh” adı ilə verilmiş 500 manat, depozit hesaba köçürülmüş vasitəsilə verilmiş 32500 manat, habelə sonradan verilən 5000 manat iddiaçıdan alınaraq) qaytarılmasını kollegiya məqbul hesab edir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apellyasiya icraatı zamanı cavabdeh ərizə ilə müraciət edərək əlavə pul tələbləri irəli sürmüş, halbuki, belə tələb mövcud olmamış, buna dair iddiası olmadığından, tələbdən kənar münasibət bildirilməsi prosessual cəhətdən yolverilməzdir. Cavabdehə izah edilməlidir ki, bu tələblər iddia ərizəsi və ya qarşılıqlı iddia formasında birinci instansiya məhkəməsində təqdim edilə bilər idi, apellyasiya icraatı zamanı hətda forma və məzmuna uyğun tələbin qəbul edilərək baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. Beləliklə, tələbin maddi və prossesual hüquq normalarının tətbiqi ilə bağlı fərqli hüquqi əsaslar (apellyasiya instansiya məhkəməsində mövcud səlahiyyət həddində) hazırki iddianın qismən təmin edilməsi və bununla əlaqədar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi, apellyasiya şikayətinin qismən təmin edilməsini, müqavilə üzrə müəyyən edilən pul vəsaitinin tam qaytarılmasını, mübahisə üzrə əmlak-pul mübadiləsini isə eyni zamanda icra edilməsini müəyyən edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4457/2020 saylı işi üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edisin. İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında 16.05.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən həmin tarixdə notariat qaydasında təqdiq edilməklə 3M-141 nömrə ilə reyestrdə qeydə alnmış ilkin alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd kimi etibarsız sayılsın. Vəliyev X3 rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3-də yerləşən evdən çıxarılsın və ev İddiaçı təhvil verilsin. 38000 (otuz səkkiz min) manat pul vəsaiti İddiaçı alınaraq X2 verilsin. Evin və pulun eyni zamanda verilməsi icrası təmin olunsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar